İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə66/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   62   63   64   65   66   67   68   69   ...   180

______________Milli Kitabxana_______________

lanırmış".  Məhərrəm  Məhərrəmovdan,  Qılınc  Qurbandan,  Lüt  Cəfərdən,  Təftiş

Abbasdan.  Çünki  həngamə qopandan  sonra  "özümüzünkülərdən"  heç  biri

"Vərəsə"nin  gizlədilməyinin  tərəfdan  deyilmiş:  Məhərrəm  Bakıdan  Sultana  tez-

tez  zəng  vururmuş  ki,  "delo"da  katolikosların  məktubları,  "OON"-a  müraciət-

filan  göstərilmir,  Azərbaycanda,  Türkiyədə tutqular,  qırğınlar  barədə işarə də

yoxdur, - gizlədilir  hər  şey; əsas  ittiham  "Vərəsə"dir,  "Vərəsə"ni  təcili  qaytarıb

rəsmi imtina eləsəniz, əllərində tutarlı əsas qalmaz". Qurban da tez-tez Mədədə,

gah da Sultana qışqırıb-bağırırmış ki, "Tərəzinin bir gözünə insan həyatı, o biri

gözünə "Vərəsə" qoyulubsa, "Vərəsə"yə görə niyə güdaza verirsiniz özünüzü?!"

Lüt də, Təftiş də gah rayonda Sultana, gah çaylaqda - kitabların yanında Mədədə

yalvarırmışlar,  təkid  edirmişlər:  "Aparın  təhvil  verin,  canınızı  qurtarın". Əmma

nə Qurbanın  xəbəri  varmış  ki,  "Vərəsə"  necə vərəsədir,  nə də Lütün,  Təftişin

xəbəri varmış ki, "Varidat" -"Xəzinə" Məhəmmədin, Şeyx Ağ Əmirin, Şeyx Boz

Əmirin  və fədailərin əlləri  ilə yazılsa  da,  "Süleyman  padşahın  xəzinəsi"dir.  Bu

kənddə hələ heç  kəs  bilmir  ki,  məktəbin  ağıllı-kamallı  direktoru,  "Qonaqlının

istəkli  həkimi" - rus  qızı  Sestranın  istəkli əri Ələsgər  müəllim  niyə "Dam

direktor"  olub;  yəni Ələsgər  müəllimin  öz  ikimərtəbə daş  evinin  çardağında

uşaqlara  "ulduz-mulduz"  danışmağının  səbəbi"  bu  "Vərəsə"dən  götürülmüş

tarixdən  ibarətdir.  Abının  özünün  xəlvəti  yol  qıraqlarında,  divar  diblərində

oturub  "qərib  adamlarla  kəlmələşməyi"  də bu  varidatla  bağlıdır.  Cəmi  bəşərin

dilində gəzir  ki,  "Süleyman  peyğəmbərin  xəzinəsi  qalıb,  üstündə ilan  yatır".

Hardadır o "Xəzinə"? O necə ilandır ki, heç əl çəkmir "Xəzinə"dən. Bir kimsənin

xəbəri yoxdur ki, Vətəndən tərik salınıb "Türk"ə döndərilən OdƏrlərin, Ev ƏrEy

ikən  "Yevrey"ə, ƏrÜz  ikən  "Rus"a,  AğÜz  ikən  "Oğuz"a  döndərilən- ;  lərin

ƏsƏlMənidi  o  "Solomon" - "Süleyman!.."  "Süleymandan  qalan  dünyadan"  inci

götürməyə cürət  edənləri  o  ilan  dübarə çalıb  öldürür.  Varis  bilməlidir  ki,

Məhərrəmin,  Saşanın  Bakıdan  zənglərindən  sonra,  Qurbanın  qışqır-bağırından,

Lütün, Təftişin yalvar-yaxarından sonra Sultan yumşalıbmış; "avariya" günündən

əvvəlki gecə gedib orda -çaylaqda Mədədə təklif eləyib ki, "Bəlkə təhvil verək?"

Mədəd deyib: "Vərəsə qardaşlarımızın zindanda kəsilən başlarıdı. Nəyi təhvil

verək? Qardaşlarımızın başlarını, ya özümüzü?"

Sultan deyib: "Tək sənnən mən yox, Abı da, Cəfərnən Qurban da  bulaşıblar

bu işə. "Hümmof"dən - Nərimanovdan başlanıb bu iş, Leninə




______________Milli Kitabxana_______________

çatıb,  on  səkkizinci  ildə Mustafa  Kamal  Paşaya  çatıb,  "Rus  ordusu"adı  altında

Anadolunu  azad  edən  Təriklər  ordusunun  təşkili  də ümumbəşəri  xilaskarlıq

naminə təşkil olunub. Hamısı qırılıb! Hamısı!  Atatürkün Türkiyədə bir nəfər də

yaxın  adamı  qalmayıb,  qaçıb  Dərbənddə gizləniblər,  ordan  da  buraya -

Şimalımıza  dağılışıblar.  Tək  sən,  mən,  Abı,  Çürük  özümüzü  təhvil  versək,

işgəncələrə eyni  dərəcədə dözə biləcəyikmi  hamımız,  hətta  Atatürk  nəslini  də

qırğına verməyəcəyikmi?!"

Mədəd  deyib:  "Vərəsə nəsilbənəsil  "Muğ"  yetirmək  üçün  deyilmi,  dadaş?!

Əsrlərnən qırıla-qırıla dağılışan Türk hələ də dünyanın ən böyük xalqı deyilmi?!

Mən bilirəm, bundan sonra da çox qıracaqlar bizi. Yerdə qalanların umudu nədi,

dadaş?!  "Vərəsə"ni  versən,  Türk  kar-kor  qalıb  tamam  savadsızlaşmazmı?!

OdƏrliyimiz tamam unudulmazmı, dadaş?!"

Sultan hirslənib deyib: "Məsələ elə ondadı ki, Türk qırılandan sonra kitabları

açan da olmuyacaqsa, necə yetişəcək nəsilbənəsil "Muğ" -Bağ?! "İttihadi İslam",

damğası  var  kitabxananın üstündə.  Stalinin  teleqramının  cavabında əsaslı

ittihamnamə hazırlatdırıb  cəllad!  Panislamizmdə,  "Mövlud"  gecələrində din

yaymaqda  taqsırlandırır  hamımızı.  Məhz  buna  görə imkan  verirmiş  geniş

miqyasda  "Mövlud"ə ki,  bütün  kəndlərdə dərnəklərə yığılanları qeydə alsınlar,

antisovet din təşkilatı üzvləri kimi hamını yığışdırsınlar! Ondan sonra sahibi kim

olacaq "Vərəsə"nin?!"

Qısası,  Mədədin  sözü  qalmayıb.  Qərara  gəliblər  ki,  kitabxananı təhvil

versinlər, əvəzində bütün  Pünhanları,  Ustad  "Aşıq" - ƏsAğlan  səfərbər  eyləyib

yaddaşlarda qalan həqiqətləri yazdırıb dərslik kimi yaysınlar.

Mədəd  lap

əlacsız  qalıb,  deyib:  "Mirqəzəbin  folklorçu  professoru

ƏsAğlardan dostanların əksəriyyətini yığıb, "dəri"sini - OdƏrini çıxarıb. ƏsAğ -

"Aşıq"lara  tapşır  daha  yazıya  almasınlar,  elə şifahi  şərhə keçsinlər,  görək

başımıza nə gəlir".

Xırrançay  axarında  çox  kədərli  gecə olub  o  gecə;  qardaşlar  Abını,  Qılıncı,

Təftişi  çağırtdırıb,  qərarı deyiblər  ki,  kimlərin  hansı  rayonlara,  hansı  kəndlərə

gedəcəyini müəyyənləşdirsinlər. Əmma burada Mədəd birdən gülüb. Özü də elə

gülüb ki, Sultan lap çaşıb gözünü döyüb, qışqırıb ki, "Başa düşmürəm gülməli nə

var burda, dadaş?!"

Rəhmətlik  deyib:  "Gülməli  yox,  ciddi  sözlər  var,  dadaş.  Ün  eşidən

qardaşlarımız "Vərəsə"yə varisi Ün əsasında təyin eleyiblərsə, bele çıxmırmı ki,

təyin olunan Varis bu kitabxananı oxumalı və başqalarına da oxutmalıdır?!"



______________Milli Kitabxana_______________

Bununla  da  mübahisəyə,  şəkk-şübhələrə son  qoyub  o  rəhmətlik.  Elə ordaca

əyilib, indi bu nadan Səməd xarabalıqda Abının qabağında necə oturubsa, Mədəd

də eləcə oturub,  başlayıb  vəsiyyət  eləməyə:  "Dünya  belə getmiyəcək,  Abı.

Məndə inam  var,  sən  görəcəksən  hər  şeyi.  Elə ki  gördün  Stalin  yoxdu,  Elmin

zamanıdı, varisə deyərsən: "Mədədin öz dilindən eşitmişəm, Varis bilməlidir ki,

"Vərəsə"mizi qoruyan var".

Sözünün  bu  yerində Abı  birdən-birə yenə büzüşüb,  xarabalıqda  cild,  kağız

qırıntılarını göstərdi:

- Niyə belə oldu?!  Baş  açammıram. Əmma  Mədədin  Xırrançayda  dediyini

əsassız  saymıram.  Maşının  dalına  doldurduğumuzu  Sultan  yəqin  ki,  hardasa

gizlədəcək.  Nə hasil  olacaq  o əzik-üzük  qalıqdan?  Məlum  deyil.  Ulu  Bağ

ƏsƏlMənin  "Xəzinə"si  beyinlərdədi  indi.  Araz,  Kür  üstə dağlarda  Muğanlı,

Muğan,  Sadıqlı,  Poylə,  Kəsəmən,  Ağtəpə,  Qaratəpə,  Şıxlı,  Sarallı,  Sarvəlli,

Kəpənəkçi,  Saraclı,  Təkəl  və sair,  və sair  kəndlər,  obalar  var.  Hansına  getsən

sazı-filanı  da  atıb, əkin-tikinnən  dolanan  ustad  "Aşıq" - ƏsAğ  tapacaqsan,

"Muğan" - BağÜn  kəlamı  eşidəcəksən.  Varis  obaların adlaranın əslini

öyrənməlidi,  etibar eləsinlər.  Bircə-ikicə yerdə inansalar,  açıb  deyəcəklər  ki,

"Kəsəmən" kəndləri  "KiƏsMən" - OdƏsMəndi. Yaradan Od-Həqiqəti. "Sadıqlı"

kəndləri ƏsOdAğdı.  SafAğ  İnsanın  Yaradan  Həqiqəti.  "ƏlHom"  kəlməsiynən

tapacaqsan adamları. Əmma heç vaxt, heç vaxt unutma ki, yerin də qulağı var bu

SSRİ  adlanan  cəhənnəmdə.  Bu  gündən,  bəlkə elə bu  dəqiqə də KeQeBenin

nəzarəti altındasan...  Mən  özüm  də...  çox  açıq fəaliyyətdə oldum  burda.  Belə

vaxtlarda  yaman  quduzlaşırlar  Xudiyevin  yetirmələri,  cəmaatın  gözünün

qabağındaca əzab-işgəncə verirlər mənə, döyürlər bu yaşda qocanı, qorxanlardan

məlumat yığırlar. Hansı kənddə "Abdulla" adında molla görsən, bil ki, KQB-nin

sağ əlidi  hamısı,  yəni  ciblərində zəhər  gəzdirirlər,  xeyirdə,  şərdə zəhərləyirlər

Muğları. Çox, çox ehtiyatlı ol! Əmma lazım  gələndə qurban  verməyi bacarmaq

lazımdı.  "Güdaza  vermək"  deyil  bu,  Elm  naminə qurban  verməkdi!    Düşün  bu

barədə!  Çoxlu  düşün!  Və unutma  ki, bircə umud  çırağın  var indi  sənin,  o  da

Sultandı,  oğul.  O  çıraq  sönsə,  tək  sən  yox,  bütün  nəslimiz-kökümüz  zülmətə

batar, bütün xalq uzun müddət zülmətdə qalar cavanlarımız bax bu "Dəli Səməd"

kimi cahil, kor böyüyərlər!

Xarabalığın  ağırlığı  "çıraq  sönsə"  sözlərilə,  sonra  isə əmisinin  gözlərinin

içinə cəllad kimi dediyi "Güdaza vermisən" sözlərilə birləşib



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə