İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə43/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   180

______________Milli Kitabxana_______________

yanda divarlara xörək iyi hopmasın. Şəhərə qatı duman çökdüyü, bağda dumanın

burulub-büküldüyü vaxtlarda o əlavə bacaların ensiz, uzun deşiklərindən içəriyə

də duman  təpilib,  tavanın  altına  ağ  cuna  çəkirmiş.  Quru  sümük ələngə hambal-

fağır  Məmmədəli  divarın  dibində sallağı  oturub  çubuq  sümürə-sümürə,  tavanın

altındakı  ağ  cunaya  doğru  tüstü  üfürə-üfürə,  köksünü  ötürüb,  elə hey  "bərəkət

ərşə çəkilib,  bərəkət ərşə çəkilib" - deyirmiş  və Mədədlə kiçik  qardaşı  yorğan-

döşəyin arasında o ağ cunaya tamaşa edə-edə qəmə batıb köyrəlirmişlər, gecənin

bir aləmində hambalın hətta yuxuda da "Bərəkət ərşə çəkilib" dediyini eşidəndə

isə nəhayət, dözməyib, birdən-birə üsyan qaldırırmışlar ki, "Bəs deyilmi?!"

Yağış  yağanda əlavə bacalardan  buxarıların  qızğın  kərpiclərinə iri  damcılar

döyəclənib,  səssiz  cızıldayıb  o  an  da  quruyurmuş.  Hambal  həmin  divar  dibində

çubuğunu sümürə-sümürə Mədədlə Sultana o damcıları göstərirmiş, "O damcılar

əhli  Təbrizin  ruzusudu.  Göydən  gəlib  göyə gedir.  Himayədarımız  Şeyx

Məhəmmədin iltiması da fayda vermir!" - deyirmiş. Uşaqların yenə də qəmlənib,

köyrəlib,  dillənmədiklərini  görəndə isə,  bir dəfə dediyini  beş  də,  on  da  deyib,

axırda  yenə üsyana  səbəb  olurmuş:  Qardaşlar  ikisi  də yorğan-döşəkdən  atılıb

Fağır  Məmmədəlinin  yaxasından  yapışıb  soruşurmuşlar  ki,

əyər  Şeyx

Məhəmməd Əmir fədailərlə birgə cəmi əhli-Təbrizin himayədar Şeyxidisə, necə

ola  bilər  ki,  iltiması  fayda  verməsin?!  Fədailər  Bakıdan  tüfənglə,  patronla

qayıdıb, Sərdara, Salara59

1

qoşulub, ərbablarla vuruşurlarsa, bu o demək deyilmi



ki,  himayədarlarımızın iltiması  faydalıdır?  Şeyxin  bu  qədər  cavan-cavan

yetirmələrini  niyə ruhdan  salırsan,  etiqadlarını  sındırırsan?!  Belə üsyanlardan

Fağır  Məmmədəlinin  donqar  beli  daha  da  donqarlanırmış.  "Ərbabın  dalında

İngilisin  topxanası

2

durur.  Beş-üç  fədai  neylər  topxananın  qabağında?!" -



deyirmiş.  Adətən,  bütün  Təbrizin  yuxuda  olduğu,  qaraul  fədainin  də harayasa

söykənib  səsini  çıxarmadığı  vaxtlarda  olan  bu  söhbətlər  kəskinləşəndə Fağır

Məmmədəli birdən belinin donqarını düzəldəndə elə bil içərisindən tamam başqa

- ziyalı, hətta müdrik bir insan peyda olub, qardaşların taxtanın

Səttar xanla Bağır xanın hərbi rütbələri.

Səhvən  "Birinci  dünya  müharibəsi"  adlandırılan  müharibə (1914-18), əslində 1910-11 -ci

illərdə başlanmışdı; Rusiyanın ətrafındakı ölkələrdə bir tərəfdən "Antanta" adlanan dörd iri dövlətlə o

biri tərəfdən Rusiyanın Gəncə quberniyasındakı ordu (qaçaq) hissələri ilə döyüş gedirdi.




______________Milli Kitabxana_______________

üzərində qəribə, gözlənilməz  mülahizələr  deyərmiş:  "Tədrisin  üçüncü  ili  nə

deyilir  burda  sizə,  bəradərlərim?  Deyilmirmi  ki,  Bağ  Atadan  ucalan  da,

BağBağÜn  Babaynan  EyOdƏr  babanın  SimOdları  da  birdəfəlik  və həmişəlik

hökm çıxarıblar ki, insan insana əl qaldırmamalıdı?! Üstünə fateh gələn millətin

döyüşməyib ərazini  tərk  etməsi  daha  münasib  sayılır,  düzdü?! Ən  son  cümlə,

hətta  fatehin  qanını  tökmək  də çayiz  sayılmır!  Düzdü?  Bəs  möhtərəmlərimizin,

himayədarlarımızın fədailəri  nə üçün belə qan tökürlər?! Himayədarlarımız sizə

bir  söz  deyir, əməldə başqa  söz  deyirlərsə,  Heydərimizə

1

xoş  gedərmi  bu?!  Nə



deyax  indi,  nə fikir  eliyax,  bəradərlərim?!  Təbrizin  ruzisinin ərşə çəkilməsinin

səbəbi  nədi  indi?!  İngilisnən  İngilislıx  elamax  nə demaxdı?!  Beləliklə,

himayədar  Şeyx  ata  ilə birlikdə fədailərin  döyüşləri  də "elmsizlik",  "cahillik"

sayılanda, əmiuşaqları,  dayıuşaqları,  xala,  bibiuşaqları da  yorğan-döşəklərin

arasından  hoppanışıb,  hambala  hücum  çəkirmişlər  ki,  "Əgər  Şeyx  Məhəmməd

Əmirin  bu  bağdakı  fədai  ocağından  başqa  Təbrizin  hər yerində fədai  ocaqları

silahlanıbsa,  Şeyx  Ağ Əmirlə Şeyx  Boz Əmir  də şəhərbəşəhər,  kəndbəkənd

gəzib hətta o taya - Comərdin

2

qaçaqlarına kömək göndərirlərsə və o gedənlər də



Comərdin  qaçaqlar; ilə çiyin-çiyinə,  rus  qoşunlar;na  qarşı  vuruşurlarsa,  bunun

hamısı həq-ədalət üçündürsə, niyə "elmsizlik" sayılsın?!.." Təhsil, tərbiyə-tədris,

qurtarandan  sonra  bu  evdəki Əmir  yetirmələri  də Comərdə,  Sərdara,  Salara

qoşulacaqlarsa,  fədailər  "beş-üçdürlərmi?!"  Bu  cür  həmlə ilə hambalı  elə didib-

dartışdırırmışlar  ki, Fağır  yenə birdən-birə fağırlanıb,  sözünü  geri  götürməyə

məcbur  olurmuş.  "Ay  dadaş,  məni  o  bacalardan  düşən  damcılar  azdırır.  Xətamı

bağışlayın.  Yıxılın  yatın.  Sabah  burnunuz  kitaba  dəyəndə genə mənim  üzümə

söz  gələcək", - deyirmiş  və qalxıb,  ilk  növbədə Mədədlə Sultanı  uzanmağa

məcbur eləyib, böyür-başlarını basdalayırmış. Əmma yerə uzanandan

EyOdƏr Babaya

"Comərd" hələ XII əsrdən Gəncə AğEy - "Əxi" əsnafının (sənətkarların) Xilafətə qarşı başçısı

(komandan rütbəsi) idi; Şeyx Məhəmməd Əmirin, Göyçəli Aşıq Alının və Qazax qəzasında Hüseyn

ağanın  atası,  gizlin  "Süleyman"  adı daşıyan Bağ da  "Comərd"  rütbəsində idi; həm  Antanta, həm də

Rusiya  ilə döyüşməyə məcbur  edilmiş,  1899-cu  ildə "yoxa  çıxıb"  gizlin  məkandan  comərdlik

edirmiş.  "Comərd" - "Süleyman",  "Musa"  haqqında  tarixi  materiallar  itirilib-batırılıb,  yalnız  SafAğ

Elmi  yayan  Pünhan  aşıqların əsərlərində qalıb;  "Aşıq  Qərib"  dastanında  "Ağ  atlı  pirani",  "Şahzadə

Qasım"  dastanında  "Şeşpayi  bəhr" - "dəniz  atı" - "OdÜnƏs  Odu  (Günəş  həqiqəti),  'Məsim  və

DilƏfruz" dastanında "Süleyman padşah".




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə