İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə59/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   55   56   57   58   59   60   61   62   ...   180

______________Milli Kitabxana_______________

və iki  gün ərzində bütün  günahlarını  bağışlaya-bağışlaya,  öz  ürəyi,  öz  vicdanı

kimi  qoruduğu  Sultan Əmirli  adında  möhtəşəm  dünyasının  meyidi  idi;  tabutun

örtülü  qapağının  altında,  Səməd  atasının  ancaq  partlayıb  dağılmış  qanlı

gicgahını, əmisinin  isə,  yuxusuz  gecələrdə çallaşmış  qaşlarının  birər-birər

tüklərini də görürdü və başa düşürdü ki, hətta qaşlarının tükləri də dilə gəlib min

bir  fikir  söyləyən  bu  "uca  şəxsiyyəti",  bu  "gözəl insanı",  bu  "ata  hənirli  ata

əvəzini" heç kes əvəz edə bilməyəcək.

O "avariya" ilə bu "avariya"nın əsas fərqi bunda idi.

Fərq bir də bunda idi ki, bu dəfə nə teleqram vardı, nə Stalin adı, nə də Stalin

adından  ikicə kəlmə "Prekratite  bezobraziye"  deməklə bütün  "bezobraziye"lərə

son  qoyub, hətta  ölümün  dəhşətini  də yuxuya  çevirə bilən  bir  adam  vardı.

"Prekratite bezobraziye" əvəzinə o adam "Qəsd işi yoxdu", - deyib qardaşına da,

qardaşı  oğluna  da,  özünə də xeyanət  eləmişdi  və elə xəyanətinə görə gözdən

düşüb  xırdalaşıb,  rəzilləşib,  nəhayət, ölmüşdü.  Elə ləyaqətsiz,  elə şərəfsiz

ölmüşdü ki, dəfnə, yasa gələn də yoxdu. Tək bir nəfər - Çax-çux Xalıq tabutdakı

"uca şəxsiyyət"in ölüsünü də Səməddən almağa gəlmişdi:

- Əsl  Bezobraziye  öz əmin  ola-ola,  hansı  Bezobraziyedən  danışırsan?! -

deyirdi.

- Mirqəzəbin  yekəsi  öz əmin  ola-ola,  hansı  Mirqəzəbdən  danışırsan?! -

deyirdi.

Fərq, nəhayət, bir də bunda idi ki, beyni nə qədər daşlaşsa da, bu dəfə Səməd

boğulmurdu.  Gözlərinə qaranlıq  çökmürdü.  Dünya  zülmətə batmırdı.  Tabutla,

qapağın  hər  küncündə bir  mismarla  birgə Səməd,  qarşısında  bir  cüt  fanarını

parıldada-parıldada aramsız ötən Çax-çuxla Gülbənizi görürdü.

Əgər  Çax-çuxu  az-çox  diqqətlə dinləsəydi,  "Müəllim"in,  Nəcəf- ,  oğlunun,

Xalxalinin  adları  ilə yanaşı,  Səməd  Mirqəzəbin  Pers  adlandırdığı  "rabotnik"in

həqiqi adım da eşidərdi və bilərdi ki, qırx bir-qırx beşinci  illərdə Pers - general

Atakişiyev  də həmin  "əldən-ayaqdan  uzaq,  etibarlı yerə" - "Şeyx  Xorasan"

məqbərəsinə gedirmiş,  yol  kənarlarında  nəzarətçilər  qoyub,  məqbərəyə girib,

arxivdə və kitabxanada nə isə məxfi  iş  görürmüş, Nəcəfoğlunun, Xalxalinin,  ya

da onların işçilərindən kiminsə gəlişindən xəbər tutanda isə, məqbərədə hər şeyi

əvvəlki qaydaya salıb, çıxıb tezcə uzaqlaşırmış.

Arxivlə kitabxananın o  məqbərəyə göndərildiyini  Pers  hardan,  necə

öyrənibmiş? Çax-Çux bu barədə bir söz deməsə də, belə çıxırdı ki,



______________Milli Kitabxana_______________

hələ "Müəllim"in  axtarış  xəbəri  apardığı  gecədən,  Mirqəzəb  özü  də,  Perslə

birlikdə,  hər  şeyi  bilirmiş;  "siyasi  mövqeyi  yanlış,  millətçi"  sayılan

Nəcəfoğlunun ətrafına  toplaşmış  alimlərin  və çekistlərin  təhriki  ilə Sultan

Əmirlinin  evinə gedib  "dövlət  sirrini  açdığına  görə"  "Müəllimə"  töhmət

veribmişlər,  özünü  də fəlsəfə institutunda  Nəcəfoğlunun  aspirantı  və katibi

düzəldibmişlər  ki,  "o  millətçinin"  o  taya - Xalxalinin  qəzetinə göndərdiyi

məqalələri əvvəlcədən  oxuyub  təhlükəli  fikirləri  qeydə alsın  və Persə tez-tez

məlumat yazıb günahını yusun.

Çax-çuxun  fikrincə,  bacanağı  "Müəllim" - Məhərrəm  Abbasoviç  elə o

"danosçik"  alim  olduğu  vaxtlarında  da  haqqı  nahaqqa  verməzmiş,  vətəninin,

xalqının  o tayda  milli  istiqlaliyyət  yolunda  çalışan  oğullarını  qorumaq  üçün

canından  keçməyə hazırmış. Əmma,  eyni  zamanda,  elə indiki  kimi  ayıq  və

tədbirli  imiş;  bir  tərəfdən  "kəfəni  boğazına  dolayıb",  Mirqəzəblə Persin  növbəti

"dövlət  sirrini"  də dostlarına  açıb, "Mənim  elimnən  Nəcefoğlunun  başını

yeyəcəklər", - deyibmiş,  o  biri  tərəfdən,  dostlarına  xidmətini  davam  etdirmək

üçün,  Nəcəfoğlunun  o  taya  göndərdiyi  "Prometey  odu"  adlı  məqaləsində

"millətçilik"  barədə məlumat  yazıb  Perslə yaxınlaşıbmış,  sonra  Xalxalinin o

taydan  fəlsəfə institutuna  "Pişəvəri"  imzası  ilə göndərdiyi  bir əlyazmasında

Prometeyi  "EvƏrOd

1

Bağday"  adlandıra-adlandıra  "əfsanəni  Bağday  həqiqəti"



kimi  qələmə verib,

2

"milli  lovğalığa  yuvarlandığını"  şəxsən  Mirqəzəbə yazıb,



beləliklə,  Mirqəzəbin  özünün  də etibarını  qazanıbmış  və elə bu  etibara  görə

"Müəllim",  nəhayət,  general  Atakişiyevlə - Perslə birlikdə məqbərəyə gedib,

ordakı "məxfi işi" öyrənməyə nail olubmuş.

O nə iş imiş?

Elə bir  iş  imiş  ki,  indi  Mirqəzəblə Persin  məhkəmədə müttəhim  kürsüsündə

oturduqları bir vaxtda da o barədə açıq danışmağa icazə verilmir; iki gün bundan

əvvəl  bacanağını  rayona  yola  salanda  Məhərrəm  Abbasoviç  köksünü  ötürüb,

"Heyif, danışmaq olmaz. Dövlət sirridi", -deyib. Odur ki,  məhkəmədən beş  yüz

kilometr uzaqda Çax-çux da Mirqəzəblə Persin əsas cinayəti sayılan o "məxfi iş"

barədə açıq söz deməyi lazım bilmir. Əmma Səməd sözdən söz çəkməyi bacaran

EvƏrOd təhrifi "Fərhad". Bütün bədii əsərlərdə də "Fərhad"dır.

Yəni  "FerOd"  (əsli  EsƏrEyOd)  "Bisütuna"  döndərilmiş  Bağstan  qayalarındakı  təhrif.  Farsi

yazıları çapıb, "su" - SafAğ Elmi çıxarır.



______________Milli Kitabxana_______________

oğlandır,  diqqətlə qulaq  assa,  özü  başa  düşər  ki,  qırx  bir-qırx  beşinci  illər

arasında o məqbərədə görülən iş nə iş imiş. Səmədə kömək üçün Çax-çux ancaq

bunu deyə bilər ki, iyirmi ikinci ildə İranın siyasi polisi kommunistləri hər yerdə

həbsə

alıb  Qəsri-Qacara  göndərəndə,  Pişəvərinin  təklifi



ilə,  partiyanın

arxivindəki əsas  sənədləri,  o  cümlədən Ənzəlidə, Ərdəbildə,  Mazandaranda,

Təbrizdə, Xorasanda, Rəştdə, Gilanda və Tehranda "podpolya" ların sənədlərini

də Ağ Əmirlə Boz Əmirə etibar  edibmişlər.  Ağ Əmirlə Boz Əmir  də kağızları

vaxtilə özlərinin  mənsub  olduqları "İttihadi-İslam"  firqəsinin  kağızlarına

qatışdırıb,  sandıqlara  doldurub,  "şəxsi  arxiv"  adı  ilə bu  taya  göndəribmişlər.

Otuzuncu  ildə şəxsən  Stalindən  məxfi "depeş"  alıb  İranda  "təhlükəliləri  həbs

etmək"  haqqında  siyasi  polisə göstəriş  verəndə və polis  ikinci  dəfə kütləvi

həbslərə başlayanda isə, yenə də Pişəvərinin təklifi ilə partiyanın Təbrizdəki gizli

kitabxanasından ən vacib kitabları seçib. "İttihadi-İslam"ın kitablarına qatışdırıb,

mərhum şeyxlərin "vərəsəlik şəhadətnaməsi" ilə birlikdə "Vərəsə kitabxana"

1

adı



ilə bu  taya  göndəribmişlər.  Perslə məqbərəyə gedəndə Məhərrəm  Abbasoviç

dərhal görüb ki, arxivlə kitabxana əslində Demokrat firqəsi zəminində yaradılmış

Kommunist  Partiyasına  məxsusdur;  Partiyanın  hələ Demokrat  adından əvvəl

"Hümmət"  adı  ilə tanındığı  vaxtdan  rəhbəri  olan  "Doktor"un - Nərimanovun

1904-cü  ildə öz dəst-xətti  ilə yazdığı  "Məramnamə"dən  başlamış,  sonuncu

rəhbəri  Pişəvərinin  "Qızıl  sətirlər"  adlanan  məqalələr  məcmuəsi  də,  bütün

şəhərlərdə və vilayətlərdə özəklərin şifrəli ünvanları da, həmin özəklərdə işləyən

"Hümmət"çi  "kommunist"lərin - gizlin  Bağday tarixi  öyrənən  fədailərin  şifrəli

siyahıları  da  ordadır.  Sonrakı  səfərlərində Pers  özü  ilə köməkçi  "şifrovalşik"

2

aparıb,  sandıqda  yeddi  yüz əlli  kitabın  hamısını  bircə-bircə,  səhifə-səhifə



zərrəbinlə yoxlamağa  başlayanda  isə,  Məhərrəm  Abbasoviç  başa  düşüb  ki,

məqbərə həm də təlimat mərkəzidir; otuzuncu ildən qırx birinci ilə qədər, on bir

il "Qəsri-Qacar zindanında və sürgündə qalıb buraxılandan sonra Pişəvəri "qayət

məxfi"  təlimat  və tapşırıqlarını  "etibarlı  yerdə"  kitabların  səhifələrinə yazırmış,

"podpol"yalar da hər şeyi ordan aparırmış. Səməd elə bundan nəticə çıxara bilər

ki,  general  Pers  orda  nə iş  görürmüş.  Demokrat  partiyası  bütün  gizlin  özək

ünvanları ilə birlikdə, Mirqəzəbin ovcunda imiş.

Kitabxananın  bir  qismini  1964-cü ildə Cənublu  elm  adamı,  Musəvinin  Bakıdakı  evində

gördüm. Məsələ KQB ilə bağlı olduğu üçün sirri açmadım (Muğanna).

Şifrə açan.




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə