İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə58/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   ...   180

______________Milli Kitabxana_______________

Bir  tərəfdən  "Mirqəzəbə qalib  gələn  Kişini"  ağızdolusu  tərifləyir,  o  biri

tərəfdən düşmənçiliyini eləyir, dəridən çıxır ki, "qalib gələn Kişi"nin özünə qalib

gəlsin.  İstədiyini  eliyəcək  bu.  İndiyəcən  heç  kəs  qabağına  durammayıb,  indən

belə də durammıyacaq. Özü pıçıldayıb mənə ki, Məhərrəmovun bacanağına fələk

də toxunammaz... Bircə şeyi, bircə əclaflığı bağışlamıram mən, o da Gülgəznən

səni  də bu  düşmənçiliyə qurban  eləməkləridi.  Ömürlük  bağlıdı  mənim  qapım

bunun  üzünə!  Nə Gülbəniz  adında  qızı  var  bu əclafın,  nə də Məsim  adında

kürəkəni! Anama da demişəm, ya bunun ayağını kəssin bu qapıdan, ya da çıxsın

getsin  Bakıya,  zir-zibilini  satsın  bunun  orda.  Yanğında,  sən  quyunun  qırağında

oturanda axırıncı sözüm belə olub buna.

Atam  da  sənsən,  anam  da,  Səməd!  Gülgəzinə qovuşduracam  səni,  qurbanın

olum!  Eşidirsənmi  nə deyirəm? Qovuşduracam!..  Dörd  aydı  Qaraçı  gözəliyin

məktubunu  gəzdirirəm  qoynumda.  Bu  nalnan  bir  yerdə

məktubu  da

aparmalıydım  Bakıya.  Ürəyim  gəlmədi,  qorxdum  dərsinə -dövrünə mane  olar

bəd  xəbərlər.  Keçən  həftə bu əclaf  Bakıya  gedəndə tapşırdım  ki, əgər  Səməd

eşitməyibsə,  sən  də açma.  Dedim:  "Özün  də bilirsən,  mən  də bilirəm  ki,

Mirqəzəb  gedib - arxanız  ucub,  umudunuzu  bu  at  nalına  bağlayıbsınız.  Səmədə

söz  açsan,  didərgin  düşər.  Ya  elə Bakıda  qalar,  ya  da  çıxar  gedər  Moskvaya,

Leninqrada-zada. Sən elə elə ki, vaqondan düşəndə birbaş bizə gəlsin" - dedim.

Çox çalışıb bu əclaf, mümkün olmayıb.

Allah  məni  öldürsün,  müsibət  çəkibsən  bu  iki  gündə.  Hamısı  ondandı  ki,

həqiqətdən  xəbərin  yoxdu,  canım-ciyərim,  o  "əmi"  dediyin əclafı  tanımırsan.

Axı,  Mədəd əmini  doğrudan  da "öz əliynən əzrayıla  verib!  Doğrudan  da  "sui-

qəsd  yoxdu"  deyib,  vəzifədə qalmağın  xətrinəcə qanını  batırıb  qardaşının!

Üstəlik də belə bədbəxtlik: Gülgəz!. Dörd aydı nə gecəm var, nə gündüzüm, elə

bu barədə fikirləşirəm.

Qulaq as, gör necə olub.

O teleqram Mirqəzəbin üstünə vurulubmuş. Bir üzü də "əmi" dediyin əclafın

özünə gəlibmiş.  Mirqəzəb əvvəlcə Xudiyevə zəng  eləyib,  qışqırıb  ki,

"Teleqrammu nemedlenno otnimitc u neqo!"

1

Sonra "əmi" dediyinə zəng eləyib,



qışqırıb  ki,  "Teleqrammu  ne oqlaşat  i  sroçno  vernut liçno  mne!".  Sonra  da

Persnon  öz  şəxsi  mühafizəçisini  mindirib  hərbi  təyyarəyə.  Heç  yarım  saat  da

keçməyib,  Pers  tezcə alıb  Sultan Əmirlinin  başının üstünü.  Lüt  Cəfərnən

Qurbanlının sədri İsgəndər kişi,

"Teleqramı təcili alın ondan!".



______________Milli Kitabxana_______________

bir də Tahirlinin  sədri Cəbrayıl kişi ordaymışlar. Üçü də oxuyubmuş  teleqramı.

Pers hamısının dilindən iltizam alıb ki, Sultan Əmirlinin kabinetində oxuduqları

sənədin,  gördükləri  adamların,  eşitdikləri  sözlərin  haqqında  heç  vaxt  heç  kəsə

heç  nə deməyəcəklər.  Qol  çəkdirib,  kağızı  qoyub  cibinə,  naqanını çıxardıb,

deyib: "Ya teleqramı ver, ya da həyatından keç". "Əmi" dediyin deyib: "Məndə

deyil. Konverte qoydum, qardaşıma göndərdim". Aydındımı, ay Səməd?!

Hey fikirləşirəm ki, teleqramı ordaca qaytarsaydı, bədbəxtlik olardımı?! Özü

ölməliykən qardaşını öldürtdürüb. Budu bax həqiqət!

Bu  dədə dediyim əclaf  indi  gizlətmir  heç  nəyi.  Deyir:  "Persi  həyətdə,

yığnağın  içində,  başında  motalpapaq, əynində kürk  görəndəcə bildim  ki,  nəsə

olacaq".  Özünü  görməməzliyə vurub  bu.  Guya  nə görüb,  nə də tanıyıb.  Başını

sallayıb  kişmişini  satıb.  Persin  yanında  bir  yekəsi  də varmış,  bu  deyir  deyəsən

mühafizəçisiymiş. Camaata qarışıb kişmiş alıb o "Yekə". Sonra xəlvətə salıb nalı

götürüb,  maşnı gələndə atılıb  minib,  işini  görüb, əmbə teleqramı  tapmayıb

Mədəd əminin  üstündə.  Qardaşını  bada  verəndən  sonra  qardaşının  tabutunun

yanında qəhrəman kimi oxuyub o əmi dediyin əclaf! "Prekratite"-filan!

Eşidirsənmi,  qurbanın  olum,  başa  düşürsənmi  kimdi əmi  dediyin,  nəyin

hesabına oturub stolda?!

O  bədbəxt  Qaraçı  gözəlin  çox  şey  yazıb  məktubunda.  Oxuyacaqsan,

görəcəksən ki, namussuzluğu da əmiyin özündən düşüb. Yəni o qədərmi içibmiş

ki,  ayıb  olmasın  görməyib  altındakı  kimdi?!  Bu  dədə dediyimin əl-üzünü

yumuram  mən. Əmbə istəyirəm biləsən  ki,  yeddi ildə qatil  kimi tanıdığın adam

qatil  deyil!  Qarasına  uçduğun,  canını  qurban  dediyin  adamdı  qatil,  a  qurbanın

olum!.. Eşidirsənmi? Xalıq Məmmədəli oğlu Qudalı deyil sənin düşmənin! Xalıq

Qudalının da, sənin də, Gülgəzin də, mənim də bir düşmənimiz var, o da qardaş

qatilidi!  Eşitdinmi?!  Lap  hündürdən  deyirəm,  özüdə eşitsin:  özüdüqatil!  Qardaş

qatili!.. Döşündə qızıl ulduz, ayıb olmasın altında dünya gözəli, kefə baxır! Tfu!

Tfu!.. Əlini üzündən çək, qurbanın olum, ağlama! Eşitdinmi dediyimi?!

Yox, Səməd eşitmirdi. "Şirin-şıtıq gözəl" ikən vulqar qadına və vulqar qadın

ikən belə çoxbilmiş zənənə çevrilən zənənin əlində nala baxırdı və "qardaş qatili"

kəlmələrindən başqa, daha heç nə eşitmirdi. Kirpiklərindən yaş əvəzinə elə bil su

axırdı.

Çoxbilmiş  zənən  "Qurbanın  olum,  Canım-ciyərim"  deyə-deyə əşyayi-dəlil



nalı Səmədin kəmərinin altına soxub, hönkürüb kənara çəkildi.


______________Milli Kitabxana_______________

* * *


Sonra yenə Çax-çuxun çənəsi işləməyə, sinədəki sirləri açıb tökməyə başladı:

- Qardaşını  necə güdaza  verdiyini  bildiyin  kimi,  o  böyük  adamları  necə

güdaza verdiyini də yerli-yataqlı, dəlil-sübutnan biləcəksən, qadası - deyirdi.

Əmma Səməd hələ də dinləyəsi halda deyildi.

"Şirin-şıtıq  gözəl"  ikən  vulqar  qadına,  vulqar  qadın ikən  dədəsindən  də ötə,

müəmmalı çoxbilmiş  zənən əşyayi-dəlil  nalı qoftasının  altından  çıxarıb  irəli

uzadanda,  bu  nal  bir  parça  buza  dönüb  Səmədin əmgəyinə yapışmışdı.  Bu  nal

ortalıqda  ola-ola,  Gülənovun  ardınca əmisinin  də "qəsd  işi  yoxdu"  dediyini

xatırlayar-xatırlamaz  Səməd əmgəyində əməlli-başlı buz  soyuqluğu  hiss  etdi.

Tək bir dəfə, tələbə vaxtı, Yusif kimi gözəl Yusifin dodaqlarının kənarlarında fır,

burnunun  üstündə qoz əmələ gəldiyini  görüb,  dostunun  "Qozdu  Yusifəm,  idbar

Yusifəm  indi"  dediyini  eşidəndə belə bir  şey  hiss  eləmişdi: əmgəyi  birdən-birə

buzlaşmışdı.  Sarsıntıdanmı?  Böyük  itki  qoxusundanmı?  Nədənsə,  Yusif  kimi

gözəl  Yusifin  doğrudan  da  İdbar  Yusifə çevrildiyini  görəndə necə olmuşdusa,

nalı Gülbənizin əlində görüb, əmisinin "qəsd işi yoxdu" dediyini xatırlayanda da

eləcə oldu: buzun altında beyin gizildəyib, sıxılıb bərkidi, qulaqlarının dalından,

peysərindən kürəyinə, çiyinlərinə, qollarına və bütün bədəninə soyuq çimildəşmə

yayıldı.  Gülbəniz  göz  yaşı  tökə-tökə,  "canım-ciyərim"  deyə-deyə nalı onun

kəmərinin altına keçirəndə isə, bu nal sehirli güzgüyə çevrilib Səmədə bir tabut

göstərdi.

Hamanca tabutdu: qapağının hər küncündə bir mismar işıldayırdı...

Yeddi il səkkiz ay bundan əvvəl  mismarları Səməd  necə aydın  görmüşdüsə,

indi də eləcə - bütün aydınlığı ilə görürdü və anbaan daha  da bərkiyib daşlaşan

beynində o dörd mismardan başqa heç nə olmasa da, anlayırdı ki, qırx altıncı ilin

dekabrının iyirmi üçündə gördüyü tabutu bu gün - əlli dördüncü ilin avqustunun

iyirmi beşində eynilə görməyi boş-boşuna deyildi: "avariya" təkrar olunmuşdu!

Məhz təkrar olunmuşdu.

Əmma o avariya ilə bu avariyanın fərqləri də vardı.

Əsas fərq bunda idi ki, tabutdakı meyid indi tək atasının meyidi deyildi. Atası

ilə yanaşı  meyidin boz kiteli,  boz, düzbalaq şalvarı, qara xrom çəkmələri  vardı.

Pırpız qaşları, açıq qalmış boz-ala gözləri, iri burnu, qalın, sərt dodaqları vardı. O

meyid Səmədin yeddi il səkkiz ay




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə