İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə44/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   ...   180

______________Milli Kitabxana_______________

sonra  qardaşlar  özləri  də səssiz-səmirsiz  cızıldayan  damcılara  baxdıqca  Təbriz

əhlinin  "ərşə cəkilən  ruzusu"  haqqında  fikirləşirmişlər,  ruzunu  qaytarmaq  üçün

himayədar Comərdin, Şeyx Məhəmmədin və Şeyx Ağ Əmirlə Şeyx Boz Əmirin

gördükləri işlər haqqında pıçıldaşa-pıçıldaşa, bacalardan işıq süzülüb, buxarıların

kərpiclərinin rəngini açana qədər gözlərini yummurmuşlar.

Dolu  yağanda  o  ensiz,  uzun  bacalardan  içəriyə dolu dənələri  tökülüb,

döşəmədə atdanıb  diyirlənirmiş.  Hambal  divar  dibində çubuq  sümürə-sümürə

yenə elə hey  köksünü  ötürürmüş,  "Getdi...  Millətin  ruzusu  getdi!" - deyirmiş,

birisi  on  iki  yaşında,  o  birisi  on  yaşında,  "Millətin    ruzusu"nun  dərdini  çəkən

qardaşlar  isə,  daha  hücuma  keçmədən,  o  atdanan,  diyirlənən  dolu  dənələrini

yığıb buxarılara atırmışlar ki, "göylərin bərəkəti ocaqlarda qalsın".

Səmədin  xəbəri  yoxdu  və ola  da  bilməzdi  ki,  iyirmi  səkkizinci  ildə Qəsri-

Qacar  zindanında  şeyxlərlə görüşüb  qayıdanda da  Mədədlə Sultan  öz  uşaqlıq

məskənlərinə baş çəkib görüblər ki, Şeyx Məhəmməd Əmirin ölümündən və Ağ

Əmirlə Boz Əmirin  Qəsri  Qacar  zindanına  aparılmasından  sonra  kimsəsiz  evdə

bacalardan  tökülən  dolunu  yığışdıran  uşaq  olmadığına  görə,  dolunun əriyib

islatdığı  yerlərdə - buxarıların yan-yörələrində çəmənotu və qazayağı qalxıb, ağ

cunalı uca tavanın altında, divarların künclərində isə qaranquşlar yuva tikiblər...

O vaxtkı Tat Seyidlə - Şeyxlərin bağbanı ilə aşpazı Xeyriyyə hələ Təbrizdə imiş,

Mədədlə Sultanın  Tehrandan  qayıtmağını  gözləyirmişlər  ki,  onlara  qoşulub  bu

taya  adlasınlar.  Mədədin  bir  tərəfdə - buxarının qabağında  yasa  batdığını,

Sultanın o biri tərəfdə - buxarının qabağında yasa batdığını görüb ağlaşıblar, "Ot

bitdi.  Comərd  ocağında  ot  bitdi.  Quşlar  yuva  saldı" - deyib  hönkürüşüblər...

Sonra  oturub, ətraflı danışıblar  ki,  "o  quru  sümük ələngə hambal - Fağır

Məmmədəli  casus  çıxıb:  o  tayda  Qaçaqların  başçısı  Dəli  Alını  tutdurub

"Fitilbörgə" - Peterburqa,  Çarın  hüzuruna  apartdırıb,  o  vaxta  qədər  tutalub

aparılan  başqa  Pünhanlarla  birlikdə Dəli  Alı  çara  anladıblar  ki, əslində bu

müharibənin  üç  tərəfi  olan  ölkələrdə - Antantada,  Rusiyada,  o  tay-bu  tay

Azərbaycanda  və Türkiyədə əsrlərdən  bəri  məskun  olan  xalqların  hamısı

BağOdƏr  ƏlAğ,  EySar  ("İsa",  "tisus")  və BağHəmOd  adlarına  söykənən  vahid

millətdir,  aralarına  ayrılıq  toxumu  səpilib,  hətta  dillərini  də dəyişdiriblər...  Dəli

Alı  Çarın  "dilmancına" - tərcüməçiyə deyib  ki,  biz  bu  tarixi  lap  çoxdan  bilirik,

ona görə də heç bir yerə basqına müharibəyə getmirik; siz -




______________Milli Kitabxana_______________

ruslar,  o  yanda  da  ingilislər  bizim  şeyxlərimizi  vadar  elədilər  döyüşək, əslində

isə,  biz  cəmi  Yer  üzündə qardaşlıq  Elmi  fədailəriyik...  Çar  Dəli  Alıya  "bir

çamadan  qızıl"  verib,  deyib  yoldaşlarını da  apar,  gedin  Elminizi  yayın. Əmma

çarın cahilləri  yenə qırğın  salıblar,  hambal  Məmmədəli özüynən  o  taydan rus

gətirib  Səttar  xanı  vurdurub...  Aradan  keçəndən  sonra  indi-indi  məlum  olur  ki,

Şah  özü  də,  İngilisdən  savayı,  Rusnan  da əlaqədə imiş...  "Seyid"  ömrünün

yarısını Məhəmməd Əmirin qapısında", fədai ocağında bağbanlıqla keçirib, orda

da  ailə,  oğul-uşaq  sahibi  olduğuna  görə,  bu  tayda  şeyxin  oğullarının qapısında

bağbanlıq  niyyətində imiş.  Xeyriyyə isə "ömrünün  yarısını Məhəmməd Əmirin

mətbəxində"  keçirib,  orda  da ər,  oğul-uşaq  tapdığına  görə, bu  tayda  da  şeyxin

oğullarının  xörək-çörəyinə baxmaq  niyyətində imiş  və ayrı cür  həyat  təsəvvür

eləmirmiş.  Odur  ki,  Sultan  Culfada  yük  maşınına  doldurub  gətirdiyi

həmşəhrilərinə ağ  daş  evi  göstərib,  "Bura  qəza  komitəsidi.  Mən  burda  oluram.

Sizin  nə burda qalmağınız  məsləhətdi,  nə də bu tərəfdə görükməyiniz" deyəndə

Seyidlə Xeyriyyə Sultanın  belə gözlənilməz  dönüklüyünü  anlamayıblar;  Mədəd

maşını Qonaqlı əvəzinə, Qurbanlıya sürdürüb, "Bu kənddə yurd salacaqsınız. Nə

Comərdin, nə Şeyx Mehəmməd Əmirin, nə Şeyx Ağ Əmimən Şeyx Boz Əmirin,

nə də Sultannan  mənim  adımızı  dilinizə gətirəcəksiniz"  deyəndə Seyidlə

Xeyriyyə bundan  heyrətləniblər. Əmma  Mədəd  heç  nə izah  eləməyib,  o  vaxtkı

İsgəndər  kişinin,  sonrakı  Çeteze  İsgəndərin  köməyi  ilə həm-şəhrilərinə dam,

avadanlıq,  güzəranlıq  düzəldib  Qonaqlıya  qayıdanda  isə,  özü  də "yurd  salmaq"

niyyətinə düşüb, Möhsün kişinin - kərpickəsən Möhsünün el yolu ağzında qazıb

"el  quyusu"  adlandırdığı  bu  quyunun  yanında  mərhum  atasının arşın  addımları

ilə on altı addım  uzununa, səkkiz addım eninə ölçüb, bu ölçüdə özül qoydurub.

Dəmir yolundan o tərəfdə Xırran çayı deyilən dağətəyi sel yerindən çaylaq daşı

gətirib,  balta  küpü  ilə,  çəkiclə sındırıb-xırdalayıb,  özülə xır  tökəndə,  iş

avadanlığına  gələnlər  özülün  eninə,  uzununa  baxıb  təəccüblənib,  "bedkom"

Mədəddən soruşublar ki, "Bu boyda mülkü" kimdən ötrü tikdirir? "Bedkom" heç

kəsə heç  nə izah  eləməyib.  Lüt  Cəfər  mızıldanıb  söylənəndə ona  da  izah

eləməyib.  Qılınc  Qurban  açıq  danışıb:  "Arvadın  rəhmətə gedib.  Çağan  da

Qıymatın qucağındadı. Bəysən,  xansan-nesən,  bu  saray  nəyinə lazımdı?!"

1

-

deyib, Mədəd yenə izah eləməyib.



Sinfi  mübarizələrin  şiddətli  zamanı keçdikdən  sonra  da  böyük  evlər  tikdirməyi,  yəni,  varlı

görünməyi təhlükəli sayırdılar.




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə