İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə42/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   180

______________Milli Kitabxana_______________

Gödək,  yoğun  barmaqların  ucunda  kibrit  çöpü  alovlanıb Əlləzoğlunun

üzünün biz-biz tüklərini işıqlandırdı, sonra şam kimi şölələnib, içəridən zirəzə ilə

boşurğu bağlı pəncərə taxtalarının arasından o yana düşdü.

Səmədin kirpiyi də tərpənmədi.

Sədr Mədədlə ərköyününün qoşa çarpayıları kibrit çöpünün düşdüyü yerdə -

divarın  dibində idi.  Neft  oraya,  iki  il  bundan  qabaq  Ayna  bacının  naftalinləyib

palazla  örtdüyü  yorğan-döşəyin  üstünə tökülmüşdü,  yanğın da  ordan  başlandı,

neftdən islanmış divarla dikinə yeriyib pəncərə taxtalarına dırmandı.

Quyunun  üstündə su  mancanağı  necə hərəkətsizdisə,  Səməd  də eləcə

hərəkətsizdi. Pəncərə taxtalarını bürüyüb tavana doğru uzanan alova baxa-baxa,

cibində - partbiletin  arasında  gəzdirdiyi  qəbir  şəkillərini  görürdü.  O  şəkillər nə

idisə,  kandarında  çəmənotu  və qazayağı  bitən,  tavanında  qaranquşlar  uçuşan  ev

də indi eləcə, şəkil kimi bir şeydi; Əgər şeyx əmilərinin qəbirlərinə "nöyüt töküb

kibrit  çəkən"  olsaydı,  Səməd, əlbəttə,  laqeyd  qalmazdı.  Divar  arxasında

avadanlığa  isə tamamilə laqeyd,  oturub,  nəyin  harda  və necə yandığını  bütün

aydınlığı ilə görürdü.

Yorğan-döşəklə eyni vaxtda, çarpayılardan sağda, şüşələrində bir cüt qanadlı

mələk olan şkaf da dərhal alışmışdı, odur ki, qapının yuxansında, "Bircə balanın

qaranquşları"  üçün qoyulmuş  bacasayağı  yerdən  eşiyə buxarı  işığı  kimi  titrək,

qırmızı işıq düşürdü. Arada qara, qatı tüstü burulub o işığı basdı. Bu o deməkdi

ki,  çarpayılardan  solda,  şifonerdə sədr  Mədədin  sarı  meşin  paltosu,  sarı xrom

çəkmələri,  qalın  qayış  kəmərlə naqan qoburu  da  alışmışdı,  dəri  qoxulu  qara

tüstüyə


çevrilib,  qaranquşların  bacasından  buruq-buruq  çıxırdı,  balkon

dirəklərinin arasında yaymalanıb havaya - torana qarışırdı.

Səhər  yuxusunun  elə vaxtı  idi  ki,  Sudüşən  çəmənində və Tahirliyə,

Qurbanlıya  doğru  uzanıb  gedən  kanal  boyunda  qurbağaların qurultuları da  ara

vermişdi.  Hətta  Qudalıların çəpər  diblərində kirpi  yerişinə,  dovşan  hoppanışına

hürən itlərinin də səsi çıxmırdı. Bu cür sükutda, içəridə gurultu qopanda Səməd

dərhal  başa  düşdü  ki,  anasının sandığında,  dörd-künc  dəmir  qutuda  "bezdımnı"

barıtdı, partlayıb, qutu ilə birgə sandığı da dağıtdı.

Müharibə qurtaranda  sədr  Mədəd  öz  köhnə naqanı,  mauzeri,  beşaçılanı  və

patrondaşı  ilə birgə küncdə-bucaqda  boş  gilizlərə qədər  yığışdırıb  aparıb  təhvil

vermişdi,  evdə "bir  tiyə də qoymamışdı",  o  dördkünc  qutuda  "bezdımnı"  barıta

isə toxunmamışdı.




______________Milli Kitabxana_______________

Hər  il  martın iyirmi  birində Bircə bala  sandığı  açıb  barıtdan  bir  ovuc

götürərdi. "Novruz" bayramı münasibətilə qoz, fındıq satan Çax-çuxdan bir kilo

qoz  alıb,  Yusif  kimi  gözəl  Yusiflə birgə xəlvətə çəkilərdi,  çuvaldızla,  bizlə

qozların  içini  eşib  boşaldıb, əvəzinə "bezdımnı"  barıt  doldurardılar.  Qaranlıq

düşəndə,  bütün  həyətlərdə "hər  ölünün  ruhuna  bir  tonqal"  qalananda  isə,  Çax-

çuxun  daxmasının  yanından  o  yana - məhləyə keçərdilər,  çəpərlərin,  ot

tayalarının  ara-bərələrində

gizlənə-gizlənə,  həyətlərə

yaxınlaşıb,  Qudalı

ağsaqqalı Xəlvət Rəhimin öz atası  ilə qardası Məmmədəlinin ruhlarına qalatdığı

qoşa  tonqaldan  başlayaraq,  "hər  Qudalının  tonqalına  bir  qoz"  atardılar,  irili-

xırdalı tonqallarla bəzənmiş, rahat kənddə birdən-birə partapart düşərdi. Çoxları

bu  partapartı  atışma  zənn  eləyib  narahat  olardılar,  kandarında  çəmonotu  və

qazayağı  bitən,  tavanında  qaranquşlar  uçuşan  evin  həyətində isə şaqqıltılı

qəhqəhə ucalardı.  Sədr Mədəd,  ispalkom  Qılınc  Qurban  və hətta  sakit,  susqun

partkom lüt Cəfər də "döyüşdən qayıdan Koroğlu dəlisi" Bircə balanı qəhqəhə ilə

qarşılayıb  qucaqlayardılar.  "Yaxşı eləyirsən,  lap əliyin  içindən  gəlir", -

deyərdilər.  "Qudalılar  özləri  bu  kəndi  azmı  zibilləyiblər  ki,  üstəlik  oğru-əyri

əcdadlarının ruhları da zibilləsin!" - deyərdilər.

"Avariya"  günü  üzünü  qəbirlərin  şəkillərinə söykəyib  həmişəlik  yuxuya

gedəndə Bircə bala  anasının  sandığında  "bezdımnı"  bantı  da  özü  ilə aparmışdı.

İçəridə gurultu  hər  şeyi yenidən  qaytardı. Əmma bu  xatirənin  ömrü  bir  an  da

çəkmədi: "Novruz" axşamının tonqalları da, sədr Mədədin, Qılınc Qurbanın, Lüt

Cəfərin  qəhqəhələri  də,  "Döyüşdən  qayıdan"  Bircə balanın özü  də "bezdımnı"

barıtla birgə partlayıb dağılıb tavana çırpıldı. Orda- tavanda çartaçat düşdü, belə

ağaclarının -kərənlərin  aralarına  çitənmiş  qarğı-qamış  çatıltı-patıltı  ilə yanıb

tökülməyə başlayanda,  döşəmənin  meydan  genişliyində nəhəng,  uzun  stolla

dövrəsindəki stullar da, naftalinlənib, bükülüb stulların üstünə yığılmış xalçalar,

kilimlər  də,  lap  yuxarı  başda - Bircə balanın  yazı  stolu,  kitab  tərəcəsində

"Dumanlı  Təbriz",  "Tegeran",  "Gələcək  gün",  "Polad  necə bərkidi",  "Voyna  i

mir" və sair seçmə kitabları və tərəcənin üstündə Qaratikan - Gürtikən, Qaraağac

- Gürağac  budaqları da  od  tutdu.  Ev  kürə kimi  uğuldadı  və nəhayət,  dörd

pəncərənin  dördündən  də gur  alov  püskürüb,  on  addımlıqda,  quyunun  üstündə

Səmədin üzünü, sinəsini, əllərini qızğın külə batırdı, sonra evi çulğalayıb göyün

dərinliyinə milləndi.  Ordan - dərinlikdən  parça-parça  od-alov,  qurum,  kül

yağmağa başladı...



______________Milli Kitabxana_______________

* * *


Səmədin xəbəri yoxdu və ola da bilməzdi ki, yaz və payız gecələrində burda -

quyunun dikdirində oturub, o taydan gələn, bu taydan gedən durnaların səslərini

dinşəyəndə sədr  Mədəd  kandarında  çəmənotu  və qazayağı  bitən,  tavanında

qaranquşlar uçuşan ev əvəzinə başqa bir ev görürmüş ki, o ev səhərdən axşama,

axşamdan  səhərə qədər  qaynayan Əmir  bazarının  söykəyində,  gecələr  təkbir

almaları tappıldayan hündür, seyrək alma ağaclarının arasında qırmızı kərpicdən

tikilib, Əmir  fədailərinin  Şeyx  Məhəmməd Əmirdən təhsil-tərbiyə alan  uşaqları

üçün  ayrılıbmış,  min  doqquz  yüz  doqquzuncu-onuncu  illərdə aclıq  üzündən

fədailərin  çoxu  ailələri  ilə birlikdə Bakıya - fəhləliyə gedəndə isə,  o  ev  bütün

Əmirlilərin  uşaqlarının,  o  cümlədən  Məhəmməd Əmirin  özünün  sonbeşikləri

Mədədlə Sultanın  daimi  məskəninə çevrilibmiş.  Uşaqlar  o  evin  torpaq

döşəməsində,  boz  kilimlərin,  ala-bula  cecimlərin  üstündə,  qamış əlfəcli,  açıq

kitabların  önündə cərgə ilə bardaş  qurub,  gündəlik  dərslərini  hazırlayıb,

çörəklərini də orda yeyirmişlər, Şeyx Məhəmməd Əmirə pənah gətirən aclardan

birinə, bağla bazar arasında hamballıq eləyən Fağır Məmmədliyə, sonralar Yağır

ləğəbi  ilə məşhurlaşan,  quru  sümük ələngəyə-skeletə oxşayan  adama  kömək

eləmək üçün  meyvə yığıb  qax  kəsəndən  sonra,  Məhəmməd Əmirin  o  vaxtkı

aşpazı Xeyriyyənin, indiki alverçi Xeyrənin - Xeyrə arvadın qulplu qazanlarının

qulplarından  tutub,  evlərinə xörək  aparırmışlar,  xörək  olmayanda  isə,  çox  vaxt

gecəni  də orda  qalırmışlar;  qırx  yaşlı sədr  Mədəd  burda - quyunun  dikdirində

otura-otura,  on  iki  yaşlı,  gödərək,  tökmərək  ev  sahibinə çevrilib,  haman  boz

kilimlərin,  ala-bula  cecimlərin  üstündə yorğan-döşək  döşəyib,  kiçik  qardaşı

Sultanla özündən başqa iyirmi-iyirmi beş, bəzən otuz nəfər əmiuşağı, dayıuşağı,

xala,  bibiuşağı  üçün  yer  salırmış. Ə  ev  də kandarında  çəmonotu  və qazayağı

bitən,  tavanında  qaranquşlar  uçuşan  ev  kimi,  bircə otaqdan  ibarətmiş. Əmma  o

bircə otağın uzunu Məhəmməd Əmirin arşın addımı ilə on  altı arşın, eni səkkiz

arşınmış.  O  başda  bir  buxarı,  bu  başda  bir  buxarı varmış.  Evin  özü  kimi

buxarıların  bacaları da  qırmızı  kərpicdən  hörülüb  damdan  o  yana  dörd  arşın

uzadılıb,  palıdsayağı  nəhəng  alma  ağaclarından  yuxarı  çıxarılıbmış  ki,  Təbrizin

ab-havası  nə qədər  təmiz  olsa  da,  bağa  qurum  çökməsin.  Bacalarla  tavanın

arasında  dörd  barmaq  enində iki əlavə baca  da  qoyulubmuş  ki,  buxarılarda,

sacayaqlarının üstündə qulplu qazanlar qayna-




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə