İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə62/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   58   59   60   61   62   63   64   65   ...   180

______________Milli Kitabxana_______________

danışıb "əşyayi-dəlili" Səmədə verən Gülbəniz razı olar ki, Səməd bu  nalı silah

kimi  işlətsin,  nə də Çax-çux  özü  arzu  eləyər  ki,  bu  nal  bir  vaxt  Persin əmri  ilə

sədr  Mədədin  gicgahını  partlatdığı  kimi,  indi  də sədr  Mədədin  oğlunun  qisas

hökmü  ilə,  "qardaş  qatili"nin  gicgahını  partlatsın;  Gülənovun  darvaza  qabağına

qoyduğu  milisionerlə və sədr  Mədədin  mauzeri ilə əlaqədar  qurğunu  Çax-çux

ona görə ləğv elədi ki, başına gələn  müsibətlərdən  sonra Səməd üstəlik də "eşq

dəlisi",  "əmisi  arvadının  oynaşı"  və "əmisinin  qatili"  damğaları  ilə damğalanıb

qazamata  düşməsin,  partbiletini,  gələcəyini  itirib,  ömürlük  bədbəxt qalmasın;

əgər  ömürlük  bədbəxt  qalmağını istəmirsə,  Səməd  sadəca  bir  iş  görməlidir:  bu

nalı aparıb o qatilin qabağınaca qoymalıdır. "Danış, əmi. Danış görüm qardaşını

necə öldürdün"  deməlidir,  vəssalam.  Bundan  başqa  heç  nə lazım  deyil.  Niyə?

Çünki  divin  canı  şüşədə olan  kimi,  o  siyasətcil  qatilin  canı  da  bu

"əşyayidəlil'dədir:  "əşyayi-dəlil"  özü  onun  gözünün  içinə deyəcək  ki,  məktub

yazıb  Mirqəzəbi  ifşa  eləməyə çalışanda  da  tək  öz  canıyın  qeydinə qalıbsan,

teleqramı  gizlədib, əzrayılı  qardaşıyın  üstünə göndərəndə də!..  Beləcə ifşa

edəcək  onu  bu  nal.  Xirtdəyindən  yapışıb  boğacaq.  Hətta  Səmədin  heç

dillənməyib,  nalı  onun  qabağınaca  qoymağı  da  bəsdir  ki,  nəfəsi  kəsilsin,  Yağır

Məmmədəlinin  oğlu  ilə birlikdə Səməd  də rahatlıq  tapsın,  düşmənçilik  qurbanı

olan o zənən də, təhlükə gözləyən Qudalılar da.

"Sinəsindəki sirləri" açıb tökəndən sonra Çax-çux Xalıq Səmədə belə "sadəcə

bir iş" təklif etdi.

* * *

Səməd  duyurdumu,  anlayırdımı  ki,  "sadəcə bir  iş"  və "Danış, əmi.  Danış



görüm  qardaşını  necə öldürdün"  sözləri  ilə beyninə toxum  səpilir, əmi  ilə

qardaşoğlunun 

arasında 

toqquşmaya 

zəmin 

hazırlanırdı? 



Duyurdumu,

anlayırdımı  ki,  qurduğu  qurğunu  "ləğv  elədiyin"dən  danışan  bu  qorxunc  qurğu

ustası, əslində,  heç  nəyi  ləğv eləməyib,  ancaq  silahı  dəyişdirmişdi - sədr

Mədədin mauzerinin əvəzinə "əşyayi-dəlil nalı" qoymuşdu ki, lap tezliklə, hadisə

yerində bu "silah" "eşq dəlisi"nin, "əmi qatili"nin əlinin izi ilə birlikdə "ortalığa

çıxsın".  Yox,  Səməd, əlbəttə,  nə duyurdu,  nə də anlayırdı; əmisini  onsuz  da

tabutda  görən  və bu ölümdən  özü  də dirigözlü  ölüyə çevrilən  adam  nə duya

bilərdi, nə anlaya bilərdi?!




______________Milli Kitabxana_______________

13

Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş,



Kətyən  koması  çağrılan  başıaşağı,  səssiz-ünsüz  qəlyanlı      ilə elə ona  oxşayan

Möhsün kişi,  hamıdan  axırda  isə,  bir-iki  saatda  yüz  il  də qocalmış  kimi  ikiqat

Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi "baqajnik"o

- yükyerinə,  oturacaqların  "sideniye"lərin  aralarına  doldurdular.  Sultan  necə

hiddətli  və yarımcan  gəlmişdisə,  eləcə də yarımcan,  xarabalığın  qırağında,

quyunun  dikdirində oturub  hərəkətsiz  qalmışdı.  Bayaqdan  bəri  azı  beş-altı  dəfə

öz- özünə: - Kimin işidi?! Kimin işidi?! - deyə-deyə Qılıncı çağırıb sorğu-suala

tutmuşdu:  "Mədəd  divardan  kitab  çıxarmamışdı ki?  Bəlkə çıxarıb,  görüblər?..",

"Mən  Müslümü  çox  sədaqətli  sayıram,  sən  necə?",  "Bəlkə,  deyirəm  Bakıdan

təcrübəli  adamlar  çağıraq,  elə Xalıqın  özünü  istintaqa  çəksinlər?",  "Vərəsə"nin

bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!" və sairə.

Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması

tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.

Yalnız əmisi xırıltı ilə: - Yaxın gəl! - deyəndən sonra Səməd yaxın getdi və

yalnız  indi  gördü  ki, əmisi  də eynilə Abı  kimi  büzüşüb,  elə bil  həyatdan əlini

üzmüşdü.


- Nalı niyə götürdün?!

Sual  nə qədər  gözlənilməz  olsa  da,  Səməd  o  an  başa  düşdü  ki, əmisi

düşmənin niyyətini duyub və məhz duyduğuna görə də sözünü naldan başladı.

Gizlətmə! Açıq de! O gecəki kimi, mərd danış!

Səməddə də hey qalmamışdı.

- "Əşyayi-dəlil"  deyirlər  onlar  bu  nala...  Gülbəniz  kəmərimə sancdı,  mane

olmadım... qaytarmadım.

- Niyə?!


- Olub.

- Çax-çux bunu Sultan Əmirlinin birinci cinayəti adlandırdı.

- Düz deyir. Cinayətdi. Səməd tir-tir əsdi.

- Əmi! Mən yaşamaram bundan sonra. Sən... sən necə yaşamısan?!

- Qulaq  as... - Sultan  inildəyirdi. - O  il...  Qırx  altıncı  ildə Rusiya

ermənilərinin, Suriya ermənilərinin, Türkiyə, Qresiya ermənilərinin...




______________Milli Kitabxana_______________

qısası,  bütün  planet  ermənilərinin  birbaşa Roma  papasına  bağlı Katalikoslara,

Sovetler  İttifaqı  Kommunist  partiyasının  bilavasitə köməyiynən  beynəlxalq

nüfuzlu  qərar  çıxartdırıblar  Vaşinqtonda. Əslində Vaşinqtonun  yox,  Vatikanın

əməlidi  o  qərar.  "Genosid" - milli  qırğın deyirlər.  Guya  Türk  Ermənini  qırır...

İşin kökünü bilməlisən sən. Dünənin -srağagünün işi deyil bu. Qresiyada, Rimdə

illərlə yox, əsrlərlə düşünülmüş  plandı.  Eramızın  onuncu əsrinin  axırına  qədər

indiki  Rusiya,  Ukrayna,  Belorusiya,  Bolqarıstan,  Gürcüstan

ərazilərini

xristianlaşdırandan  sonra,  indiki  Türkiyə ərazisində Ərzincan - "Yerzincan"

deyilən  yerə bir  dəstə Hay  sürüblər.  Daha,  doğrusu,  köçürdüblər.  Bu  niyyətnən

ki,  Türkiyə müharibəyə cəlb  olunanda  Hay  arxadan  vursun.  Eşidirsənmi?..

Əmiyin  cinayətinin  tarixini  danışıram.  Diqqət yetir:  hardadı  indiki  "Ermənistan

SSR?" Yerində deyil. Bunu lap asta-asta eləyib Vatikan. Ərzincandan, bir az da

bizim  Cənubumuzdan  yavaş-yavaş  sürüşdürüb  bu  yana,  "Hay"  olub ƏrMəni.

Bizim  torpağın  adıynan  ey!..  Nəticə nə olub?  Erməni  girib  türk ərazilərinin

ortasına.  Vatikan  başlayıb  Ermənini  silahlandırmağa.  Rusun,  İngilisin əliynən.

Qalanını  az-çox  bilirsən.  Min  doqquz  yüz  beşinci  ildən  bu  vaxta  qədər,

fasilələrnən  qanımızı  su  yerinə axıdıblar.  Həyasızlaşdılar,  başladılar  xaricdən

Ermənini  köçürməyə buraya - içərimizə.  Bakı  doldu  Erməni  milyonerləriynən,

İngilisnən əl-ələ,  nefti  aldılar ələ.  Gəncə,  Şamaxı,  Şəmkir,  Qazax,  hər  yerdə

Erməni!  "KPSS - "Domokl  qılıncı"  durub  başımızın  üstə,  hünərin  var  səsini

çıxart, etiraz elə. Əksinə! "Qardaş oldu Hayestan - Aaazərbaycan!.." Bir yandan

sür,  qır,  o  biri  yandan  müğənnilərimizə hər  gün  oxutdur:  "Qardaş  olub..."  Belə

şeyləri  də bilirsən  az-çox.  Bilmədiyini  bil  indi.  Xeyirxah  adamlar  o  dediyim

"genosid"  qərarının,  katolikosların  məktublarının,  bu  barədə nə varsa,  hamısını

surətlərini  çıxardıb  göndərirdilər  mənə:  SafAğ  Varisinə!..  Bütün  materiallardan

lap  aydın  görünürdü  ki,  plan  çoxillik  müharibələr  üçündü,  Türkü  Yer  üzündən

silmək,  Xəzərnən  Qaradəniz  arası ərazidə "Velikaya  Armeniya"  dövləti

yaratmaq,  neftimizi,  varidatımızı  sağa-sola  axıdıb  qızıl  yığmaq,  nəhəng  ordu,

böyük hərbi texnika yaratmaq, bütün planeti inək kimi sağmaq... Mirqəzəb dörd

yüz  kommunisti - Türkü - SafAğı  bir  gecəyə güllələtdi.  Başladılar  orda-burda

Muğannaların - UluBağların  "Pünhan"larını  beş-bir,  üçbir  dənləməyə ki,  belə

böyük  fatehlik  planından  baş  açan  qalmasın.  Hər  gecə Gürcüstana  qaçırdım,

Pünhan "Aşıq"larımızı təhlükə zonalarına göndərirdim  ki, toy-şan bəhanəsiynən

gəzib-dolanıb xəbərdarlıq




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə