İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə51/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   180

______________Milli Kitabxana_______________

daş yanında da rəmznən danışırdı: "Ağac qalmadı, qırdılar, ay Qurban,   ay Abı,

Bağlar  bəhrə verməz  daha!"  Nər  Sultanımız  uşaq  təki  hönkürürdü:  "Bağdayı

əfsanəyə döndərdilər!.."

Bir  gün  var...  Bir  payız  günü,  yağışı-yağmırıynan,  dolub  camma,  ürəyimə,

beynimə, çıxmır ki, çıxmır... Sultan o cür uşaq təki ağlıyandan sonra yuxum ərşə

çəkildi.  Bu  cırtdan əmin  elə sındı,  arıqladı  ki,  lap,  nə deyim, ərdova  döndü,

adamlıqdan  çıxdı.  Nədən  ki,  boğazımdan  çörək  də getmirdi...  Necə oldusa,

gecənin  bir  aləmində bir  azacıq  mürgüləyib,  birdən  dik  atıldım,  köhnə mauzeri

belimə taxdım, tüfəngi çiynimə keçirdim. Dörd daraq patron sol çiynimdən, bir

daraq  sağ  çiynimdən  saldım,  birini  də belimə bağladım.  Stansiyada  gurhagur

düşmüşdü,  vaqonlar  dartışırdı,  arvad-uşaq  qışqırışırdı,  güllə səsi  gəlirdi.  O

dəqiqə bildim  iş  nə yerdədi.  Yazıq  atı  çala-çuxurlarda,  selavarlarda  nə hala

saldımsa,  Məhərin  budkasına  çatanda  gördüm  tir-tir əsir  altımda.  Qorxdum

çatdıyar  at,  düşdüm,  buraxdım,  cumdum,  gördüm  ne?..  Boyunu  yerə soxum  ay

Qılınc  Qurban  rayonun  yarıcasını  doldurublar  on-on  beş  uzun  eşalona, əmbə

aparammırlar;  parovozlar  qırıq-qırıq  qışqırışır,  vaqonları açırlar  kimlərsə,  o

biriləri kimlərsə güllə zoruna qoşurlar! Gülənovu görəndə qan beynimə vurdu bir

güllə sol  ağının  dabanına  çaxdım,  dübarə çökdü  köpəyoğlu,  birini  də sağ

dabanına  çaxdım,  dəymədi,  çökə-çökə döndü  baxdı,  gördü  mənəm.  Bağırdı  ki,

"Başına  atını  təpib,  görmürsənmi  sürülür  rayonun,  sabah  da  sizin  kəndləri  bu

hala salacaqlar". Çəkildim, atıldım xəndəyə, alaqaranlıqda, heç bilirsən necə qıfıl

sındırdım?!  Şarak-şarak,  vaqonun  qıfılı  daloy!  Şarrak-şarrak - o  birisi  daloy.

Cəmaat  da  ayıq  tərpəndi,  qapıları  o  yan-bu  yan  çəkib  töküldülər  düzə,  kola-

kosa... Məxlək bir də o vaxt ayıldım ki, tüfəngin qatarları bom-boşdu. Mauzerdə

də üç-dörd  güllə qalıb.  O  damda,  relslərin  dalında  da  rusun əskəri  qarışıb

Erməninin  yekəpapaqlısına,  üzü  üstə döşənişib  parta-part  döşəyirlər.  Öz-özümə

dedim  "işin  bitib,  a  Qurban".  Bir  də nə görsəm  yaxşıdr, qız  uşağı,  arıqlığından

yıxıldıqca sümükləri  taqqıldayır. Baxdım - kim? -Lütün kiçiyi, o  Diniş deyilən,

özü ağırlığında xurcunun iki dolusu patron, sürüyür, yıxılır, qalxır. Xır-xırıldadı

ki, dədəmgil daldan gəlirlər, qorxma. Məxləs, gün çırtanacan döyüşdük, camaat

qaçdı, dağıldı dağa-daşa, Rusnan Erməni də doluşdu vaqonlara, taraq-taraq dala

sürdülər köpəyuşağı. Bilirsənmi niyə? Nə qədər açığıydısa sürgün, bir o qədər də

xəlvətiydi,  ay  oğul! Əmin!  Əmin  də ordaymış,  ey,  kürəyimdə ağacın  dalına

gedib atırmış! Özü də nə? Pulemyot! Bəli!.. Hökumət heç üstünü



______________Milli Kitabxana_______________

vurmadı  o  işin.  Demə Moskvadan  qadasın  aldığım  o  istinni  bolşeviklərdən

hansısa  dədəsini  yandırıb.  Bağırovun  ki,  Mejdunarodnıy  skandalını  istəyirsən,

ayıb  olmasın şalvarlarını çıxartdı  Bağırovun  sağ-solundakı  ermənilərin.  Getdi

Kremli də bir-birinə vurdu. Görüm necə deyib? Hə: "Rano ili pozdno sarvyotsya

etot antiturkskiy plan! Toqda ves mir poydet na nas! Yəni "Na vas!.."

1

Əmin  insanlığım  itirməyib,  oğul!..  Otuz  dörd  ildə şəxsən  yetirdiyi  Bağ



övladları getdi! Cəfər kimi pak mələk getdi! Göz yaşı qalarmı Sultanda?! Demə

"bəs niyə daşa döndü?!" Deynən "nə yaxşı dözür?!."

Səmədin fikri haçalanmışdı:

- ...Cəfər əmi də... tutulub?

- Hə də...  Bədbəxt  Lüt!..  Zahirən  suyumsuz,  daxilən  Bağ  övladı getdi

əlimizdən. Danışardım. Qorxuram tamam-kamal bir şey çatdırammaram. Sultan

özü  dərs  deməlidi  sənə.  Özü!  Üz  döndərmə qardaşımdan, oğul!  Başqaları təki

sən də mükəmməl dərs al. Bax, onda biləcəksən bu dünyanın tarixini. Yazıq Abı,

"Adəm,  Həvva"  eşidəndə dəli  olur: "Torpaqdan  yaranmışıq,  torpağa  gedirik"

deyən  olanda,  inanırsanmı ki, kəndin  ortasında  palçıq  yığır  ovcuna,  yoğurur,

başdı-ayaqlı kuklasayağı düzəldir,  düşür  o  "torpaqdan  yaranmışıq"  deyənlərin

üstünə:  "Budu  ha! Nəfəs  verin,  Adəm  eleyin  bunu,  Həvva  eləyin! Ər-arvad

eləyin,  doğsunlar,  törəsinlər!.." - qan-tərə batır,  daha  Qudalılardan-zaddan  da

qorxmur,  yığır  cavanları,  aparır  dərs  deməyə...  Təftiş  Abbasın  oğlu Məmməd

Xələf Zal  sənnən oxuyurdu  məktəbdə. Xızr  Abıdan dərs alandan sonra getmədi

ali  məktəbə,  bilirsən,  şoferlik  eləyir.  Hünərin var  get  ona  deynən  "Bağ  hara,

insan hara?!", göyə çıxar hirsindən ki, "Bağ olmuyan insan da var?!"

Səməd Mədəd oğlu Əmirli, üç qardaşın Bircə balası bu vaxta qədər bilmir ki,

Bağlığından  xəbərsiz  insanların  cəhaləti  ucbatından  zülm  altındayıq  biz!..  Sağ

olsaydı,  bədbəxt  Lüt  də belə deyərdi  sənə.  Səməd  duruxdu. -Ölüb?!  Qılınc

Qəhərləndi. - Dalını Abı danışsın. Abı da qəhərli idi. Astadan:

- Öldürüblər, - dedi. - Burda, sovetliyin üç para kəndində, bir də

Qaraçöpdən, Təhlədən gələnlərimizin arasında öz rəmzlərimiz varıydı.

KeQeBe-nin klubu.




______________Milli Kitabxana_______________

Elmi  mənimsəyən  adamlara  "Varlı  adam"  deyirdik,  mənimsəyə bilmiyənlərə,

ümumiyyətlə, cahillərə "kasıb" deyirdik. Yazıblar KeQeBeyə. Məhərrəm Sultana

xəbər  çatdırıb  ki,  "Varlı",  "Kasıb"  məsələsini  şəxsən  Mirqəzəbə çatdırıblar,

Mirqəzəb də şəxsən Stalinə deyib. Təfsilatını Qurban yaxşı bilir.

Qılınc Toxtamışdı.

- Hə,  bilirəm, - dedi. - Krımdan,  Stalinnən  görüşdən  qayıdanda  Mirqəzəb

burda,  Məhərin  budkasında  vaqonuna  çağırıb  Sultanı.  İçəri  girəndə yekə bir

siyahı  qoyub əmiyin  qabağına:  başda  bizim  bədbəxt  Lüt,  Qurbanlının  sədri

İsgəndər  kişi,  Tahirlinin  sədri  Cəbrayıl  kişi...  Qışqırıb  ki,  "Vot  tvoyo  istinnoye

litso.

1

Millionen vse oni!" Əmin deyib: "Bunlar təsərrüfat başçılarıdı, hərəsi altmış



əməkgünü alır, aylıq əmək haqları beş yüz-altı  yüz  manat olur". Gözü kəlləsinə

çıxıb ki, "Tı yeşşo zaşişayeş ix? Moy rabomik Xalıq xoroşo znayet ix".

2

Yazıq Sultan! Nələr çəkib başı!



Deyir:  "Dərdimi  heç  kəsə açammadım,  düz  iki  il  gecə-gündüz  dişimnən,

dırnağımnan müdafiə elədim"... Bildirrəri elə bu vaxt, yığım-qabağı, günortaüstü

atın  yəhərini  alırdım  həyətdə.  Bir  də gördüm əmin  maşınını  qoyub  düzün

ortasında,  pay-piyada  gəlir.  Bir əli  boğazında,  o  biri əli  ürəyinin  üstə.  Dolçanı

doldurdum  daş  suyuynan,  yüyürdüm  qabağına.  Dolçanı  aldı,  başına,  sinəsinə

tökdü  suyu.  Dedi:  "Sualıma  cavab  ver,  a  Qurban.  De  görüm,  kolxoz  sədrlərini

müşavirə zalında  sorğusuz-sualsız  həbs eləyib,  dustaq  vaqonuna  basdırsam,

neylərsən  mənə?"  Dedim:  "Gülləliyərəm  səni".  Dedi:  "Lüt  Cəfəri  də o  cür

basdırıb,  Çax-çux  Xalıqın arzusuynan,  general  Persin əmriynən  Qudalı  Rəhimi

sədr  təyin  eləsəm,  neylərsən?"  Dedim:  "Gülləliyərəm".  Dedi:  "Yun  planını  yüz

əlli  faiz eləmək  xatirinə cəmaatın evindən,  körpələrin  altından  döşəkləri  çəkib,

cırıb  yunu  alsam,  neylərsən?"  Dedim:  "Gülləliyərəm".  Dedi:  "Onda  üçqat

güllələnmə düşür mənə". Dedim: "Sən belə şey eləməzsən axı, ay Sultan!" Dedi:

"Özüm elədim, ya general Persə mane olammadım, nə fərqi var?!"

Belə dərd sahibidi əmin, Bircə bala!

"Budu bax sənin həqiqi sifətin!"

"Sən hələ bir müdafiə də eləyirsən onları?! Mənim işçim Xalıq yaxşı tanıyır onları".



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə