İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə61/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   57   58   59   60   61   62   63   64   ...   180

______________Milli Kitabxana_______________

ləndən  sonra  "xüsusi  qrup"  ləğv  olunub,  "kapitala  xidmətinə görə güllələnən

şefin hökmüynən Cənub məsələsi bağlanıb arxivə atılıb", bir də bu "yaxınlarda,

Rudenko  SSRİ  prokuroru  təyin  ediləndə meydana  çıxarılıb. Əmma  Məhərrəm

Abbasoviç  özünü  həmişə o  "ləğv  olunan  xüsusi  qrup"un  üzvü  sayırmış,  köhnə

qrup üzvləri ilə, o cümlədən Rudenko ilə əlaqəsini kəsmirmiş, hətta Azərbaycan

tarixinin Sovet dövrünə aid dissertasiya yazıb, tarix elmləri doktoru olub, partiya

məktəbi  ilə yanaşı,  müxtəlif  institutlarda  mühazirə oxumağa  başlayandan  sonra

da  Məhərrəm  Abbasoviç  həmin  "xüsusi  qrup"un  işini  davam  etdirib,  indi

Dzerjinski  klubunun  səhnəsinə qalaq-qalaq  yığılmış  qovluqların  arasındakı

nömrəsiz  qovluqda  ilk  rəsmi  yazısını  şərh  edən əlavə sənədlər  toplayırmış.

Demə,  Bığlının  atası  kimi  tanınan  məşhur  keşiş  "Cuqaşvili"  Gürcüstan  və

Azərbaycan ərazisindəki  Qrekləri  himayə edən  çox  varlı  Vatikan  casusu  imiş.

"Müəllim" hələ cavanlıqda bu "informasiyanın" izinə düşüb və öyrənib ki, Sovet

dövründə bağlanmış sayılan Georgi kilsəsi əməlli-başlı işləyirmiş və keşiş özünü

"Dağ  qartalı"  adlandıran  Stalinin  başçılığı  ilə,  Qafqazda zəncirlənmiş,  yəni

Qreklərlə əhatə olunmuş  Prometeyin  qanını  içmək  üçün  "qartallardan" -

Qreklərdən  ibarət  "internasionalnıy  otryad"  düzəldibmiş  və "qartallarına,  o

cümlədən Mirqəzəbə də hər il "Cuqaşvili paketi" - qızıl göndərirmiş. Çax-çuxun

sözündən belə çıxırdı ki, bu cür cinayətlərin açılmasında onun - Xalıq Qudalının

özünün  də əməyi  az  deyil;  aşkarda  Mirqəzəbin  "rabotniki"  kimi  tanınsa  da,

əslində Xalıq  öz əziz  bacanağının,  nadir  qabiliyyətli  böyük  çekist,  alim  və

ictimai  xadim  Məhərrəmovun  "rabotnik"i  olub;  aşkarda  general  Persin,

podpolkovnik Xudiyevin buyruqlarına getsə də, əslində, Məhərrəm Abbasoviçin

tapşırıqları ilə işləyib  və indi,  nəhayət,  açıb  deyə bilər  ki,  təkcə Təbrizə yox,

Ərdəbilə, Ənzəliyə,  Xorasana  da  gedib,  Milli  hökumət  qurulanda  isə,  məhz

Məhərrəm  Abbasoviçin  tapşırığı  ilə Mazandarana,  Rəştə,  Gilana  və Tehrana  da

gedib,  hər  yerdə Demokratlarla  görüşə-görüşə,  Mirqəzəblə Persin  "məxfi işi"

barədə xəbərdarlıq eləyib: "Bütün ünvanlar, bütün siyahı əllərindədi. Hazır olun,

sizi qıracaqlar". Əgər bu deyilənlərə şekk-şübhəsi varsa, Səməd "Müəllim"dən -

professorunun  özündən  soruşsun,  bilsin  və inansın  ki,  bu  "Çax-çux"  adlanan

adam,  "kitayski  makentoş",  "kitayski  fanar,  kitayski  termos"  sata-sata,  özü

özünəcə "Çax-çux"  adı  qoyub  şəxsiyyətini, mənliyini  kiçildib,  hətta  eşşək  kimi

yüklənib  atın  qabağında  milisə aparılanda  da  cınqırını  çıxarmayıb.  Bütün  rayon

danışır ki, bu taya gələndən sonra



______________Milli Kitabxana_______________

Fağır - Yağır  Məmmədəli  Sultan Əmirlinin  təqiblərinə dözəmməyib  özünü

quyuya  atıb.  Quyuya  hələ də "iyili  quyu"  deyilir.  Xalıq  yalnız  Məhərrəmovun

xahişinə görə, atası Fağır Hambalın - Yağır Məmmədəlinin şəksiz qatili Sultana

toxunmayıb, o qatilin işləri barədə nə Xudiyevə bir kəlmə deyib, nə Persə, nə də

Mirqəzəbin özünə; içindən qovrula-qovrula susub, o böyük çekistlə çiyin-çiyinə

vətənə xidmət  eləyib.  İndi  o  klubda  SSRİ prokurorunun  yenidən  fəaliyyət

göstərən  "xüsusi  qrup"unun  üzvləri  yəqin  ki,  birinci  sırada  oturublar,  iyirminci

illərdən  bu  vaxta  qədər - otuzca  il  masqalı  qalmış  Mirqəzəb  adında  siyasi

cinayətkarı  ifşa  etdiklərinə görə hamısı  qəhrəman  sayılır,  Çax-çuxun  isə,  necə

deyərlər  "it  dəftərində"  də adı  yoxdur. Əmma  Çax-çux  buna  da  dözür. Əgər

Məhərrəm  Abbasoviç  hardasa,  kiməsə nə isə deyib  Qonaqlı  kənd  sakini  Xalıq

Qudalının  vətənə xidmətini rəsmi qeyd etməyi lazım bilməsə, "Çax-çux" adı və

"rabotnik"  damğası  üstündə qalsa,  Çax-çux  buna  da  dözər.  Tək  bircə şeyə

dözməz.  O  da  budur  ki,  vaxtilə teleqramı  stolunun  şüşəsinin  altına  qoyub,

yarımallah Kişiyə çevrilən o "qardaş qatili", indi də Mirqəzəbin "qəbrini qazan"

qəhrəmanlardan  biri  kimi,  o  məktubun  surətini  şüşəsinin  altına  qoyub,  yenə

yarımallah  olsun.  Srağagün  qatarda  Çax-çux  belə fikirləşmirdi.  "Dövranı

qurtarıb" - deyirdi.  Çünki  Gülbənizin  həqiqətini  Səməd  srağagün  qatardan

düşəndə bilməli  idi  və elə o  gecə qatilin  üstünə getməli  idi,  qatil  isə,  qardaşı

oğlunun  qabağında  heç  olmasa  az-çox  bəraət  qazanmaq  üçün Əlləzoğlunun

qızını evdən qovub, əxlaq düşgünlüyü barədə söhbətləri öz əli ilə təsdiqləməli idi

və bununla  da  dövranı  qurtarmalı idi.  Səmədin  dünyadan  xəbərsizliyi  hər  şeyi

tərsinə döndərdi;  o  qatil  şəhərin  mərkəzi  küçəsində qardaşoğlu  ilə çiyin-çiyinə

yeridi!  Hətta  evinə apardı!  Hətta  qədəh  döyüşdürdü!  Kefləndirib,  yanına  salıb,

işıqlı küçədə gəzdirib, yetirməsi ilə dostluğunu nümayiş etdirib, hamının ağzına

daş basdı. Səmədin dünyadan xəbersizliyindən belə istifadə etdi o usta siyasətcil,

qatil!  Bu  səhər  isə sevinə-sevinə,  gülə-gülə getdi!  Niyə?  Çünki  Səməd  sarıdan

beli  bağlıdır; əmindir  ki,  Mirqəzəbə qalib  gələn  Kişi  şöhrətilə qayıdanda  hamı

səsini  içinə salacaq  və "avariya"  günündən  indiyə qədər  qardaşı  oğluna  "Bircə

bala"  deyə-deyə necə hər  şeyi  gizlədibsə,  bundan  sonra  da  eləcə ört-basdır

eləyib,  öz  yarımallah  Kişiliyində qalacaq.  Bax,  buna  dözməz  Çax-çux.  Heç  cür

dözməz.  Odur  ki,  "əşyayi-dəlil  nal"ı  ortalığa  çıxarıb  ki,  "teleqramı  qardaşıma

göndərdim"  deyib  qardaş  qanına  bais  olan  qatil  cəzasız  qalmasın! Əlbəttə,  nə

həqiqəti



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə