İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə53/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   49   50   51   52   53   54   55   56   ...   180

______________Milli Kitabxana_______________

***


Hələ maşına  minməmişdilər  ki,  qeyri-adi  gurultular  eşidib,  o  səmtə

boylandılar: Əmirli  mülkü  toz-duman  içində idi.  Evi,  daha  doğrusu,  divarları

traktorla uçurub-dağıdırdılar.

Dumanın altından bir qaraltı çıxdı. Qılınc idi. Atı maşının qabağına çapdı və

çatıb, maşınla yanaşı sürdü:

- Dünən Əlləzoğluna  möhkəm  təpindim  ki,  yandırsan  özün  də səlamət

qalmıyacaqsan! Gecəni  yatmayıb, qovrulub. O başdan gedib  yandırıb. Bu  heç...

Musibət  budu  ki,  "Voroso"  divarda,  qaya  daşlarının  arasında,  üç  qardaşın  sirri

içində dura-dura  bu  səhər  biz  yanğından  aralanandan  sonra  kimsə,  bir  adam

bizim  cavanları yığıb  ora - "Şüşəli"yə.  Traktorçu  Mirini,  Məmməd Xələf  Zalı,

ekizləri.  Deyib:  "Sultan Əmirli  göndərib  məni.  Məhərrəmovam.  Məhərrəm

Abbasoviç.  Alın  bu  bir  paçka  yüzlüyü.  Yaxşı-yaxşı  yeyin-için.  Sonra  o  yanıq

divarları  uçurun,  hamarlayın.  Axşamacan  daş  daşıyın  karyerdən.  Elə çalışın  ki,

günü  sabah  özülü  qoyulsun  təzə evin,  Sultan Əmirli  Bakıdan  qayıdanda  görsün

təzəsi  tikilir".  Budu,  Miridən,  Məmməd  Xələf  Zaldan,  ekizlərdən  eşitdiyim.

Məhərrəm  deyil,  kimsə ayrı adamdı.  Öyrəndim  sir-sifətini,  boy-buxununu.

Qaşlarınının arası bitişik, ağzı yekə. Qızıldiş. Zırpı... Məncə, KeQeBedənzaddan

deyil. Erməniyə oxşayırdı deyirlər...

-

Qurban!..  Qurban!..  Nə



çərənnəyirsən?!  Qaya  daşlara  dururmu?!

Səlamətdimi "Xəzinə?!"

Qılıncın cavabı Sultanı ildırım kimi vurdu:

- Traktor xıncıb hamısını... daşları da, kitabxananı da.

Səməd  qorxu,  heyrət  içində, əmisinə baxırdı.  Maşının  arxa  oturacağında,

Abının yanında Sultan elə əyildi ki, Abıdan da balaca oldu. Xırıltılı, iniltili səslə:

- Kömək elə, a kişi, - dedi, - dərmən kitelin yan cibindədi. Solda.

Müslüm  istər-istəməz  maşını  saxladı.  Abı  dərməni – həbi  çıxarıb verənə

qədər Müslüm iri bir Çin termosundan stəkana dəmsiz çay kimi sarımtıl bir şey

tökdü.


Sultan stəkanı başına çəkib irəli baxdı.

- Dayandırın, - dedi.

Cavanlar boz "Pobeda"nı görmürdülər.

Gicgahlarında  və çənəsinin  ucunda  ağ  tükləri  də tozdan  bozarmış,  his-paslı

kombinizonda çox pinti, çirkli bir adam kimi görünən traktorçu



______________Milli Kitabxana_______________

Miri  ekizlərdən  və Məmməd  Xələf  Zaldan  xeyli  yaşlı  olduğuna  görə

yoldaşlarının  toz-duman,  bürkü  içində şit,  söyüşlə dolu  zarafatlarına  qarışmırdı.

Gur topa saçlı, alçaraq, enlikürək Məmməd Xələf Zal sınıq-salxaq "paltaratonka"

maşınının ayaqlığında dayanıb, rulu-sükanı tək əli ilə, "pedal"lan isə tək ayağı ilə

idarə edə-edə maşını  qıjıldatdıqca,  ikisi  də cürəfəsiz,  sarı,  çil-çil  ekizlərin -

Tofiqlə Fikrətin  divar  küncünə bağladıqları "tros" - yoğun  məftil  divarın  olan-

qalan  hissəsini  də dağıtdıqca  traktorla  maşının gurultularına  şaqqıltılı gülüş

qarışırdı:

- Dağıldı!  Ay  Miri,  Qıllıya  xəbər  göndər,  arvadının...  dağıldı!.. - və sairə,

əməlli-başlı sərxoş  cavanlar  hərzə-hərzə şeylər  danışırdılar. Deyilənlər  pis

eşidilsə də,  dörd  dövrəyə yığışmış  "avara-uvara"lar, yəni  işsiz  qocalar,  uşaq-

muşaqlar  da  gülüşürdülər  və yalnız  Miri  ağır "STZ"

1

traktorunun  qabağına



bağladığı  "buldozer  yığanı"nı  çox  sərt taqqıltı  ilə yerə çırpıb,  dağılan  divarın

"ayıbalası"  kərpic əzintiləri  ilə birlikdə daş  parçalarını  və qara  kitab  cildi

qırıntılarını  yığanlayıb  aparıb, Ortayolun  çala-çuxurlarına  töküb,  sərxoşluqdan

yarımyumulu  gözlərini geniş  açıb  traktoru  cəmaatın  üstünə sürəndə gülüş

kəsilirdi.

Nə qədər ki, bu hay-küy, zarafat, gülüş davam edirdi, ayrı-ayrı sözlər Səmədə

çatmırdı, çatanda da heç bir təəssürat doğurmurdu.

Eynilə Sultan  kimi  birdən-birə heydən  düşmüş  Abı  demək  olar  ki,  sürünə-

sürünə özünü yetirib traktorun qabağında dikələndə heybətli qışqırtı eşidilidi:

- Saxla!  Dala  çək,  sənin  keçmiş  keçənini!..  Görmürsənmi  nədi  bu

kürüdüyün?!

Traktoru geri çəkməyə, motoru söndürməyə məcbur eləyib, Mirini söyə-söyə

Məmməd  Xələf  Zalın  üstünə yüyürdü.  Qan-tər  içində birdən  elə dirçəlmişdi  ki,

boynunun qırışları olmasaydı, deyərdin cavan oğlan yüyürürdü.

- O  zəbriman  elə içəmməzdin  ki,  bir  tikə ağıl  qalaydı  başında?!  Bəsdi!

Tərpətmə daha! - deyib camaatın üstünə qayıtdı.

- Bu dəliqanlıları tutaq ki, başdan çıxarıblar, gözləri kəllələrində oynayır, bəs

siz  niyə görmürsünüz  bu  müqəddəsatı?! - deyib  kərpic əzinti-qırıntılarının

arasından əski  parçası  kimi  qalın, əzik  bir  kağız  götürüb,  ona-buna  göstərdi -

Müqəddəsatdı  deyirəm! - "Tövrat"dı?  "İncil"di?  "Quran"dı?  Xeyr,  onlardan

əvvəlki, onlardan sonrakı əbədisidi!

"Stalin adına traktor zavodu".




______________Milli Kitabxana_______________

Gurultular  kəsiləndən  sonra  cəmaat  gah  yerə,  gah  da  Abının əlindəki əski

parçası kimi qalın kağıza baxırdı.

Abı o kağızı çırpıb, silib təmizləyə-təmizləyə qışqırır, deyinirdi:

- Şura  hökuməti  qadağan  elədi  bu  müqəddəsatı, yığışdırdı,  yandırdığını

yandırdı,  yandırmadığını  gizlətdi!  Mən  yaşadığımı  yaşamışdım, tutqudan-

filandan  qorxmadım,  ordan-burdan  "Quran",  "Hədis"  adı altında  yığışdırdım

sizin  bu  varidatınızı!  Bədbəxt  millət!  Mədəd  rəhmətlik  bu  mülkü  tikdirəndə

gecəynən  gəldim,  pul  verdim  ustalara,  dedim bu  müqəddəsatı  qoyun  bu  qaya

daşlarının arasına,  horün  divara,  sədrin heç  xəbəri  olmasın.  Kimdən  ötrü

eləmişdim  mən  bunu?  Sizdən  Ötrü eləməmişdimmi?!  Sizin  müqəddəsatdan

xəbərsiz balalarınızdan ötrü saxlamamışdımmı ki, bu gün, Stalin belə-filan gora

qoyulandan sonra, Xruşşov xalqa azad nəfəs verəndən sonra çıxardım üzə, deyim

gəlin dərs alın, ay balalarım... Xruşşovun da atasına rəhmət oxuyaq!

Abı elə yerli-yataqlı yalan danışdı ki, maşında Sultanın hətta dodağı qaçdı.

- Xudiyev burda olsaydı, əməlli-başlı inanardı ki, əsl kommunistdi bizim Abı,

"Xəzinə"nin  sahibi  də guya  elə bu  donqar  kommunist  imiş, bunu  güllələsək

bəsimizdi!"..

Bir daha gülüb:

- Sür qayıdaq, bala. Neyniyə bilərik daha?! - Məhv eleyiblər "Xəzinə"mizi!

Lakin Müslüm əlini tərpətməmiş yenə Abının qışqırtısı eşidildi:

- Başınıza  nə gəlibsə,  hamısı  bax  bu  müqəddəsata  biganəliyinizdəndi!

Tərpənməsin heç kəs! Əl vurmayın! Özüm yığışdıracam hamısını!

Səlamət qalanını da, lap xırda-xırda əzik-üzüyünü də, hamısını yığışdıracam!

Qolumdan tutanım, sahibim varsa, qoymaz güdaza getməyə!

Bu  sonuncu  sözlər  artıq  Sultana  ünvanlanmışdı.  Odur  ki,  Sultan: - Dayan,

saxla, - dedi. - Görək bir şey qalıbmı?

Abı  cibindən  iri,  yaraşıqlı bir  bıçaq  çıxartdı,  böyük  tiyəni  açıb  köynəyinin

yaxasına  saldı  və sərt  cırıltı  ilə köynəyini  tən  ortadan  cırdı,    çıxarıb  yerə sərdi.

Tərtəmiz,  dümağ  can  köynəyində,  diz  çöküb,  namaz    qılansayağı əyilib,  toz-

torpağın içində qara cında kimi bir şeyi öpüb,  qoşa ovcunda götürdü.

- Cildi  qalıb  Babək  dediyiniz  bədbəxtinizin  haqqında  yazılanın!  Sovetin

yazıçıları,  gorbagor  Stalinin  alimləri  bunun  atası  EyAğı  "yağ satan"  eləyiblər,

anasının adının əvəzində "qəhbə" yazıblar. O eybəcər




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə