İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə64/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   60   61   62   63   64   65   66   67   ...   180

______________Milli Kitabxana_______________

vaxtda  duz  dalınca  Naxçıvana  getməzlər.  Getsələr  də,  üç  rəhbər  işçinin  üçü  də

birdən getməz. Dəliqanlı başında başqa fikir oynadı: üçü də birdən hazırlaşıbsa,

deməli, kefə gedirlər. Pambıq yox, bostan yox, taxıl səpilib, fermalara ot daşınıb,

kahaların,  töylələrin  yırtığı-söküyü  tutulub.  Qalan  bir  dondurma  şumudur,  onun

da  təkcə Miri  öhdəsindən  gələcək,  öküz,  kəl  haylamağa,  kotan  qoşmağa  da

ehtiyac  qalmayacaq.  Belə arxayınlıqda  duz, əlbəttə,  bəhanədir;  müharibədən

qabaqkı  kef-damaqlı çağları yada  salıblar  bu  həriflər,  sözləşiblər  ki,  "Naxçıvan

diviziyası"  adında,  müharibənin  on  şiddətli  vaxtı  büsbütün  qırılmış  "diviziyada

qırılan  oğlanlar"  hər  il  yazbaşı  qalaq-qalaq  yuxa  bişirtdirib, əməkgününə düşən

ətlik heyvandan burmabuynuz erkəklər seçib, Seyid kişidən adama bir "çetvert"

çaxır gətirdib, arabaları qoşub "göy duz səfərinə" çıxanda həm gedənbaş, həm də

gələnbaş yollarda kefə baxdıqları kimi, bunlar da bir-iki gün o cür eləsinlər.

Belə şeydən qalmaq olar?

Çarpayıdan  atılıb  geyindi,  qara  xrom  çəkməsini  ayaqlarına  çəkib,  qara  dəri

paltosunu qoltuğuna vurdu. "Mən də gedirəm!" - dedi.

Hətta  "Villis"lə iki  yük  maşınından  başqa  "Emadin"i  də həyətdə görüb,

əmisinin  papirosu  papirosun  oduna  yandıra-yandıra,  cod,  xırıltılı  səslə "hə,

gedirəm"  dediyini  eşidəndə də heç  nədən  şübhələnməyib,  "kef" havasını

başından çıxartmadı.

Rayonun ərazisindən  uzaqlaşıb,  hardasa  Yevlax  səmtində "aşxana"  görər-

görməz maşından yerə atıldı. "Siz əl-üzünüzü yuyun, qırışığınız açılsın, yuxunuz

dağılsın, bu Koroğlu dəlisi özü hər şeyi təşkil eliyəcək!" deyib aşxanaya cumdu.

Aşxananın  müdiri əli  təsbehli,  ağır  bir  kişi  idi.  Qara  xrom  çəkmələrini

cırıldada-cırıldada,  qara  dəri  paltosunu  xışıldada-xışıldada  üstünə yeriyən  yelli

oğlana gözucu baxıb, yerindən də tərpənmədi. Əmma yelli oğlan çox hay-küylü

idi. "Azərbaycanın ən məşhur dörd nəfər adamı qonaq gəlib sizə! Qaçaq-quldur

qənimi  Qılınc  Qurban!  Sosialist Əməyi  qəhrəmanı  Sultan Əmirli! İlk  bedkom

sədri sədr Mədəd və ilk özək katibi Lüt Cəfər!" - deyib Qonaqlı yeniyetmələrinin

doğrudan da "Azərbaycanın ən məşhur adamları" kimi tanıdıqları "dörd nəfər"in

ad-sanı ilə o ağır kişini tərpədib, bufetdəki qara "buxanka" çörəkdən, "qallandski

su"dan  və "pikuli"  adında  zay  turşudan  başqa,  Kür  balığı,  gürcü  çaxırı tapdırıb

"kefcil hərifləri" içəri çağırdı. Qələbə günü Seyid kişinin şərabı dilinə dəyəndən

bəri "böyüklərin məclislərinin yaraşığına" çev-




______________Milli Kitabxana_______________

rilmiş  Koroğlu  dəlisini  tamada  seçib,  "dörd  qardaşın  dördünün  də bir  yerdə

sağlığına  tost"  dedi.  "Bülbül  olun,  qəfəsdə olmayın", - dedi.  Bədbəxtlərin

qəfəsdən  də betər  bədbəxtlik  içində sıxıntısını  hiss  etmədən,  nərildəyib-

guruldayıb,  hər  birinin  ayrılıqda,  axırda  da  "dörd  qardaşın  bir  balası  tamadanın

sağlığına  tost"  dedi.  O  "kef"dən  başı  ayılmamış,  bir  də hardasa  yol  qırağında

əhənglə ağardılmış  alçaq  bir  daxmanın  qabağında  "piti"  kəlməsi  oxuyanda

maşından  atılıb,  piti  ilə tut  arağı  "təşkil  elədi".  Dəmlənib,  köyrəlib,  "Siz  məni

necə istəyirsiniz, bu qocaman təbiət də elə istəsin sizi!" - dedi. "Hər övladın bir

atası var, mənim dörd atam, dörd arxam var!" - dedi. "Dörd ata"dan birincisinin -

:  "Ədalət  mücəssəməsi"nin  xətri  üçün  Maksim  Qorkinin  "Fırtına  quşu"  şerini

oxudu, ikincisinin - "şan-şöhrətli partiya xadimi"nin xətri üçün Səməd Vurğunun

"Rəhbərə salam"  şerini  oxudu,  üçüncüsünün - susqun,  qəm-qüssəli  Lütün  xətri

üçün  Koroğlunun  "Şad  ol,  könlüm,  nə məlulsan"  mahnısını,  dördüncüsünün -

sədr  Mədədin  xətri  üçün  isə sədr  Mədədin  özünün  mahnısını  oxudu:  "Sən

haralısan,  haralı,  durnam?  Ovçu əlindən  yaralı  durnam.  Yar-yoldaşından  aralı

durnam.  Həm  buralı,  həm  oralı  durnam".  Gör  bir,  yazıq  kişiyə necə kef

verirmiş!..  Yeddi  il  səkkiz  aydan  sonra  indicə görürdü  ki,  mahnı  qurtaranda

Cəfər əminin dodaqları titrədi, gözləri doldu. Sədr Mədəd üzünü bir tərəfə tutub

yaylığını çıxartdı. Sultan əmi üzünü o biri tərəfə tutub inildədi. Hətta Qurban əmi

də qəhərlənən  kimi  oldu  və açıq-aşkar  qəzəblə ayağa  qalxıb,  "Kef  qurtardı!" -

dedi.  "Müslüm  səni  qaytaracaq  burdan.  Naxçıvanda  bizim  işimiz  çoxdu.  Sən

dərsdən  qalma", - dedi.  Uzunqulaq  onda  da  qanmadı  ki,  səfər  duz  səfəri  deyil.

"Hara  qurtarır?!  Kef  təzə başlanır!  Koroğlu  dəlisi  hələ təzə qızışır!  Dərsdən-

zaddan nigaran qalma. Bir həftənin  dərslərini bir geceyə hazırlıyaram!" - deyib

özünü "Emadin"ə basdı.

Dal oturacaqda qalın, sarı kürk vardı. Qış aylarında kürk həmişə orda olurdu.

Sultan əmi  Müslümün  yanında  oturub,  başını  döndərib,  məzlum- məzlum

"Qayıt,  qurbanın  olum"  deyəndə ərköyün  qanmaz, əmisinin  kədərindən  də bir

şey  qanmadı,  Sultan Əmirliyə qırx  ikinci ildə verilmiş  "komandir  kürkü"nü

çiyninə salıb,  özünü  dartıb əlini  irəli  uzatdı:  "Vperyod!  Tolko  vperyod!  Yalnız

irəli!"


Kürkün  arasında  xumarlanıb,  mürgüləyib,  oyananda  yenə "Vperyod"  deyə-

deyə,  quzeylərinə qar  çilənmiş  təpələrə,  quroydan  ağarmış  qanqallara  və sarı,

qızılı, çəhrayı çalan qəribə dağlara tamaşa edə-edə axşama



______________Milli Kitabxana_______________

qədər yol gedib, dağ aşırımına oxşayan hündür bir yerdə soyuq külək vıyıltısı ilə

"Emadin"in  içinə uğultu  salan  güclü  yağış  şappıltısını  eşidənə qədər  kef

həvəsindən  düşmədi.  Vıyıltıdan,  şappıltıdan,  uğultudan  bezikib,  həvəsdən

düşəndən sonra isə, div yuxusuna gedib, bir də o vaxt oyandı ki, yay gecələrində

Qonaqlının  qəbristanından  o  yandakı  qarğıdalı sahələrində xorultu  qoparan

qaban  sürülərinin  xorta-xortu  dünyanı  götürmüşdü.  "Emadin"in  şüşəsindən

içəriyə güclü işıq vurub, başı şişmiş, gözləri dumanlanmış uzunqulağı kor eləyib,

dərhal  da  keçib  gedəndə ardınca  ikinci  işıq,  üçüncü  işıq  vururdu.  Uzunqulağın

xəbəri  yoxdu  ki,  Qonaqlının  qarğıdalı

sahələrinə

xorultu  salan  qaban

sürülərindən  başqa,  dünyada  "Stüdobekker"  adında  nəhəng,  xorultulu  maşınlar

da  var.  "İkinci  cəbhə"  deyilən  cəbhə açılanda  yəni  Amerika  ilə İngiltərənin  də

faşizmə qarşı müharibəyə qoşulanda Qonaqlıda meydana çıxan "yaiçni paraşok"

da,  sonralar  "kitayski  fanar",  "kitayski  termos",  "kitayski  makentoş"  da

Cənubdan  bu  maşınlarda  daşınmışdı.  Xəbəri  yoxdu  ki,  "bizimkilər  topa

tutulandan",  "Milli  hökumət  yıxılandan"  sonra  dekabrın  on  ikisindən  iyirmisinə

qədər  Culfaya  axın-axın  yığışıb  bu  taya  pənah  gətirən  Demokratlarımızı  da  bu

maşınlar daşımışdılar; bu küləkli, yağışlı gecədə Əlincə qalasının, Əlincə çayının

yarğanı  qırağında  "Emadin"in  şüşəsindən  içəriyə gur  işıq  vura-vura,  "Etibarlı

yer" adlandırılmış "Şeyx Xorasan" məqbərəsinin yanından keçdikcə dərəyə, dağa

xorultu salan  "Stüdobekker"lər  də qaçqınlarla - mühacirlərlə dolu  idi;  xəbəri

yoxdu ki, "kalon"da axırıncı "Stüdobekker" Şeyx Xorasan məqbərəsinin yanında

dayanmışdı,  "kabinka"dan  boz  kepkalı,  boz  paltolu,  arıq,  zərif  bir  ziyalı  ilə

ağbəniz  bir  polkovnik  düşmüşdü; o  arıq,  zərif  ziyalı  Demokrat  firqəsinin  sədri

Xalxali - Mircəfər  Pişəvəri  idi,  o  ağbəniz  polkovnik  isə "Müəllim",  alim  və

çekist Məhərrəm Məhərrəmovdu. Əllərini bıçaq kimi kəsən küləyin, üzünü dolu

kimi  döyən  iri  damlaların  altına  çıxanda  fəhmi  bir  ona  çatdı  ki,  "quş  dimdiyi"

burnunun  ucunda  yağış  suyu  titrəyən  Müslümü  sorğu-suala  tutsun:  "O  nə

xorhaxordu?",  "Niyə dayanmışıq?",  "Əmim  hanı?",  "Naxçıvana  çoxmu  qalıb?",

"Saat  neçədi?" - və sairə.  Müslümün  nə dörd  təkəri  dalda,  iki  təkəri  qabaqda,

əjdaha  maşın "Stüdobekker"  barədə dedikləri  beynini  tərpətdi,  nə "çekist

Məhərrəm",  nə "Əlincə qalası",  nə "Şeyx  Xorasan  məqbərəsi",  nə də "dibindən

kəlləsinəcən sal daş" olan ilan dağı. "Dörd atası"nın dördü də "Stüdobekker"dən

düşən o iki adamla "aşağıya",  yəni Əlincə çayının qırağında pəncərələri saralan

kəndə enmişdilər. Niyə? "Çünki Naxçıvana



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə