İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə48/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   180

______________Milli Kitabxana_______________

manə!.. Yaxşı qulaq as, indi açmalıyam mən sənə bu bədbəxtliyi. Necə olub, elə

danışmalıyam.  Hamımıza  "əzizim"  deyən  o  igid  polkovnik  bərk  silkələdi  məni,

dedi:  "Danışmalısan!  Bilməlidi  Səməd,  lap  qatilə dönüb  həqiqətən  hamısını

qırmaq niyyətinə düşsə də danışmalısan!.. Qulaq as, gör necə işləyib KQB-miz!

"Şüşəli"  pavilyonda  baş-başa  verib  hırıldaşa-hırıldaşa  tələ qurublar.  Nə

yediriblər,  nə içirdiblər  Sultana,  necə deyərlər,  bir  allah  bilir.  Heç  nə qalmayıb

yadında!  Heç  nə!  Səhər  tezdən  zaqs  müdirini  göndəriblər  evinə ki,  "Get

Arşınmalçıynan Gülçöhrəninin kəbinini kəs!" Sultan yuxudan ayılmamış başının

üstünü  alıb  müdir  köpəyoğlu  ki,  bəs  şəhərdə hamı  gözaydmlığı  verir  bir-birinə,

Sultan  Mamedoviç,  deyirlər,  ailə qurubsunuz,  gəldim  təbrik  eləyim,  həm  də

kəbin  şəhadətnaməsini  doldurum...  Axşamdan  narahatıydım  mən...  Həməşə

siyirməqılınc  girərdim  Xəlvət  Rəhimin  məclislərinə,  xəbərdarlıq  eliyərdim  ki,

rayon partiya komitəsinin və şəxsən Sultan Əmirli yoldaşın əleyhinə bircə kəlmə

danışıq  olsa,  damlıyacam  Rəhimi,  böhtançı  kimi,  məhkəməyə verəcəm  işini.

Qamaşırdılar məndən kontra köpəyuşağı. O gecə elə bil allah fəhmimi aldı. Fikir

elədim ki, Sultan özü olan yerdə mən kiməm! Sabahısı tezdən getmişəm şəhərə,

görürəm  o  küçə doludu  çesuyçalıynan,  beşbir-üçbir,  baş-başa  veriblər,  deyib-

gülürlər,  Çax-çux  Xalıq  da  dayanıb  düz  Sultanın  darvazasının  qabağında,

demisini  tüstülədə-tüstülədə söhbət  eləyir  zaqs  müdiriynən.  Qorxusuz-hürküsüz

gözümün  içinə baxdı.  "Kəbin  kəsməyib  bu  kişi, -dedi, - ölüm  aktı  yazıb  Sultan

Əmirliyə!"

Sənin  fəhmin  Mədədin  fəhmidi,  gözün  itidi,  şahin  balam!  Düz  deyirsən  ki,

öldürüblər.  Özün  fikirləş  indi,  gör  nə yollaman  gedir  ölüm-dirim  mübarizəsi!

Söznən  deyiləsidimi  necə alçaqdılar  düşmənlərimiz,  necə heyvandılar,  necə

vəhşidilər! Səncə, neyləməlidi bu vəhşilərin qabağında Sultan Əmirli?! Taleyinə

kor deyib oturmalıdı?! Təslim olmalıdı?!

Güclü adamdı sənin əmin! Bəli! O qancığı zorlamaqdan ötrü yox, o vəhşilərə,

murdarlara,  Mirqəzəb  toxumlarına  qalib  gəlməkdən  ötrü  saxlayır  onu  evdə.  Lüt

Cəfər  deyil Sultan!  Comərd  qanı  axır  Sultanın damarlarında!  Təbrizdə Əmir

bazarı deyilən  dünya  bazarının  sahibi,  aqil,  adil  Məhəmməd Əmir  qanı  axır

Sultanın  damarlarında,  oğul!  Dörd  oğlunun  dördünü  də xalqın  xidmətinə

göndərib, yol ayrıcında tək-tənha ölən kişinin oğludu Sultan!

Pünhanlarımız arasında  Şeyx Əlimiz  vardı, "Aşıq  Alı" adıynan çalıb oxuya-

oxuya ellər gəzirdi, gecələr səhərə qədər Elm yayırdı. Folklorçu



______________Milli Kitabxana_______________

professor deyilən uzunhoqqar bir naçalnik gəldi Göyçəyə, şerlərini yığdı apardı,

yoxa  çıxartdı!  Çürük yığır  indi  orda-burda  yadda  qalanları,  yazır  kopyalarını

Qaraçöpə,  Təhləyə göndərir  ki,  ordan  da  hər  yerə yaysınlar.  Şeyx Əlinin şan-

şöhrəti  AdıPünhan ƏlƏskərimiz  vardı,  "Aşıq Ələsgər"  adıynan  gəzirdi.

AdıPünhan Hüseyn AğEyimiz vardı, "Hüseyn ağa" adıynan gəzirdi, cəmisi beş-

altı  Qaçaqnan  Tiflisdə qubernatorun  buxarısının  bacasından  odun  içinə düşürdü

ki,  mauzerini dirəsin qubernatorun boğazına, xəlvəti  müqavilə bağlasın: "Qazax

mahalına qoşun göndərmiyəcəm. İmza qubernator kopəyoğlu!"

Hüseyn  AğEyin  oğlu  Hacı Əlimiz  vardı.  Məkkəyə gedirdi  hər  il,  guya

zəvvarlara  azuqə yığan  taciriydi, əslində, ədalət Əliydi.  Qubernator  Tiflisdən

qaçaq  libasında  qatil  göndərib  ki,  Hüseyn  AğEyimizi  öldürsün,  Hacı Əli

ovcuynan  tutub  xançalı,  qoymayıb  atasının başı  yarılsın.  İşləmədi  sağ əli,

yumulu  qaldı...  Üçcə tağın  adamlarının  adlarını  çəkdim  mən  sənə Comərd

Süleyman  nəslinin.  Təbrizdəkiləri  dedim,  Göyçədəkiləri  dedim.  Qazaxdakıları

dedim...  Budumu?!  İsa Əfəndimiz  olub,  bircə atryadnan  Denikinin  piyadasını

pərən-pərən  salıb Dərbənddə.  Ordan  gedib  qoşulub  Kamal  Paşa  Atatürkə,

Trabzonda rusu pərən-pərən salıb, Gəncəyə bizimkilərə depeş göndərib ki, rusun

on  beş  eşalonu  gedir  o  tərəfə,  qabağını kəsin,  qoymayın  gedib  Bakıda

oturuşmağa. Bax bu Qılınc əmin, əlində mauzer, at belində parovozun qabağına

getdi...  Nə Mədədin  adı  Mədəddi,  nə Sultanın  adı  Sultandı.  Mollalar  açırlar

Quranı: "Adın oldu Xızr!" "Xızr" nədi?!. "Kisr" nədi?! OdSardı, oğul! Pünhandı

adlarımız,  özümüz  də ki,  Alim!..  Vaxt  keçdikcə daha  nə adımız  qalır,  nə də

biliyimiz!.. Əhməd,  Məmməd,  Səməd,  Alı,  Vəli - hamısı ərəbin  yalan

"Quran"ından.  Gülüşürlər  indi  mollalar:  "Ağ  yalan!"  Bilən  varmı  nədi  bu?!  Bu

yaxınlardaca bilmişik ki, otuzuncu ildə Stalin, Leninin "dekret o zemle"sini ləğv

eləyib  torpağı  kəndlidən  alanda  xəlvətcə Dini  də azad  eləyibmiş,  odu  ki,  molla

hər  yerdə başda    oturur,  "Quran" əlində:  "Bir  salavat  da  çevirin  hökumətimizə,

Stalin yoldaşa, Varaşilov yoldaşa, Kaqanoviç yoldaşa!" Nədi bu, ay oğul? KQB-

di,  ay  oğul!  "Molla"  adında!  Sənə ərəb  adı  qoyub  adınnan bərabər  Elmini  də

məhv  eliyən  molla  KQB!..  Nə yaxşı  ki,  Sultanın revkomuna  düşdü  yolum  o

vaxtlar. Gecələr, beşaçılan qucağımda, revkomun damında keşik çəkəndə mənim

bu  kəmsavad  başıma  Elm  yeridən  alim  Sultanın nə qədər  şagirdi  var,

bilirsənmi?!  Hamı  savadsız  təki  tanıyır  bizi.  Açıb-ağardammırıq  ki,  revkomda

darülfünun qurtarmışıq biz! Uni-



______________Milli Kitabxana_______________

versitet  deyirlər  indi.  Oxuduqları  da  nədi?  Yunanıstan  mədəniyyəti  belə gəldi,

Roma  Sezan  elə getdi.  Güya  ali  təhsil  verirlər  bədbəxt  cavanlarımıza.  Bir

köpəyoğlunun da  xəbəri  yoxdu  ki,  Bağdaydı  yer  üzündən  silən  Qrekin  tarixini

öyrədirlər  balalarımıza...  Abı!  Səsin  niyə batıb?!  Niyə demirsən  düzdü,  Bağday

tarixidi dünya tarixi! Bilmirsənmi beyni qatıdı "Dəli Səməd"in?! Başını götürüb

getsə, kim sahib durar o "Xəzinə"yə?!

Xızr  Abı  dümağ,  nəhəng  yaylığı  üz-gözündən  çəkib  irəliyə,  Səmədin  sol

tərəfinə çıxdı.

- Sarsılıb, ay Qurban. Aman ver, özü danışsın, boşaltsın ürəyini. "Elm nədi!"

- desin,  "Varis  nədi!" - desin,  "Başuuza  at  təpib!" - desin.  Batmayıb  səsim,

əksinə,  o mülkün  alovundan  üstümə qurum  yağa-yağa,  üz-gözüm  qarsalana-

qarsalana  axtardım,  Çax-çuxu  tapdım,  dedim:  "Şahid  var,  sən  yandırtdırıbsan

evi!  Get  yır-yığış  elə,  günü  bu  gün  damlanacaqsan!.."  Sən  ləngitmə bu  işi,  ay

Qurban.  Gördüm  orda,  Rəhimə,  Xalıqa  sarı getmədin.  Ehtiyatlanırsan,  yoxsa,

gizlin hazırlıq işi görürsən, nədi? Bilmirəm. Öz işini gör sən. Səmədi mənə tapşır

daha.

- Sözümün əsası  geridədi.  Sən  göstəriş  vermə Qılınc  Qurbana.  Gün  qalxır,



yandıracaq.  Çöldə saxlama  Səmədi,  evə apar.  Ya  da,  pullu  adamsan,  apar

Şüşəliyə. Çürük də yəqin orda olar. Casusların "sbor günü" deyil bu gün. Apar,

yaxşı-yaxşı ətraflı danış bunnan, Xızrlığını göstər!

İndi hələ mənim ixtiyarımdasan, oğul.

Sözümə fikir ver.

O  məktub - "Şəxsiyyətə pərəstiş"  oxunandan  bəri Əziz  də ilana  dönüb.  O

gördüyün  mehriban Əzizimiz!  Asta-asta  sürünüb  kabinetlerdə əmiyin  kadrlarını

udur  bircə-bircə.  Dünənnəri  maarif  müdiri  Mirbağırı  qaldırıb  Sultanın  üstə.  Bu

səhər  müəllimlərin,  uşaq-muşağın  gözünün  qabağında  bar-bar  bağırdı  Mirbağır

ki,  "Tədris proqramlarını  pozammarıq!  Bir  nəfər  də şagird  vermirəm  pambıq

yığımına!"

Elə bilirsən  doğrudan  qorxublar  Mirqəzəbin  tutulmağından?! Əksinə,  Saşa

elə bundan  ötrü  xüsusi  gəlibmiş  desin  ki,  "partiya  daxili  demokratiya"  şüarı

köhnə partiya  kadrlarının  başlarını  yeməkdən  ötrü  şərait  yaratmadan,  yəni

cəmaatı  qızışdırmaq,  kadrları tənqid  atəşinə tutub  başlarını  yeməkdən  ötrüdü.

Budu bax həqiqət!

Mənə de görüm,  məktəb  uşaqlarını  pambığa  həməşə şüarnan,  şərqiynən

aparan  Mirbağır  deyilmi  bu?!  Nə olub,  indi  niyə bağırır  birdən-birə?!  Çünki

Bezobraziye demokratiya alıb! Ağızları allahdadı ki, yığım



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə