İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə46/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   180

______________Milli Kitabxana_______________

də Mirqəzəb özünü yığışdırıb, bir də ta qırx altıncı ilə, o kişmiş əhvalatına qədər

"şeyx qardaşlarına" toxunmayıbmış.

Bu Qurban əmi o Qurban əmi idi ki, "iki qardaşın bir balasına" "üç qardaşın

bir  balası"  deyərdi.  Bircə bala  kəhər  atın  tərkində, əllərinin  ikisini  də Qurban

əminin  kəmərinin  altına  salıb,  yırğalana-yırğalana  Süleyman  Rüstəmin

"Çapayev"

1

şerini  oxuyanda  Qurban əmi  o  şeri  bir  də,  beş  də oxutdurardı  və



Bircə bala  hər  dəfə eyni  həvəslə "Çakıl  daşlı  çaylardan  Çapayev  çapa-çapa" -

deyəndə Qurban əmi  hər  dəfə qəhərlənərdi,  "Bah-bah!  Məni  yazıb,  ay  oğul,

mənciyəzi  yazıb!" - deyərdi;  Bircə bala  Maksim  Qorkinin  "Fırtına  quşu"nu

2

oxuyanda  isə,  Qurban əmi  şahin  kimi  qiyyə çəkərdi.  Sonra  yəhərin  qaşına,  atın



yalına baxa-baxa əyilib uzun-uzadı deyinərdi: "Fırtınalar qurtarır, biclər əyyamı

gəlir, ay oğul!.. Şahinlər qarğalaşacaq, ay oğul! Bax onda şahin ol sən. Əyrilərin

qabağında əyilmə! Yoxsa, bu dünya əyildikcə əyilər!" - deyərdi.

Kişnərtiyə və güllə səslərinə dönəndə,  Səməd  dərhal  hiss  etdi  ki,  adı  sədr

Mədəd və Sultan Əmirli adları ilə yanaşı dayansa da, bu "ədalət  mücəssəməsi",

"ədalət qılıncı" nə hardasa, nədənsə güdaza gedər, nə də deyişib tanınmaz olar.

Qurban əmi öz şəxsiyyətinin ucalığı ilə ürək isidirdi. Əmma bu istilik həm də

kədər  gətirirdi.  Dünən  mehmanxanada  peyda  olub,  döşəkağını  öz əli  ilə

döşəməyə salıb  "Burda  yat. Sən  yat,  Qılınc əmin  də keşiyini  çəksin"  deyəndə

Qurban əmi  bu  yaşında  hər  cür  təhlükəyə qarşı  hazırlığı  ilə onu  nə qədər

sevindirmişdisə,  indi  bir  o  qədər  kədərləndirdi  və Səməd,  şapqasının  qabağında

ulduzu  parıldaya-parıldaya  yəhərdən  yerə atılan  balaca kişiyə baxa-baxa,

qapıların, darvazaların şaqqıltılarını dinləyə-dinləyə fikirləşdi ki, bu "trevoqa"nın

nə mənası var, yoxluq, heçlik içində ədalət qılıncı kimi kəsə bilər?!

Göyə dirənmiş  alov  sütununun  işığında  təkər  izlərinə qədər  görünən

Ortayolda əlləri  vedrəli,  belli,  yabalı  kişilər,  arvadlar,  cavanlar,  qocalar

vurnuxdular,  gah  yaxından,  gah  uzaqdan  bir-birlərinə nəsə deyə-deyə,  bağırışa-

bağırışa,  yanğının ətrafına  toplaşdılar,  balkon  dirəklərindən  başlamış,  bel

ağaclarına  qədər  od  içində qıjıldayan  evə yaxın düşməyin  mümkün  olmadığını

görüb duruxdular, kütləşdilər, sonra ordan-burdan

Çapayev  Rus  monarxiyasına  qarşı  döyüşən  partizan  komandiri  kimi,  çox  təbliğ  olunduğuna

görə Azərbaycanda da sevilirdi.

İnqilabi şeir.



______________Milli Kitabxana_______________

sökülüb,  quyunun  üstündə təkcə oturan  ev  sahibinə doğru  meylləndilər,  bu

bədbəxt cavanın aqibətindən qəmlənib hərəkətsiz qaldılar.

Təkcə Qurban əmi  hərəkətdə idi:  ortalıqda - od-alov  yağmurunun  altında  o

yan-bu  yana  gedib  gəlirdi,  kiməsə qışqırırdı,  kiminsə yaxasından  yapışıb

silkələyirdi,  hədələyirdi.  Nə üçün?  Göbələk  Məmiş Əlləzoğlunu  "kəsməyin"  nə

mənası var? Tutaq ki, kimsə xəbərdardır Əlləzoğlunun bu cinayətindən, tutaq ki,

kim  isə Sultan Əmirlinin  qayınatası  haqqında  danışmağa  cəsarət  eləyib  irəli

çıxsın,  "Mən  gördüm, Əlləzoğlu  yandırdı  evi", - desin,  Qurban əmi  də gedib,

qaratikan  çəpərinin  dalından  Göbələyi  çıxarsın,  atının qabağına  qatıb  aparıb

Gülənova təhvil versin, nə dəyişər bununla? Yoxluqda, heçlikdə nə əmələ gələr?!

Nəhəng  palıd  kərənlərindən  yonulmuş  bel  ağacları  yanıb  ortadan  üzüldükcə

bir-birinin ardınca guruppagurup tökülüb, divarların arasında üst-üstə qalaqlandı,

bayaqdan  yuxarıda - havada  qıjıldayan  alov  indi  təndirə düşmüş  kimi

guruldamağa  başladı,  tüstü-duman  dünyanı  götürdü.  Səməd  boğazına  dolub

nəfəs  yolunu bıçaq kimi kəsən bu acı tüstü  içində də bir  xeyli oturandan sonra,

qəlyanlı qocalarsayağı, əllərini dizlərinə dayayıb, ağır-ağır qalxdı, dönüb getdi.

Tüstü-duman  altından  baxanların  hamısı  görürdü  ki,  boy-buxununun,

qollarının,  qıçlarının  sanbalı-siqləti  ilə həmin Əmirli  yetirməsi  idi.  Yetirmənin

özü isə bütün aydınlığı ilə dərk edirdi ki, bu sanbalın, siqlətin içərisi bomboşdu.

Elə boş  ki, hətta  "prakrorsuz-mrakrorsuz,  sudyasız-mudyasız  kəsən"  nadir

nüfuzlu  köhnə bolşevikin  canıyananlığından  da  üz  döndərib  çölə-biyabana

gedirdi.  Qurban əmi,  şübhəsiz,  nə isə eləməyincə yorulmaq,  usanmaq

bilməyəcək, bəlkə hətta öz köhnə dostunu "kəsməyincə" sakitləşməyəcək. Əmma

bunun  faydası  nədir?  Qardaşoğlunu  müsibət  içində qoyub  o  biri  otaqda  qadın

zorlayan, tamamilə ayıq baş və aydın şüurla "Sən bu evdə qalmalısan" -deyən o

dəhşətli adamı "kəsməyin" nə mənası var?! Bircə balasının zalda, süfrə arxasında

olduğu  bir  vaxtda  öz  çal  saçlarını  qara  saçlara  qatan  insan  insandımı?!  Hələ

qardaşının  dəfnində "Ağlıyammıram,  Bircə bala,  yaş  düyünlənib  qalıb,

ağlıyammıram", - deyib, yeddi il  səkkiz ay sonra o düyünü ürəyindən çıxarmaq

üçün sehrkar aşıq çağıran, sehrin başlandığı dəqiqədə isə yuxuya gedib daş kimi

yatan o daşı "kəsmək"dən nə çıxar?! Yoxluqda, heçlikdə nə isə bir şey yaranar?

Daş dönüb yenidən insan olar və Əmirli yetirməsi əmisinə yenidən vurular?!



______________Milli Kitabxana_______________

- Səməd!..  Səməd!..  Dayan,  ay  oğul!  Sınma,  ay  şahin  balam!  Günü bu  gün

düşmənlərini  diz  çökdürəcəm  sənin  qabağında!  Dayan!  Elə şeylər  eliyəcəm  ki,

ürəyin dağa dönəcək! Dayan!

Səməd  dayanmadı. Əksinə,  "şahin"  sözündən  necə qəzəblə aralandısa,

Qurban əmi  yedəklədiyi  atı  və yanınca  yortan  Xızr  Abı  ilə birlikdə yüyürməyə

məcbur oldu.

Abı  dala  qaldı.  Qurban əmi  çatıb,  atı  yedəkləyə-yedəkləyə,  yanaşı

addımlamağa başladı.

- Sərt danışacam sənnən, oğul... Ürəyim yalvarır üç qardaşın Bircə balasına.

"Qurban əmin qurban olsun sənə, belə yerimə, belə əyilmə! Dözmərəm" - deyir

ürəyim.  Ağlım,  şüurum  "sərt  ol,  ay  Qurban - deyir, - Qoyma,  qoyma  qanadı

sınsın şahiniyin!"  Bu  iki  gündə hara gedibsən,  Saşaynan  yanaşı,  kölgəntək

sürünmüşəm  dalınca.  Qaçaqçılıq vaxtından  vərdişimdi,  lazım  gələndə addım-

addım  gəzərəm  adamın dalınca, gözə görükmərəm.  Çürüknən  Abı  oxuyandan

sonra  necə ağladığını  da  gördüm,  evdən  necə çıxdığını  da  gördüm...  Papağını

qoy qabağına,  bir  fikirləş  yaxşı-yaxşı,  gör  Leyli-Məcnun  zəmanəsidimi  bu

zəmanə, Əsli-Kərəm  zəmanəsidimi?!.  Kontralarnan  vuruşduğumuz vaxtlar

Sultan  özü  dərs  deyib  mənə. Əslimizi - nəslimizi  bir  dəfə Məcnun  zamanında

itirmişik  biz.  Yəni  o  zaman  ki,  Müaviyəynon  oğlu  Yezid qırmışdı  bizim

SafAğlarımızı. ƏlEy əvəzində "Leyli"  deyən  Məcnun oldu  millətimiz,  dağıldı.

Sonra  da  içimizə rus  dolub  Gəncəmizi  Yelizavetpol eləyəndə itirdik əslimizi-

nəslimizi,  "Kərəm"  olduq,  düzlərə düşdük,  "Əslim  haray!"  qışqırdıq.  İndiki

zəmanə daha  pis  olub,  ay  oğul. Fədailərimiz  qırıldı,  qaçaqlarımız  hamısı

dağılışdı.  Təbrizdə də elə müsibətlər!..  Elmimiz,  tariximiz  yandırıldı.  Sazımız

sındı,  səsimiz  batdı.  Söz deyənimiz  qalmadı.  Kor  kimisən  sən!  Mədədin

vəsiyyətindən  qaçırsan sən!  O  vəsiyyət  irəlidi,  o  Elm,  Eşq  irəlidi,  yoxsa  agent

Məmişin  məlakə qızı?!  Sultan  nə deyib  sənə?  Onun  işinin  elə məqamıdı  ki,

həməşəlik yıxıla da bilər indi, həməşəlik qalib də ola bilər... Eşidirsənmi?! Fikrin

nə qədər  qarışıq  olsa  da,  çalış  fəhmnən  qulaq  as...  O  vurğun  vurmuş,  qanı

köynəyinə bulanmış  Mirqəzəbin  məhkəməsi  başlanır  Bakıda,  Dzerjinski

1

klubunda.  SSRİ  prokurorunun  özü  şəxsən  gəlib. Rudenko!  Gör  məsələ nə



yerdədi  ki,  vayenni  tribunal  baxır  işə.  Şəxsən  Rudenko  ittihamçıdı!..  Xudiyev

zəng vurmuşdu səhər saat beşdə, yaltaqlana-

KeQeBe-nin klubu.



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə