İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə70/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   66   67   68   69   70   71   72   73   ...   180

______________Milli Kitabxana_______________

- Gördüm  gəlirsən,  bu  dəfə keçəcəksən  o  qatilin  tərəfində fəaliyyət

göstərəcəksən.  Baxtın  gətirdi,  bu  dəfə Müslümün  həssaslığı  xilas elədi  səni.

Əmbə müvəqqəti  sağlıqdı  bu,  qadası.  Bu  bir.  Hə! Əyri  yola düşsən,  kim  sağ

qoyar səni?!

İkincisi,  sənə dönə-dönə demişdim  Gülbənizi  gör.  Axır  ki  gördün. Əmbə

qardaş qatilinə münasibətin kəskin deyil. Bu da xeyrinə deyil sənin. Hə!

Səmədin əli qapının dəstəyində titrəyirdi.

Qapını açıb, bir andaca suya  batmış əlini  Çax-çuxun boğazına uzatdı. Lakin

"Villis" vaxtında tərpəndi, qıjıldayıb getdi.

Səməd özünə gələ bilmirdi. Müslüm ehtiyatla qolundan tutub, yavaşca çəkdi.

- Gəl, qardaşım... Allah özü bəlasını versin Bezobraziyenin! Gəl otur. Əmin

intizar qalar.

Səməd keçib oturub, qapını çəkdi. Müslüm yenə süni güldü.

- Əmbə lap tumana əl apardı ha qaniçən köpəyoğlu! Adamı üstəliyəndə şirdi,

zor  görəndə tülküdü!  Sultan Əmirlinin  çörəyi  halalın  olsun! Rəhmətliklərin

torpağı  sanı  yaşıyasan.  Sən əmini  necə istəyirsən,  rəhmətliklər  də elə

istəyirmişlər  bir-birlərini...  Bu  dərmən-dava  işindən savayı,  Xızr  Abının

görücülüyü də var axı. Sən anayın qoynunda olanda anayın üzünə baxıb, Mədəd

əmiyə deyib: "Uşağın olan günü Sura rəhmətə gedəcək. Uşağı xərc eləsəniz, özü

səlamət  qalacaq, əmma  doğar qarnı  olmuyacaq".  Anan  eşidib  bunu,  həkimə

gedib.  Həkim  də Abının sözünü  təsdiq  eləyib  deyib:  "Ya  uşağından  keç,  ya

canından".  Anan canından  keçib  ki,  Mədəd əmi  övladsız  qalmasın...  Srağagün

gecə danışdı  bunu  mənə Sultan  Mamedoviç,  dedi:  "Səmədin  ürəyi  anasının

ürəyidi..." Çox içibsiniz ikiniz də, nəsə olub, sən pis çıxıbsan evdən. Zəng vurdu

Sultan  Mamedoviç,  getdim  gördüm  təkcə oturub  tut  ağacının altında,  bu

termosnan  bu  stəkan  da  qabağında.  Stəkanı  doldurmuşdu,  içmirdi...  İnsanın

insana  məhəbbətinə bax  ki,  o  da  sən  deyəni  dedi:  "Mənim  dirilik  suyum

Səməddi!  Comərddi,  Süleymandı  Səməd!  Məhəmməd Əmirdi  Səməd!  Ağ

Əmirdi, Boz Əmirdi, Mədəddi, Suradı Səməd!.."

Mən bilmirəm nə olub orda, gecə niyə elə çıxıbsan evdən. Bildiyim budu ki,

sən gedəndən sonra Qurban əmi çox pis dalaşıb Sultan Mamedoviçnən.  Açığını

deyim  sənə.  "Beynini  yükləsəm"  də,  bu  elə şeydi  ki,  alayarımçıq  danışmaq

olmaz, ay Səməd. Açığı belədi ki, Qurban əmi




______________Milli Kitabxana_______________

lap əndazədən  çıxıb,  deyib:  "Çağır  o  evdən belə filan  qızını,  bu  dəqiqə tərkimə

mindirib səyirdəcəm atı aparacam, atacam atasının dağılmışına, uşağı xərc eləsin,

bir söz-söhbət də burdan çıxmasın".

Sultan Mamedoviç bacını yox, Xeyrə arvadı çağırıb. Xeyrəni də ki tanıyırsan.

Deyib  "ata  mindirmək  olmaz,  bu  bir,  ikincisi  qoynu  dolu  zənəni  atası  evinə

qaytarsan, nə allah götürər bunu, nə bəndə".

Qurban əmi  qışqırıb  ki,  "Bəs  o  cavanın  dəli-divanə olub  düzlərə düşməyini

götürərmi allahımız, bəndəmiz?!"

Arvadı  qovub,  qalxıb  yuxarı,  yazıq,  binəva  bacının  üstə düşüb  ki,  Sultan

Əmirlinin evi, ailəsi də, oğul-uşağı da Səməddi! Əmirli nəslinin varisini didərgin

salsan, nə sən özün xoşbəxt ola bilərsən burda, nə də Əmirlilər. Çıx get burdan,

uşağı  xərc  elə!  Sonra  da  çıx  kəndin  ortasına,  deynən  düşmən  sözüdü  deyilənin

hamısı!..  Nə başını  ağrıdım,  axırda  bacı  deyib:  "Uşaq-zad  olmuyacaq".  Özü  də

gedib atasının evində oturacaq, ölənəcən heç kəsin üzünə çıxmıyacaq.

Atası evindədi indi.

Arvad ərinin damının altında deyilsə, nədi bu, ay Səməd?!

Haqlıdımı Qurban əmi?

Özü  də başa  düşür  ki,  haqlı  deyil.  Dünən  Sultan  Mamedoviçi  yola  salanda

ayrı hava çalırdı: "Kəbinin də qalsın, uşağın da. Mənə lazım olan budu ki, Səməd

onu bir də o evdə görməsin", - dedi dönə-dönə. Sultan Mamedoviçə söz verdi ki,

bacının  özünə də, Əlləzoğluynan  Hənifə arvada  da  tapşıracaq,  uşağa  xətər

dəyməsin.

Təklənəndə Sultan  Mamedoviçin  gözü  dörd  olmuşdu.  Dəli  kimi,  öz-özünə

danışırdı:  "Uşaq əldən  gedəcək, əldən  gedəcək"  deyirdi.  "Bezobraziye  rahat

buraxmıyacaq  o  bədbəxti.  Şübhəsiz,  felyeton-filan  da  olacaq"  deyirdi.  Məni

çağırdı. Soruşdu ki, "Ağlın nə kəsir? Səmədnən danışsam, Səməd onun könlünə

nur  sala  bilərmi  ki,  uşağa  toxunmasın?"  Özü  soruşdu,  özü  də dedi:  "Bircə

balamnan danışacam, balamı xilas eləsin! Bir dəfə açıq, mərdanə kişi söhbətimiz

oldu,  dözmədi.  Yəqin  təbiidi.  Bir  də danışacam,  Bircə balam  özü  qurtarmalıdı

məni  bu  dardan!  Kürəyimdən  yükü  götürsün,  bir  az  yaşayım,  iş  görüm!"  Budu,

əslində "yük" dediyim. Elm barədə söhbət getmir hələ.

İndi  nə fikirdədi  Sultan  Mamedoviç?  Bilmirəm.  Məncə,  bu  fikirdədi  ki,

məktub  yazasan  bacıya,  mən  aparım  verim.  Bu  işi  ləngitmək  olmaz,  ay  Səməd.

Sultan  Mamedoviç Əlləzoğluna  deyib  qızı  gözdən  qoymasın.  Bədbəxtlikdən  o

murdarlar Əlləzoğlunu xəstəxanaya basıblar rayonda. Başa düşürsən?!




______________Milli Kitabxana_______________

Çax-çux səndən çox çəkinir. Bilmirəm hansı belə-filan çatdırıb ona həyətdəki

o  xançal əhvalatını.  Elə ona  görə KeQeBeyə çağırtdırdı  məni  bu  səhər,  hava

işıqlananda, dedi Əmirlilər nəfəslərini necə çəkirlər, o da məlumdu bizə. Sizin o

Saşanız  o  biri  rayonda  KQB-nin  rəisiydi.  Altmışa  qədər  "Muğ"  buraxdırdı

məhkəmədən.  Dözdük.  Rütbəsini  artırdıq,  göndərdik  Bakıda  müavin  elədik,  öz

ayaqlarıynan  güllə qabağına  göndərdik.  Sultanınız  da  o  yolnan  gedir.  Hansı

kənddə,  hansı  şəhərdə məhz  kimlərdi  "Muğ"lar - Bağlar,  hamısı  uçotdadı.  Get

mənim  adımdan  de  Səmədə, əlini  tərpətməsin,  səlamət  qalsın,  ayrılsın

UluBağlardan -"Muğanna"lardan.  Onsuz  da  qırılırlar.  UluBağlar,  OdƏr,  Türk-

filanlar.  Ümumiyyətlə Türkün  qəbri  qazılıb,  hələ o  ikiyüzillik  müharibə vaxtı -

yeddinci əsrdə Türkün Dədəsi hayana gedir, elə qəbir görür". "İndi işin axırıdı" -

dedi. - Səməd başına çarə qılsın".

Səmədin beynində dəhşətli fikir dolanırdı: gizlətmədi, dedi:

- Sən axı deyəsən elə Bezobraziyeyə işləyirsən, Müslüm!

Şofer elə bil heç nə eşitmədi.

- Mənim  vəzifəm  düşməni  görmək  və tanıtdırmaqdı.  Açığı,  çox  böyük

təhlükə var,  qardaş!..  Məhlə milisənerləri  hərlənirlər  dəmir  yol  xəstəxanasının

qabağında.  Bu  səhər  benzin  götürəndən  sonra  ora  sürdüm maşını.  Palatanın

qapısı  bağlıydı.  Açdırdım. Əlləzoğlu  özünü  üstümə saldı  ki,  "Mən  dustağam

burda!  Sultana  çatdır,  evi  mənim əlimnən  yandırıblar,  gözü  kölgəli  eləyiblər

məni,  deyirlər  "Səməd  səni  ağaca  çırpanda  beynin  silkələnib".  Deyirlər  "nöyüt

qabıynan  kibrit əlimizdədi, ayaq  iziyin şəklini  çəkmişik.  Dilindən  kağız  verib

Səmədi tutdurmasan, beyin zədəsindən ölcəksən". "Sultana sədəqə olum, Səmədi

tutdurarammı?!..  "Məni  tez  çıxartsın  burdan,  gedim  göz-qulaq  olum,  balama

sədəmə toxunmasın".

Belə şeylər dedi Əlləzoğlu.

Veziyyət  elədi  ki, allah  göstərməsin,  özünə qəsd  eliyər  bacı.  Günü  bu  gün

qəsd  eliyər.  Ondan  sonra,  dilim  qurusun,  ölmüş  bil  Sultan  Mamedoviçi!.. -

Müslüm  köksünü  ötürüb,  yaylıqla  tərini  silə-silə Səmədə baxdı. - Əgər  beynini

doğrudan da yüklədimsə, bağışla.

Ağır  yox,  "yük" elə dəhşətli  idi  ki,  Səməd  maşını  elə bu  dəqiqə geri

sürdürmək istəyirdi.

- Kənddən  çıxmamış  deyəmməzdin?!  Kitabxananın müsibəti  düşdü araya...

Orda ikicə kəlmə desəydin ki, iş bu  yerdədi, bətnində Sultan Əmirlinin balasını

gəzdirən qadının qabağında diz çökərdim mən, yal-




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə