İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə47/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   180

______________Milli Kitabxana_______________

yaltaqlana. Dözəmmədim, trubkanı aldım Sultanın əlindən. Dedim ə, polkovnik

qırışmal, o paqonları Mirqəzəb taxmayıbmı sənin çiyninə?! Gələrəm, bu rayonda

"Hümmət"çilərin  başlarına  açdığın oyunları  bircə-bircə oxuyaram  üzünə,  sübut

eliyərəm  ki,  "sosializm",  "kommunizm"  deyə-deyə milləti  qırıb-çatıb  quldarlıq

quranların lap yekə başçılarındansan sən Xudiyev! Səsi kəsildi, lal oldu qırışmal.

Əmma sonra bir yaxşı xəbər dedi Sultana. Rəhmətlik Mədədin vaxtında əmin nə

yazıbsa  Moskvaya,  hamısı  ittihamnamə olub.  Klubun  səhnəsi  doludu  deyir,

qalın-qalın  ittihamnamə qovluqlarıynan, çünki tək əmin  yox, respublikadan çox

adam  yazırmış  Moskvaya.  Heyif,  görmədin  necə getdi əmin.  Uçmağa  qanadı

yoxuydu!

- Getdi?!

- Əlbəttə!

Səməd nəyə təəccübləndiyini o qədər də anlamadan, dumanlı beyinlə dolaşıq

sözlər mızıldadı:

- Bu vəziyyətdə... Bakıya... Bəs məni... məni tapdaladığını hiss eləmirmi heç

olmasa?! Deyirsən sevinirdi?!

Səməd ayaq saxladı. Rəngi qaralmışdı.

- Demək,  cəllad  da  sevinc  hissindən  məhrum  deyil!  Qılınc  Qurban  ağır-ağır

yana döndü. Gözləri böyümüşdü.

- Cəllad?! Sultana cəllad deyirsən sən?! Səmədin başı sinəsinə əyildi.

Qılınc  Qurbanın qırğı  gözləri  qıyıldıqca,  nazik,  qara,  quru  dodaqları bir-

birinə sıxılıb,  cod,  çal  tüklər  arasında  yox  oldu.  Qəzəbindən  kişi  nə qədər

nəfəssiz dayandısa, ağzını açanda boğazı boru kimi güyüldədi.

- Bilirsən nə şillə çəkərdim!

- Çək...  İndi  hamı  şillə çəkir  mənim  üzümə...  "Vəsiyyət!.."  "Varis!.."  Kimə

varis  olmalıyam?!  Meyidəm  mən!..  İstəyirsən  lap  heyvan  kimi  döy  o əlindəki

şallaqnan. Fərqi yoxdu. Ölüyəm!

- Ölünün içində kin qaynamaz, oğul!

- Qaynayırdım...  İndi  elə deyiləm,  Qurban əmi.  Boşdu  indi  içim...  Sultan

Əmirliyə de kinimə görə vermədim o adı... Cəllad deyil, o da ölüdü!..

Qılınc hiss edirdi, hərdən də eşidirdi ki, Abı arxada ağlayırdı. Şallağı geriyə

vıyıldadıb, pıçıltı-xırıltı ilə:

- Ə! Ey! Kos! Neynirsən?! - deyirdi.

Səməd isə heç nə eşitmirdi:



______________Milli Kitabxana_______________

- İki  sözündən  biri  "dərdin  alım"  olan Əlləzoğlu  da  ilana  dönüb,  qalxıb

quyruğunun  üstündə, "Çıx get!..  Çıx  get!.. Sürdürəcəm!" - deyir, "öldürəcəm" -

deyir...  Quyunun  üstündə özümü  bilmirdim.  İndi  görürəm  yox,  bir  aləm  şey

fikirləşmişəm  orda.  Bəli,  ölüdü  Sultan Əmirli!  Ağlını  itirib!  Xudiyev  dəstəsinə

qalib  gəlmək  olar?!  Almaniyanı  yedi,  Reyxstaqı  yedi  bu  KeQeBe!  Məncə,

Mirqəzəbin  tutulmağı  da  fırıldaqdı.  Moskvada  necə hər  şeyi  yoğurub-yapıblar

Stalinin üstünə, burda da eləcə, hər şeyi yıxacaqlar Mirqəzəbin boynuna, yenə öz

cəlladlıqlarını davam elətdirəcəklər! Bunu bu axşam başa  düşdüm. Bayaq alova

baxa-baxa dərk elədim ki, Əmirli mülkü deyil o yanan, Vətənimizdi! O tayı verib

Farsa, bu  tayı paylayıb erməniyə,  gürcüyə "böyük qardaşımız Rus" çoxdan  içib

qanımızı,  Qurban əmi!  Kim  dura  bilər  bu  boyda  imperiyanın  qabağında?!

Əmimnən,  mənnən  bərabər  sən  də ölmüsən!  Heyif,  o  igid  polkovnik  də ölüdü,

Məhərrəm  Abbasoviç  də!..  Şahinlərin  çoxdan  qarğalaşıblar,  Qurban əmi.  Bizim

dünyamız  deyil  bu  dünya.  Düz  demirəm?!  Ulu  babamız  Comərdi  dirilt!  Şeyx

Məhəmmədi, Ağ Əmiri, Boz Əmiri dirilt! Milli hökumətin fəxri Pişəvərini dirilt!

Nərimanovu  dirilt!  Qəbristandı  vətənimiz!  Bu  qəbristanda  Elm  nədi?!  Varis

nədi?!  Başına  at  təpib  Xızr  Abının,  Sultan Əmirliynən,  yarımcan  Çürüknən  bir

yerdə!..  Kəsmə sözümü,  Qurban əmi!  Bilirsən necə istəyirdim  mən əmimi?!

Mübaliğəsiz  deyirəm,  atamı  itirəndən  sonra  atama  məhəbbətim  də,  üzünü

görmədiyim  anama  həsrətli  məhəbbətim  də Sultan Əmirlinin  uca şəxsiyyətinə

məhəbbətimdə birləşmişdi.  Oturub  hətta  saatlarnan  fikirləşirdim  ki,  şəxsi

həyatında,  məişətində məhrumiyyətlərə necə dözürsə,  mən  də eləcə dözüm.  O

tayda  demokratların  qələbəsinin  həsrətiynən,  o  tayda  gecəni  gündüzə qatıb

işləmək  arzusuynan  öz  istəkli  Qıymatını  necə gözlədirsə,  mən  də məhz  o  cür

hərəkət  eləyim.  Mən  ancaq  zahirən  başqa  cürüydüm,  Qurban əmi,  daxilən

əmimin  kopyasıydım...  Səni  də çox  istəyirəm,  sədr  Mədədin  xatirəsini  də əziz

saxlayıram mən. Əmma siz deyildiniz mənim idealım. Bircə elmim, bircə eşqim

varıydı  mənim,  o  da  Sultan Əmirliydi.  Lap  dünənəcən  bütün  həyatımı  qurban

vermək istəyirdim mən ona!

- Sultan həməşə səcdəgahın olmalıdı sənin.

- Yox!.. İdealım qadın zorlayıb!

- Bilirəm mən onu.

Səməd diksindi.

-Nə?!Bilirsən?!



______________Milli Kitabxana_______________

- Dedim bilirəm.

- Həm  də ideal  adam  sayırsan  onu?!  Belə hərəkətdən  sonra  mən  də ideal

sayım o canavarı?! O qatili!

Qılınc Qurbanın yenə gözləri qıyıldı.

- Bir  hərəkətiynən  yox,  mübarizələrdə tanınır  adam!..  Dedim,  deyirəm:

Sultan  həməşə səcdəgahın olmalıdı  sənin.  İnsan  yel  deyil  ki, gah o  yana əssin,

gah  bu  yana.  İdealdan  dəm  vuran  oğul əvvəl  bir  özünə baxsın  yaxşı-yaxşı,

fikirləşsin dərindən, görsün başı çıxırmı bu dünyadan. Mənim dediyimi deyirsən

sən  də,  Ruhdan  düşəndə. Əmma  cəllad var  içərimdə!  Ölüm-dirim  mübarizəsi

gedir  bu  saat hər  yerdə!  Mən  bu kəmsavadlığımnan  qanıram  ki,  Stalindən

sonrakı  bu  demokratiya  söhbəti  xeyrimizə deyil  bizim.  Sultan  müdrik  adamdı.

Düz  deyir  ki,  bir tərəfdən  Mirqəzəbi  müttəhim  kürsüsündə oturduruq,  o  biri

tərəfdən Mirqəzəbin  yaratdığı  Bezobraziyeyə

demokratiya  veririk.  Hələ

demokratiyasız-filansız  belə oyunlardan  çıxırlar! Ələ salırlar  bizi,  dolayırlar,

gülürlər!  Bu  nə?!  Danışmadımı  Sultan  sənə?  "Arşınmalçı"  damğasıynan

neyləyirlər onlar, bilirsən?! Gülmək nədi?!

O  casuslar,  banditlər  yuvası  Şüşəli  pavilyona  yaxın  gedəmmirik.  Biznən

yaxınlıq eliyən adamlara arağın içində zəhər içirdirlər! "Terrordu bu!" - deyirlər

özləri! Necə hərəkət eləməlidi Sultan indi bu cəlladlar zəmanəsində?!

Mən deyirdim boşasın.  Dörd aydı, gecə-gündüz, axşam-sabah bircə kəlməm

varıydı ona: "Boşa!" Rədd elə deyirdim o qancığı. İndi demirəm.

Artistlik  elədim  orda - yanğında.  Yazıq  canım,  nə oyunlardan  çıxıram!

Əməlli-başlı  artist  təki,  yapışdım  Qıllı Qeybalının yaxasından,  başladım

qışqırmağa  ki, bu  kəndlərdə nə fənalıq var, hamısı siz  Qudalılardandı, Mədədin

evinə də siz  od  vurubsunuz  ki,  Mədədin  oğlunun  ayağı  kəsilsin  kənddən...

Qeybalı  da  Qeybalıdı.  Fısıldadı,  tısıldadı,  axırda  qıpqırmızı  dedi:  "Düşmən

Sultan Əmirlinin  ocağının  başındadı,  Səmədin  ayağını  kənddən  kəsmək  istiyən

do odu,  evi  yandıran  da..."  Nə desəm  yaxşıdı?  Güllə qabağında  da əyri

danışmıyan  Qılınc  Qurban  başladı  ki, Əlləzoğlu  qohumudu,  can-ciyəridi

Səmədin.  "Srağagün  gecə burda  qolunu  çirmədi,  ayaqlarını  yudu  Səmədin, -

dedim, - qovurmalı əriştə aşına  qonaq  elədi". Gözü  kəlləsinə çıxdı  sənin  o

Dantesiyin.  Bilir  axı,  yalan  danışan  deyil  Qılınc  Qurban. Əgər  yalan  danışırsa,

deməli,  nəsə məqsədi  var.  Qorxdu  heyvərə!  Çəkildi,  kənarda  fısıldadı:  "Qılınc

Qurban da bic adamdı". Zəmanə dəyişir, oğul. Yaman dəyişir, zə-




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə