İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə54/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   50   51   52   53   54   55   56   57   ...   180

______________Milli Kitabxana_______________

böhtanlar  ifşa  olunurdu  burda,  cildciyəzi  qalıb  indi! - Cildi  köynəyin  üstünə

qoydu.

Səməd  ancaq  indi  gördü  ki,  Abının  yerdə öpdüyü  cında  kimi  şey  kitab  üzü



idi,  Bircə balanın vaxtilə "revkom  kabineti"ndəki  nəhəng  taxta  sandıqlarda  və

burda - kandarında çəmənotu, qazayağı bitən, tavanında qaranquşlar uçuşan evdə

gördüyü daş  cildli  kitablardan  birinin  cildi  idi,  traktorun  təkərinin  altında  xınc-

mınc  olmuşdu.  Xeyli  kənardan  baxsa  da,  cildi  Səməd  dərhal  tanıdı.  Çünki

kandarında çəmənotu, qazayağı bitən, tavanında qaranquşlar uçuşan evin  kərpic

qırıntılarının  arasında  belə kömür  kimi  qara  cild  başqa  cild  ola  bilməzdi.  Abı

silib-təmizlədiyi  vərəqi  köynəyin  üstündə sığallayanda,  Səməd  vərəqi  də dərhal

tanıdı.  Çünki  kandarında  çəmənotu,  qazayağı  bitən,  tavanında  qaranquşlar

uçuşan evin yerində bu cür, dörd dövrəsi qızılgüllərlə, sarı bülbüllərlə bəzənmiş,

tən ortasında əski əlifba ilə cəmisi on-on beş sətr yazılmış vərəq də başqa vərəq

ola bilməzdi. Cəmaat heyrətlə çaxnaşırdı:

- A  kişi,  bir  adam  təki  danışsana!..  "Qəhbə"  nədi?!  Babəkin  anasının  adına

"qəhbə" yazan  yazıb, bə bunu kitaba salıb çap eliyən köpəyoğlu  nə təhər eliyib

ki, səsini çıxardan olmayıb?! Əlini kəsərəm mən elə adamın!..

Abının hönkürtüsü cəmaatın səs-küyünə qarışdı.

Məmməd Xələf Zalın maşınının dövrəsi, "tros"un süründüyü yerlər, traktorla

buldozer  yığanının  zolaq-zolaq  izləri  və Ortayolda  çala-çuxurlara  basılmış

kərpic,  daş  qırıntılarının ara-bərəsi  də əzik-üzük,  cırıq-cırıq,  parça-parça

vərəqlərlə dolu idi.

Abı  dizin-dizin  sürünə-sürünə,  vərəqləri  ovuclarında  sığallaya-sığallaya,  can

köynəyinin ətəyi ilə silə-silə köynəyin üstünə yığırdı.

Əmma bu iş çox çəkmədi. Növbəti kağız dəstəsini köynəyin üstünə qoyanda,

Abı ətrafına  baxıb  birdən  ayağa  qalxdı,  tarım  gərilib  sıxılan  qarmonun  qırışları

necə çaxnaşarsa,  Abının  üzündə qırışlar  da  elə çaxnaşdı,  qırışların  arasından

tamam  başqa- dümağ  sifət  çıxıb,  hətta,  yolun  qırağında  boy-boya  verib  məyus

gözlərlə ona  tamaşa  edən  qəlyanlı qocalan  da  təəccübləndirdi:  üzünün  birdən-

birə uzanantəhər  olması,  qırışların  açılması  Xızr  Abının  nədənsə dəhşətə

gəldiyini  göstərirdi.  Qəlyanlılar  bir-birinə baxıb  təşvişlə: - Nə oldu?!  Abıya  nə

oldu belə? - deyəndə Abıdan qışqırtı qopdu:

- Canmıza azar oldu! Niyə kömək eləmirsiniz?! Köynəklərinizi çixarın, bircə-

bircə yığışdırın hamısını! Bərpa eliyərik bacarsaq!



______________Milli Kitabxana_______________

Çürük  köynəyini  heysiz  qollarından  zorla  çıxarıb  yerə sərdi.  Sonra  qalan

qəlyanlılar,  hətta  "qabırğası  qalın",  yəni  çox  ağır  tərpənişli  sayılan  nəhəng

gövdəli  Təftiş  Abbasla  özünü  heç  vaxt  "qara  işə verməyən"  Qılınc  da  Abının  o

cür heyrətinə laqeyd qalmayıb, köynəklərini çıxarıb yerə sərdilər. Dörd tərəfdən,

cəmaatdan da tərpənişən olanda Abı onlara da qışqırdı:

- Dedim  yaxın  gəlməyin  siz!  Qədrini  bilməzsiniz,  yığammazsınız siz  bu

müqəddəsatı!

Qılınca da qışqrrdı:

- Dağıt bu avara yığnağını! Rayonun sahibi gəlib qardaşının mülkünü viranə

görüb  quruyub  qalıb.  Bəlkə beş-üç  kəlmə sözümüz  var kişiynən.  Gərək elə

ağzımızın içinə baxsınlar?!

Qılınc  Qurban  gözlərini  dolandırıb  elə təkcə baxışı  ilə avaraları  dağıdanda

sir-sifətdən  çıxmış  Sultan  da,  nəhayət  maşından  düşüb,  yaxınlaşıb,  taqətsiz

əyilib,  orda-burda tək-tək  az-çox  səlamət  qalmış  kitabları, əzik-üzük  vərəqləri,

cild,  kağız  qurıntılarını  yığışdırmağa  başladı.  Müslüm  də, əlbəttə,  dərhal  işə

girişdi, Məmməd Xələf Zalla ekizlər də.

Tək  Səməd,  "paltaratonka"nın  böyründə,  cəmaatdan  xəlvətdə peyda  olub

biləyindən  yapışan  hədsiz  kök  bir  qadının  dilinin  altına  düşüb  hərəkətsiz

qalmışdı.

* * *

Kök qadın illərin uzaqlığında qalmış zərif, gözəl Gülbənizin səsilə danışırdı:



- Oğraş əmin  gətirib  Gülgəzi,  atası  evindədi.  Bakıya  qayıdır  genə əmin.

Əllozoğluna deyib: "Özün göz-qulaq ol, qıza hədyan söz deyən- filan olmasın!"

Gedək,  qurbanın  olum!  Gedək,  kəlmələşin!..  Bu  "Xəzinə"  batdı.  Fikir  vermə

buna. Gedək!

Səməd  biləyini  qadının əlindən  qoparıb  irəli  yeriyəndə burda  da  Abının

danlağı altına düşdü:

- Hə,  gəl,  gəl!  Azdan-çoxdan  bir  şey  qoyursanmı  indi  qabına?!  Bax,  gör

nələrə


qabildi  Bezobraziye!  Şəkkak  olmasaydın,  dünən  orda

gözün


alacalanmasaydı, bu səhər heç olmasa bu quru divarlara sahib dursaydın, düşmən

dağıda bilərdimi bu müqəddəsatı?! Məhəmməd Əmirin, Ağ Əmirin, Boz Əmirin

düz on il sərasər gecə-gündüz fədailərə



______________Milli Kitabxana_______________

yazdırdıqları,  dünyanın  özü  boyda  tariximiz  traktorun  altında  qalardımı?!

"Kitabi-Dədə Qorqud"un  izahıdır"  yazan  Pünhanımızın  bu  nadirincisi  belə

xıncılardımı?! - Abı  səsini  qısıb,  ağzını  Səmədin  qulağına  tutdu: -Nadanlığıyın

bəhrəsidi bax bu! Yığışdır indi, dəli-divanə yaramaz! Bundan sonra da divanəlik

eləsən, bu dəfə Sultanın özünü də məhv eliyəcəksən! "Xəzinə"nin dalınca onu da

güdaza verəcəksən!

Səməd  biləyində hələ də Gülbənizin  barmaqlarının  təmasını  hiss  edə-edə

ağır-ağır yerə çökdü.

- Mən bilmirdim, Abı... Bilmirdim ki, divarlarda belə şey var...

- Nə?! - qarmon  qırışlar  yenə açılıb  Abının  dəhşətini  göstərdi. - Nə

danışırsan,  ey  divanə?!  Kitabları sən  özün, əminnən,  Mədədnən,  Qurbannan,

Cəfərnən bir yerdə, öz əlinnən gətirməmişdinmi Naxçıvandan?!

- Yox... Yooox...

- Necə yox?!  Qırx  altıncı  ildə o  tayda  hökumətimiz  yıxılanda,  qırğın

xəbərindən  sonra  Mirqəzəbin əmriynən  Persin  bu  kitabları "Şeyx  Xorasan"

1

türbəsindən çıxardıb asfalta tökdüyünü gözlərinnən görmədinmi?!



Səməd toz-torpağın içində oturub, hərəkətsiz qaldı...

12

Semədin xəbəri yoxdu və ola da bilməzdi ki, hələ müharibədən əvvəl, Sultan



Əmirli  ilə Mədəd Əmirlinin  "tərcümeyi-hallarını  gizlətdikləri"  barədə söz

yayıldığı və "şeyx qardaşlarının əleyhinə kompaniya" başlandığı vaxtlar gecənin

birində Bakıdan  Sultan əminin  yanına  sadə görkəmli,  çopur  üzlü,  "Müəllim"

kliçkalı  cavan  bir  çekist  gəlib  xəbər  veribmiş  ki,  Mirqəzəbin  şəxsən  özünün

sərəncamı  ilə,  Gülənovla  Sayılovdan  və RİK  Atamalıdan  ibarət  "üçlüyün"

başçılığı  ilə iki  qardaşın ikisinin  də evində axtarış  aparılmalıdır;  Şeyx  Ağ

Əmirlə, Şeyx Boz Əmirlə və ümumən o taydakı "Muğanna"larla - UluBağlılarla

əlaqələrinə və "Kainat  Elmi"nə - SafAğ  Elminə aid  bircə parça kağız,  məktub,

şəkil-filan tapılsa, bu da bəsdir ki, qardaşların sinfi mənsubiy-

"Şeyx  Xorasan"  Naxçıvanda, Əlincə çayının  qırağında,  Xanəgah kəndinin  yaxınlığında  dəfn

edilmiş  məşhur  "Yan  Pünhanın" - SafAğ  Aliminin  gizlin  adlarından  biridir.  Müxtəlif  adlar  altında

müxtəlif məkanlarda müxtəlif qiyafələrdə olmaq Ulu Bağ ƏsƏlMənin ("Süleyman"ın, "Solomon"un)

həyat təcrübəsindən götürülüb hər yerdə tətbiq edilirdi.



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə