İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə49/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   45   46   47   48   49   50   51   52   ...   180

______________Milli Kitabxana_______________

kampaniyası  mütəşəkkil  keçməsin,  plan  dolmasın,  Sultan Əmirlinin  işi  bu

yandan  da əyilsin!..  Axı əsas  məsələdi  yığım.  Rayon  pambıq  rayonudu.

Cəmaatın dirriyi də pambıqdandı, katibin üz ağlığı da.

Mən bilirəm necə qayıdacaq əmin o məhkəmədən. Keçən il Mirqəzəbin şəxsi

tapşırığıynan  Pers  gəldi  tutqu  təşkil  elədi  rayonda.  Silistsiz-filansız,  təsərrüfat

rəhbərlərini  doldurdu  eşalonun  vaqonuna! Əgər əmini  də o  işə bulaşdırıb  lap

azmaz  da  olsa  günahkar  saysalar,  Bezobraziye  dərhal  pıçapıç  salıb  pozacaq

yığım  kompaniyasını.  Tükdən  asılıdı əmiyin  taleyi,  oğul.  Sənə bel  bağlayıb,

təhkim  eləyib  bu  zonaya.  Gülənova,  Rəhimə,  Tahirlinin,  Qurbanlının  sədrlərinə

ayrı-ayrı  tapşırıb  ki,  Səmədin  bir  sözü  iki  olmamalıdı.  Dünən  qəstindən evə

qayıdanda  qolundan  necə tutubsan,  necə dirək  durubsansa,  bax  bu  çöllərdə,

pambığın  arasında  da  o  cür  dirək  durmalısan!  Düşmənin  yaxdığı  ləkəni  səndən

savayı  kim  silə bilər?!  Mənim  Qeybalıyı  yalan  danışmağımnan  silinərmi  o  cür

qara ləkə? Sənin bayaqkı o əyili qədd-qamətinə Qeybalının bircə kərə rişxəndnən

baxıb  "Məcnun"  deməyi  bəs  deyilmi  ki,  dildən-dilə düşsün  təzə adın,  Sultanın

ürəyinə yük olsun, Bezobraziyenin niyyəti "avariya"sız-zadsız keçsin həyata?!

İndi  de  görüm,  kimdi  qadın zorluyan?  Sultandı,  yoxsa  Sultanı  belə kökə

salanlardı?!

Heç  bilirsənmi  nə qədər  zir-zibil  yaxıblar  mənim  üstümə?..  Gövdəm  deşik-

deşikdi düşmən gülləsindən, hər yaranın tarixinə bir dastan qoşmaq olar. Əmma

gör  düşmən  nə deyir:  paçamın  arasını  da  güllə aparıb  guya,  onçun  övladım

yoxdu!..  Adam  yanında  hörmətimi  gör  necə bəzəyiblər:  "Bacısını  kabinetlərə

ötürüb oğraşlıqnan qazanıb hər şeyi!.." Güllə qabağına çıxmağa nə vardı?! Oğul

istəyirəm bu murdarlarnan döyüşsün!

"Fırtına  quşu"  oxuyardın mənə atımın  tərkində.  Çürük  nəsihət  eleyərdi  ki,

Aşıq  Alıdan, Ələsgərdən  oxu,  Abbas  Divarqanlıdan  oxu,  ay  oğul.  Çürüyün

cavabında  yenə "Fırtına  quşu"nu  deklomasiya  eliyərdin.  Səsin  hələ də

qulağımdadı.  İndi  niyə qaçırsan  fırtınadan?!  Bu  cığırı əlinə alıb  hara  gedirdin

belə?! Nə qədər vurnuxmaq olar bu aralıqlarda?! Üz-gözünə bax, əyninə-başına

bax! Bircə o qalıb ki, quşlar yuva qursun başında! Belə eşqmi vəsiyyət eləmişdi

sənə bizim qardaşımız?!

Başını qaldır, üzümə bax görüm. Mən sözümü qurtardım hələlik. Üzümə bax

görüm, bir şey düşdümü içərinə. Heç nə demə. Eləcə üzümə bax, kifayətdi...




______________Milli Kitabxana_______________

Səməd  başını  azca  yana əyib  necə baxdısa,  bu  baxışdan  sonra  yəqin  ki,

doğrudan da heç nə demək lazım deyildi. Əmma söz Səmədin ürəyini deşirdi:

- Daş deyiləm, insanam. Düşünürəm... Əlləzoğlunun nöyüdü necə tökdüyünü

də gözümnən gördüm, kibriti necə çəkdiyini də. Qalxmadım yerimdən. Ev o vaxt

evdi ki, insan olsun, mənalı həyat olsun içində... Nə ev-eşik lazımdı mənə, nə də

var-dövlət.  Heç  nə lazım  deyil  mənə, insandan  başqa!..  Yeddi  il  yanmışam,

qovrulmuşam  öz  daxilimdə. Məncə,  sən  bilirsən  bunun  səbəbini.  Abı  da  bilir.

Əmim  də bilir.  Gecə bir  şey  oldu  orda,  evdə:  süfrəyə çaxır  dağıldı.  Qırmızı

çaxır... Mən qan ləkəsi gördüm o çaxıra baxanda, əmimin süfrəsində. Əmim özü

də elə gördü! Əhvalı  dəyişdi,  çoxlu  duz  tökdü  ləkənin  üstünə.  İndi  məlum olur

ki, sən də ordaymışsan. Sizin bir-birinizdən gizlin sözünüz yoxdu. Mənə hər şeyi

demirsiniz. Əmma  nahaq.  O şeyi  ki,  sirr  kimi  saxlayırsınız,  sirr  deyil  o  mənim

üçün.


Avariya  günü  gözüm  tutuluydu  mənim.  Dünya  zülmətə bürünmüşdü.

Tabutnan  tabutun  qapağının  künclərində

mismarlardan  başqa  bir  şey

görmürdüm. Əmma  qəribə zülmətiydi  o  zülmət.  Qəti  deyə bilərəm  ki,  məndən

aralıydınız  siz  orda,  dəfndə.  Sonralar  da  yaxın  gəlmədiniz heç  biriniz.  Niyə?!

Yeddi  ildə həmişə aralı  gəzmisiniz.  O  qan  sirrinə görədi  hamısı!.  Narahatlıq

keçirməyin, əzab  çəkməyin,  tamam  arxayın olun  ki,  atamın ölümü  barədə bir

kəlmə də soruşmuyacam sizdən.

Avariya  deyil,  öldürülüb  və Gülənovun  o  "zaklyuçeniye"siynən  hər  şey  ört-

basdır  olunub.  Aydın  məsələdi.  Kimlər  iştirak  eləyiblər  o  ört-basdırda?  O  da

aydındı! Təkrar eləyirəm ki, sirr yoxdu burda mənim üçün. Hətta nəynən və necə

öldürüldüyünü də bilirəm. Bunu danışacam sizə.

Xalıqın  o  palıd  kötüyünün  üstündə, çəki  daşlarının  arasında  bir  nal  varıydı.

At  nalı.  Ortasına  qurğuşun  yapışdırılmışdı.  Təxminən  yarımkiloluq  daş  qədər,

yastı qurğuşun.

Dəfndən qayıdanda gordüm kişmiş yığışdırılıb yerdən. Çəki daşları da haman

yerə qoyulmuşdu, kötüyün üstə. Tək o nal yoxuydu!

Sonralar  gözüm  axtardı,  nə Çax-çux  Xalıqın  özünü  gördüm,  nə də o

qurğuşunlu  nalı. Mən  yəqin bilirəm, lap dəqiq bilirəm  ki, atam  maşınnan  vurub

kötüyü aşırıb kişmişi dağıdanda qatil ordaymış, cəmaatın arasında. Nalı götürüb,

minib maşına... - Səməd istər-istəməz meşə ətəyinə, haman saqqız ağacına tərəf

boylandı.

- Deyirsən yəni Xalıq?! - Qılınc Qurbanın bəbəkləri qığılcımlanırdı.



______________Milli Kitabxana_______________

Səmədin gözləri isə gərgin və durğundu.

- Yox... İkicə gün bundan əvvələ qədər Çax-çux Xalıqı şəksiz- şübhəsiz qatil

sayırdım  mən...  Atam  kişmişi  dağıdanda  idarədəydim. Pəncərədən  baxırdım.

Kişmişi dağıdandan sonra Qudalı Rəhimin evi tərəfə getdi maşın, məhlənin o biri

evlərinin,  ot  tayalarının  aralarında o  yan-bu  yana  şığıdı.  Atam  tez-tez  qapıdan

boylanırdı,  deyəsən  kimisə axtarırdı. Əmma  heç  kəs  yoxuydu  o  yanda.  Təkcə

Xalıqıydı, maşının böyrüncə yüyürürdü, atama yalvarırdı, atam da söyürdü onu.

Sonra bu yana, yola tərəf buruldu maşın. Xalıq gorükmədi daha...

- Demək Xalıq?!

- Yox,  Qurban əmi,  yox!..  Gecə orda,  stolun  dalında yatanda  bir  röya

gördüm. Gördüm Xalıqın daxmasında kişmiş yeyirəm, zəhər dadır kişmiş. Zəhər

verib Xalıq mənə. Əmma qatil deyil... Bakıdan bir vaqonda gəldik onnan...

- Xalıqnan?

- Hə...  Srağagün. Əmimin  evləndiyini  Bakıda  dedi  o  mənə.  Kimnən

evləndiyini  demədi.  Niyə?  Başa  düşmürəm...  Yəqin  ona  görə ki,  desəydi,  daha

söhbət eliyəmməzdi mənnən. Sonra kupeyə gəldi. Orda da çox müəmmalı şeylər

dedi.  Mən  görən  Xalıq  deyil  bu  Xalıq.  Tamam  başqa  adamdı. Əlaqələri

genişlənib. Çox mürəkkəb, təhlükəli adama oxşayır indi Çax-çux Xalıq. Hərdən

fikirləşirəm  ki,  bəlkə elə çox  dəyişdiyinə görə daha  qatil  görmürəm  mən  onda?

Əmma o deyil. Məlum deyil qatil. Xalıq şübhəsiz tanıyır onu. Mənə elə gəlir ki,

qatil  ordan,  kötüyün  üstündən  nalı götürəndə qorxub  Xalıq.  Qorxub  ki,  hadisə

yerində qalar o nal, ələ düşər... Cənubumuzda Məhəmməd Əmir, Ağ Əmir, Boz

Əmir  kimi  gizlin  iş  adamlarının  gizlin  işləri  barədə məlumat  toplamağa

göndərilən  kəşfiyyatçı,  şübhəsiz  hazırlanmış  adamdı.  Bu  tayda  Gülənovnan,

Sayılovnan  işləyir,  demək,  kriminalistikadan-zaddan  başı  çıxır.  Ona  görə də

qorxuya  düşüb,  maşının  yanınca  yüyürə-yüyürə çalışıb  ki,  nalı alsın qatildən.

Alammayıb, əlbəttə...  Kupedə dedi:  "Avariya  günü  yaradı  ürəyimdə"...  Bunu

başa  düşürəm.  Qurğuşunlu  nal  məşhur  naldı.  Kimə göstərsən, o  saat  deyər

Xalıqındı. Üstündə də Xalıqın əlinin izi. Lazım gəlsəydi sübut eliyə bilərdilər ki,

Xalıqdı qatil, kişmiş dağılanda nalı götürüb, minib maşına, saqqız ağacına çatana

qədər  maşında  olub,  orda  nalı  geridən  çaxıb  sədr  Mədədin  sağ  gicgahına,  rulu

burub,  maşın çevrilənə yaxın atılıb  qaçıb...  Çox  asanca  sübut  eliyə bilərdilər.

Əmma eləməyiblər. Açıq-aydın qəsd işi!.. Bir səhifə kağız yazılıb, atılıb arxivə.




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə