İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə68/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   64   65   66   67   68   69   70   71   ...   180

______________Milli Kitabxana_______________

- Sultan  Mamedoviç  "dirilik  suyu"  deyir  buna.  Yemşən  suyudu.  Təziqi  o

dəqiqə götürür.

- Doğrudan da, "dirilik suyudu!" Yemşən!

- Qarışığı da var. Onu da bir allah bilir, bir də Xızr Abı.

- Deməli, Abı düzəldib?

Müslümün üzündən gülüş çəkildi.

- O  ili,  avariyadan  iki-üç ay  qabaq  risq  eləmişdi  Abı,  ermənilərin  təzə-təzə

qızışan,  qan-qan  deyən  vaxtı  Göyçəyə getmişdi.  Ordan  bizim  "qoyun  gözü"

dediyimiz jenşen  meyvəsi gətirmişdi. Jenşen kolunun boyu bir qarışdı,  meyvəsi

elə yemişəninki  təkidi.  Məncə odu  bu.  Kökü  deyil.  Kökünə toxunmuruq  biz.

Çünki müqəddəs sayılır. Köksünü ötürüb, birdən-birə:

- Heyif! Heyif Göyçəmizdən! Belə də ədalətsizlik olar, a kişi?! "Qardaş olub

Haystan,  Aaazərbaycan!.."  Torpağını  versin  "qardaşına",  özü  getsin  Muğanın

duzlaqlarına,  Sibirin  şaxtasına!.. Aşıq  Hüseyn  cavanın  konsertini  bu  vaxta

salırlar  həmişə,  ay  Səmi.  Niyə?  Şər  qarışandan  sonra  adam  onsuz  da  qəmlənir.

Bir  yandan  da  bu:  "Ağlama,  oğul,  ağlama..."  Necə ağlamayım?  Müqəddəs

dağlarımda  müqəddəs  dərmənlərim,  sağlamlığını gedib!..  O  vaxtdan  Sultan

Mamedoviçi  saxlayan  elə budu.  YemSən  hara,  "jensen"  hara?!  Yer-yurd əldən

gedəndə dil də gedir! Sultan Mamedoviç deyir "y"ya "j" deyən Qazaxlardı, Rus

Qazaxdan  alıb  bu  "jenşen"  kəlməsini,  arvadının adına  da  "Jenşen"  qoyub!  Onu

da "jenşina" eləyib. İndi bax Gör Goyçə nədi, Yemsən nədi, "jenşina" nədi?!

Səməd astadan:

- Yaxşı, bəsdi! - dedi. - Bilirəm, alimlər yanında oturub alim olmusan! Əmma

adi şeyi qanmırsan: "Jenşina!..."

Sevinc  getdi,  iniltili  xəstə əminin  evindən  nifrətlə qaçan  sərxoş  nadanı

xəcalət təri basdı.

Müslüm günahkar kimi, xeyli susub, sonra birdən danışmağa başladı.

- Qurbanın olum, kobud olma! Abı da danlayır məni... "Qiyabi oxuyursan, ali

təhsil alırsan. Dilindən söz çıxanda fikirləş də, ay oğul". Deyirəm, ay baba, bütün

o  tay-bu  tay  Azərbaycan  "dərman"  deyir "dərman"  eşidir.  Nə böyük  xəta

eləyirəm ki, hər dəfə "dərmana gəlmişəm" deyəndə bu qədər danlayırsan". Deyir:

"Evimiz  elə onda  yıxılıb  ki,  o  tay-bu  tay  Azərbaycan  da  "dərman"  deyir,  bütün

Türkiyə də, Türkmənistan  da,  Özbəkistan,  Qırğızıstan  da,  Tatarstan  da,

Başqırdstan, Göy Oğuz, Uyğur-filan da! Bir fikirləşən yoxdu ki, "yemşən"" deyil

bu,



______________Milli Kitabxana_______________

"yemşən" suyu deyil, YemSəndi! YemSən! YemSən! Bu kəlməni sənin diline

verən bədbəxt "DərMən" deyib. Yəni "dərirəm!". Budu bax, qaynadıram,

tökürom termosa, apanrsan Sultanım içir, ikicə dəqiqəyə qan təziqi düşür, sən də

fıkirləşirsən ki, "Bah, bah, bu Xızr Abı nə müd-rik adamdı!". Mon deyilom

müdrik, ay oğul, sənə yem yaradıb "YemSən" deyəndi! Tanımırsan sənə yem

yaradanı...

Səməd termosa baxırdı. İndi o da bir az günahkar kimi idi.

-

Belə


çıxır  ki,  çay  adına  kişinin  dərmənini  içmişəm  həmişə?!..

Təhkimçilikdən qayıdanda Xeyrə arvadın samovarını gözləməzdim, bu termosun

üstə cumardım... Eşşəkliyə bax!.. Öldüm ey!..

- Allah  eləməsin!..  Bundan  bilirsən  nə qədərdi? - Müslüm  oturacağın

dalından - termosun  yanından  büzməli  torba  çıxartdı,  büzməsini  aralayıb,

ovcunda  quru  YemSən - "Jenşen"  göstərdi. - Budu  ha!..  Xeyrə arvadda  da  var

bundan.  O  taydan  gətirib  vaxtilə.  Boxçaçiçəyidi,  Qaymaq  çiçəyidi  bir də budu,

xarab  olmur,  istər  yüz  il  saxla.  Sultan  Mamedoviçin  kabinetində stolun

siyirmələrinin  hansını  açsan  elə YemSəndi.  İsti-isti  içəndə ikicə dəqiqəyə

sağaldır.

Soyuq içəndə bir az gec təsir eləyir. Damarı genəldir, qanı durulaşdırır, başda

ağrını  götürür.  Qara  ciyərə,  ödə xeyir  eləyir.  Nə bilim,  özgə neyləyir.  Dam

direktor Ələsgər müəllimin arvadı Sestra "çudo"

1

deyir buna.



- O da bilir?

- Dam direktorunun da başağrısı var.

Rəhmətlik Mədəd əmi boğulanda, elə bilirdin sinəgir-astmadı.

- Atam da?!

- Onda lap pisinnəniydi... Yəni heç görməyibsən?

- Yox...


- Mədəd əminin sağlığında KeQeBe yaman çəkirdi Abını o yan-buyana. Abı

da  məcburuydu,  aralı  gəzirdi  Sultan  Mamedoviçdən.  Bizim  evə telefonu  o  vaxt

qoydurdu  Sultan  Mamedoviç.  Gecələr  o  cəlladnan  danışandan sonra  elə ki

görürdüm  rəngi  dəyişib, əli  də boğazındadı,  o  dəqiqə xoddayırdım  maşını...

"Emadin"  idi  onda.  Elə gedirdim,  elə qayıdırdım,  Kəsəyolda  şaxa-budağa

çırpılmaqdan o gördüyün qara "Emadin" bomboz bozarırdı. Yarımca saata gedib

gətirirdim  Mədəd əmini.  Qapıdan  girən  kimi  sappadan-sağ  eləyirdi  Sultan

Mamedoviçi.

Möcüzə, xariqə.



______________Milli Kitabxana_______________

Əmgəyini ülgücnən çərtirdi. O vaxt cibində ülgüc gəzdirirdi Sultan Mamedoviç.

Bir ülgüc də Mədəd əminin cibindəydi...

Yanğısı  kəsməsə də,  Səməd  daha  içə bilməyib,  stəkanı  "padnos"a  qoydu.

Xəcalətinə, narahatlığına hiddət qarışmışdı.

- Mən  hələ təzə-təzə qanıram  Mirqəzəb  kimdi.  Burda,  partiya məktəbində

yoldaşlarım deyirdilər gecələr ekzemasının gicişiyi şiddətlənir, guya elə ona görə

səhərə qədər  zəng  eləyir,  zəhərləyir  hamını...  Hələ çox  adam tanımır  onu,

Müslüm. Yaxşı oldu çağırdınız məni. Görmək istəyirəm, bu qədər qan-qırğından

sonra  necə oturur  müttəhim kürsüsündə. Niyə sürmürsən? Məncə, propusk

1

-zad


yazdırmaq lazım olacaq. Hər adamı buraxmazlar axı elə məhkəməyə. Sür!

Müslüm  tərpənmədi.  Dayandıqları yerdə küçə genişdi,  hündür  dəmir

dirəklərdə sərt  işıqlı  lampaların  qoşa  cərgəsi  uzanırdı.  Tək-tək  maşın  keçirdi.

Səkilərdə başları,  yaxaları açıq,  tərli  adamlar  tərpənişirdilər.  Müslüm  gah

maşınlara,  gah  adamlara  baxsa  da,  puçurdan  təzəcə çıxmış yarpaq  rəngində,

xırdaca gözlərindən görünürdü ki, fikri ayrı yerdə idi.

- Səməd...  Söhbət  var...  Mən  bilirəm,  həyatınız,  mühitinizdi  sizi  sarsıdan.

Əmbə əlacım yoxdu, ciddi söhbətim var sənnən.

- ...Əmimə bir şey olmasın!

- Yox,  yox!..  Nə danışırsan?!  Ayrı şeydi...  Açığı,  yolda  qəsdən  demədim.

Qorxdum qızışarsan, yoldan qayıdarsan.

- De görək!

- Bilirsənmi...  Səni  boş-boşuna  çağırmayıblar...  Qurban əmi  Məhərrəm

Abbasoviçnən  danışanda  yanındaydım.  Danışıb  qurtarandan    sonra  dedi  get

benzin götür, hazırlaş, təcili apar Səmədi, özünə də deynən vəziyyəti yaxşı deyil

kişinin.  Çağırır. Əmma  mən  düzünü  deyəcəm  sənə.  Rayondan  Sultan

Mamedoviçə zəng vurublar.

- Kim?


- Çox adam...

- Məndən şikayət eləyiblər? Təhkimçilik eləmirəm, yığıma köməyim dəymir.

- Hə...

- Nə olsun  ki?  Təhkimçilərin  elə hamısı  bütün  günü  kölgəliklərdə səvərişib



çay  içirlər.  Kimdi  iş  görən?  Faydası  yoxdu  təhkimçiliyin!  Pambığı  yığanların

özlərinin rəhbər işçiləri var, daha bu "təhkimci" nədi?!

- Gülənov da danışıb.

Buraxılış vərəqəsi.




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə