İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə72/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   68   69   70   71   72   73   74   75   ...   180

______________Milli Kitabxana_______________

Çox təəccüb elədim ki, araq nədi, zənən nədi, Sultan Əmirli kimi adamın dilində

nə söhbətdi  bu?  Demə,  o  günü  Sultan  Mamedoviçin ən tərifli  kolxoz  sədri

Cəbrayıl kişini tələyə salıbmışlar o murdarlar. Görmüş olarsan, Tahirlidə Sürməli

Söylü  adında  gözəl  arvad  vardı. Əri  Muxtar  Sultan  Mamedoviçnən,  Qurban

əmiynən,  atamnan  bir  atryadda  vuruşan  adamlardanmış,  kolxoz  sədriymiş.

Müharibə başlayan  günü  yerini  Cəbrayıla  verib əsgər  gedibmiş.  Qırx  ikinci  ilin

yazında  "Qırılan  diviziyada  qırılanlar"nan  bir  yerdə ondan  da  qara  kağız

gəlibmiş. Qurban əmiynən Sultan Mamedoviç o Sürməli arvadı kursa göndərmək

istəyirmişlər ki, kursdan qayıdanda Tahirlidə partkom seçsinlər. Murdarlar guya

Muxtar  kişinin  ailəsinə yoluxmaq  münasibətiynən  gedib  Sürməlinin  evində

məclis  düzəldiblər,  Cəbrayılı  da  ora  çağırtdırıblar,  içirdib  leşə döndəriblər,

çıxanda Sürməlinin də boğazına konyak töküblər, içəridə qoyub, eşikdən qapını

bağlayıblar,  kəndə səs  yayıblar,  qalmaqal  qaldırıblar  ki,  bəs  Cəbrayıl əsgər

ailəsinin  namusuna  sataşıb,  öz  dostu  Muxtarın  arvadını  zornan  arvad  eləyib

özünə.


Getdik  gördük  Sürməlinin  böyük  oğlu  Cümrünün  başına  hava  gəlib.  Kiçik

oğlu  Tapdıq  az qaldı  özünü  "Emadin"in  altına  salsın.  Sultan  Mamedoviçin

yaxasından  yapışdı,  qışqırdı  ki,  "Cəbrayıl  tutulmalıdı!  Tutulmasa,  öldürəcəm

onu!"


Maşını qarajdan çıxardan günü belə şeylər bildim.

On iki il keçib o vaxtdan.

Lüt  Cəfər  kimi  durub-toxtamış  kişini  tələyə saldılar  o  Bezobraziye

murdarları!  Cəfər əminin  evinin ətrafında  on  iki  evi  birdən  xaraba  qoydular!

Axırda  Sultan  Mamedoviçin  özünü  tələyə saldılar!  Çapalaya-çapalaya  qalıb!

Dünən tələsiyə düşdü, bu torbaynan termosu çatdırammadım, indi əlim ürəyimin

üstədi ki, dərmənsiz qalıb, görəsən necədi halı?!

Mən  boş-bekara  söz  danışan  deyiləm,  qadan  alım,  qardaş.  Bezobraziye

qudurmuşları Əlləzoğlunun  "beyninin  zədələnməsi"ni  "eşq  dəlisi"  adına

yazıblarsa,  aydın deyilmi  ki,  qudurmuş  it  tutub  səni?!  Cəbrayıl  kişini,  Cəfər

əmini tutan it tutub! Sultan əmini tutan it tutub! Hamanca zənən tələsidi, qadan

alım, özü də lap yekəsindən!

Dünyada yeganə doğru elmnən kamil insan yetirmək yolunda can qoyanların

tərbiyəsindən  çıxıbsan  sən.  SafAğı  mükəmməl  bilməsən  də irsiyyətcə Ağsan!

Qəlbin  billurdu!  Ona  gorə də tez  aldanansan.  Hər  rayonda  lap  min  qohumun,

dostun  da  olsa,  Bezobraziyeyə

qalib  gələmməzsən!  Bayaq  danışdım

Bezobraziyenin miqyasını...




______________Milli Kitabxana_______________

Səməd öz dəyişmiş səsinin xırıltısını eşitdi:

- Müslüm!.. Çax-çuxun sözüynən saxlamamışdınmı maşını sən küçədə?! Mən

ayıq  tərpənməsəydim  vurmalı  idi  o  məni!  Qucağında siyirmə xançal  vardı!

"Mikroilan" deyilsənmi sən özün?!

Müslümün rəngi ağardı.

- Yox!  Yox!  Nə danışırsan,  qardaş!  Mikroilan  olsaydım,  elə o  körpüdə

güdaza verərdim səni.

- Orda sən özün də avariya qurbanı olardın. Ona görə qaçdın. Düzdü?!

Səmədin əlləri  bayaq  Çax-çuxun  boğazına  necə yönəlmişdisə,  indi də elə

yönəlib Müslümün ağzını-burnunu bir-birinə qatışdırdı.

- Danışma! Bəsdi zəhərin! Şofer deyilsən sən, çoxbilənlərdənsən! Sür!

Maşın  Nizami  kino-teatrının  qabağından  sola  burulub,  28  Aprel  küçəsinin

solunda,  hər  mərtəbəsi  azı  dörd  metr  hündürlüyündə,  köhnə ikimərtəbə bir

binanın kino-teatra  baxan  tərəfində dayandı.  Səməd  bunu  bilmədi.  Özündə

deyildi.


Müslüm  termosla büzməli  torbanı  və qəzetə bükülü  "padnos"la  stəkanı

qoltuğuna  vurub  düşüb,  fırlanıb  sağdakı  qapını  açdı,  başını  bulaya-bulaya,

qanamış  burnunu,  gözlərini  sildikcə,  qanını  göz  yaşına  qata-qata,  qoluna  girib

Səmədi  qalın,  hündür,  boz  bir  qapı  qabağına  apardı,  geri  yüyürüb,  maşının

qapılarını  açarla  bağladı,  qayıdıb  yenidən  qoluna  girdi,  Səməd  bunları  da

bilmədi. Sarsıntıdan ancaq onda az-çox ayıldı ki, Müslüm əlini qapıya uzadanda

yuxanda  zınqırov  cingiltisinə bənzər  cingilti  eşidildi.  Boz  qapı  açıldı.  Müslüm

onu ikinci mərtəbədə geniş, yarı-qaranlıq foyedən keçirib, - çatdıq, - dedi.

2

Bir nəhəng otaq solda idi, azı iki metr enində, taybatay açıq qapı arxasında -



uzaq divar dibində şifonerlərdən və taxtlardan  məlumdu  ki, ora "spalni" - yataq

otağı idi.

Bir nəhəng  otaq  da  sağda  idi,  azı  iki  metr  enində,  taybatay  açıq  qapı

arxasında - uzaq divarda uca rəflərdəki kitablardan məlumdu ki, ora kabinetdi.

"Spalni"  ilə kabinetin  ortalığındakı  meydan  genişliyinin  üzərində büllur

çilçıraq yanırdı. Çilçırağın altında nəhəng, çılpaq stolla qədim, ağır kreslolardan

başqa heç nə yoxdu. Stolla kreslolardan o yandakı divar



______________Milli Kitabxana_______________

iki  nəhəng  pəncərədən  və nəhəng  qapıdan  ibarətdi.  Pəncərələr  də,  qapı  da

taybatay  açıq  olduğuna  görə,  bütövlükdə azı  üç  yüz  kvadratmetrlik  mənzilin

saray genişliyindən küçənin üzərinə uzanan balkonun özü də ayrıca bir otaq kimi

görünürdü.  Sultan əmi  orada - balkonun  ağlı-qaralı  metləx  döşəməsində,  böyük

xalı - zili  üstündə,  yalxı  maykada,  üzü  üstə uzanıb,  ovcundakı  yaylığı  alnına

sıxmışdı.

Səməd dumanlı təhlükə hissi ilə dolu canında, ruhunda nə baş verdiyini bir o

qədər  anlamadan  dayanıb,  gah əmisinin  çilçıraqdan  işıldayan  islaq,  çal  saçına,

burulub  gərilmiş  boynunda  törə,  gah  da  ağır  bürkü  və sükut  içində kimsəsiz

otaqlara tamaşa edirdi. Çoxbilmiş şoferin törətdiyi sarsıntıdan sonra elə bil qat-

qarışıq  yuxudan  oyanmışdı,  bu  bürkü  və sükut  içində əhalisi  bağlara,  sahilləri,

parklara dağılışmış avqust Bakısına  düşdüyünü indicə anlayırdı. İnana bilmirdi

ki,  cəmisi  beş  gün  bundan əvvəl,  bu  cür  bürkü  və sükut  içində çamadanını

götürüb, qapını bağlayıb, açan komendanta verib vağzala getmişdi, orda - altıncı

vaqonun  ayaqlığının yanında  bir  az  sərinləmək  üçün  dayananda  perronun

qələbəliyində o  yaşıl  vilyur  şlyapanı,  dəyirmi  fanar  gözləri,  zərif,  gümüşlü

trubkanı görmüşdü.

İnanmaq  mümkün  deyildi  ki,  cəmisi  iki  gün  bundan əvvəl  bu  doğma, əziz

adamın  bu  islaq,  işıltılı çal  saçlarını  o  qara,  qıvrım  saçların  arasında  görmüşdü,

"Sultan Əmirli  adında  möhtəşəm  dünya"  uçub  dağılmışdı,  "ideal"  ölmüşdü  və

idealın  Bircə balası  ağ  daş  binadan  qaçıb,  boşluq-heçlik  içində çalxanandan

sonra, o qəbir kimi dar nömrədə, taxtabitili çarpayının yanında eynilə bu cür  üzü

üstə döşəli qalmışdı. Möcüzə kimi bir şey idi ki, Qılınc Qurbanla Xızr Abı "ölü

səcdəgahı,,  diriltmişdilər, əvvəlki  idealla  müqayisə edilməz  dərəcədə boyük,  o

tay-bu  taylı  vətəninin  heyrətli  igid,  alim  çekistinə çevrilmişdilər  və əmini  tezcə

görməyə can  atan  xoflu  Səməd,  indi  "Muğ"  nəslindən  "Müəllim"in  mənzilində

yox, sözün əsl mənasında ibadətgahda dayanmışdı, üzü üstə döşəli  idealı görər-

görməz  qaynayan  göz  yaşını  uda-uda,  qəlbinə-ruhuna  hakim  səcdəgahına -

vətənin fədaisinə səcdə eləməyə tələsirdi.

Ayaqqabılarını  çıxarıb  cütlədi,  aparıb  qapının dalına  qoydu,  orda  nəhəng

çəllək  içindən  uca  tavanın  ortasındakı  dəyirmi,  bacasayağı  şüşəli yerə qədər

uzanmış  palma  ağacının  altındakı  yumşaq  dəri  çəkələklərdən  birini  ayağına

keçirib,  ibadətgaha  bu  dəfə necə lazımdısa  o  cür - ustufca  girdi,  kandardan

Müslümü yana itələyib, qapını da ustufca çəkib, balkona yönəldi.



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə