İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə65/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   61   62   63   64   65   66   67   68   ...   180

______________Milli Kitabxana_______________

belə gecə vaxtı  gedib  cəmaatı  narahat  eləmək  istəmirdilər".  Burada -"Xanəgah"

deyilən  kənddə isə "Şeyx  Xorasan  türbəsi"nə gələnlərin  gecələməyindən  ötrü

qonaq otağı vardı. "Dörd ata"nın dördünün də məsləhəti belə idi ki, bu əriş-arğac

Culfa yolu ağzında hər yetənin "bit saldığı" qonaq otağında qalmaqdansa, Bircə

bala elə "Emadin"də uzansın. Hiss etmədi ki, "ata"ları onu özlərindən ayırırdılar.

Fəhmi  bircə buna  çatdı  ki,  yola  çıxanda əmisinin  həmişə özü  ilə götürdüyü

"kitayski termos"u açıb, "saçaqlı konfet" deyilən, şam kimi uzun konfetden qırıb

ağzına  atıb,  samovarın  lüləsindən  təzəcə düşmüş  kimi  qaynar, ədviyyatlı çayla

yanğısını  söndürdü,  iki  küpə piti  ilə aşırdığı  yarımca  5itr tut arağının beynini

yenidən  yelləndirdiyini  hiss  eləyib,  qabaq  oturacaqda  təzəcə mürgüləyən

Müslümü  dümsüklədi,  "Radionu  qurtdala  bir  şey  tap!" - dedi.  Bədbəxt  hardan

biləydi  ki,  "ata"ları burada  təhlükəli  siyasi  iş  gördükləri  yerdə artıq  səs-küyü

Müslümə də qadağa eləmişdilər. Əmmə Müslüm elə o vaxtlardan bu yelbeyinin

əsiri  idi.  Ağ  daş  evdə gecənin  bir  aləmində oyanıb  Sultan əmini  çarpayıda

görməyəndə yelbeyin əlini  dərhal  telefona  uzadardı,  "Əmim  yoxdu,  darıxıram,

gəl kəndə apar məni", - deyərdi. Və ya bazar günləri məktəbin həyətində, kəndin

ara-bərəsində səssizlikdən  qulaq  tutulanda,  idarədə isə Qudalı  Mürsəlin

"çötkə"sinin  çaqqılltılarından  başqa  bir  şey  eşidilməyəndə yenə telefonun

dəstəyini  götürərdi: "Müslüm, gəl  şəhərə apar!" Müslümün  həmişə bircə cavabı

vardı: "Baş üstə". "Qurtdala, bir şey tap" əmrinin cavabında "Bu vaxt radioda heç

nə olmaz" deməli idi, əmma yazıq yenə "Baş üstə" dedi və yuxusuzluqdan, "quş

dimdiyi"  burnunun  tez-tez  "rulu"  dimdiklədiyinə baxmayaraq,  hansı  ölkədəsə

musiqisiz-filansız  mələyən  bir ərəb  tapdı.  Yelbeyin  o ərəbin  avazına  başını

yelləyə-yelleyə xumarlanıb yenidən yuxuya getdi və bilmədi ki, o küləkli, yağışlı

gecədə "dörd atası"nın dördü də yağışın altında idi. Yeddi il səkkiz aydan sonra,

indicə xəbər  tuturdu ki,  "varidatı" - "Verəsə"  kitabxananı  o  gecə sel-suyun,

palçığın-zımrığın içindən yığışdırıb, çadıra, palaza büküblər, üstündən Naxçıvan

duzu  doldurub,  "duz  yükü"  adı  ilə gətirib, əvvəlcə qoyun  fermasında  kahaya

qoyublar  ki,  kahanın  istisində suyu  çəkilsin,  sonra  susuz  Xırrançayın  axarında

daşlığa  səriblər  ki,  gün  buludun  arasından  çıxanda  daşlıqda  kitablara  da  hənir

dəysin.  Elə həmin  bu  vaxt - dekabrın  iyirmi  ikisində o  teleqram,  "Erməni

katolikoslarının məktublarının Türkcəyə tərcümələrinin və Sultanın, Məhərrəmlə

Saşa Babayevin "Dünya xalqlarına müraciəti, yəni o vaxt hələ




______________Milli Kitabxana_______________

təzə təşkil  edilmiş  "OON"-a- Birləşmiş  Millətlər  Təşkilatına  müraciət  məktubu

üstündə həngamə qopubmuş;  Mirqəzəb  Perslə adamlarının hamısını  söyüb

kabinetdən  qovubmuş  ki,  "Bircə sutqa  vaxtımız  var.  Teleqramı  alıb  şeyx

törəmələri  ilə əsabələrini  sürgün  eləməsəniz,  özünüz  həbs  olunacaqsınız!"

Uzunqulağın  xəbəri  yoxdu  ki,  həmin  həngamənin  başqa  bir  ciddi  səbəbi  də

varmış;  demə,  "Yağır  Məmmədəlinin  oğlu"nun,  yəni  Çax-çuxun  Xanəgah

kəndində də adamı  varmış.  "Şeyx  Xorasan"  türbəsinə gəlib-gedənlərə göz

qoyurmuş;  o  tayda  top  atəşi  altında  qırğından  sonra  bu  taya  qayıdanda  "Yağır

agentin" - Yağır  Məmmədəlinin  zibili  Çax-çux,  Sultanın Xanəgahda  Xalxali-

Pişəvəri  ilə görüşdüyünü  də,  kitabların  yığışdırıldığını da  bilib,  elə o  gecə -

dekabrın  iyirmisində bir  "depeş"  Persə,  bir  "depeş"  də Mirqəzəbin  özünə

göndərib.  O  "depeş"lərin  ikisinin  də məzmunu  təxminən  belə imiş  ki,  şeyx

qardaşları,  Qılınc  Qurbanla,  Lüt  Cəfərlə bir  yerdə,  Pişəvərinin,  Məhərrəm

Məhərrəmovun iştirakı ilə "İttihadi-İslam" firqəsinin kitabxanasmı Şeyx Xorasan

türbəsindən apardılar... Yazıbmış ki, "Bu işə şahidliyimi məhkəmədə deməyə söz

verirəm  və belə hesab  edirəm  ki,  şeyx  qardaşlarının  "delo"sunu  bağlayıb,

prokurora  vermək  olar". Həngamə də elə bundan  başlayıbmış;  "teleqramla",

məktublarla  yanaşı, həm də kitabxananın üstündə imiş və bunu Mirqəzəbin özü

ilə Persdən  başqa,  Arazdan  o  yana  "Çarvadar  kliçkası"  ilə gedib-gələnlər  də,

rayondakı  "rabotnik"lərdən  Xudiyevlə Gülənov,  Sayılov və RİK  Atamalı da,

Çax-çuxla  yanaşı  Xəlvət  də,  Xəlvətin  "gədələri" - Qeybalı  ilə Qayım  da

bilirmişlər.  Çax-çux  özü  daxmasının  qabağında  kişmiş  satmağında,  Comərdin,

Şeyx  Məhəmmədin,  Şeyx  Ağ Əmirlə Şeyx  Boz Əmirin  barəsində çərən-pərən

danışmağında  olsa  da,  Gülənovun əksəriyyəti  Gülənoğlulardan,  Qudalılardan

olduğuna  görə

"məhlə

milisionerləri"  adlanan  "qoçuları"ndan  başlamış,



Qudalıların uşaqlarına qədər dağılışıb "iki maşın Quran" axtarırmışlar. Heç kəsin

gümanına  gəlmirmiş  ki,  "iki  maşın.  Quran"  elə orda - çaylaqda  imiş.  Abı

çobanlardan  ağır-kirli  yun  yığıb,  "Vərəsə"nin  üstünə səribmiş,  kitablardan

quruyanlarını  seçib,  yuna  büküb,  Çürük  Aşığın,  Qonaqlıda  "Dam  direktor"

ləğəbilə məşhur  olan Ələsgər  müəllimlə onun  öz  evinin  damında  xəlvəti

"Astronomiya"  (əslində "Kainat  elmi")  öyrətdiyi  yetkin  uşaqların  qoyun-

qoltuğuna qoyub sədr Mədədə ötürürmüş və Sədr Mədəd "Xəzinə"ni gizlətməyə

tələsirmiş. "Lap nəm də olsa, tez eləyin. Sonra qurudarıq. Tez eləyin!" -deyirmiş.

Səbəbi isə bu imiş ki, Mədəd "özümüzünkülərdən ehtiyat-



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə