İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə69/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   65   66   67   68   69   70   71   72   ...   180

______________Milli Kitabxana_______________

- Əmimnən?! Mənim barəmdə?!

- Hə...  Deyib:  "avara-sərgərdəndi,  Məcnun  olub  çöllərə düşüb,  sənin  ad-

sanını  batırır.  Bizə,  orqan  işçilərinə də söz  gəlir  ki,  katibin,  partiyanın şərəfini

qorumuruq".

Səməd çiynini çəkdi.

- Bezobraziyenin  köhnə işidi  böhtan  atmaq. Əmim  tanımırmı  Gülənovu?!

Çoxlu  qeydim  var.  Cəmaat  it  günündədi!  Xəlvət  Rəhimin, briqadirlərinin,

mühasibinin  dədələrini  bellərinə şələliyəcəm!  O  biri kolxozlarda  olmamışam

hələ.  Başa  düşmürəm,  Qurban əmi  niyə ayırır məni  işdən?!  Səbəbini  niyə

gizlədir?! Bəs əmimin yazdığı o "yük" nədi?

Müslüm elə küçəyə baxırdı.

- "Yük?.." Açığı, Elmi bərpa eliyəmmiyəcək əmin. Yığdığımız cildlərin çoxu

parça-parçadı,  tək-tək, əzik-üzük  vərəqlərdi.  Tək  bir  "Sirli  dəstanlar"  kitabı  az-

çox  oxunur.  "Dədə Qorqud...",  "Koroğlunun  Divlərnən  müharibəsi..." Əmin

istəyir elə bunlardan başlıyasan. Qurban əmi deyir "Səmədi işə qoşma hələ".

- Niyə?

- Bilmirəm, qardaşım. Bilsəm də, incimə, mən çox şeyə qarışammaram.



- Çox şeyə?! Nəyə?

- Qurban əmi  deyir  Səməd  sarsıntılıdı, əmisini  də çox  sarsıdır.  Beynini

yükləmək olmaz onun. O nalı, deyir, al ondan, at getsin.

Səmədin qaşları düyünlü idi.

- Əgər  Qurban əmi  sənnən  bu  mövzuda  danışıbsa,  deməli,  sənə xəbərdarlıq

eləyib ki,  yolda  mənim beynimi çox  yükləmiyəsən? Burdan da belə nəticə çıxır

ki, sən özün də sirr dağarcığısan! Açıq danış! Bilirəm, sən də çekistsən. Çəkinmə

məndən! Sözünü de!

Müslüm qızardı.

- Böyük  adamların  şoferlərinin  hamısının  qarnı  sirnən  dolu  olur, ay  Səməd.

Vəzifələri dəyişəndə niyə şoferlərini də özləriynən aparırlar?

Hamısı elə sirrə görədi də!  Sultan Mamedoviç deyir: "Bu planetdə nə qədər

gözəgörünməz mikrob varsa, "Xəzinə üstündə yatan İlan"ın da bir o qədər mikro

ilanı var. Mikroilanlar elə zəhərləyirlər ki, heç Bağlar da bilmirlər!.." Əmin yenə

açıq, mərd kişi söhbəti eləmək istəyir sənnən. Deyir: "Səmədnən aramızda çoxdu

gizlin  şey.  Nə əmisini  tanıyır  Səməd,  nə də öz  imkanlarını bilir".  Sən,  açığı,

düşmənlərimizi  də tanımırsan,  qardaş.  Sultan  Mamedoviç  deyir:  "Şüşəli"yə

yığışanlar




______________Milli Kitabxana_______________

şpionajın  heç  beşdən  biri  də deyil".  Moskvadan  gələn  bəlaların  hamısının  kökü

xaricdədi. Mikroilanları tanımalısan son. Onda daxilimizi, Bezobraziyenin özünü

də tanıyarsan. Xalqı, vətəni qoruyanlarımıza köməyin dəyər. Sultan Mamedoviç

deyir:  "Bizim  bir-birimizdən  lap  cüzi  narazılığımızdan  da  dərhal  istifadə

eləyirlər, təhlükə törədirlər", ...Şamaxıdan bu yanda, Acıdərədə körpünün altında

dirəklər  laxlamışdı.  Gördüm,  körpü  yırğalanır,  üstəlik,  körpünün  lap  ortasından

iki  enli  taxta  çıxarıb  qırağa  qoyublar.  O  dəqiqə saxladım  maşını,  dala  verdim,

torpaq yolnan dolayı çıxdım asfalta. Xeyli qıraqda qoşa podfarnik saralırdı. Hiss

elədim ki, kimdilərsə,  məhz onlardı bizə tələ quranlar. Sonra gördüm dalımızca

gəlirlər. Maşını qaza basdım.

Təhlükəni  gərək  vaxtında  görəsən.  Açığı,  ölüm-dirimdi.  Çax-çux  Xalıqı  da

tanımırsan  sən,  qardaş.  Rütbəli  adamdı.  Həm  də çox  təhlükəlidi.  Səni,  bir

tərəfdən, elə buna görə belə təcili çağırıblar. Tək əmin özü deyil səni çağıran. Bu

sözü deməyə bilməzdim sənə. İstəyirəm Məhərrəm Abbasoviçnən əmiyin yanına

hazır gedəsən. Başqa sözüm də var... Bir dəli şeytan deyir o sözü də de.

Dəli  şeytana  qulaq  asım  beynini  yükləyim,  yoxsa  Qılınc  Qurbanın

xəbərdarlığını nəzərə alım, yükləməyim?..

Müslüm gülümsünəndə "quş dimdiyi" burnunun ucunda dəri dartılıb ağarırdı,

sifətinin  nazikliyinə nisbətən ətli  dodaqları qatlanıb  dörddodaq  olub  Müslümü

çirkinləşdirirdi, əmma  xırdaca  quş  gözlərinin  təzə yarpaq  yaşıllığından  necə

məlahət saçılırdısa, Səməd özündən iki yaş böyük dostunu uşaq kimi qucaqlayıb

bağrına basmaya bilmirdi.

Bu dəfə o məlahət olmadı. Çünki Müslüm süni gülümsünürdü.

- Yükləyim, yükləməyim?.. Niyə dillənmirsən? Səməd stəkanı göstərdi.

- Bunu götür. Sonra yüklə. Gözümü deşir bu stəkan.

"Dirilik  suyu"  elə ağır  fikirlər  oyatmışdı  ki,  bir  tərəfdən  "Mirqəzəbə qalib

gələn Kişi" ilə yeni münasibət yaratmağa, o biri tərəfdən "Mirqəzəbə qalib gələn

Kişi"yə

yeni  zərbə



vurmağa  cəhd  göstərən  Bezobraziye  xadimlərinin

çaxnaşmasına  laqeyd  qalmaq  mümkün  deyildi.  Bezobraziye  hər  yerdə hakim

kəsilsə, nə olar? Tutqu, sürgün, qırğın son həddə çatmazmı?!

Lakin Müslüm tamam başqa, gözlənilməz xəbər dedi:

- Bilirsənmi... iş bu yerdədi ki, bacı ikicanlıdı. Uşağı var. Dörd aylıq uşağı.



______________Milli Kitabxana_______________

Səmədin sifəti birdən-birə tamam ifadəsiz oldu. Dodaqları keyləşdi. Nə qədər

qəribə olsa da, sevgi adlı əzabı yalnız indi dərk edirdi.

- Gülgəzin... uşağı...

Müslüm,  "bacı"nın  adını  Bircə balanın  dilindən  eşitdiyinə heyrətlənib,

duruxub gözlərini döydü.

Səməd isə yenə birdən-birə dəyişmişdi. "Uşaq!.. Əmimin evində... öz varisi...

Mən ələ-ayağa  dolaşacam.  Mən  yaşamamalıyam!..  O  sərxoşluq... O  konyak

şüşəsi... O zaks... Nəticəsi də bu..." Qıllı Qeybalının səsi gəldi: "Kimdəndi uşaq,

ay  Səməd?  Sənnəndi,  yoxsa əmindən?!  "Uşaq...  Uşaq...  Sultan əmimin

qucağında öz balası!.."

Birdən yenə də darvaza qabağından ağ binanın içinə baxanda düşündüklərini

xatırladı,  "sonsuz əmi"nin  qucağında  körpə gördü!  Hiss  etdi  ki,  belə

gözlənilmədən  qayıdan  o  sevinci  gizlətmək  istəmir. Əmma  nə isə mane  olurdu.

Nə? Bu barədə düşünmədən:

- Dost  olsaq  da,  çox  açıq  deyil  aramız, - dedi. - "Gülgəz"  adı  eşidəndə

gözlərin  böyüdü...  Eşit  və bil,  Müslüm,  onnan  mənim armada heç  nə olmayıb.

Heç  nə!  Çox  pak  qonşuluq  olub,  sonra  istəyə çevrilib, vəssalam.  O  da  qurban

olsun  Sultan Əmirliyə,  mən  də!  Bildin?!  Uşaq!.. Uşaq  demə,  Müslüm,  Sultan

Əmirli  üçün əsl  dirilik  suyu  de!  Ağ Əmir, Boz Əmir  de!  Məhəmməd Əmir  de!

Mədəd  de!  Sura  de!..  On  iki  ildi  şoferlik  eləyirsən  Sultan Əmirliyə,  sirdaşı,

qardaşı olmusan! Bilirsən uşaq nə deməkdi Sultan Əmirli üçün! Niyə mısmırıqlı

danışırsan uşaq barədə?!

Belə qışqırıb, birdən susdu.

"Pobeda"nın böyründə, küçənin işığında "podfornik"ləri sarala-sarala arxadan

gələn  bir  "Villis"  dayandı.  Tünd  abı  kitelinin  döşündə qızıl  ulduz,  çiyinlərində

yaşıl  zehli,  zərli  paqonları parıldayan  bir  mayor  "rul"un - sükanın  arxasından

başını çıxarıb gülümsəyirdi.

- Xoş  gördük,  qadası.  Xoş  gəlmisən  vətənimizin  mərkəzinə!  Son günlərin

hadisələri  yaman  heyrətləndirir  səni.  Yadındadımı  dediklərim? Əmin  qırx

qazanın  çalasısıdı!  Bütün  dünyaynan  bağlıdı!  Hey  elə qurban verir  xalqına,

özünü saxlayır. Qanmır ki, Eçmiədzinin o qızıl xaçlı Varneti də bəsdi ki, Sultan

adında  adam  qalmasın  bu  dünyada!..  Nə çox baxırsan  ora-burama,  qadası,

mənim bu görkəmimə heyrətlənmə. Forma geyinmirik biz. Bu axşam xüsusi izn

almışam ki, Bircə bala görsün Xalıq Qudalovun əsil sifətini!.. Ulduzuma yaman

baxırsan!  Sovetlər İttifaqının  daxili  və xarici  düşmənlərinə qarşı  mübarizəmə

görə verilib.

İcazənlə keçim başqa söhbətə:




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə