İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə67/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   63   64   65   66   67   68   69   70   ...   180

______________Milli Kitabxana_______________

necə dözülməz  ağırlıq  saldısa,  Səməd  nə o  günü  qəddini  düzəldə bildi,  nə də

ertəsi  günü.  Şüşəlinin  "dal  otağı"nda  Abının,  Çürüyün  sazına-sözünə yığışan

köhnə məktəb  yoldaşları  ilə yeyib-içəndə də,  səhərisi  sahələrə çıxanda  da  Dam

direktor Ələsgər  müəllimin,  otuzuncu,  qırxıncı  illərin  tələbələri  "Pünhan"lardan

biri-birinə qarışan  tövsiyələr  eşidirdi:  "Xəlvəti  şərait  yaradılacaq,  çekistlik

öyrənəcəksən,  Bağdada,  Hələbdə,  Şamda  Elmimizə aid  çoxlu  məlumat

oxuyacaqsan. İstanbulda, İzmirdə, Bursada, Ankaranın özündə adlarını dəyişmiş

batin "Muğ"lar görəcəksən", - "Unutma, Sovet - SSRİ-də gizlin yayılıb hər yerə.

"Abdulla"lar, "Əbdül"lər - zəhərli ilanlar addımını da izliyəcəklər"... Əmma, söz-

söhbət  nə qədər  çox  olsa  da  Abının  iki  kəlməsi  Səmədin  beynindən  çıxmırdı:

"Çıraq sönsə..." Və özünün iki kəlməsi "Güdaza vermisən!.. Güdaza vermisən!.."

Haralarda  gəzirdi  Səməd,  nə iş  görürdü?  Yaddaşında  az-çox  iz  salan

tövsiyələrin,  məlumatların  və o  qoşa  kəlmələrin  ağırlığını  unutmuşdu,  az-çox

unutduran şeylər vardısa, o da çöllərdə rast gəldiyi müsibətlərdi; hələ yaşılyarpaq

ikən  dümağ  ağarışan  pambıq  sahələrinin  ara-bərələrində,  tək-tük,  yastıraq  palıd

ağaclarının budaqlarından  sallanan  yüyrük-nənnilərdə ağızlarına,  gözlərinə

milçək  daraşmış,  çığırışan  çağalar  görürdü,  bloknotunu  çıxarıb  tir-tir əsən

barmaqlarla  "Yasli!  Yasli!  Uşaq  baxçaları!  Yaslilər!" - yazırdı.  Pıtraqlı,

yağtikanlı  düzlərdə ayaq-yalın,  qarnıaçıq  skelet  uşaqlar,  uzun-uzun,  qara-qara

dırnaqlarla  qanqal  qabığı  soyan  skelet əllər  görüb,  eyni  qayda  ilə tir-tir əsən

barmaqlarla "Aclıq! Aclıq! Səfillik! Səfillik! Sahibsizlik! Sahibsizlik!" - yazırdı.

Qızmar  günəş  altında,  bankalarda  qıcqırmış  qatığa  bulanıq  arx  suyu  qatıb  quru

cad çörəyini o sulu qatıqla isladan üzgün, qarayanıq qızlar, gəlinlər, üzgün, qaş-

qabaqlı  məktəb  uşaqları görüb,  həmincə tir-tir əsən  barmaqlarla  "Bezobraziye!

Bezobraziye" - yazırdı.  Gördüyü,  yazdığı  dəhşətləri  harda,  kimlərə deyəcək,

fəlakətin  qarşısını  ala  biləsi  bir  şey  eləyə biləcəkdimi?  Yeganə şikayət  yeri

"raykom" adlanan o qırmızı tuf daş bina idi, ora da indi bomboşdu, çünki Sultan

Əmirli orda deyildi, fikrində Bircə balasının "Güdaza vermisən" - sözləri, bir də,

şübhəsiz, Əmirli  mülkünün,  "Vərəsə"nin  xarabalığı,  elə bil  başını götürüb

qaçmışdı.  Səməd  haraya,  kimin  üstünə getməli  idi?  Bilmirdi...  Hardasa  başını

qaldırıb, boz "Pobeda"nı, Müslümü gördü. Şoferin hüznlə:

- Sultan Mamedoviçin vəziyyəti yaxşı deyil. Səni çağırır, - dediyini eşidəndə

bir əlini boğazına, o biri əlini maşının qapısına atdı.




______________Milli Kitabxana_______________

XƏZİNƏ ÜSTÜNDƏ YATAN İLAN

1

Oturacaqda  ağzı  açıq  bir  konvert  vardı.  Müslüm,  yola  düşər-düşməz,  o



konvertə işarə eləyib:

- Sənədi. Oxu, - dedi.

Səməd  oxudu:  "Kürəyimdə dünya  ağırlığında  yük  var.  Gəl  götür  üstümdən,

heç olmasa bir az rahatlanım. Gəlməsən, bəlkə də məni görmüyəcəksən daha".

Müslüm:

- Cır at, - dedi. - Qayda belədi.



Səməd  kağızı,  konvertlə birlikdə,  xırda-xırda  cırıb  pəncərədən  külçəyə

sovurdu. Sonra isə harda, nə vaxt yuxuya getdiyini bilmədi. Uşaqlıqla ilk gənclik

arasında, əzələlərini  təzə-təzə daşlaşdırmağa  başladığı  çağlarda,  Sarıyerdəki

haman  göl  dibində qara  camış  Qıllı  Qeybalı  ilə,  Qudalıların  cin-şeytan  yığnağı

ilə vuruşurdu.  Yusif  kimi  gözəl  Yusiflə Məmməd  Xələf  Zaldan  başqa  Müslüm

də boz  "Pobeda"  ilə birlikdə orda - suyun  altında  idi,  "rul"dan  qoşa əlli  tutub:

"Səni çağırır", - deyirdi. "Eşitmirsənmi?! Çağırır!" - deyirdi. Əmma daş əzələlər

əskiyə dönmüşdü,  qara  camışın  qıllı  qollarının,  cin-şeytan  yığnağının əyiş-üyüş

qaraltılarının arasından çıxmaq mümkün deyildi. Müslümün təkidli səsindən, göl

dibinin uğultusundan başqa, Səməd öz xırıltısını eşidirdi və başa düşürdü ki, bir

az  da  belə getsə boğulacaq.  Odur  ki,  sən  gücünü  toplayıb,  Qeybalının  döşünə

təpik vurdu və bu təpiklə də yuxudan canını qurtardı.

Nəfəsi  qaralırdı,  ağrıdan  başını  tərpədə bilmirdi.  Radioda  bir-birinə qarışan

dalğaların  çatıltı-patıltısı  qulaqlarını  deşirdi.  Çatıltı-patıltı  kəsiləndə mühacir

Aşıq  Cavanın  səsi  eşidildi:  "Xoca Əziz  sənə qurban.  Ağlama,  oğul,  ağlama.

Ağlama, Məsim ağlama..."

Səmədə elə gəldi ki, Müslüm bu verilişi məhz onunçün tutub.

Üz-gözünü əydi:

- Əmimin  evində o  qədər  ağlamışam  ki,  ömrümün  axırınacan  yaş çıxmaz

gözümdən, - dedi.

Müslüm  yanakı  baxıb,  sərnişininin  üzündə nə gördüsə,  dərhal  radionu

söndürdü.

- Bağışla... çatmışıq. Onçun qurtdaladım, - dedi.



______________Milli Kitabxana_______________

Və Səməd  ancaq  indi  anladı  ki,  maşındadır,  çatdıqları  yer  isə Bakıdır, ərnik

qır qoxusu ilə dolu, ala-tala işıqlı, dar bir küçə ilə üzü aşağı -enişə gedirlər.

Pencəyi  arxadan - oturacağın  söykəyindən  sürüşüb,  sağ  budunun  altında

əzilmişdi.  Sağ əli  də budunun  altında  qalıb,  keyikib,  tamam  hərəkətsiz ət

parçasına  çevrilmişdi;  elə hərəkətsizdi  ki,  barmaqlarında  gizilti  olmasaydı,

Səməd  iflic  gümanına  düşərdi.  Ovuşdurub,  silkələyib,  maşının  ora-burasına

çırpıb əlini  hərəkətə gətirdi  və indicə hiss  etdi  ki,  gözlərinə qor  dolub,  baxışı

dumanlanıb;  "avariya"  günü  saqqızın  altından  kəndə doğru  gedəndə ayağının

altında yer necə çökəlib, dəniz kimi qabarıb dalğalanırdısa, ərnik asfalt yol da elə

dalğalanırdı.

Əlini Müslümün biləyinə atdı.

- Müslüm,  aptek  tap!...  Qan  təzyiqindən  ötrü  bir  şey...  Başımın ağrısı

kəsməsə, bu vəziyyətdə heç yana çıxammaram. Gözümə qaranlıq çökəcək indicə.

Müslüm  maşını  qırağa  verib  saxladı.  Oturacağa  qara  daş  cildləri  yada  salan

qara "padnos", "padnos"un  üstünə isə "qranyonnı stəkan"  qoydu.  Sultan əminin

termosunu  oturacağnı dalındakı  cibdən  çıxarıb  çay  tökdü,  müharibədən  sonra

RİK  Atamalının  açdırdığı  "Əlillər  emalatxanası"nda  hazırlanıb  şəhərdə və

vağzallarda  satılan  "saçaqlı konfet"dən  birini  parçalayıb,  stəkanın  böyrünə

qoydu.


- Hələ bir bunu iç. Aptek qaçmır, - dedi. Sultan əminin termosu ilə samovarın

lüləsindən  indicə düşmüş  kimi  qaynar, ədviyyatlı  çay  da,  "saçaqlı konfet"  də

Naxçıvan  səfərini,  o  nadan,  yelbeyin ərköyünü  xatırladırdı.  Çoxmu  keçmişdi  o

vaxtdan?  O - qırx  altıncı  il,  oktyabr,  bu - əlli  dörd,  avqust.  Düşündü  ki,  ilahi,

səkkizcə ildə insan nə qədər dəyişərmiş! Köməyə, "yük götürməyə" çağıran əmi

də dəyişmişdi:  acizləşmişdi,  güzəştli  olmuşdu?  Deyəsən...  Ağrı,  ağrı,  ağrı...

Gözlərini yumub, qaynar çayı üfürə-üfürə, qurtum-qurtum içdi.

- Tök! Bir də tök! - dedi.

İkinci stəkanı konfetsiz içəndə başa düşdü ki, bu çay deyil, ədviyyat da deyil,

nə isə başqa  şeydir.  Gözlərini  açıb  Müslümə baxanda  isə hiss  etdi  ki,  daha  nə

ağrı var, nə də qaranlıq çökmək təhlükəsi.

Təəccüb içində, Səməd uşaq kimi sevindi.

- Bu nədi, ay fırıldaq, nə verdin mənə?

Müslüm güldü.

- Aptek-maptek lazım deyil ki?

- De görüm nədi axı bu?!




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə