İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə45/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   180

______________Milli Kitabxana_______________

Divarları  qaldırıb,  damı  örtdürüb  qapını  asdırandan  sonra  bir  payız  axşamı

quyunun  dikdirində oturub,  o  taya  uçan  durna  qatarının səsini  eşidəndə birdən

yerindən atılıb, Möhsün kişinin hacatlarının arasından "lom"u götürüb, ayağının

altına  kətil  qoyub,  qapının yuxarısında  divarı deşib-dağıdıb  yekə bir  baca  açıb.

Bacanın dörd  dövrəsini  hamarlayıb  öz əli  ilə suvayandan  sonra  isə,  lapatkanı

götürüb  gedib  Sudüşəndən  "bir  neçə lapatka  ağzı  çumbuz" - nəmtorpaqlı

çəmənotu  gətirib  kandarın  sağında  basdırıb,  bir  neçə lapatka  ağzı  da  çumbuzlu

qazayağı  gətirib  kandarın solunda  basdırıb.  O  axşam  da,  sonralar  da  bütün

kənddə və rayonda "bedkom" Mədədin bu qəribə işlərindən danışırmışlar. "Beş

dənə metrəyarımlıq  pəncərəsi  var. Əmbə üstəlik,  baca  da  açıb", - deyirmişlər.

Çəmənin  içindədi  evi. Əmbə kandarda  çəmənotu əkib", -deyirmişlər  və bu

qəribəlikləri  dəlilik əlaməti  sayırmışlar.  Sultandan  başqa  heç  kəsin,  o  cümlədən

Səmədin də xəbəri yoxdu  ki,  bu tayda "yurd salıb" quyunun dikdirində ilk dəfə

oturub ilk dəfə durnaların səsinə qulaq asanda, sədr Mədəd birdən-birə vahiməyə

düşübmüş  ki,  təzə yurda  isinişəndən  sonra  "fədai  ocağı"nı  unudub  fədailikdən

çıxa bilər, bu vahimə ilə də "lom"u qapıb, qapının üstündə divarı deşib-dağıdıb

baca  açmışdı  ki,  yazbaşı  qaranquşlar  gəlib  Qonaqlının evlərində yuva  tikəndə

burda da tiksinlər, balalasınlar, civildəşsinlər, nəğmələrini oxusunlar və beləliklə,

iki  vətənli  quşlar,  iki  vətənli  adama  gecə-gündüz  rahatlıq  verməyib,  "Sən

fədaisən!  Sən  fədaisən!" - desinlər.  Kandarda  çəmənotunu,  qazayağını  da  ona

görə əkmişdi  ki,  payızda qaranquşlar  uçub  o  biri  vətənə gedəndən  sonra  "iki

vətənli adam" evə girəndə də, evdən çıxanda da çəmənotunu, qazayağını görüb,

"fədai ocağı"nın taleyini düşünsün.

Səmədin  xəbəri  yoxdu  və ola  da  bilməzdi  ki,  axşamlar  briqadirlərlə

manqabaşılar, tək-tək xüsusi "naryad"

1

alanlar və şəxsi iş üçün sədrlə görüşmək



istəyənlər Əmirli  mülkünə doluşan  vaxt  təsadüfən  ayaqlarını  çəmənotunun,

qazayağının üstünə basanda, çəmənotunu, qaz-ayağını yox, sədr Mədədin ürəyini

tapdalayırmışlar; camaat dağılışandan sonra soyunub, çarpayıya uzanıb, "Yataq,

Bircə bala,  yataq", - deyib,  qaranquşların  yuxulu  civiltilərinə qulaq  asa-asa

gözlərini  yumanda,  sədr  Mədəd  heç  də burda  yox,  "fədai  ocağ"ında  yatırmış.

Odur  ki,  qırx  beşinci  ilin  dekabrında  Milli  hökumət  qurulduğunu  və Əmir

fədailərinin "fədai ocağı"na qayıtdıqlarını eşitdiyi gün sədr Mədədin ən xoş-

Gündəlik işlərə aid tapşırıqlar.




______________Milli Kitabxana_______________

bəxt  günü  imiş;  qırx  altıncı  ilin  dekabrında  Milli  hökumətin  yıxıldığını, Əmir

fədailərinin  bağdan  çıxmağa  da  imkan  tapmayıb,  mərmi  altında  qırıldıqlarını

eşitdiyi  gün  isə,  sədr  Mədədin  ömrünün ən  qara  günü  imiş;  ondan  sonra -

dekabrın on ikisindən iyirmi üçünə qədər yaşadığı on bir gün ərzində beyni necə

tutulubmuşsa,  gözləri  necə

qapanıbmışsa,  daha  çəmənotunu,  qazayağını

görmürmüş. Səməd bunların heç birini bilmirdi.

Səmədin bildiyi ancaq bu idi ki, "bir ayağı o tayda, bir ayağı bu tayda olan,

hər dağ döşündə bir kənd sala-sala gəzən qəribə ulu babası Comərd - Süleyman

birdən-birə yoxa  çıxıb,  sayı-hesabı  bilinməyən  qohum-əqrəba  Arazı  keçib  bu

taya  səpələnib,  o  tay-bu  taylı  vətəni  də,  yol  ayrıcında  keçinən  babası  ilə başlan

"çarvadar"  xurcununda  gətirilib  Persə verilən  şeyx əmiləri  də,  top  atəşi  altında

qırılan Əmir fədailəri ilə kimsəsiz qalan "fədai ocağıda, hamısı bu yanan evdə -

"Əmirli  mülkü"ndə nə isə daha  böyük  bir  aləmlə birlikdə alova  bürünmüşdü...

Atasi  gurultulu  alov  üzərində,  qırmızımtıl  işıq  içində görünüb  qışqırmağa

başladı:  "Sənin  Elmin,  Eşqindi  bu  yanan!  Şeyxlərin  Elmi,  Eşqidi  bu  yanan!

Süleyman dünyasıdı bu yanan!"

Səmədin beyninə gurultu, uğultu düşdü.

Necə oturmuşdusa, eləcə də qaldı. Alova dikili gözləri alovla dolu idi. Əgər

indi  özü  özünə kənardan  baxa  bilsəydi,  görərdi  ki,  nə qədər  laqeyd  otursa  da,

gözlərində qaynayan alov heç də yalnız yanğının şəklindən ibarət deyildi.

* * *

Arxadan  kim  isə yaxınlaşıb  quyunun  dikdirində daşlığı,  qumluğu  xışıldatdı.



Əlləzoğlu  heyrətli  cəsarətlə Səmədin  qənşərinə fırlanıb  tamam  qorxusuz-

hürküsüz:

- Demişdim sənə! - dedi... - Hələ nədi bu?! Kənddə Xəlvətnən Qeybalı, orda

– şəhərdə Gülənovnan  Xalıq  bir  səsnən  deyir:  "Səfərbərik,  Məmiş  kişi!.."  Nə

ağılnan işə girirsən sən burda?! Görmürsənmi nə haldadı əmin?! Ata əvəzi əmin,

a  dərdin  alım!..  Çıx  get!  Getməsən,  sənnən  bir  yerdə,  sağ-solunda  gəzənlərin

hamısı  güdaza  gedəcək,  hamısı!  Abını  da  öldürtdürəcəklər,  Çürüyü  də,  bayaq

burdan maşınnan gedəni də. Ala itdən məşhurdu sizin o polkovnikiniz. Bir çekist

sağında  oturmuşdu,  biri  də solunda.  Qandığı  bu  oldu  ki,  deyəsən  tutulub  o

qabağından  yeməyən  polkovnik!  Qalx!  Eşitmirsənmi,  ay  insan  balası,  insan

deyilsənmi, a dərdin alım, daşsanmı, qayasanmı!..

Səməd daşdan, qayadan da səssiz-səmirsiz, kirpiyini də tərpətmirdi...




______________Milli Kitabxana_______________

ıı

Hardasa kim isə heybətli səslə bağırırdı:



- Korsunuz?!. Görmürsünüz?!.

Dikdirdə daş, qum xışıldadı: Əlləzoğlu rədd olub getdi.

Hardasa  at  kişnədi,  bir-birinin  ardınca  iki  güllə açıldı.  Qudalıların  it xılı

dünyanı başına götürdü. Qapılar, darvazalar şaqqıldadı, kəndə çaxnaşma düşdü.

Hay-küyə həvəs Qurban əmi Qılınc Qurbanda hələ "əsrin əvvəllərində", gah

məşhur  qaçaq  Dəli  Alının dəstəsində,  gah  da  ikinci  məşhur qaçaq  Kərəmin

dəstəsində,  çar  tərəfdarları bəylərlə döyüşdüyü  "cavanlıq  çağları"ndandı.  "Dəli

Alıynan  Kərəmin  dövranları qurtaranda", yəni iyirminci  illərdə Qurban əmi -

Qılınc  Qurban  "Türkiyəyə keçən Qazax  bəyləri  ilə atışıb",  bununla  da  "atryad

nəçənnikliyi"  ilə vidalaşıb, kənd  sovetində tək  bir  milisioneri  və katibi  ilə

qalandan sonra, müharibə illərində də öz əvvəlki vərdişilə gecələr səhərə qədər at

belində, sovetliyin ərazisində "gəşt  eləyərdi",  hardasa  fövqəladə hadisə baş

verəndə beşaçılanın dalbadal  havaya  boşaldıb,  "Trevoqa!  Trevoqa!"

1

-qışqırıb



cəmaatı  oyadardı  və elə hadisə yerində "prakrorsuz-mrakrorsuz, sudyasız-

mudyasız",  "ədalət  qılıncını  sıyırıb əyrini  kəsərdi,  düzü  yoluna qoyardı".

Müharibə qurtarandan  sonra  "ömür  yoldaşı  beşaçılan"la  da vidalaşıb, əvəzində

adi  qoşalülə gəzdirsə də və "Trevoqa"  qışqırmağa daha  ehtiyac  olmasa  da,

adətini tərgitməyib, yenə də axşamdan yatıb ; qalxıb, əvvəlki atlarının nəslindən

qalan,  "paçası  guppultulu"  kəhərinin belində,  sovetliyin ərazisində "gəşt

eləyirdi",  yenə də həmin  qayda  ilə "ədalət  qılıncını  sıyırıb əyrini  kəsirdi,  düzü

yoluna qoyurdu".

At  kişnərtisinə,  güllə səslərinə dönəndə Səməd axırıncı dəfə mehmanxanada

röyada gördüyü hamanca qara meşin pencəkli, qara meşin şapqalı, əli qoşalüləli,

hay-küylü  Qurban əmini  gördü.  O  Qurban əmini ki,  hər  yerdə "ədalət

mücəssəməsi  köhnə bolşevik"  kimi  tanınırdı;  o Qurban əmini  ki,  Stalinin

"prekratite bezobraziye"sindən  hələ səkkiz il əvvəl  köhnə bolşevikləri  və

ağsaqqalları başına  yığıb  gedib  Gülənovla Sayılova  "kontra

2

beləfilan  uşağı"



deyibmiş və elə bu "kontra"ya görə

Rus ordusunda qəbul olunmuş həyəcan ifadəsi, 30-40-cı illərdə Azərbaycanda da işlənirdi.

Əksinqilabçı mənasında.



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə