İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə57/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   ...   180

______________Milli Kitabxana_______________

Söhbətin bu yerində Gülbənizin səsi eşidildi:

- Bəsdi, dədə! Görmürsənmi sözünü eşitmir? Rusiya, Krım, Odessa, İspaniya,

Faşist-filan, nə qədər çərən-pərən danışmaq olar, a kişi?! Konkret söz de, sən bu

əzizimə! Aydın, konkret! Başa düşsün! Görmürsənmi nə haldadı?! Get burdan!

Çax-çux təəccüblü itaətlə dönüb aralandı.

Badamı  gözlərdə anlaşılmaz  qəzəbi  anlaşılmaz  gülgünlük,  sonra  köyrəklik

əvəz etdi.

- Boyuna qurban olum! Bayaq da gördüm, boy-buxunun daha da gözəlləşib.

Biləyindən  tutdum.  Tutduğumu  da  düz-əməlli  bilmədin, sənin  dərdini  çəkəni

əlinin  hənirini  bilmədin...  Hayıf,  boynun  bükük olub,  ay  Səməd!  Hayıf  səndən!

Mənə niyə belə boynuburuq baxırsan, yadına nələr düşür, ay Səməd?!

Sözlər  nə qədər  ürəkdən  gəlsə də,  Səməd  hədsiz  köklüklə birgə bu  sözlərdə

də vulqarlıq duydu. Əmma bu vulqarlıq da birdən-birə dəyişib, yanğıya çevrildi:

- Niyə belə başı  bəlalı oldun,  ay  Səməd?!  Yel  hayandan əsdi,  tufan    hardan

qopdu,  niyə ayırdı  səni  bizdən,  ay  canım-ciyərim?!  Bu  "dədə"  dediyim  belə-

filanın  adını  "Manyak"  qoyublar!  Soruşurlar  bu  Kətyən  deyilən  kişinin  çəpəri

niyə belə dağılıb? Kətyənnən çəpəri qalır burda, bu başlayır çərənləməyə ki, bəs

bu  Kətyənin  bir  oğlu  Fin  müharibəsində batdı getdi,  o  birisi,  nə bilim  harda'...

Axırda  deyirlər,  ay  Çax-çux,  biz  səndən  Kətyən  kişinin  çəpərini  soruşuruq  ki,

cəmaat  niyə əl  tutmur,  sən  bizə Finlandiyadan  danışırsan!..  Bədbəxtdi  də!  Elə

gün  yoxdu  ki,  bu  "dədə"  dediyimnən  dalaşmıyaq,  çırpışmıyaq. Əclafdı!

Materyalbazdı,  evyıxandı!  Sənin  bir  dırnağını  da  dəyişmərəm  buna.  Günsən,

Aysan  sən!  Gündüzlər  gün  kimi  işıq  saçardın  üstümüzə,  gecələr  Ay  kimi  nur

çiliyərdin!..  Özün  bilirsən,  oxuyan  deyildim  mən.  Gözümün  altını,  üstünü

yırtdım,  o  iki  illikdə bircə elə ona  görə oxudum  ki,  sən  harda  işləsən,  mən  də

sənin  yanındaca  işləyim,  "qardaş"  deyim,  bacın  olum,  ömrümün  axırınacan

qulluğunda  durum!..  Ayağıyın  kirini  içərəm  sənin!  Xörək  yediyin  qabın  dibini

yalıyaram!  Özün  də bilirsən  bunu,  bəs  niyə uzaq  gəzirsən  məndən,  niyə

qapımdan  qaçırsan,  qurbanın  olum?!  Niyə bu  qədər  qəlbiqaralıq  eləyirsən,  a

canım-ciyərim,  bu  "dədə"  dediyim,  yəni  o  qədərmi  köpəyoğludu  ki,  adam

öldürsün?!  Bu  deyil  qatil!  Bu  deyil!..  Sözünü  çatdırdımı  sənə,  bilmirəm...

Eşitmişəm,  heç  özün  də inanmırsan  bunun  Mədəd əmiyə əl  qaldırmağına!..  O

günü... O müsi-




______________Milli Kitabxana_______________

bət  günü  olanları bax  bu  gözlərimnən  görmüşəm.  Hə,  bə nə!  Elə ona  görə

danlayıram bunu ki, çox danışma, söz de! Hə... Hamıdan qabaq mən eşitdim ki,

siqnal səsi gəlir, uşaqlar da Sudüşəndə çığırışırlar, "maşın döndü, maşın döndü"

deyirlər.

Cəmaat  bizim  həyətdən,  o  yığnaqdan  tərpənəndə də hamıdan  qabaq  mən

tərpəndim,  getdim gördüm qızıl-ala qanın içindədi  yazıq  Mədəd əmi. Bax bunu

da mən tapdım ordan...

Gülbəniz əlini  irəli  uzatdı.  Ovcunda  at  nalı  vardı.  Çax-çuxun  çəki  daşı

əvəzinə işlətdiyi  həmincə qurğuşunlu  nal!  "Avariya"  günü  bu  daxmanın

qabağında, bu palıd kötüyünün üstündən yoxa çıxan həmincə nal!

- Eşidirsənmi,  a  qurbanın  olum?  Deyirəm  bu  nalı mən  tapmışam  ordan.

Maşının  yanından...  Vuran  bunnan  vurmuşdu,  qanlı-qanlı  tullamışdı  ora  ki,

əşyayi-dəlil  olsun,  dədəmdən  görsünlər  kişinin  ölümünü!..  Fikrin  məndədimi?

Əvvəlcə mən  də elə bilirdim  avariyadı.  Ağlıya-ağlıya əlimdə tutub,  heç

baxmırdım  da  buna.  Milis  töküləndə də elə əlimdəydi.  Bir  də gördüm  o  Zor

nəçənnik  deyilən,  Xaş  deyilən  Gülənovdu,  kağız  kimi  bir  şeyi  tutub  durub

qabağımda, ayağını ayağıma vurur, böyrümü dümsükləyir ki, "Sənnənəm, ay qız!

Əlindəkini bura qoy..." Dərd başdan aşanda adamın ağlı da itərmiş. Gözüm baxa-

baxa,  bilə-bilə ki,  bizim  naldı  bu  nal,  verdim  ona,  bükdü  götürdü.  Sonradan

sonraya başa düşdüm ki, dədəmin evini yıxmışam! "Qəsd işi, qəsd işi" deyirdilər.

"Nal  Xalıqındı",  "Qurğuşunlu  naldı"  deyirdilər.  "Nalnan  vuran  Xalıq  özüdüsə,

Xalıq  niyə bura  tullayıb  nalı?!" - deyirdilər...  Yaranı  təzələyirəm,  bağışla  məni,

canım-ciyərim!  Məcburam,  neyniyim!..  Yeddi  il  idi  bu  nal  Gülənovun

evindəydi...  İşin  arasına  qoymamışdı.  Özün  bilirsən  ki,  "zaklyuçeniye"sini  ayrı

cür yazmışdı. Bunu da aparıb evindəki stolunun siyirməsində saxlayırdı. Yeddi il

idi  bu  nalnan  bir  yerdə biz  hamımız  ailəliknən  o  siyirmədəydik.  Guya

qohumumuzdu  o  Gülənov  deyilən.  Üzünü  mürdəşir yusun!  Yeddi  il  idi  hər  il

soğan  qabığı  kimi  soyurdu  bizi.  Bu  "dədə"  dediyimin  özünün  qazancınnan

anamın əlinə gələni  yığırdıq.  Dəmiryol  məktəbində sinif  vermişdilər  mənə.

Əmbə bilmirdim  maaş  nə olan  şeydi.  Maaşıını  da  qoyurdum  o  pulun  üstə,

aparırdım  verirdim  Gülənovun  arvadı  Leyla  xanıma,  ayağına  düşürdüm  ki,  nalı

qaytarsın, qaytarmırdı!.. Belə dümdüz dayandığına baxma bu "dədə" dediyimin,

içərisi  yoxdu.  Yeyib  qurtarıb  bağır-övkəsini,  yaradı  içərisi!  Çünki  canı

Gülənovun  siyirməsindəydi,  var-dövləti  də Leyla  xanımın barmaqlarında,

biləklərində, boynunda!.. İndi sənə verəcəm bu nalı? Niyə? Qulaq as.




______________Milli Kitabxana_______________

Bu yaz, mayın əvvəlində, bədbəxt Gülgəzin başına o iş gələn günün axşamısı

hamımız  oturmuşduq  burda,  anamın  həyətində.  Bu  "dədə"  dediyim  araq

qoymuşdu  kötüyün  üstə,  təkbaşına  içirdi,  çırtıq  çalırdı.  "Sultanınkı  da

buryacanmış", - deyirdi.  "Axın  çatdı,  dövranı  qurtardı", - deyirdi.  Qalxdım

arağını  divara  çırpdım.  Dedim:  "Allahın  olsun,  vicdanın  olsun!  Sultan

Əmirliynən  düşmənsən,  biz  də bilirik  düşmənsən.  Bəs cavanlara  yazığın

gəlmirmi?!"  Dedi:  "Sultan Əmirlinin  özünün  öz  Bircə balasına  yazığı  gəlmirsə,

qardaşını öz əlinnən əzrayıla verib, ən yaxın dostu Xalxalini - Pişəvərini əzrayıla

verib, ən  istəkli  alimi  Nəcəfoğlunu əzrayıla  verib,  indi  də qardaşı  oğlunu Bircə

balasını da öldürürsə, mənim niyə yazığım gəlməlidi!"

Onda bir şey qanmadım bunun sözlərindən.

Hardan biləydim ki, sənin əmin mənim bu "dədə" dediyimdən də əclafıymış!

Hönkür-honkür  ağladığım  yerdə,  bir  də gördüm  yenə Gülənovdu,  maşınından

düşüb  dayanıb  qabağımda,  bu  nal  da əlində,  elə o  vaxtkı  kimi,  yenə ayağını

ayağıma  vurur,  böyrümü  dümsükləyir  ki,  "Sənnənəm,  ay  qız!  Hazırlaş,  Bakıya

gedəcəksən.  Bu  nalı  aparıb  Səmədə verəcəksən,  atasının  ölümü  barədə həqiqəti

deyecəksən".

O vaxtkı kimi, nal əlimdə, qurudum qaldım.

Anam süfrə açdı kötüyün üstə. Bu əclaf öpüşdü Gülənovnan. Demə Mirqəzəb

elə onda  yerində deyilmiş,  dostları  da  Gülənova  xəbər  veribmişlər  ki,

Mirqəzəbnən  Persin  işləri  xarabdı,  Sultan Əmirlinin  bəxt  ulduzu  doğur,

Gülənovlar,  Qudalılar  yığışın,  başmıza  çarə qılın.  Bunlar  da  yığışıb  "Şüşəli"də,

sonra  da  ağsaqqallarının dağılmışında  qurğu  qurubmuşlar,  Sultan Əmirlini

ləkələmək  xatirinə mənim  yazıq  bacılığımnan  sənin  məhəbbətinə suiqəsd

düzəldibmişlər.  Gülənov  "qardaş-qatili"ndən  danışırdı,  mənim  bu  "dədə"

dediyim də ağzından öpürdü  onun. Dəli oldum, Səməd! Kötüyünüstə nə varıydı,

başlarına  çırpdun!.. Əsl  dəli  mənəm  o  gündən.  Kəndə gələndə gözüm  dirənir

Xəlvət  Rəhimin  darvazasına.  Elə ki,  görürəm  yığışdılar,  heç  olmasa  qazanlarını

aşırmasam, rahat olmur ürəyim.

Eşit, bax, gözünün içinə deyirəm bunun: dədəm yoxdu mənim!

Anamı  atdı  getdi  professor  Məhərrəmovun  baldızıynan  evləndi,  bağışladım.

O  taya  getdi  gəldi,  "Şeyx  Ağ Əmir, Şeyx  Boz Əmir"  yazdı,!  mənim  can-

ciyərimin  atasını  çək-çevirə saldı,  onu  da  bağışladım.  Çünki  Sultan Əmirliyə

düşmənçiliknən əlaqədarıydı  bunun  hamısı.  Professornan  qohum  olmağı  da

düşmənçiliknən bağlıdı, yazı-pozusu da.

Üzünə deyirəm, evi yandırtdıran da budu!



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə