İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə38/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   180

______________Milli Kitabxana_______________

Ustad  Aşıqlara  və SafAğa  az-çox  istinad  edən  çesuyçalılar  da  vardı  və

belələri  nə isə deməyə başlayanda  Sultan  həmişə susub,  ustadlara  aid  dərdinə

qapılardı.  Çünki  Dərə Ələyəz,  Göyçə səmtindən  Muğan  duzlaqlarına  sürülən

qoca ustadlar bürküyə dözməyib qırılırdılar - ölürdülər.

Sayılovun  Dədə Şəmşiri,  "saf" kəlməsini  xatırlatması  kifayət  etdi  ki,  Sultan

birdən-birə öz "proqram" çıxışını yarıda kəsib, qapıya yönəlsin.

Belə hərəkəti  yalnız  SafAğ  dərdindən  xəbəri  olanlar  duya  bilərdilər.  Səməd

isə heç  nə hiss etmədi.  O  bilmirdi  və heç  vaxt  bilməyəcəkdi  ki,  məşhur  Aşıq

Şəmşir  SafAğ  Elmi  ustadlarındandı.  Bu  mövzuda  şeirləri  ardıcıl  dəyişdirilib,

dinə bağlanırdı,  ya  da  sadəcə,  gizlədilirdi.  Səməd  bilmirdi  və heç vaxt

bilməyəcəkdi  ki,  xüsusilə öz  qohumları Göyçəli,  Aşıq  Alının  adını  daşıyan

AğBizənli  Alı  ilə oğlu  Aşıq  Şamil  Muğannalarla  gizlin  ünsiyyətdə olduqlarına

görə zəhərlə öldürülmüşdülər və bu bəd əməldə Sayılov da iştirak etmişdi. Məhz

buna görə Səməd, əmisinin qəmini hiss etmədi.

Cəmisi  beş-on  dəqiqəlik  söhbətdən  sonra  Sultanın  ardınca  çıxanda  Səmədə

elə gəldi ki, bu dəqiqələrdə Sultan Əmirli onunla da sərt danışacaq.

Əmma Sultan köyrək dilləndi:

- Saşam getdi... Dirəyim yıxıldı...

Səndən  ayrılsam  o  günü  ölərəm.  Mübaliğəsiz.  Nəfəsim  kəsilər...

Yaşamalıyam  mən.  "Xəzinə"ni  sənə verəndən  sonra,  layiqli  Varis  səviyyəsində

durduğuna əmin  olandan  sonra  da  yaşamalıyam  sənnən  bir  yerdə!  Ağır

mübarizələr  var  irəlidə.  İnsanın  özünün  özünnən  psixoloji  mübarizəsi  çox  ağır

olur. Başa düşdün?!

Nə isə dumanlı bir şübhə, qara bir fikir Səmədi sarsıtdı.

Küçənin kimsəsizliyində Sultan ayaq saxlayıb yerə baxdı.

- İstəyirsən bir az da açıq danışım? Səməd udqundu.

- Danış... Həyatımız dumana bürünüb, əmi...

- Yaxşı  dedin,  dumanı dağıtmaq  lazımdı.  Kişi  kimi  mərdanə söhbət eliyək!

Mən  onu  boşaya  bilmərəm.  Kəbinlidi! - Sultanın  dili  bıçaqdı. Bu  söhbət

olmalıdı.  Birdəfəlik...  Boşasam,  düşmən  böhtanı  təsdiq  olunacaq:  "Əxlaq

pozğunluğu". Sultan Əmirli ləkələnsə, Varis də ləkələnib hər yerdən qovulacaq.

"Xəzinə" sahibsiz qalacaq. Elm məhv ediləcək, batinlərlə birlikdə xalq da bütün

qırılacaq!  Bütün  hər  şey  səndən  asılıdı indi.  Ya  tüpür əminə çıx  get, səhər  gəl

dəfn elə. Ya da bu axşam evə necə



______________Milli Kitabxana_______________

getdik, necə yedik-içdik, eləcə gedək oturaq - Sultan xırıldadı, inildədi. - Hansını

seçirsən?  Mərd  ol!  Üzümə bax!  Ya  tüpür  get,  ya  qal.  Səmədin  səsi əmisinin

xırıltısından seçilmədi:

- Mən  fikirləşmişəm...  Gələli  bundan  başqa  bir  şey  fikirləşməmişəm...

Dumanı dağıdırsan. İmkan verirsən sözümü deyim... Deyirəm: Qalıram, əmi...

- Səbr... fil səbri tələb olunur! Qeyri-adi dözüm!

- Başa düşürəm əmi.

- Məsələnin bir tərəfidi bu.. Günü sabahdan əmrini verirəm. İdeologiya üzrə

işlə:  təbliğat-təşviqat  şöbəsini  götür.  Raykomda  struktura  dəyişikliyi  gözlənilir.

Tək  təşkilat  şöbəsi  olacaq.  Bütün  rayonun  kəndlərində,  qəsəbələrində partiya

təşkilatı  katibləri,  raykomun  instruktorlarının hamısı  sənə tabe  olacaq.  Hələlik,

demək,  təbliğat-təşviqatı  götürürsən.  Elə günü  sabahdan  da  təhkim  get  kəndə,

yığıma  kömək  elə, camaatımızın da  dərdinə qal.  Nə deyirsən?  Lap  açığı,  bir  az

aralan buralardan... Hələlik...

- Razıyam, əmi.

- İçəri gedirik indi. Təkrar edirəm: fil səbri! Dözüm!..

Səməd dillənə bilmədi: həyətə keçmişdilər.

*  *  *

... Süfrə. Həmin süfrə idi. Göyümtül qrafində çaxır da həmin çıxırdı.  Çaxırı



içənlər isə indi tamam başqa adamlardı.

- Çörək ye, tutar səni bu Məlhəm.

- Yox... Sən danış...

- Danışım,  danışım...  Axşam  sən  o  qara  lenti  portretdən  qopardanda

danışıqsız anladıq bir-birimizi: sən Stalinin şöhrətindən, müharibənin, qələbənin

miqyasından ayrılammırsan... Əmma məsələ mürəkkəbdi. Moskvanın münasibəti

keçən  ildən  məlumdu.  Bilirdik  ki,  təsərrüfatda, elmdə,  mədəniyyətdə bütün

əyintiləri,  geriliyi  tək  Stalinin  adına  yazmaqla  partiyaya  bəraət  qazandıracaqlar.

Çünki  beynəlxalq  məsələlər vardı:  bu  sistemin  hər  yerə yayılmaq  təhlükəsi

qorxutmuşdu  hamını - Amerikanı,  İngiltərəni.  Xüsusən  Almaniyada  sosialist

dövləti - FRQ

1

Almaniya Federativ Respublikası müstəqil dövlət sayılsa da, SSRİ-nin respublikalarından  birinə



cevrilmiş,  bütün Avropanın sovetləşmə təhlükəsi yaranmışdı.


______________Milli Kitabxana_______________

vahiməyə salmışdı hamını. Planetdə kasıblıq, aclıq, bir qrup kapitalistin fantastik

varlanması, Afrikanın,  Asiyanın səfaləti... Hamısı SSRİ-nin xeyrinədi. İnqilabın

eksportu  sürətlənir. Moskvada plakat çap eləyiblər,  milyard tirajnan: "Leninizm

şaqaet  po  planete".

1

Xruşşov  qoymayıb  yaysınlar:  "Mı  i  tak  vspuqnuli  kapitala.



Ya bı deystvoval naoborot. Spravte etot lozunq. Ya s mirom poyedu v London, a

nado  i  v  Vaşinqton".

2

Qısası,  Stalini  təkcə sıradan  çıxarıb  kapital  dünyasıynan



az-çox barışmaq istəyirlər, - danışıram ki, belə gizlin şeylərdən də xəbərin olsun.

Mayda  professorun  gəldi.  Stolumun  üstündə şüşənin  altında  o  teleqrama  işarə

elədi,  dedi  bunu  çıxart  burdan.  Məlum  oldu  ki,  Mərkəzi  Komitənin  xəttiynən

gəlib  Məhərrəm.  Həmin  məktub  oxundu.  Sizdə də oxunub,  bilirsən  özün  hər

şeyi. Məncə, hətta dərk eləyirsən ki, yoldaşlarıyın "Stalinizm" adlandırdığı "izm"

dəhşətlərdən  ibarətdi. Əmma  dəhşətlər  hələ irəlidədi.  Türkiyənin  kapitala

söykənib  Azərbaycanı,  Türküstanı  azad  eləyəcəyindən  qorxduqlarına  görə

gizlindən  Türkiyəyə dolur  Sovetlər.  Burda  isə köhnə "pantürkizmlə mübarizə"

şüarı indiki sürgünlər, qırğınlar "xalq düşmənləri" adında yalan sehrinə bürünüb.

Bircə il  də yaşasaydı,  o  "Stal" - "Polad"  deyilən  cəllad, əmin  də "xalq

düşmənləri"  sırasında  olmalıydı.  "Xəzinə"miz  barədə çox  məlumat  gedib

Moskvaya.  Açılıb hər şey. Zahirdə guya qırxsəkkiz əlli üçüncü il terror, sürgün

kompaniyası  guya  qurtarıb  daha, əslində isə daha  dəhşətli - maksimum  gizlin

aparılır.  Mayda  professorun  dedi  bunu  mənə.  "Nəzərə al  ki,  Muğannalardan  bir

nəfəri  də səlamət  qoymuyacaqlar", - dedi.  Sən  gəldin  durdun  gözümün

qabağında.  Məhərrəmi  yola  salıb  qayıdanda  dəli  kimiydim.  Gözüm  seçmirdi

dünyam.  Nəfəsim  kəsilirdi.  Axşam  sən  bu  qrafini  necə çəkdin  başına,  mən  də

eləcə çəkdim  başıma,  ac  qarına.  Şoferi  çağırdım,  Müslümü.  Seyid  kişidi  indi

burda  mənim  məhrəmim,  bir  də Müslümdü.  Seyid  kişi  kostum  tapdı,  qalstuk

gətirdi.  Ömrümdə birinci  dəfə kiteldən  çrxdım,  qalstuk  taxdım.  Müslüm  də

üzümü  qırxdı.  Oturdum  maşında.  "Sür! - dedim. - Kəndlərin  ara-bərəsində,

sahələrdə, harda gözünə gözəl qız dəysə saxla,  maşına basıb gətirəcəyik bir baş

zaksa!" Yazıq güldü, sonra da qəmləndi. "Evdə anamnan elə sənin fikrini çəkirik,

-dedi. - Nə olar  axı  bir  allah  bəndəsi  gətirəsən  bu  evə?  Qocalmamısan, əldən

düşməmisən. Uşağın olsa, öz balamız kimi saxlıyarıq".

"Leninizm bütün planetə yayılır".

"Biz  onsuz  da  qorxutmuşuq  kapitalizmi.  Məndən  olsa, əksinə hərəkət  edərəm.  Gizlədin  bu

şüarı. Mən sülhlə gedəcəm Londona, lazım gəlsə Vaşinqtona da..."




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə