İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə55/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   180

______________Milli Kitabxana_______________

yəti təsdiqlənsin; Elmə heç dəxli olmayan təriqətlərə və ümumən köhnə dünyaya

aid  bircə kitab, əlyazması-fılan  tapılsa,  bu  da  bəsdir  ki,  qardaşların  siyasi

orientasiyası  haqqında  hökm  verilsin.  Buna  görə də dostları -köhnə çekist

yoldaşları  və şəxsən  "Müəllim"  özü  Sultan Əmirliyə məsləhət  görür  ki,  özünün

və Mədədin evində o taydan nə varsa,  hamısını təcili yığışdırıb, əldən-ayaqdan

uzaq, etibarlı yerdə gizlətsin və ya yandırıb məhv etsin... Səmədin xəbəri yoxdu

və ola  da  bilməzdi  ki,  o  axtarış ərəfəsində "şeyx  qardaşlarf"nın  beş-üç  həyanı,

sirdaşı  varmışsa,  o  həyan  və sirdaşlardan  biri  də həmən  "Müəllim"  kliçkalı

çopur, uzun adam imiş.

Müharibədən əvvəllər,  Sultanın köhnə

yoldaşları  ilə işlədiyi  illərdə

"Müəllim"  də Xüdiyev  dəstəsindən  sayılırmış. Əmma  Sultana,  Mədədə yaxşı

məlummuş  ki,  "Müəllim"  "AdıPünhan"  "Muğannalar"dandır;  Ulu  Bağ  nəslinin

bir  qolundan,  bütün  dövlətlərin - quruluşların  dövrlərində açıq  fəaliyyətdə

olmağı da bacaran məşhur "Ağ Türklər"dəndir və demək, ona inanmaq lazımdır.

Məhz  bu  inama  görə də məsləhətə yatıb,  elə o  gecə,  yəni  "Müəllim"in  gəldiyi

gecə ağ  daş  evdən  və Əmirli  mülkündən  bir  maşın  dolusu  yük  yığıb,  "əldən-

ayaqdan  uzaq,  etibarlı yerə"  göndərmişdi.  Dost-tanışlardan  ancaq  Lüt  Cəfərlə

Qılınc  Qurbanın,  bir  də ki, "müəllinf"in  iştirakı  ilə baş  verən  bu  hadisələrdən  o

vaxtkı  on  yaşlı  Bircə balanın  yaddaşında  bəzi  şeylər  qalsa  da,  Səmədin  xəbəri

yoxdu  və ola  da  bilməzdi  ki,  o  "əldən-ayaqdan  uzaq,  etibarlı yer"  qardaşların

vaxtilə gedib-gəldikləri  "Şeyx  Xorasan  türbəsi"  adında  məqbərə idi;  "Quran

hürufatının sirrini açdığına  görə" "Hürufi" adlandırılan "Şeyx Xorasan"ın  gizlin

qəbri idi, oraya göndərilən yük isə Ağ Əmirlə Boz Əmirin şəxsi arxivi və "köhnə

dünyaya  aid"  kitabxana  idi.  "Şeyx  Xorasan"ın  oradakı  qədim  kitabxanasına

qarışdırılmışdı  ki,  seçilməsin.  İyirmi  ikinci  ilin  yazında,  yəni  Ağ Əmirlə Boz

Əmirin  tutulmağı ərəfəsində arxiv,  üstünə "İttihadi-İslam"  yazılmış  iki  nəhəng

taxta sandıqda Culfa "tamojnasına" - gömrükxanaya gətirilib Sultan Əmirlinin o

vaxtkı  dostu,  sonrakı  düşməni  Xudiyevə təhvil  verilibmiş,  bir  az  sonra  isə

şeyxlərin  Qəsri-Qacar  həbsxanasından  yazdıqları məktubla  birlikdə qardaşların

özlərinə təhvil  verilibmiş;  otuzuncu  ilin  qışında,  yəni  Ağ Əmirlə Boz Əmir

öldürüləndən  sonra  isə kitabxana  elə o  cür  nəhəng  sandıqlarda  Culfa

"tamojnasından" gətirilib, mərhumların şəxsi möhürləri ilə möhürlənmiş vəsiyyət

məktubu  ilə birlikdlə burada - rayonda  yenə qardaşlara  təhvil  verilibmiş.  Bircə

bala o sandıqlardan ikisini ağ




______________Milli Kitabxana_______________

daş  evin  sağ  küncündə - əmisinin  "revkom  kabineti"ndə,  üçünü  isə,  kandarında

çəmənotu və qazayağı bitən, tavanında qaranquşlar uçuşan mülkdə, baş divardakı

tək  pəncərənin  sağ-solundakı  kitab  tərəcələrinin  sağ-solunda  görüb,  daş  cildli

kitabların əski əlifba  ilə naxış-naxış,  gül,  bülbül

1

şəkilli  səhifələrini  dəfələrlə



vərəqləsə də,  Səmədin  xəbəri  yoxdu  və ola  da  bilməzdi  ki,  Sultan Əmirli  ilə

Mədəd Əmirlinin  "sinfi mənsubiyyəti"  və "siyasi  orientasiyası"  hələ arxivlə

kitabxananın "tamojnada" qeydə alındığı vaxtlardan məlummuş. Yəni hələ iyirmi

ikinci  və otuzuncu  illərdən  Mirqəzəbin əlində sübuta  ehtiyacı  olmayan  faktlar

varmış  və Mirqəzəb  elə o  faktların əsasındaca,  axtarışsız-filansız  da  qardaşların

taleyini həll edə bilərmiş.

Bəs niyə həll eləməmişdi?

Səbəb  nə idi  ki,  KQB  işçilərinə çox  yaxşı  məlum  olan  "İttihadi-İslam"

firqəsinin  adı  sandıqların  üstündə,  göz  qabağındaca  dura-dura,  yəni  Sultan

Əmirli  her şeyi  açıq  saxladığı  halda,  Mirqəzəb  hökmən  axtarış  aparmağı  lazım

bilmişdi?

Axtarış əgər  "üçlüyün"  qərarı üçün,  "üçlüyün"  qərarı isə həbs  üçün

lazımmışsa,  bəs  səbəb  nə idi  ki,  Gülənov  arxivlə kitabxananın,  üstəlik

"tamojnada"  təhvil-təslim  sənədlərinin  yoxa  çıxdığını  aktlaşdırıb,  Sultan Əmirli

ilə Mədəd Əmirlini  "panislamist ədəbiyyat"  gizlətməkdə təqsirləndirəndə

Mirqəzəb  yenə də işi  ləngidib,  həmin  aktı  və Qonaqlı  kənd  sakini  Xalıq

Qudalının materialını rayon fəallarının müzakirəsinə verməyi vacib saymışdı?

Əgər rayon fəallarının müzakirəsi, qardaşların haqqında "əfkarümumiyyə"nin

rəyi  də ittihamnamə hazırlamaq  üçün  lazımmışsa,  bəs  səbəb  nə idi  ki,  general

Pers  gəlib  rayondan  Bakıya  məhz  belə rəy  və ittihamnamə aparandan  sonra  da

Mirqəzəb məsələni qurtarmaq əvəzinə, Persin üstünə əsib-coşub, "sənin işçilərin

dövlət  təhlükəsizliyi  ilə

yox,

Əmir,


Şeyx  törəmələrini  himayədarlıqla

məşğuldular!" - deyib,  o  "akt"dan,  "rəy"dən  və "ittihamnamə"dən əlavə "əsaslı

ittihamnamə" tələb eləmişdi?

Əgər  söhbət  doğrudan  da  "dövlət  təhlükəsizliyi"ndən  gedirmişsə və Sultan

Əmirli ilə Mədəd Əmirli doğrudan da o dərəcədə təhlükəli

Səhifələrdə "gül", "bülbül" şəkilləri bütün Şərqdə "Elm bilən" ("Alim") rəmzləri kimi işlənirdi;

"gül" - "kiƏl" - OdƏl  (Həqiqət Əli), "bil-bil"  (bülbül)  bilən  mənasındadır;  Klassik ədəbiyyatımızda

"gül",  "bülbül",  "xarı  bülbül",  "köksünün  altı  sarı  bülbül"  (dərdli)  ifadələrinin  çox  işlənməsi  bu

deyilən səbəbdəndir.



______________Milli Kitabxana_______________

sayılırmışlarsa,  bəs  səbəb  nə idi  ki,  Mirqəzəb  qardaşların  müharibə illərində

tamamilə sərbəst  yaşamağına  imkan  verib,  o  taya  ayaq  döyən  "rabotniki"nin -

Çax-çuxun materillarını düz beş il gözləmişdi, üstəlik, hətta o materiallardan "bir

qovluq  dolusu

əsaslı  ittihamnamə"  hazırlanandan  sonra  da  qardaşları

tutdurmayıb, ancaq "çək-çevir"lə kifayətlənmişdi?

Səbəb  nə idi  ki,  "şeyx  qardaşları"nın  məsələsi  iyirminci  illərdən  otuzuncu

illərə,  otuzuncu  illərdən  qırxıncı  illərə qədər  uzanıb,  ancaq  "avariya"  günü

teleqramda "prekratite bezobraziye" sözləri ilə qurtarmışdı?

Nəhayət,  səbəb  nə idi  ki,  teleqramı  vuran  adamın  vəfatından - əlli  üçüncü

ildən sonra məsələ yenidən qaynayıb, bu dəfə heç bir il də çəkməyib, Mirqəzəbin

özünün tutulması ilə nəticələnmişdi?..

Səmədin  xəbəri  yoxdu  ki,  bu  sualların  cavabları  heç  də ancaq  Dzerjinski

klubunun  səhnəsindəki  qovluqlara  yox,  həm  də Dzerjinski;  klubundan  beş  yüz

kilometr  uzaqda,  burada - Qonaqlıda  Çax-çux  Xalıq  adlanan  "rabotnik"in

"sinəsindəki sirlərdə" idi.

* * *


...Sultan Əmirlinin,  Qılınc  Qurbanın və bütün  qəlyanlıların  gözünün

qabağında Çax-çux Qudalıların həyətindən çıxıb birbaş Əmirli mülkünün yerinə,

Səmədin üstünə yeridi.

- Bu  xərabəlikdə heç  nə qalmayıb,  qadası! Əmin  də havayı  zəhmət  çəkir!

Dostları da!.. Bu "Xəzinə"nin sirləri Çax-çuxun bu quru sinəsinin altındadı. Sədr

Mədədin  qatili  də məlumdur  mənə...  Gəlmədin,  danışmadım.  Bu  gün  də

danışmasam,  ola  bilər  ki,  sirrlərin  hamısı  elə həmişəlik  bu  sinədə qalar.  Yəni

mənim özümü də öldürə bilərlər...  Məhərrəm Abbasoviçin kitabxanasında "Sirli

dastanlar" adında nəhəng bir kitab var. Sənin professorun olub o kişi, mənim isə,

bilirsən  ki, bacanağımdı. Gedərik, öz əlimnən  verərəm  sənə o "Sirli dastanlar"ı.

Bu dastan "Xəzinə"nin məzmununu elə ordan da bilərsən, yazarsan, söz verirəm

sənə ki,  birdən-birə elmlər  doktoru  olarsan.  Hə!..  Demək  istəyirəm  ki,  bu

"Xəzinə"nin  aqibətindən  qəmlənmə.  Heç!..  Sən  başqa  həqiqətlər  bilməlisən.

Qalx, gedək danışım. Qalx! İnan mənə, belə məsləhətdi.

Səməd  donuq,  dumanlı  gözlərlə gah  Çax-çuxa  baxırdı,  gah  da əmisinə.  Bir

şey anlayası halda deyildi.




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə