İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə71/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   67   68   69   70   71   72   73   74   ...   180

______________Milli Kitabxana_______________

varardım!  Hamının  gözünün  qabağında  yalvarardım...  Gülgəzin  özünnən

danışardım. Təəccüblənmə! Böyük  səhv eləmisən, Müslüm! Düzəltmək lazımdı

bu  səhvi.  Özü  də təcili!  Qayıtmalıyıq!  Xilas  eləməliyik  uşağı,  Müslüm!  Zəng

vuranlar  da  cəhənnəm  olsunlar,  Mirqəzəb  də,  Pers  də!  Çax-çux  da!

Bezobraziyeni  bircə çıxışnan  darmadağın  eliyərəm!  Bloknotumda  çoxlu

şikayətlər  var.  Bir-birindən  müsibətli,  açıq  cinayətlər  eləyib  Bezobraziye!

Döndər  maşını!  Döndər  gedək  benzin  götür,  qazı  bas! Əmim  düz  fikirləşir.

Arvadı  bilirsən  necə adamdı?!  Ürəyindəkini  gözləriynən  deyən  lal-dinməz

mələkdi!  Başqasının  ürəyini  də bircə baxışnan  görən,  nadir  həssas  insandı!

Duyacaq,  o  saat  başa  düşəcək  sözümü!  Yorulmusansa,  keç  bu  yana.  Rulda

çoxdan  oturmasam  da,  sürrəm. Gözüyün  acısını  alarsan,  sonra  özün  oturarsan.

Döndər! Gedək, yaxşı xəbərnən gələk əmimin yanına!

Təzə yarpaq gözlər məhəbbətlə doldu:

-

Qadan  alım!  Bir  dənə



oğulsan!  Tayın-bərabərin  yoxdu!

Əmbə


qayıdammarıq, qardaşım! Yaxşısı budu məktub yaz, məktubunu aparım.

Sənin özünü aparammaram.

- Niyə?!

- Mümkün  deyil,  ay  Səməd.  Bezobraziye  dağılmasa,  qayıdammazsan  sən.

Tutarlar. Qayıtsan, Sultan Mamedoviçin əhvalı xarab olar burda.

Uşağını xilas eləyib gəlib görərsən atası yoxdu.

Səmədin canından üşütmə keçdi.

- Müslüm! Nə çərənləyirsən?! Çoxmu ağırdı kişinin vəziyyəti?!

Müslüm elə köksünü ötürürdü.

- Səni  görməsə yaxşı  olmuyacaq  Sultan  Mamedoviç.  Bir  də...  Hər  şeyi  açıq

deyəmmirəm.  Açığı...  Rayondan  qaçırtmışıq  biz  səni.  O  murdarların  səmtinə

qayıtsan,  özün  orda əlimizdən  gedərsən, əmin  də burda.  Açığı,  tələdəsən  sən,

Əlləzoğlunu  elə orda - xəstəxanada  öldürüb  səni  lap  asanca,  cani  kimi

gülləliyərlər. Görmədinmi qızışıb Çax-çux!

- Müslüm!..  Bilirəm,  silahın  var  sənin  bu  maşında.  Yolda  məni  qorumağa

gücün çatar, istəsən... Sonrasınnan işin yoxdu. Açarı ver, düş keç bu yana! Keç!

Müslüm açarı çıxarıb ovcunda sıxdı.

- Ay  Səməd!  Dəliqanlılıq  yeri  deyil.  Neyniyə bilərsən  axı  sən  o canavar

sürüsü Bezobraziyeyə?! Bəlkə bir tədbirin var, de bilim, sonar verim açarı da!

Səməd tövşüyürdü.




______________Milli Kitabxana_______________

- Bilmirəm...  Hələlik  ağlıma  gələn  budu  ki,  bu  Bakı - Tiflis  magistralı

boyunda  mənim  çoxlu  tələbəlik  yoldaşlarım  var.  Qazı  Məmmədlidə,

Kürdəmirdə, Ucarda, Göyçayda. Kürdəmirnən Ucarın arasında bir aləm qohum-

əqrəbamız  var.  Vaxtilə Birinci  Aleksandr  danışıq  aparıb İrannan,  Ulu  Bağın

sarayının  dörd  dövrəsindən,  Elvənd  dağının ətəklərindən  köçürtdürüb  ki,  özü

nəzarət  altında  saxlasın.  Abı  danışdı  bunu  mənə mülkün  küllüyündə. Əmma

əvvəllər,  partiya  məktəbində də Elvəndlilər  deyirdilər:  "Qohumuq  biz".  Yevlax

heç,  yığamatdı  ora. Əmma  orda da  var  bizdən.  Abı  deyir  Bərdədə lap  çoxdu.

Ağdam  da  elə,  hamı  Ağ Türkdü  deyir.  Gör  nə qədər  vəzifəli,  vəzifəsiz  qohum-

əqrəba  sahibiyik biz!  Bezobraziyenin  qanını içməyə hazıram!  Ver  açarı!  Düş,

keç bu yana!

Müslüm üzünü yuxarı tutub, ağzım açıb, dərindən nəfəs aldı. Onun da havası

çatışmırdı. Əmma şəhərdə ağır  bürküyə yox,  professor  Məhərrəmovun  evinin

cəmi  yüz-yüz əlli  addımlığında  dayandıqları bir  vaxtda  Səmədin  qaynadığına

dözmürdü.

- Sən  Ucar,  Kürdəmir-filan  deyirsən.  Buralardı  tanıdığın-bildiyin. Mənim

babalarımın

əsli  bilirsənmi  hardandı?  Qarsdandı,  Borçalıdan  o

yanda


AğBabalıdandı.  Hamısı  Ağdı  ey!  SafAğ!  Ağ  tərik - Türk!  İndi  tək Qarsdakılar

qalıblar.  AğBabalı  mahalını  büsbütün  köçürdüblər  yurd- yuvalarından.  Sən  elə

bilirsən  tək  Vatikannan  Eçmiədzinin,  Rusun əməlidi  bu?  Xeyr,  qardaşım.  Allah

bilir  hansı əsrdə "Rey"don - ƏrEydən qovublar  AğBabaları.  "Baba"  deyillər,

BağBağÜn. "Bababani" adı daşıyan BağBağÜnlər. ƏsƏrEy OdƏrləridirlər... İndi

gör  nə


deyirəm:

Sultan


Mamedoviç  xeyli  adam  gizlədib  orda-burda

AğBabalıların.  Bəzilərini

Moskva,  Leninqrad  Yevreylərinin  himayəsinə

göndərib,  bir  aləm  xərc çəkiblər  adlarını  dəyişdirib  pasport  alıblar,  gizlin

yaşayırlar.  "Xəzinə"mizin əsli, ən  qədimi  Vatikandakı  o  Papa adlı  İlanın

altındadı.  Bağlan  hər yerdə batırır,  qardaşım!  Hər  yerdə!  Belə bəladı  bu.  Sənin

Ucarın- mucarın,  Kürdəmirin,  Ağdamın-filanın  neyniyə bilər  Bezobraziyeyə?!

Nə Stalin  ölüb,  nə Hitler,  nə də ilanlar  padşahı - şahmar  İlanın minlərnən

Stalinləri,  Hitlerləri!.. Əvvəl-axır  belə söhbət  olmalıydı  bizim  aramızda.

Bədbəxtlik burasındadı ki, EsƏrEydən OdƏrlərin xəbəri olmayan "Yevrey"lərin,

"Cühud"ların əliynən  öldürürlər  bizi,  qardaşım!  Elələri  də ki, bilirsən,  yüz-yüz

milyonlarnandı  bu  xaraba  dünyada!..  Başa  düşdünmü dediyimi?!  Mətləbim

əvvəlkidi:  səbrini  bas!  Kükrəmə!  Qayıtmaq  olmaz, qardaşım!  Səbr!  Səbr!  Səbr

elə,  qadan  alım!  Bir-iki  bayram  böyügəm səndən.  Özün  bilirsən,  çox  istəyirəm

səni. İndiyəcən bir dəfə də sözün-



______________Milli Kitabxana_______________

dən  çıxmamışam.  İndi  də çıxmaram. Qayıdaq  deyirsən,  qayıdarıq. Əmbə səbr

elə, qulaq as, başqa sözüm də var.

İndi  eşitdin  ki,  mən  heç  kəsdən  az  bilmirəm ətrafımızda  baş  verənləri.  Bu

heç. Qırx ikinci ildə rulda oturanda  mənim cəmi on altı  yaşım vardı. Dost-tanış

danlayırdı Sultan Mamedoviçi ki, "Belə ana uşağına da rul tapşırarlarmı?" Hamı

təəccüb eləyirdi ki, əldən-ayaqdan saz,  möhkəm şoferləri qoyub niyə bu "quşu"

götürüb Sultan Mamedoviç. Sonradan açıldı ki,  general Pers, Xudiyev dəstəsini

divara qısnayıb şeyx qardaşlarının barəsində material istiyəndə, elə o vaxtlar hər

səhər  xaş  yediyinə görə Xaş  nəçənnik  deyilən  NKVD  Gülənov  hər  xaş  vaxtı

Sultan  Mamedoviçin  bir  şoferini  içirdib  leşə döndərirmiş,  sürüyüb  Gəzəyən

Şənbənin  otağında  lüt-üryan  soyundururmuş,  ayılanda  da  təpiyin  altına  salırmış

ki,  "Bizim  rabotnikin  namusuna  sataşmısan!  Şeyx  qardaşlarının  şpionusan!

Şənbəni əlekeçirib məlumat  almaq istəyirsən!.."  Gülənovun  dalınca  Sayılov

çarmıxa  çəkirmiş  şoferi,  Sayılovun  dalınca  Pers  özü!..  Qırx  birinci  ildə

qoşunumuz  o  taya  keçəndə Culfada Xudiyev  açıb  bu  sirri  Sultan  Mamedoviçə,

deyib:  "Tarixin  təkəri  sizin  xeyrinizə fırlanır. Əmbə siyahımıza  düşən

şoferlərdən  uzaq  olmasanız,  təkərin  altında  qalarsınız".  Sultan  Mamedoviç

yoxlayıb görüb raykomnan RİK-in qarajında tək bir nəfər milisə düşməyib, o da

şoferlərin əldə-ayaqda  buyurduqları "Quş"du.  Öz  adı  Müslüm,  atasının adı

Müslüm,  familiyası  da  Müslüm. O saat  tanıyıb,  deyib:  "Tez  bura  çağırın  o

Müslüm Müslüm oğlu Müslümü".

İçəri  girəndə gördüm  ayaq  üstədi.  Dedi:  "Xəbərin  varmı  ki,  atan  Müslüm

Müslüm oğlu Müslüm qəza komitəsində mənim şoferim olub, vuruşmada mənim

bu qolumun üstə keçinib?" Dedim: "Bizim evdə səhər yerimizdən qalxanda da o

barədə danışırıq,  günorta  da,  axşam  da".  Dedi:  "Mən  istəyirəm  atanı əvəz

eliyəsən".  Dedim:  "Mənim  bundan  böyük  arzum  yoxdu".  Dedi:  "Arzuna

çatmaqdan  ötrü  get  pasport  al.  Gəl  pasportunu  göstər, əmrini  al.  Ordan  da  get

qaraj  müdirindən  açarı al,  maşını  qarajdan  çıxart. Əmma  bir şərtnən  götürürəm

səni.  Bığın,  saqqalın  çıxmamış,  indidən  yadda  saxla:  hardasa,  kimsə bir  qədəh

araq təklif eləsə, bil ki, Gülənovun tapşırığıynan verir. Hardasa, kimsə, bir zənən

xeylağı  üzünə gülümsəsə,  bil  ki,  Gülənovun  tapşırığıynan  gülümsəyir".  Dedi:

"Hamı bilir, sən də bil: Xaş nəçənnik Gülənovun iki qorxunc silahı var: birincisi

araqdı,  ikincisi  zənəndi.  Bu  silahlardan  özlərini  gözləmiyənlər,  tələyə düşürlər,

ömürlük tələdə qalırlar"... Beynim qanıydı.



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə