İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə50/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   46   47   48   49   50   51   52   53   ...   180

______________Milli Kitabxana_______________

Əmim də razılaşıb o kağıznan! Necə yəni "qəsd işi deyil?!" Terrordan söhbət

gedir burda! Söz-söhbətinizdən tamam aydındı ki, xalqın elminə, dilinə, tarixinə

terror elan olunub! Sədr Mədədin ölümü "qəsd" deyil?!

Yeddi il səkkiz ayda aramsız fikir-zikrimi az-çox durulanı budu indi. Kiməsə

danışmalıydım bunu mən. Danışdım budu!..

Qılıncın gözlərindən qıyıqlıq getmirdi.

- Bə niyə indi  danışırsan?! Əmiyin  o  "qəsd  işi  yoxdu"  sözlərini  niyə indi

deyirsən?!

- Məsələ də elə bundadı, Qurban əmi...

Üç sual var beynimdə.

Birinci  sual:  Kim  öldürüb?  Bunu  tapmaq  çətin  olar.  Həm  vaxt  uzanıb.  Həm

də o "Şüşəli pavilyon" adında düşmən ştabı yaranıb.

İkinci  sual:  Niyə öldürüb?  Elmə görədi,  şübhəsiz! Əmimi,  səni,  Xızr  Abını,

Çürüyü,  o  gedən  KQB  polkovnikimizi - Saşanı...  Ümumiyyətlə,  hamınız  niyə

susmusunuz?!

Üçüncü  sual:  Bu  anlaşılmaz  sükut  sizin  xeyrinizədirsə,  yəni  susmaq

lazımdısa, məndən niyə gizlədirsiniz?!

Tabutu  açmağa  qoysaydılar,  çox  şübhələnməzdim  bəlkə də.  Gülənov  da

"Açma"  dedi, əmim  də.  Sonra  qəbiristanda  gördüm  qocalar  atamın yarasını

gizlədirlər.  Tək  məndən  yox,  cəmaatdan  da  gizlədirlər.  Aydınca  gördüm,  başa

düşdüm  ki,  atama  qəsd  olunduğunu  çox  adam  bilir, əmma  hamı  dilini  dişiynən

tutur, çünki bir nəfərin bir nəfərə qəsdi deyil bu qəsd, ele işdi ki, hamı susmalıdı.

Niyə açmırsınız mənə ki, mən də bilim və susum?!

O  qurğuşunlu  nalı bu  yeddi  il  səkkiz  ayda  ürəyimdə qurğuşun  kimi

gəzdirmişəm,  heç  kəsə heç  nə açmamışam.  Gözüm  nalı  axtarıb  həmişə.  Qatili

xəyalımda  dəfələrlə ifşa  eləmişəm,  yaxasından  yapışıb  aparıb  təhvil  vermişəm.

Xəyalımda!  Həyatda  isə heç  nə eləməmişəm.  Çünki  nə qədər  "qan-qan"  desəm

də, qaynayıb coşsam da, ürəyimin dərinliyində həmişə duymuşam ki, əslində, nə

nalın  tapılmağını  istəmişəm,  nə də qatilin  ifşasını.  Çünki  ifşa  mənim  "qəsd  işi

yoxdu"  deyən  idealımı  ifşa  eliyə bilər,  Qurban əmi!  Sən  duyursan  məni.

Duyursan!  Qəsd  işi  açılsaydı,  sizin  məndən  gizlətdiyiniz  sirr  də açıla  bilərdi,

əmim  etiraf  məcburiyyətində qalıb,  etiraf  eləməli  olardı  ki,  düşmənnən

kompromisə gedib,  inayətin  üstünü  örtüb.  Bəli!  Hamınız  örtmüsünüz!  Dəli

Səmədəm  mən,  dilimi  dişimnən  tutmaq  qabiliyyətim  yoxdu.  Açıq  deyirəm:

cinayəti gizlədənlərin hamısı iştirak eləyib cinayətdə!




______________Milli Kitabxana_______________

Deyirsən "səcdəgahın olmalıdı". Bu qurğu quran murdarların mühitində ideal

saflıq, əlbəttə, qeyri-mümkündü. Əmma nə vaxt dərk elədim bunu mən? İndicə!

Sən  danışanda!  Bu  ötən  yeddi  il  səkkiz ayda,  dünən,  bu  səhər,  lap  beş  dəqiqə

bundan əvvəl  faciə içindəydim  mən!  O  kupedə əmimi  ifşa  eliyəndə Xalıq

deyirdi:  "Əsasım  var".  Mənim  faciəmin  də əsası  var:  idealım  qadın  zorlayıb

deyirəm! Bəraət vermə buna! Vermə! Bu hərəkəti məndən gizlətdiyiniz hərəkətin

üstünə gəlib  cəlladdan  da  betər,  alçaq  adama  çevirib əmimi!  Abı  kimi  son  də,

necə deyərlər,  azacıq  aşın  duzu  deyilsən,  analiz  verdin,  xeyli  yüngülləşdirdin

dərdimi.  İndi  yoxdu  bayaqkı  faciə.  Mübaliğəsiz  deyirəm,  yoxdu.  O  qadının

gözləri  var  gözümün  qabağında.  Öz  fağırlığına,  məzlumluğuna  görə zalımlar

əlində oyuncağa dönən zənənin bədbəxtliyi var! Bir də... Gizlətmirəm ; səndən,

ağır  itki  hissi  var, Əlləzoğlu  nədi?!  İnsanın  istəyi - bütün  varlığıdı!  Varlığımı

itirmişəm  mən!  Niyə gizlədim?!  Sultan Əmirlini  xoşbəxt  eləmək  istəyirdim

dünən.  Həqiqətən  gördüm  mən  dünən.  Deyirdim  gücüm  çatar,  yanğımı

basdalıyaram  içərimdə.  İndi  bu  itki  daha  pis  üzür  məni! Əmma...  bayaq

"Ölmüşəm"  deyəndə nəzərdə tutduğum  faciə isə yoxdu.  Yanan  Vətənimi

görmürdüm!  Qırılan  xalqımı  görmürdüm!  Sədr  Mədədin  iki  vətənli  durnalarını

görmürdüm! Belə dəhşətli böyük faciə içində əmimi yenidən göstərdin sən mənə.

Saşa Babayev bilirmiş kimə tapşırmaq lazımdı mənnən danışmağı!.. Abı babam

peyğəmbər kimi adamdı. Əmma o Şüşəli pavilyon barədə danışmalıydı o mənə...

Əmimnən  bərabər  səni  də yenidən  gördüm.  Kimin  ağlına  gələr  ki,  hətta  Qılınc

Qurbanı da çirkaba batırıblar bu murdarlar?! Qıymat kimi uca qadının barəsində

də söz deyiblər! Doğrudan da, xəbərim  yoxuymuş dünyadan. Kömək elə mənə,

əgər  mümkünsə,  bu  nalı,  bu  qurğuşun  yükünü  də çıxardım  ürəyimdən.  Fakt

özlüyündə dəhşətli faktdı axı! Qardaşının qanını batırıb!.. Özü də gördüyünə göz

yummaqnan yox, saxta "zaklyuçeniye"ni şüurlu təsdiq eləməknən batırıb Mədəd

Əmirlinin  qanını!  Nədi  bu?!  Mənəvi  iflas  deyirlər  belə kompromissə. Əmma

əmimə yaraşdırmamışam mən "iflas" kəlməsini. Ağlıma gəldikcə dərhal atmışam

beynimdən  bu  kəlməni.  Səbəbini  dedim  sənə,  ifşadan  qaçmışam. Əmimin  hər

şeydən əvvəl, məhz uca mənəviyyatıynan fəxr eləmişəm mən həmişə, üstünə toz

qonmağını  da  istəməmişəm.  Hətta  Mirqəzəbnən  telefon  danışıqlarından  sonra

necə sındığını, necə əyildiyini görəndə də, həmişə yenilməz saymışam əmimi.



______________Milli Kitabxana_______________

İndi ayıq düşünmək istəyirəm. Ən acı həqiqəti də çəkinmədən deyə bilərsən.

Bu vaxta qədər soruşmamışam, indi də soruşmuram ki, necə olub razılaşmısınız

o cür sənədnən. Dəhşətə gəlirəm, deyirəm Qılınc Qurban hara, o cür cinayəti ört-

basdır  eləmək  hara?! Əmma  bunu  da  soruşmuram  səndən.  Bircə şeyi  dəqiq

bilməliyəm mən: əmim niyə o hala düşdü o ləkəni görəndə süfrədə?! Qardaşının

yarasını  gördü,  dözəmmədi? Əgər  belədisə,  bəs  Çürüknən  Abının  "Zarıncı"sı

niyə yaş çıxartmadı gözündən?! Heç olmasa köyrəltmədi! Niyə o cür yatdı?! Daş

kimi!

Əzabımı duyursanmı, Qurban əmi?!..



Bayaq sən vəhşi düşmənə qalib gəlməyə qabil güclü adam göstərdin mənə və

mən  başa  düşdüm  o  dəhşətli  adamın  o  gücünü.  Deyəsən  çox  böyük  faciələr

gözləyir  bu  bədbəxt  xalqı.  Məhz  buna  görə də hər  cür  dəhşətə dözür  Sultan

Əmirli ki, səlamət qalsın, mübarizələri davam elətsin.

Yas qurub yasda yatan adamı isə başa düşmürəm!

Çürüknən  Abını  xüsusi  gətirtmişdi.  Ağlayıb  daxilən  yüngülləşmək  istəyirdi.

Bəs niyə daşa döndü?!

Duyursanmı  mənim  işgəncəmi,  Qurban əmi?! - Səməd  dartıb  köynəyinin

yaxasını  açdı,  Sudüşənin  qurtaracağından,  meşənin  sağ  səmtindən  başlayıb,

ulğunluqlar,  pöhrəliklər,  sirkanlıqlar  arasında  zolaq-zolaq  uzanan  pambıq

sahələrinə tərəf  boylandı. - Bura  göndərib  məni.  Gecəni  gündüzə qataram,

pambığın arasında  yataram,  ta  yığım  qurtaranacan  bu  çöllərdən  yığışmaram!

Bircə bu əzab  olmuyaydı,  Qurban əmi!  Güclü  adam  öz  yerində!  Mübarizlik,

yenilməzlik, hamısı bir yana, mən insan görmək istəyirəm, Qurban əmi! Dünən o

yatanda məhz insan itirmişəm mən! Necə qaytarım, necə dirildim o insanı?!

Qılınc Qurban dümdüz yerdəcə tövşüyürdü.

- İndi hər şeyi açıq deməliyik biz sənə. Deyirsən "böyük faciələr gözləyir bu

bədbəxt  xalqı".  Xəbərin  varmı  ki,  İrəvanda,  Dərə Ələyəzdə,  Göyçədə,

Başkeçiddə yurdumuza  süpürgə çəkiləndə,  yəni  qırx  səkkizinci  ildən  bu  yana

Borçalıya da süpürgə çəkildi, Təhləni də, Qara-Çöpü də, Qarayazını da (hansını

deyim),  Tiflisin  arxalarının,  bərisinin  camaatını  da  irdələyib  lap  az-maz

şübhələndikləri  adamları da  sürdülər.  Eşalonlarda  çörəksiz,  susuz  saxlayıb

qırdılar! Əmin "Emadin"də gedirdi, Çalışırdı heç olmasa tək-tək adamlara,  yəni

şəxsən dərs dediyi, Elm öyrətdiyi təsərrüfat başçılarına tutarlı partiya sənədi-filan

düzəltsin,  saldırsın,  saxlasın,  sürgündən,  üzü  üstə ölü  kimi  qayıdırdı,  dost,

məslək-



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə