İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə63/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   59   60   61   62   63   64   65   66   ...   180

______________Milli Kitabxana_______________

eləsinlər,  düşmənin  qeydiyyatına  düşmənlərimizi

-

"üzdə


olan"larımızı

Naxçıvana,  Muğana,  Lerikə,  Yardımlıya  göndərib  gizlətsinlər...  Mirqəzəbə kim

çatdırmışdı  bu  işi?  Bilmirəm.  Yerevannan,  sonra  da  Moskvaynan,  Stalinnən

Mikoyannan  danışmışdı  Mirqəzəb.  Tək  o  teleqramı  yox,  surətləri  mənə

göndərilən məktubları tələb eləyirdi: "Anastas İvanoviç Mikoyannan ayaq-ayağa

durmusan  son!" - deyirdi. "Erməni  xalqına qarşı  siyasi  fəaliyyətə girişmisən!" -

deyirdi. "İşini dayandır! Məktubların hamısını ver Xudiyevə, özün də izahat yaz

mənim adıma ki, "xalqları bir-birinə düşmən eliyən siyasi avantüristlərin toruna

düşmüşəm"  və sairə,  hər  gün  azı  yarım  saat  qışqırırdı  telefonda.  Qısası,

öldürülməliydim  mən,  oğul.  Mədəd  yox,  mən  öldürülməliydim  ki,  Eçmiədzin

Katolikosuynan  Suriya  Katolikosunun  antitürk  yazışmalarıynan  başlanan

dəhşətin  üstü  açılmasın.  Bildinmi  niyə demişəm  konvertə qoydum,  qardaşıma

göndərdim?!  "Güdaza  vermişəm"  demirəm  mən,    qardaşımı  xalqıma  qurban

vermişəm  deyirəm!..  İnsanın yalnız  özü  üçün,  yəni  sırf  subyektiv  hissləri  ilə

yaşaya-yaşaya  xoşbəxt  olması  mümkün  deyil.  İnsan  uzunqulaq  deyil  ki,

yoncalığa  buraxasan,  yeyə,  doya,  şıllaq  ata!  Katolikoslarının  açıq-saçıq

həyasızlıqnan  yazdıqları "Türkə ölüm"  məktublarıynan  bir  yerdə öz  tarixi

bədbəxtliklərimizi sübut edən tədqiqi yazılarımız Mirqəzəbin, Stalinin dırnağına

keçirsəydim, mən bütün xalqı öz əlimnən məhv eləmiş olurdum. Bildin?!. İnsan

yalanlar, iftiralar qurbanıdı, oğul! Xoşbəxtliyin yalnız həqiqətdə olduğunu bütün

bəşəriyyət  dərk eləməsə,  mənim  və ya  bir  başqa  fərdin  xoşbəxtliyi  mümkün

deyil! - Atan yaxşı bilirdi bunu. Zəng vurdum, dedim "teleqram" kəlməsi altında

Katolikosların  məktubları  və bizim  bəşəriyyətə müraciətnən  yazdığımız  tarix,

həqiqət  nəzərdə tutulur.  Alsalar,  şübhəsiz,  ikimizi  də götürəcəklər.  Varisi  təcili

gətir,  vəsiyyətimi  eliyim..."  Təsadüf elə gətirib  ki,  sən  özün  getmisən  onun

kabinetinə,  səni  mənim  yanıma  gətirməyib.  Maşında  tək  oturub  sürüb  birbaş

Badsəbanın daxmasının qabağına, vurub kötüyü aşırıb, özü şərait yaradıb ki, nal

işə düşsün... Kimdi qatil? Bu başqa söhbətdi, heç kəsi taqsırlandırma! Heç kəsi!

Mədəd Əmirli  söhbəti  deyil  bu  söhbət.  Dünyamızın  özü  qədər  böyük  məsələdi

bu.  Vaxtı  çatanda  o  barədə geniş  danışmalıyam  mən  sənnən.  İndi,  bu

vəziyyətində görmək istəmirəm səni! Pişəvərinin ölümü də xalqımızın taleyi ilə

bağlıdı!  Nəcəfoğlunun  ölümü  də! Əgər  aramızda  az-çox  münasibət  qalsa,  o

dəhşətli  hadisələrin  necə olduğunu  da  danışaram.  Hələlik  mənim  deyilsən  sən!

Get hara istəyirsən! Neyləmək




______________Milli Kitabxana_______________

istəyirsən, elə! Nal hər şeyi həll eliyər, xoşbəxtliyə çatdırar səni! Qurtardıq!.. Nə

vaxt hiss eləsənki, sədr Mədədə, Sultan Əmirliyə layiq oğul olmaq arzusundasan,

onda  gəl,  danışaq.  Yoxsa...  belə olmaz!...  Dayanmısan  qənşərimdə,  gözünü

zilləmisən  üzümə:  "qardaşını  güdaza  vermisən!.."  Qurban  verməknən  güdaza

verməyin fərqini dərk eliyəndə gələrsən! Dərk eləməsən gəlmə!

* * *

Necə hiddətli və yarımcan gəlmişdisə, Sultan, eləcə də hiddətli və yarımcan,



qardaşı  oğlunun  üzünə baxmadan,  "çay"  təkliflərini  eşitmədən,  yeməz-içməz,

Bakıya  qayıtdı.  Səməd  isə Qurban əminin  dediyi  kimi, "təhkimçiliyində qaldı".

Gecəni harda gecələdiyini, yuxusunun necə ərşə çəkildiyini, nə yeyib nə içdiyini

bilmədən,  kolxozun  sədri  Rəhim  Qudalının,  briqadir  Qıllı  Qeybalının  deyib-

danışdıqlarını  eşitmədən,  idarədə oldu,  çöllərdə,  manqaların  düşərgələrində

gəzdi.  Yalnız  bir  sarsıntını,  Sultan Əmirlidən,  Xızr  Abıdan,  Qılınc  Qurbandan

başlamış  Kətyən  kişiyə qədər,  hamını  bədbəxt  eləmiş  "Vərəsə"  faciəsinin

ağırlığını  yavaş-yavaş  aydın  hiss etməyə,  duymağa  başlayırdı,  haralardasa

dolanıb qayıdıb Abını yenə xarabalıqda görəndə daha ondan ayrıla bilmirdi. Sədr

Mədədin ərköyünü  heç  də ərköyün  yox,  dünyadan  xəbərsiz  heyvanmış!  Üç

qardaşın bir balası heç də Bircə bala yox, uzunqulaqmış! O uzunqulaq daş cildli

kitabları vərəqləyib güllü, bülbüllü miniatürlərə tamaşa eləsə də, "əski əlifbaynan

yazılanları"  "köhnə dünyanın  zir-zibili"  bilib,  nəinki  kitabların  həm  ağ  hinada

"revkom  kabineti"ndən,  həm  də

Əmirli  mülkündən  yoxa  çıxmağı  ilə

maraqlanmırmış,  hətta  "bizimkilərin  topa  tutulduğunu",  "Milli  hökumətin

yıxıldığını"  da vecinə almayıb,  sürgünlərdən,  qırğınlardan  üzülən əmisinin

əzablarından  xəbərsiz,  kəndin  ara-bərəsində

anqıra-anqıra,  şıllaq  ata-ata

gəzirmiş!  Anqırmaqdan,  şıllaq  atmaqdan  yorulub,  acıb,  təntiyib  qayıdanda  isə,

əlinə keçəni ağzına təpişdirib daş əzələləri ilə fəxr edə-edə, çarpayısında səvərib,

fədailərin qırılmağından, atası ilə əmisinin yasa batdığından xəbərsiz yekə başını

nazbalınca basıb, çox yeməkdən tısqıra-tısqıra köpürmüş! Ancaq yeddi il səkkiz

aydan  sonra  "şeyxlərin  varidatı"nın  xarabalığında  hələ də dizin-dizin  sürünən,

sifəti gah dümağ ağaran, gah qapqara qaralan qocanın sözündən bilirdi ki, demə,

hələ



______________Milli Kitabxana_______________

"bizimkilər  topa  tutulan  gecə" - qırx  altıncı  ilin  dekabrın  on  ikisində Mirqəzəb

Persi  Culfaya,  Təbrizdən  və bütün  Cənubdan  qaçanlarımızın qabağına  göndərib

əmr  veribmiş  ki,  qayıdanbaş  "Şeyx  Xorasan"  məqbərəsindən  Demokrat

firqəsinin  arxivi  ilə kitabxananı  Bakıya  aparsın.  "Çarvadarlar"  adlanan  agentlər

dəstəsindən  başqa  Məhərrəm  Abbasoviç  də Persin  dəstəsində imiş.  Culfadan

Sultan Əmirliyə zəng  vurublar  ki,  farsca, ərəbcə bilən  bir  köməkçi  tapıb,  təcili

gedib  məqbərədə otursun,  üstündə şeyxlərin  şəxsi  möhürü  olan  "Vərəsə

kitabxananı"  partiya  kitabxanasından  və "Şeyx  Xorasandan"  iri  bir  daş  sandıq

dolusu kitabxanasından ayırsın, ərizə yazıb Persdən rəsmi icazə alıb, "Vərəsə"ni

aparsın.  Demə,  Sultan əmi  elə o  gecə - dekabrın  on  ikisində Abını  da  götürüb

gedibmiş.  Kitabları seçib,  sandıqlara  doldurub  hazır  qoyubmuşlar  ki,  Pers  öz

adamları  ilə məqbərəyə gələndə icazə alsınlar. Əmma  Pers  nəinki  icazə

verməyib,  üstəlik,  məqbərənin  qapısından  dəmir  qopardıb  o  dəmirlə,  sandıqları

sındırıb-dağıdıb,  "SafAğ  Elmi" əvəzində "şeyxlərin  dini,  mövhumatı" - deyə-

deyə "Vərəsə"ni  "Şeyx  Xorasan"ın  qəbrinin  yanındakı  sandıqda  saxlanan

kitabxanaya  qatışdırıb,  sonra  da əmr  verib  ki,  "Bu  ilan  zəhərini  çıxardın,

mühacirləri daşıyan maşın kalonun altına tökün! Cibində partbilet gəzdirən şeyx

törəməsinin  özüynən  bir  yerdə mühacirlər  də indidən  bilsinlər  ki,  belə şeylərdə

güzəşt yoxdu!"

Demə,  kitablar  asfalta  töküləndə Sultan əmi  elə ordaca  "çıraq  kimi

sönübmüş",  Abı  "Emadin"də onun  "Ölüsünü  gətirib",  rayonda  "möcüzəynən

dirildibmiş".  Uzunqulaq  isə heç  nə eşitməyib,  heç  nə görməyib,  anqırmağında,

şıllaq atmağında, köpməyində imiş! Yeddi il səkkiz aydan  sonra, indicə görürdü

ki,  "avariya"  gününə cəmisi  üç  gün  qalana  qədər  anqırmışdı,  şıllaq  atmışdı,

köpmüşdü!

* * *

"Avariya" gününə üç gün qalmış - dekabrın iyirmisində səhərin  alatoranında



atasının "Villis"indən başqa həyətdə iki yük maşını görüb, sədr Mədədin özünün,

Qurban əmi  Qılınc  Qurbanın  və Cəfər əmi  Lüt  Cəfərin,  yəni  kəndin  üç  rəhbər

işçisinin  üçünün  də Naxçıvana  "göy  duz"  gətirməyə getmək  niyyətinə

düşdüklərini  eşidəndə az-maz  şübhə də eləmədi  ki,  ilin  bu  çağında,  fermalarda

bir kilo yağ çalxanmadığı, bir  baş pendir mayalanmadığı, malın, qoyunun duza

ehtiyacı olmadığı bir




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə