İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə37/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   180

______________Milli Kitabxana_______________

Səməd  həm o  heybətliyə baxırdı, həm də əmisinə. Sultanın sifəti bir andaca

saralmışdı.

Ağır-ağır  ayağa  qalxdı.  Çağırılmamış  qonağa əlinin  hərəkətilə elə orda -

qapıda dayandırıb, asta-asta ağır sözlər deməyə başladı:

- Adın  Zərridi, əmma  kolxozları  soymaq  məharətinə görə Zor  nəçənnik

deyirlər.  Hər  səhər  Xəlvət  Rəhimin  həyətində bir  yazabuğanın xaşını  yediyinə

görə Xaş nəçənnik deyirlər. Bir ad da mən verirəm: naxal nəçənnik!.. - Və birdən

acığından gülüb, ruscaya keçdi: - Kruqom marş!

Gülənov  şişib  qaldı.  Sonra  sağ əlinin barmaqlarını  sağ  gicgahına  qaldırıb,

birdən-birə üzgünləşib:

- Yest kruqom! - deyib getdi.

Sultanın yumruqları stola, çənəsi sinəsinə dirənmişdi.

- Birini  gördün!..  Tök  içək! - dedi. – Belələrinin  yığıncağına  sərxoş da

getmək  olar.  Tök!  Kəşfiyyata  gəlmişdi köpəkoğlu,  görsün... Əmma elə bil  nəsə

olub, bu belə gəlib... Ürəyimə damıb nə isə.

Bu  dəfə də sözünü  tamamlaya  bilmədi.  Aşağıda - bağın  dərinliyində biri-

birinin ardınca iki güllə şaqqıldadı.

Sultanla  Səməd  diksinib  tez  pəncərəyə cumdular.  Gülənov  darvazaya  doğru

tarappa-tarap qaçırdı.

Sultan bir az duruxub soruşdu:

- Kimə atdı a kişi?

Əlləzoğlu bağın dərinliyini göstərdi.

- Nə bilim, a dərdin alım...

Çin fanarlarının işığı altında çoxlu təzə qandan başqa heç nə tapmadılar...

9

Səməd  səndələyirdi. Əmma beyni  açıq  idi. Əmisinin  ardınca  gedə-gedə,



bayaqkı müəmmalı qandan, ocaq, tüstü qoxusundan içərisinə necə üzüntülü, qat-

qarışıq  hisslər  dolduğunu,  eyni  zamanda  bu  hissləri  cilovlamaq  üçün  indi  bir  o

qədər  çətinlik  çəkmədiyini  bütün  aydınlığı  ilə başa  düşdü.  Qırmızı  tuf  daş

binanın pillələrini qalxanda, özünün düşündüyü kimi "əməlli başlı toxtamışdı".

Qəbul  otağında  dörd  divarın  dördünün  də dibində sıx  cərgə ilə düzülü

stullardan çesuyçalılar bir nəfər kimi gurultu ilə ayağa qalxdılar.




______________Milli Kitabxana_______________

Bu  gurultuda  gizlin  məna  vardı;  birbaş  dermantinli  qapıya  gedən əmisinin

ardınca yeriyib heç kəsə baxmasa da, Səməd hiss etdi ki, həbs xəbərini burda da

eşitmişdilər  və teleqramdan  sonra  yarımallah  olan  Sultan Əmirlinin  bu  dəfəki

qələbəsindən  sarsılmışdılar,  məhz  buna  görə də,  stullardan  dik  atıldılar,  qısıq,

müti, rəzil qullara çevrildilər. Pıçıldaşıb, "Kişi, Kişi" dedilər.

Qısıqlığı,  qorxaqlığı,  mütiliyi,  rəzilliyi  Səməd  dermantin  qapının  sağında,

küncdə dayanmış üç nəfərin üzündə daha aydın gördü.

O  üç  nəfərdən - Xudiyev dəstəsindən  birincisi  prokuror  Sayılovdu.  İkincisi

milis rəisi Gülonovdu. Üçüncüsü RİK Atamalı idi.

Prokuror  Sayılovun  sürməli  qadın gözlərinə bənzəyən  süzgün  gözlərində

təhlükə qoxusu  ilə çılpaq  yaltaqlıq elə orqanik  birləşmişdi  ki,  Səməd  bütün

rayonda ən yaraşıqlı kişi sayılan bu adama "iyrənc" deməyə bilmədi.

Qorxaqlıqla  yaltaqlığın  orqanik  birliyi  milis  rəisi  Gülənovun  at  üzünə

münasib alma gözlərində donuq təbəssümdən, RİK Atamalının içikidən şişib bir

cüt  yupyumru ətə dönmüş  göz  qapaqları  arasında  qəribə civə titrəkliyindən  də

görünürdü.

Vaxtilə Mirqəzəbin  vaqonu  gəlib  stansiyada  parovozdan  açılanda,  bu  üç

nəfərlik  dəstənin  başçısı  Xudiyevlə birgə,  o  vaqonun  qabağında  necə

dayanırdılarsa,  indi  Sultan

Əmirlinin  qabağında  da  eləcə

"smirno"


dayanmışdılar; dil  tərpədib  salam  verməyə də cürət  etmədən,  baş əyirdilər.

Qəribə idi ki, uzun-uzun illər ərzində bu adamların bu gününü arzulayan Səməd

onların  bu  rəzil  tabeliyindən  heç  bir  sevinc  duymadı.  Beynində fırlanıb  təkrar

olunan  "iyrənc,  murdar"  kəlmələrilə hər  üçünü  damğalayıb,  öz  köhnə kinindən

də güclü ikrahla üzünü döndərib qapıdan soldakı küncə meylləndi.

Üç  nəfər  də o  sol  küncdə dayanmışdı;  solğun,  bozumtul  üzü,  qalın-pırpız

qaşları və boz-ala  gözlərilə Sultan əmiyə ekiz  qardaş  kimi  oxşayan Əziz

Mayılov, sakit  nəlbəki  gözləri,  ağ  kəlağayısı,  yumru  qızıl  tənələri -sırğaları ilə

katibdən daha çox gözəl ev gəlininə oxşayan "diapazonlu xanım" - Məleykə bacı

və şümşad boylu arıq, qayğılı katib köməkçisi Məlik.

Səməd bu üç nəfərin üçünə də eyni hörmət və rəğbətlə əl verdi. Xüsusi dəvət

gözləmədən,  binada  öz  köhnə sərbəstliyi  ilə əmisinin  ardınca  kabinetə keçdi.

Lakin Sultan elə dabanı üstə qəbul otağına çıxıb, gözlənilməz, heybətli xırıltı ilə

Gülənova:

- İçəri gəl, - dedi.



______________Milli Kitabxana_______________

İçəridə isə, üzü divara, lap astadan soruşdu:

- Kimiydi vurulan?.. Saşa Babayev?

Gülənov bir addım irəli yeriyib, nəfəsilə Sultanın boynunu döyə-döyə:

- Bəli, - dedi. - Ölməyib...  Sağ  qolundan,  bir  də qıçından  vurdular.  Yun

idarəsində sandılar yaralarını apardılar.

- Hara?

- Bakıya. Ordan gecə reysiynən Moskvaya təcili istintaqa aparmalıdılar.



- Niyə təcili?

- Bayılov türməsindən xeyli adam çıxarıb Babayev, xaricə qaçırdıb. Təbrizə...

Demokrat  partiyasının  Bakıda  bağlandığını  bilmirlər  Muğannalar  o  tayda.

Babayev  Bayıldan  çıxartdıqlarını  göndərib  ki,  bərpa  eləsinlər  partiyanı,  sonra

Amerikaya mühacirətə getsinlər.

- Niyə məhz Amerikaya?

- Fransada,  Germaniyada  daşnaklar  çox  fəaldırlar.  Muğannalar  özləri

Amerikanı istəyiblər, Vaşinqton da razılıq verib.

- Son köhnə qurdsan. De görüm, nə olacaq?

Gülənov pıçıltıya keçdi.

- Azərbaycan daxilində, həm o tayda, həm bu tayda terror güclənəcək. Sizi də

daha sağ qoymazlar. Əmma xaricdə hərəkatınız güclənəcək.

- Yaxşı, çıx!

Sultan  özü  də qəbul  otağına  çıxdı  və kabinetdə Gülənovla  boğuq  söhbəti

birdən-birə qışqırtıya çevrildi:

- Bax  indi  sizə öz  adımdan  "prekratite  bezobraziye"  deyə bilərəm! - dedi. -

Mirqəzəb  adında  qaniçən  qaraquş  qanadıynan  uçurdunuz  hamınız! Qanadınız

sındı! Əgər  yerlərinizdə qalıb  tutduğunuz  vəzifələrdə işləmək istəyirsinizsə,

tamamilə dəyişməlisiniz!..  Qorxudan  itaət  olmamalıdır. Səmimi  işgüzarlıq

olmalıdır!  Xalqa  diqqət  olmalıdır!  Bacarmadığınızı açıq  etirafla  bildirməlisiniz!

Rüşvət üstə dərhal həbs olunacaqsınız!.. Bu, minimum proqramdır!..

Açıq  qapıdan  Səməd  milis  rəisi  Gülənovun  gözlərində hamanca  donuq

təbəssüm  parıldadığını  gördü. Əmisinin  nə barədəsə suallarına  hamının,  o

cümlədən sürməli qadın Sayılovun da eyni müti səsini eşidirdi:

- Bəli,  bəli,  yoldaş Əmirli.  Mən  Kəlbəcərin  saf  ab-havasında  böyümüşəm,

yoldaş Əmirli"! "Saf" kəlməsini çox eşitmişəm orda Şəmşirin saf dilindən...




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə