İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə41/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   180

______________Milli Kitabxana_______________

Əhvahını soruşursan, nə təhər deyim, ey qardaş,

Azərbaycan nə təhərdi, mən o təhərəm, ey qardaş.

Şimaldan bir səmum əsir, Cənubumuzdan başqası,

Səhralaşan yurdumuzda tozdan betərəm, ey qardaş!

Səməd  yenə əmisinə baxırdı. Pırpız qaşlar necə çatılmışdısa, eləcə qalmışdı.

Yeddi  il  səkkiz  ayın yuxusuz  gözləri  necə qapanmışdısa, eləcə qalmışdı.  Yox,

düyün  açılmırdı.  Bunu,  deyəsən,  qocalar  da  gördülər.  Oxumaq əvəzinə elə bil

hönkürməyə başladılar:

Farsın içində dilsizəm, Rusun içində elsizəm,

Ağlamaq da qadağandı, boğuq qəhərəm, ey qardaş!

"Qəhər" sözü "qəhr"dəndi, "qəhr" - "ki ər" - OdƏrdəndi,

Odu, Əri də qəhr olan məzlum OdƏrəm, ey qardaş!

Qarayanıq göz qapaqlarının tökülüb seyrəlmiş kirpiklərini bu fəryaddan sonra

da qupquru görəndə Səməd başa düşdü ki, düyün açılmayacaq. Çünki Sultan əmi

yatmışdı.  Özü  də hələ bayaq  qollarını  sinəsində çarpazlayıb  başını  divara

söykəyəndəcə yuxuya gedib, nə "Zarıncı"ın eşitmişdi, nə də "Divani"ni.

Qocalar  birdən-birə qəzəblənmiş  kimi,  heç  birinə yaraşmayan  heyrətli,  uca,

hönkürtülü səslə bayatı çəkdilər:

Eheeeey, oyan dağlar!

Nə yatmısan, oyan, dağlar!

Bu yanın zülmətxanədi,

Necədi o yan, dağlar?! A dağlar! Od Ağlar,

1

dağlar!



Qocalar susar-susmaz, bayaqkı görüntünü Səməd bu dəfə əmisinin böyründə

- divanda  gördü;  Sultanın o  cür  bayatıdan  da  oyanmadığına  elə bil  Mədəd də

heyrətlənib, üzündə heyrəti, oğluna baxıb yoxa çıxdı.

Qocalar kor-peşman, Sultana tamaşa eləyirdilər.

Səməd isə daha nə əmisinə baxa bildi, nə də qocalara.

SafAğlar həqiqəti: El şairlərinin ustad Aşıq - ƏsAğların şeirlərində "dağlar"  motivinin çoxluğu

"Od Ağla" və "sinəsi dağlar" olan ölkə ilə - Bağdayla bağlıdır.



______________Milli Kitabxana_______________

Yeddi il səkkiz ay öz "cəhənnəm kürəsi"ndə yanıb qovrulandan sonra burda,

əmisinin  süfrəsinin başında  atası  ilə əmisinin  "məzlum  OdƏr"  talelərinə yana-

yana  ilk  dəfə doyunca,  demək  olar  ki,  lap  boşalınca  ağladı.  Üzünü  biləyinə

söykəyib, elə burda da yatdı və gecənin bir vaxtı oyandığı anda röya gördü. Bu

röya həm şirindi, həm də acı. Şirinliyi bunda idi ki, Gülgəzlə üz-üzə oturmuşdu.

Gülgəzin  gözlərinə,  cıqalarına  baxa-baxa,  Gülbənizin  önlüyünün ətəyindən

kişmiş  yeyirdi.  Acılığı  isə bunda  idi  ki,  kişmiş  acı  idi.  Dilinə-damağına  çökən

zəqqutun dadını duyduqca, Səməd tez-tez Gülgəzin biləyindən yapışırdı. "Yemə,

yemə! Kiflənib kişmiş! Zəhərlənərsən!" - deyirdi. Əmma Gülgəz qulaq asınırdı.

"Sənnən zəhər də xoşdu!" - deyib gülə-gülə kişmişi ağzına basırdı və acılıqdan,

elə gülə-gülə inildəyirdi.

Oyanıb  qaranlıq  zalda,  yığışdırılmamış  süfrədə qabların  soyuq  işıltılarına

baxa-baxa,  həmin  iniltini  yenidən  eşidəndə Səməd röya  ilə reallıq  arasında,

anlaşılmaz  və anlaşılmaz  olduğu  qədər  də əzablı  bir  aləmdə bir  müddət

hərəkətsiz qaldı. Sonra dik atılıb inilti gələn tərəfə cumdu.

Qapıları, pəncərələri taybatay açıq yataq otağında, stolüstü lampanın işığında,

arxası  üstə uzanıqlı Gülgəzin  elə bil  son  nəfəsdə "qamətə"  dikilmiş,  işgəncə ilə

dolu gözləri parıldayırdı. Sultanın zil qara hörüklərə qarışmış çal saçı işıldayırdı.

Səsi xırıldayırdı:

- Qalmalısan!., Sən bu evdə qalmalısan!

Səməd əllərini  üzünə basdı.  Yataq  otağına  tərəf  cumduğunun,  orda

gördüyünün, eşitdiyinin də röyada baş verdiyini hiss etmədən, burdan qaçmağa,

uzaqlaşmağa  çalışıb,  səndələyə-səndələyə geri  çəkildi.  Taleyin  dönüklüyündən,

təhqirin ağırlığından, bədbəxtliyin sonsuzluğundan boğulurdu. Ani bir nəzər, ani

bir  mənzərə qəlbində hər  şeyi  alt-üst  eləmişdi,  bütün  həyatını  varlığını qurban

verməyə hazır  olduğu əmisinə - "uca  şəxsiyyətə,  gözəl  insana"  məhəbbət

əvəzinə, ürəyinə ikrah doldurmuşdu.

O  balıncın  üstündə dəbərə qalan,  işgəncə ilə dolu  gözləri,  o  qara  saçların

arasında  işıldayan  çal  tükləri  xəyalından, uzaqlaşdırmağa,  eşitdiyi  inilti  ilə

xırıltını qulağından  çıxarmağa  çalışdı,  mümkün  olmadı. O gözlər  daha  da

böyüdü,  dəhşət  dünyanı  tutdu  və Səmədin  Qaraçı  gözəli  adında  Qaratikanlı-

Gurtikənli,  Qaraağaclı-Gurağaclı dünyası  ilə birgə Sultan Əmirli  adında

möhtəşəm  dünyası  da  o  dəhşətə qarışıb  yoxa  çıxdı  və Səməd  bu  yoxluq,  heçlik

içində əmisinin  evinin  pillələrındən  axırıncı  dəfə düşüb, eynilə dünənki  kimi,

haraya və nə üçün getdiyini bilmədi...




______________Milli Kitabxana_______________

10

Yoxluq,  heçlik  içində bir  qaraltı  göründü.  Səmədə elə gəldi  ki,  düz  bu  yana



gələn qaraltı kim isə Sultanın adından gəlir. Əmma qaraltının böyründə "Pobeda"

maşını  görünüb  faraların  qəfil  parlayan  gur  işığında  o  "qaraltı"ın zərli

paqonlarında üç iri qrrmızı  ulduzu  işıldayan bəstəboy, dolu,  möhkəm,  gözəl bir

oğlana çevirdi. Axsaya-axsaya, bir yanının üstünə çökə-çökə, sürətlə yaxınlaşıb,

sol əlini  tənziflə boynundan  asılmış  sağ  qolunun  altından  çəkib,  iri, qabarlı

pəncəsini Səmədin qarşısında geniş açıb:

- Salam, əzizim. Mən Saşayam, - dedi.

NKVD-də müavin işleyirəm. Çaşma. Burda yox, Bakıda. Sənin də, mənim də

şəcərəmiz əslində Ulu  Bağlı olmalıdı.  Ya  da  Süleymanlı.  Babayev  yazdırıram.

Atamın adını  familiya gotürmüşəm.  Atam  işimizin  xatirinə Mirqəzəbin  baldızı

ilə evlənmişdi,  Bağırovun  sağ-solundakı  Ermənilərin  hər  həftə,  bəzən  hər  gün

təşkil  etdikləri  terrora  göz  qoyurdu,  Muğannaları  xəbərdar  eləyirdi.  Elə bunun

üstündə öldürdülər.  Məşhur  adam  olub,  tanıyarsan:  Baba Əliyev  Ulu  Bağ

ƏsƏlMən,  (Solomon)  bilirsən  on  doqquzuncu əsrə qədər  Yerdəki  Adlarını tez-

tez dəyişirmiş: Comərd, Musa ağa... Bu bizim tanışlığımız. İndi sonrasına qulaq

as.  Qılınc  Qurbana  danışmışam,  nə lazımdısa.  Onnan  söhbət  elə.  Beynin

açılacaq. Ətrafında  nə baş  verdiyini  tamam  dərk  eliyəcəksən...  Vəssalam.

Missiyanı qurtardı.  Səlamət  qal, əzizimiz.  Bu  bizim  birinci  və sonuncu

görüşümüzdür. Mən həbsdəyəm.

"Volqa"ya minib qapını çəkdi. İşıq uzaqlaşdı.

* * *

Yoxluq,  heçlik  içində bir  qaraltı  da göründü.  Bu  dəfəki  bir  metrlik  qaraltı



Əlləzoğlu idi. Bir əlində yaba, o biri əlində neft qabı, Ortayolun o tərəfində, uzun

illər ərzində günbəgün,  aybaay  qalınlaşıb  keçilməz  hasara  çevrilmiş  çəpərin

darvazası  səmtindən  gəlib, Əmirli  mülkünün  qabağında  dayananda  yabanı  yerə

sancdı,  nefti  tələsmədən,  təntimədən,  pəncərə taxtalarının arasından  o  yana

axıtdı.

Səməd çəpərsiz, hasarsız, hamar, geniş həyətin çəmənə qovuşduğu yerdə, su



quyusunun dikdirində oturmuşdu. Baxırdı və səhərin toranında hər şeyi görürdü.


Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə