İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə52/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   48   49   50   51   52   53   54   55   ...   180

______________Milli Kitabxana_______________

Çox  naziksən  sən,  mənim  balam. Əmma  dünyadan  ayrılıbsan,  yeddi  ildə öz

içərinnən əlləşibsən.  Bakıdan  gələli,  bu  iki  gündə çəkdiyini  bəlkə yeddi  ildə də

çəkməyibsən. Əzabını  duyuram. Əzabına,  işgəncənə qurban  olsun  Qurban

əmin!..  Bağışla  baş-ayaq  danışıram,  fikrim  qarışdı  bir  az.  Elə sözmü  dedin  ki,

qarışmasın?  "İnsan  itirmişəm"...  Qanan  adamdan  ötrü  çox  ağır  sözdü  bu.

Əmindən ayırmıram  mən özümü. Nə vaxt bilsəm, başa düşsəm  ki, doğrudan da

itirmişəm  insanlığımı,  o  vaxt  bu  qoşalülənin  lüləsini  diriyərəm  çənəmin  altına,

ayaq barmağımnan tətiyi basaram, məsələ qurtarar.

Əmini  görmürsən  sən,  görəmmirsən  hələ.  Öz  içərindən  savayı  heç  nə

görmürsən  hələ sən.  Gözün  baxmağına  baxır, əmma  qabağındakı  adamı

görmürsən. Daş kimi yatdı deyirsən. Əmin, axı, yatmamışdı, oğul! Yatmamışdı!

- Yatmamışdı?!. Necə yəni, yatmamışdı?!

- O  bayatıdan  sonra  Sultan  yox,  son  yatmışdın!  Sən!  Sultan  heç

mürgüləməmişdi də! Mənim gözümdən yayınmaz heç nə, bala!

Səməd xeyli dayandı.

- A kişi, sən nə sərsəmləyirsən?!

- Artıq  söz  demə!  Şillə yeyərsən!..  Bəli,  Sultan  yatmamışdı  deyirəm. Sən

başını stola  dirəyib  silkələnirdin  dərdli-dərdli.  Sultan  divandan sürüşdü,  diz

çökdü sənin qabağında, hönkürdü, yalvardı: "Sən burda qalmalısan!.. Sən burda

qalmalısan,  Bircə balam!.."  Bə sən  neylədin?! Dik  atıldın həqiqətən  dəli  təki!..

Sultanı  mən bilirsənmi  necə tanıyıram? Bir  otaqda  yüz  adam  yatsın,  Sultan  da

olsun  o  yüzdən  biri.  Gözümü bağla  mənim,  sal  o  otağa,  deynən  tap  Sultanı

bunların arasında, gözü bağlı gedib deyərəm budu. Çünki inildəyir əmin yatanda.

Lap  az-maz mürgüləyə ha,  mütləq  inildəməlidi!  Neçə il  bir  damın  altında

olubsan əminnən,  eşitməyibsənmi  yatanda  necə inildəyir?!  Mən,  məsələn,

ömrümdə uzanmaram  yatanda.  İki  balınc  qoyuram  kürəyimə,  oturan  yerdə

yatıram.  Rəhmətlik  Mədəd  gərək  hökmən  üzü  üstə uzanaydı,  qıçının birini

yığaydı  qarnına,  ayrı  cür  yuxu  getməzdi  gözünə.  Sultan  da  elə yatır, əmma

gözünə yuxu gedəndə elə inildəyir, elə bilirsən ətindən ət kəsirlər.

Dal otaqdaydım, ordan gördüm gözünü yumub yazıq, sənin üzünə baxammır.

Sən  hönkürəndə əyildi,  ikiqat  oldu  divanda.  Daş əyilərmi,  bala?!  Elə əyildi  ki,

stolun  bu  biri  tərəfindən  görmədin  daha  sən  onu.  Qabağında  diz  çökəndə də

görmədin.  Çünki  deyirəm,  başını  stola  dirəmişdin,  silkələnirdin,  ağlayırdın.

Abıynan mən, Çürük, bu biri yandan



______________Milli Kitabxana_______________

tamaşa  eleyirdik  nər  Sultanımızın  aqibətinə,  biz  də ağlayırdıq.  Çünki,  deyirəm,

əmin  yalvarırdı  sənə:  "...Getmə bu  evdən,  oğul!  Sənsiz  puçdu  hər  şey,  ay  Səmi

balam,  Bircə balam!..  Sən  getməməlisən  bu  evdən!..  Getməməlisən!.."

Hoppandın, əllərini  üzünə şappıldatdın,  gurultuynan  düşdün  pilləkandan,

yıxıldın,  qalxdın qaçdın!..  Necə yəni  "qadın  zorlayıb?!"  Yazıq  canım,  dona

girdim, dedim: "Bilirəm mən onu". Nəyi bilirəm, əşi?! Budu bax, Abı desin, bu

müqəddəs  insan  desin  necə olub əhvalat!  İçirdiblər,  deyirəm,  sonra  aparıblar

Rəhimin evinə, Gülgəzi çağırıblar ki, gəl qaynatana qulluq elə. Sonra da eşikdə

qızı yıxıblar qurta-qurt bir şüşə konyak töküblər boğazına!..

- Bəsdi!..  Bəsdi,  Qurban əmi!.. - Səməd  boğuldu.  Gözləri  qaraldı. Əmma

dünəndən bəri beynini qaynadan sözləri çatdırmağa çalışdı:

- Mən  stolun  dalında  elə ağlayanda  divanda  deyildi əmim?!  Yataq

otağındaydı! O yataqda, o taxtda... ağ yastıq üstündə qara saçlara qarışan ağ saç

mənimki idi?! Necə yeni "bu müqəddəs adam desin?!" Mayda nə olub, bilmirəm.

Mən...


Abı gözlənilmədən, əlini onun yaxasına atdı.

- Bura bax ey! Sən niyə belə tərs-avand görürsən hər şeyi?!

Səməd qışqırdr.

- Mən  dünən  öz  gözümnən  gördüyümü  deyirəm!  Qara  saçlara  qarışan  o  ağ

saçları!..

Qocaların rəngləri dəyişdi. Abı dedi:

- Elə şey olmadı dünən.

Qılınc dedi:

- Nə?!

- Atan əvəzi bu kişi deyir Sultan divanda ikiqat olub yalvarırdı sənə. "Sən bu



evdə qalmalısan!.."  Niyə inanmırsan,  ay  nadan?!  "Taxt" nədi?!  "Qara  saç,  ağ

saç" nedi?! Gözün alacalanıb sənin!.. Bəli!

* * *

Bir az sonra Qonaqlı ilə Tahirlinin arasında, meşənin ətəyində, bu yerlər üçün



yenilik  sayılan  "Şüşəli"  pavilyonda,  yəni  fasadı  və sağ-sol  divarları şüşədən

ibarət  olan  intemat  yeməkxanasında  oturanda  da  Səməd  sevincindən  titrəyirdi:

"Gözüm  alacalanıb?!  Demək,  mənə deyirmiş  "qalmalısan!.."  Gör,  diqqət  yetir

indi, ağ evdəki o qara saçla ağ saç-




______________Milli Kitabxana_______________

lıların arasında necə mərd söhbətlər olub, münasibətləri necə açıq və aydındır ki,

Sultan üçüncü nəfərin də o evdə qalmasını mümkün sayıb "Qalmalısan!" - deyib!

Yəni  "qal,  bir  evdə,  bir  süfrə başında,  birlikdə qalib  gələk  bu  dərdə!

Bezobraziyeyə birlikdə qalib gələk!.." "Mərd əmim! Uca əmim! Səcdəgahım!.."

Belə bir  kədər,  dərd  içində gur  sevincin  ardınca  boz  "Pobeda"  pavilyonun

qabağında,  qoca  çinarın  qatı  kölgəsində dayananda,  Müslüm  soldan,  Sultan

sağdan düşüb, taybatay açıq dəmir qapıya yönələndə Səmədlə birlikdə Xızr Abı

da ayağa qalxdı.

- Qurban hardadı?! - Sultanın sifəti avazımışdı.

Abı gözlərini tavana qaldırıb:

- Ey  sahibim,  özün  kömək  ol! - deyəndən  sonra  udqundu. - Xoş  gəldin,

qurbanın olum. Bakıda deyildinmi?! Niyə qayıtdın?!

- Soruşuram Qılınc hardadı?!

- Burdaydı. Kənddə deyəsən nəsə olub, çağırdılar, Qonaqlıya getdi.

- Bəs  siz  niyə burdasınız?!  O  xaraba  Qonaqlıda  ele  işlər  olur,  sizin  də bu

xarabada iştahanız açılıb?! Əclaflar!

Abı tamam özünü itirdi.

- Sən belə danışmazdın mənnən, qurbanın olum, nə olub?! Desənə!

- Necə nə olub a kişi?.. De görüm adı "falçı" qoyulan Abımız heç nə bilmir?!

Dünən  səhərdən  göstəriş  verilib Əlləzoğluna  ki,  mülkü  yandırmalısan.  Qurban

eşidib... Dünəndən eşidib. Bəs kitabxananı niyə çıxartmamısınız ordan?!

Abının  uzun  qolları  yavaş-yavaş  qalxdı,  uzun,  kələ-kötür  barmaqlarla  başını

tutub hərəkətsiz qaldı.

- Kitabxana!.. "Vərəsə?.'" "Xəzinə?!"

- Hə!.. "Süleyman peyğəmbərin xəzinəsi!.."

- Ay  oğul,  "Xəzinə"nin  bu  mülkdə olduğunu  sən  nə vaxt  demisən  mən

bədbəxtə?!

Sultan duruxdu:

- Qurbana  demişdim...  Mədəd,  mən,  Qurban,  Məhərrəm,  Saşa...  Beşimiz

bilirdik. Bakıda Saşa dedi mənə ki, evi yandırdılar, yəqin "Xəzinə" də yandı... O

bədbəxti  Moskvaya  istintaqa  apardılar.  Deyirdi:  "Güllələyəcəklər  məni".  Onun

dalınca  getmək əvəzinə bura  cumdum.  Çünki,  yadımdadı,  Xudiyev  ora-bura

çəkirdi.  Sənin  "Xəzinə"nin orda  olduğunu  kimsə çatdırmışdı  ona.  Demək,

yanıb?!

- Vay, vay!.. Evdə hər şey külə dönüb, ay oğul!



- Yaxşı, gəlin!


Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə