İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə60/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   56   57   58   59   60   61   62   63   ...   180

______________Milli Kitabxana_______________

Bu iş elə məxfi aparılırmış ki, "Müəllim"i məqbərəyə apardıqca Pers onu hər

dəfə ölümlə hədələyirmiş: "Xatırladıram, bu sirri cəmi üç

nəfər bilir. Birinci elə birincidi.

1

İkinci mənəm. Üçüncü sənsən. Dördüncü də



var,

onun adını çəkənin dili kəsilər!

2

Sirr açılsa, bu məqbərəyə ayağı dəyən adamlardan biri də



sağ qalmıyacaq", - deyirmiş.  "Müəllim"  isə yenə "kəfəni  boğazına  dolayıb",  Persin

hədələrini dostlarına çatdırıb, dönə-dönə "Ehtiyatlı olun", - deyirmiş. Belə çıxırdı ki, hələ

sədr  Mədədə sui-qəsddən,  Pişəvərinin  "avariya"ya  düşməyindən,  Nəcəfoğlunun  venasını

kəsməyindən  xeyli əvvəllər  də təhlükə gözlənirmiş.  Bu  cür  qırğın  təhlükəsinə

baxmayaraq, Sultan Əmirli məhz o "məxfi işi" açmaq niyyətilə Ali Baş Komandan Stalinə

məktubu  məktub  üstündən  yazıb  "Müəllim"ə oxuyurmuş.  "Müəllim"  qəti  etiraz  eləyib,

"Bəlalarımızın  hamısı  "Bığlı"dan

3

gəlmirmi?!  Mirqəzəbnən  kəşfiyyatçılarını  tutdursan,



Bığlı sənin Özündən necə istifadə eliyər, bilirsənmi?!" - deyirmiş və Mirqəzəbin indi "za

slujeniye  kapitalu"

4

ittihamı  ilə güllələnmiş  "şefinin" - Beriyanın



5

adını  çəkməsə də,

eyham vururmuş ki, "Böyük arxası olmasa, Mirqəzəb belə iş görməz". Məhz "Müəllim"in

qəti etirazlarına görə, qırx iki, qırx üç, qırx dördüncü illərdə yazılan məktubların heç biri

göndərilməyib. Əmma  "məxfi  iş"  barədə Ali  Baş  Komandan  Stalinə Bağday  tarixinin

açılmasının  bütün  planet  üçün  xeyirli  olması  barədə elmi  məlumat  çatdırıb,  Stalinə təsir

etmək  fikri  dostların  hamısının fikri  imiş.  Həm  də müharibədən  sonraya  saxlamağı

məqsədəuyğun saymırmışlar. Odur ki, qələbə ərəfəsində - qırx beşinci ilin yazında dostlar

məqbərəyə yığışıb qərara gəliblər ki, o iş haqqında Sultan tək bir, geniş, hərtərəfli məktub

hazırlasın,  "Müəllim"in  vasitəsilə Bakıya - Nəcəfoğluna  göndərsin,  Nəcəfoğlu  fəlsəfə

institutundan  Cənub  mətbuatına  material  aparan  çekist  dostlarının  vasitəsilə Pişəvəriyə

göndərsin,  Pişəvəri  isə məktubu  "Azadlıq  cəbhəsi"nin

6

konvertinə qoyub,  Tehrandan



Moskvaya "ikinci cəbhənin"

7

poçtunu daşıyan təyyarə ilə göndərilməyinə nail olsun, həm



"konspirasiya"

8

gözlənilsin, həm də



M.C.Bağırov nəzərdə tutulur.

İ.Stalin nəzərdə turulur.

Stalinin ləğəbi.

Kapitala xidmət.

Lavrenti Beriya - SSRİ Təhlükəsizlik Komissarlığının sədri.

Cənubda "Azərbaycan milli hökuməti" siyasi məqsədlə SSRİ tərəfindən təşkil olunub "Azadlıq

cəbhəsi" adlandırılmışdı.

"İkinci cəbhə" - SSRİ-nin o vaxtkı müttəfiqləri tərəfindən Almaniyaya qarşı cəbhə xətti.

Gizlinlik.



______________Milli Kitabxana_______________

Ali  Baş  Komandan  Cənubi  Azərbaycanda "Azadlıq  hərəkatı"nın ən  güclü

təşkilatlarından birinin - "Mətbuatın azadlıq cəbhəsi"nin konverti ilə maraqlanıb,

raykom  katibi  Sultan Əmirlinin  məktubunu  şəxsən  oxusun,  Bağdayı  bərpa

etməyin  və qədim  dünya  OdƏrlərinin  bütün  planet  miqyasında  birləşdirməyin

bütün  ölkələr  üçün  necə xeyirli  bir  iş  olduğunu  anlaya  bilsə,  "Azadlıq

hərəkatı"na münasibətini dəyişdirsin.

Necə qərara  gəliblərsə,  elə də eləyiblər  və Sultan Əmirlinin  yandırmağa

məcbur olduğu əvvəlki məktublarının əksinə, qırx beşinci ilin yazında hazırladığı

axırıncı  məktub - geniş tarixi  məlumat, nəhayət, ünvana  gedib və məlumdur ki,

qırx  altıncı  ilin  dekabrının  iyirmi  üçündə haman  teleqram  gəlib. Əmma

"prekratite bezobraziye" sözlərinin kəskinliyinə və bu sözlərin altındakı imzanın

qüdrətinə

baxmayaraq,  Mirqəzəb  heç  də

qamaşmayıb  və

"Müəllim"i

hədələyəndə general  Pers  necə deyibmişsə,  təxminən  elə də olub:  "məqbərəyə

ayağı dəyənlərdən" hərəsi bir yolla dünyadan gedib, "yarımallah Kişiyə" çevrilən

"qardaş  qatili"  salamat  qalıb,  bir  də Məhərrəm  Abbasovic.  Çünki  "Yarımallah

kişi" Sultan, "Bığlı"nın şəxsi müxbirinə çevrilibmiş!

- Bildinmi, ay yazıq "Bircə bala"sı?!

Çax-çuxu diqqətlə dinləsəydi, Səməd bilərdi ki, hələ "Ehtiyatlı olun, ehtiyatlı

olun"  dediyi  vaxtlar  "Pünhan" - "Müəllim" - Məhərrəm  Abbasoviç  Sultan

Əmirlinin  məktubundan  nələr  törəyəcəyini,  yəni  Bığlının qan  tökəcəyini

qabaqcadan görürmüş və Sultan Əmirlinin özü ilə sədr Mədədə də, Nəcəfoğlu ilə

Pişəvəriyə də dönə-dönə xəbərdarlıq  eləyib,  "Mirqəzəbnən  Pers  yox,  siz

cəzalanacaqsınız.  Siz  cəzalanacaqsınız!" - deyirmiş.  Odur  ki,  "konspirasiya"ın

təşkil eləyib, məktubun ünvana yetişəcəyini başa düşən kimi, məktubun ardınca

özü  də Moskvaya  gedib,  Mirqəzəblə Persdən  gizlin,  Rudenkodan əvvəlki  SSRİ

prokurorunun - tələbə yoldaşının  qəbulunda  olub,  Culfa  yolu  üstündə,  qədim

məqbərədə "məxfi işi" bütün təfsilatı ilə danışıbmış və elə orda da - prokurorun

kabinetində oturub,  hər  şeyi  rəsmi  yazıb,  imzalayıb  veribmiş.  O  vaxtdan - qırx

beşinci  ilin  yazından  qırx  altıncı  ilin  dekabrına  qədər  Məhərrəm  Abbasoviç

"fövqəl"adə siyasi iş" üçün SSRİ prokurorluğunun sərəncamında olan kadr kimi,

"operativniklər"  tərəfindən  qorunurmuş  və o  iş  üçün  ayrılmış  "xüsusi  qrup"un

köməkçiləri  ilə birlikdə gah  Cənubi  Azərbaycanın  müxtəlif  şəhərlərinə -

Ərdəbilə, Ənzəliyə,  Təbrizə,  Xorasana,  gah  da  Rəştə,  Gilana  və Tehrana

gedirmiş. Əgər  Çax-çuxu  diqqətlə dinləsəydi,  Səməd  bilərdi  ki,  qırx  altıncı  ilin

dekabrında teleqram gə-



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə