İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə56/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   52   53   54   55   56   57   58   59   ...   180

______________Milli Kitabxana_______________

Abı:


- Get!  Qoy  danışsın, - deyəndə bunu  da  başa  düşmədi.  Yalnız  Sultan

kənardan-kənara:

- Get! - deyəndə ayılan kimi oldu.

Ayağa  qalxıb  Çax-çuxun  ardınca  yeriyəndə də,  yöndəmsiz  daxmanın

qabağında,  həmin  palıd  kötüyünün  yanında  yenidən  Gülbənizlə rastlaşanda,

"hədsiz kök qadın"ın atasına anlaşılmaz qəzəblə baxa-baxa: - Danış, danış! Sonra

mən  də danışacam!  Paxırını  açıb  göstərəcəm! -dediyini  eşidəndə də beyni,

bədəni tutqundu, Çax-çuxun çənəsinin işlədiyini görsə də, heç nə dərk eləmirdi.

Əgər  Çax-çuxu  az-çox  diqqətlə dinləsəydi,  Səməd  elə ilk  sözlərdən  başa

düşərdi  ki,  trubkanın  qətran  qoxulu  tüstüsü  arxasında  tez-tez  közərən  dəyirmi

gözləri parlaya-parlaya danışan "rabomik" bu dəfə daha dəhşətli həqiqətlər açıb

"qəsd  işi  yoxdu"  deyən  qardaş  qatili"  adlandırdığı  Sultan Əmirlinin  cinayətinin

üstünə yeni-yeni cinayətlər gətirirdi.

Əgər  Çax-çuxu az-çox diqqətlə dinləsəydi, "Müəllim" "kliçka"sından başqa,

Səməd, əmisi  ilə köhnə çekist  yoldaşlarının  vaxtilə şərti  olaraq  "Nəcəfoğlu"

təxəllüsü ilə tanıdıqları "məşhur bir marksist filosofun adını da eşidərdi və bilərdi

ki,  "rabotnik"in  o  taya  ayaq  döydüyü  vaxtlar - qırx  bir-qırx  altıncı  illərdə

Nəcəfoğlu tez-tez həmin "əldən-ayaqdan uzaq, etibarlı yerə" - Naxçıvanın Əlincə

qalası yaxınlığında Nəimi məqbərəsinə gedib, orda "Kainat Elmi"nə aid kitabları

oxuyub, əllinci  ilin  yanvarına  qədər - doqquz  il  sərasər  işləyib,  "ancaq  Kişinin

şəxsi icazəsiynən oxunan" bir kitab yazıbmış, o kitaba görə Stalin mükafatı alıb,

Elmlər  Akademiyasının  həqiqi  üzvü  seçilibmiş, əmma  elə o  vaxtlar  o  kitabın

ətrafında  nə baş  veribmişsə,  Nəcəfoğlu  birdən-birə guşənişinliyə qapılıb,

Mərdəkandakı bağından kənara çıxmırmış. Həm cismən, həm də ruhən tamamilə

sağlam  ikən  elə guşənişinmiş  ki, ən  yaxın  dostlarının  və hətta  Akademiyanın

prezidentinin  çağırışlarına  da  getmirmiş.  O  vaxt - əllinci  ilin  yanvarında  heç

kəsin  şübhəsi  yoxmuş  ki,  guşənişinlik  kitabla əlaqədardır.  Çax-çux  isə yəqin

bilirdi  ki,  Nəcəfoğlunun  hamıdan,  hər  şeydən  üz  döndərməyi  köhnə əhvalatdır,

özü  də ancaq  sədr  Mədədin  ölümü  ilə və o  teleqramla  bağlıdır.  Köhnə

məsləkdaşı  Sultan Əmirlinin  qardaşının,  "Pünhan" - gizlin  alim  sədr  Mədədin

"avariya"ya  düşdüyündən  və teleqramdan  xəbər  tutanda  Nəcofoğlu dərhal  yola

düşüb  gəlib burda - rayonda teleqramı oxuyub  və Xudiyev dəstəsi ilə o dəstəyə

yaxın  adamlardan  başqa,  hamının  ürəyindən  olan teleqramda  nə görübsə,

raykomda - "qardaş qatili"nin kabinetində




______________Milli Kitabxana_______________

başını qamarlayıb, "fəlakət, fəlakət" deyə-deyə bütün günü danışıb: "Demək, bu

ölüm  birbaş  Stalinnən  sənə bağlıdı?!  Belə də fəlakətmi  olar?!  Demək,  səni

qəsdən  həbs  eləmirmişlər  ki,  istifadə eləsinlər?!"  Çax-çux  "Müəllim"i  şahid

gətirib  deyirdi  ki,  Mərdəkana -bağına  qayıdanda  da  Nəcəfoğlu  hey "Fəlakət!

Fəlakət!" - deyirmiş.  Dörd  il  sonra -əllinci  ilin  yanvarında  Sultan Əmirli  alim

dostunu  görmək  üçün  Mərdəkana  gedəndə məhz  sədr  Mədədin  ölümü  və

teleqram barədə aralarında nə söhbət olubsa, Nəcəfoğlu yenə başını qarmalayıb,

"Fəlakət!" - deyib.  Sonra  elə bu  kəlməni  təkrar  edə-edə "vanna  otağına  girib,

qapını daldan  bağlayıb, ülgüclə venasını kəsib".

Çax-çux  bu  ölümü  sədr  Mədədin  ölümundən  sonra  Sultan Əmirlinin  "ikinci

cinayəti" sayırdı. Niyə?!

- Biləcəksən,  qadası.  Birinci  cinayətin  səbəbini  də, ikinci  cinayətin  səbəbini

də biləcəksən - deyirdi. - Səbrnən  qulaq  as.  Səbrnən!  Çünki  qırx  altıncı  ilin

oktyabrındakı  "avariya"ynan əllinci  ilin  "vena"  hadisəsinin əlaqəsini  açmaqdan

ötrü  mən  özüm  də səbrnən,  yerli-yataqlı  danışmalıyam.  Hə!..  Öldürülən  adam

beş  deyil,  on  deyil.  Milyonlarnan  adamın nə vaxt,  harda,  necə öldürüldüyünü

bilməsən,  Sultan Əmirlinin    qatilliyini  dərk  eləməzsən!  Qulaq  as...  EvƏrEyləri

yer üzündən köklü-köməcli silmək planı "Vatikan"da yazılıb. Alman Patriarxına,

Gürcüstanda,  xəlvəti  dərədə yerləşən  lap  gizlin  Georgi  kilsəsi  mərkəzinə,

ermənilərin  bütün  Qriqoryan  kilsələri  mərkəzlərində bütün  katalikoslara

göndərilib. Milliyyəti bu vaxta qədər məlum olmuyan, yalan bioqrafiyaynan ömr

sürmüş  köpəyoğlunun  birisinə - Hitlerə,  Qrek  Vissarionun  oğlu  Qrek  İosif

Stalinə göndərilib.  Hə!..  Bax  elə o  vaxtlar  bu  planın    birinci  qurbanı  kim  olub,

səncə? Mustafa Kamal Pasa AtaTürk! Bəli! Hə!.. AtaTürkü öldürəndən sonra bu

məhv  olan  "Xəzinə"dən  gizlin    dərs  alanların siyahısı  tutulub. - Xalıq  güldü. –

Bəzi  ağzıgöyçəklər  söz  yayıblar  ki,  guya  o  siyahını  mən  tutmuşam!..  Hə!

Əbləhliyə bax  ey!  Mən  özüm,  büfün əslim-nəslim  EvƏrEy,  EvƏrEy  Mustafa

Kamalı siyahıya  salarammı,  qadası?!  Hə!  Stalinnən  Hitler,  məhz  AtaTürkün

qətlindən  sonra  görüşüblər,  Vatikanın planı  üzrə,  bilərsən  yəqin, əvvəlcə

İspaniyada  başlayıblar  qırğını.  Özü  də necə?!  Nəzərə alsan  ki,  "Alman",

"Nemes",  "Doylid"-filan  millətin  özünün  də kökü  indi  "Ariy"  yazılan

ƏrEydəndi,  yəni  xaliscə EvƏrEydilər,  onda  gör  İspaniyada  kimnən  kim

müharibə eləyirmiş:  "Kastil" - OdƏs  OdƏl,  yəni  "İspan" - ƏsEv    OdƏrləri  lap

xalis EvƏrEylər, bu bir! Rusiyadan səfərbər olunub İspaniyaya göndərilən OdƏs

- "Odessa" EvƏrEyləri (yəni qədim "Krım"lı-




______________Milli Kitabxana_______________

lar- OdƏrEvlər),  bu  "faşist",  "nemes"  damğasıynan  damğalanan  bədbəxt ƏrEy

OdƏrləri özləri!.. Bildinmi nədi bu qan-qırğın, hardandı? Sonrasına qulaq as!..

Əgər Çax-çuxu az-çox diqqətlə dinləsəydi, "Müəllim", AtaTürk, OdƏs, ƏsEl,

ƏrEy  OdƏrlərin  Nəcəfoğlu  adlan  ilə

yanaşı,  Səməd

əmisinin  köhnə

yoldaşlarından daha birinin, vaxtilə kəndinin adı ilə Xalxali təxəllüsü ilə tanınıb

sonralar Demokrat firqəsinin sədri və Milli hökumətin başçısı kimi məşhurlaşmış

daha bir alimin - Mir Cəfər Pişəvəri-nin adını da eşidərdi və bilərdi ki, qırx bir-

qırx  beşinci  illərdə Cənubda  qırx  dörd  qəzet  redaksiyasını  "Azadlıq  cəbhəsi"

təşkilatında birləşdirib, gecəli-gündüzlü çalışdığına baxmayaraq, Xalxali də vaxt

tapdıqca bu taydakı həmin "əldən-ayaqdan uzaq, etibarlı yerə" - "Şeyx Xorasan"

məqbərəsinə gəlirmiş, ordakı arxivin və "Kainat Elminə aid" kitabların əsasında

məqalələr  yazırmış,  yazdıqlarının bir  üzünü  Bakıya - Fəlsəfə İnstitutuna -

Nəcəfoğluna göndərib, o biri üzünü Təbrizdə özünün buraxdığı "Ajir"

1

qəzetində



çap  edirmiş...  Çax-çux  yenə də "Müəllim"i - "Çopur"  adlandırdığı  çekisti  şahid

gətirib deyirdi ki, qırx beşinci ilin dekabrında Demokrat firqəsinin qətəbəsindən

və Milli hökumət qurulandan sonra da Xalxali bu tayda Sultan Əmirli ilə görüşə

gəlməyə imkan  tapırmış.  İşi  o  qədərmiş  ki,  iftarı,  naharı,  şamı  da  maşında

yeyirmiş,  yuxusunu da  maşında  alırmış, əmma  firqəsinin  məğlubiyyətindən  və

Milli  hökumət yıxılandan  sonra  Şimali  Azərbaycana  mühacirətə hazırlaşdığı

günlərdə də Xalxali  bu  tayda  Sultan Əmirlinin  rayonuna  gəlməyə imkan

tapırmış. Qırğına məruz qalan mühacirləri xilas eləmək üçün, yenə gecə-gündüz

maşından  düşməsə də,  bəzən  hətta  güllə yağmuru  altında  bu  taya - Naxçıvana

keçib  dostu  ilə görüşürmüş.  "Avariya"  günündən  sonra - qırx  yeddinci  ildə də

Xalxalinin  vəziyyəti  bir  o  qədər  yaxşılaşmayıbmış. Əmma  "avariya"dan  və

teleqramdan  xəbər  tutanda  da  imkan  tapıb,  dərhal  gəlib  teleqramı  oxuyub  və

teleqramda  nə görübsə,  eynilə Nəcəfoğlu  kimi,  o  da  "fəlakət,  fəlakət!" - deyib.

Və elə bu  kəlməni  təkrar  edə-edə rayondan  çıxıb  gedəndə hardasa  Yevlax

səmtində avariyaya düşüb ölüb.

Bu ölümü Çax-çux "bu  yazıq, bədbəxt oğlanın atasının",  yəni sədr Mədədin

və Nəcofoğlunun  ölümündən  sonra  Sultan Əmirlinin  üçüncü cinayəti  sayırlı.

Niyə?


- Səbr elə. Biləcəksən. Əmin adi qatillərdən deyil.

"Həyəcan" - "Təbil".




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə