İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə35/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   180

______________Milli Kitabxana_______________

Bu  təzə - "macar"  çaxırın  təmi  tanışdı.  Bir  vaxt  Sultan əmi  bu  çaxın  Tat

Seyidin  məlhəmi  adlandırardı. İndiki  Seyid  kişiyə - raykomun  qonaq  evinin

qarovulçusuna  o  vaxtlar - müharibə illərində "Tat  Seyid"  deyərdilər.  Seyid

kişinin indiki  arvadı  Xeyrə arvada  isə "alverçi  Xeyrə"  deyərdilər.  Tat  Seyid  üç

para  kənddə yeganə müsəlmandı  ki,  çaxır  çəkərdi,  alverçi  Xeyrə isə,  yeganə

zənəndi ki, iynə-sapdan, düymədən başqa çaxır da satardı.

Günlərin  birində Qonaqlıda  xəbər  yayıldı  ki,  Başkənddə,  yəni  Qurbanlıda

alverçi Xeyrə, ərlərindən qara kağız gələn gəlinləri gecələr evinə çağırıb, xəlvəti

çaxır  içirdir,  səhərisi  qapı-qapı  düşüb,  həmin  gəlinlərdən  çaxırın əvəzinə un

yığır.  Bu  xəbərə əvvəlcə heç  kəs,  o  cümlədən  Səməd  də,  atası  da  inanmadı.

Sonra isə Səməd, Qurban əmi - Qılınc Qurbanın atının tərkinə, atası isə öz atını

minib  gedib,  öz  gözləri  ilə gördülər  ki,  dörd  tərəfinə qarğıdalı şaxı  döşənmiş,

alçaq  bir  çardağın altında,  qara  çırağın işığında  qarmonçu  Şənbə Zarıncı  çalır,

qara geyimli, göy örtüklü, cavan-cavan  gəlinlən oturub ağlaşırlar, alverçi Xeyrə

isə,  yekə bir  çəlləyin  yanında  dizləri  üstə oturub,  mis  dolçanı  çəlləyə basıb

çıxarıb, gəlinləri dümsükləyə-dümsükləyə çaxır içirdir.

Bütün bunları Səməd qarğıdalı şaxlarının arasından gördü.

Atası ilə Qurban əmi isə içəri getdilər.

Qurban əmi  Şənbənin  qarmonunu  dartıb  alıb  yerə çırpdı,  beşaçılan  tüfəngin

qundağı ilə vurub çəlləyi partlatdı.

O vaxt, o yaşında Səməd hələ dilinə içki vurmamışdı.

Çardağın  altındakı  hadisənin  sabahısı  Tat  Seyid, qoltuğunda  bir  "çelvert"

1

çaxırla,  qapıdan  girib,  donqar  belini  bir  az  da əyib,  köyrələ-köyrələ uzun  bir



söhbət  başladı.  Məlum  oldu  ki,  oğulları  müharibəyə gedəndən  sonra  alverçi

Xeyrənin əri ölüb, Tat Seyidin isə arvadı; bir düjün tifil Xeyrənin üstə düşüb, bir

düjün  də Tat  Seyidin  üstə düşüb,  quru-taqqanaq  arpa  çörəyi  yeməkdən  quru-

taqqanaq  olublar  yetimlər,  o  yetimlərin  çörəyini  kəsmək  Kəbənin  qulpunu

qırmaq  kimi  bir  şeydi,  odur  ki,  Qılınc  Qurban  insafa  gəlsin,  qılıncını qına

qoysun, çax-çuxunu əlindən almasın Xeyrənin.

Bu yanıqlı şikayətin cavabında nə sədr Mədəd bir söz dedi, nə də böyüklərin

işlərinə qarışmağı  xoşlayan ərköyün  oğlu.  Tat  Seyid  qolutuğundakı  çetverti

küncə, divar dibinə qoyub getdi. Qırx dördüncü ilin

Üç litrlik şüşə.




______________Milli Kitabxana_______________

axırındamı  olmuşdu  bu,  qırx  beşin əvvəlindəmi,  Səmədin  yadında  deyildi.

Yadında qalan bu idi ki, bu göyümtül qrafinə bənzəyən o göyümtül çetvert şüşə

elə o küncdə qaldı, üstünü toz basdı. Bir də "Müharibə qurtardı" xəbəri çıxanda,

Sultan əmi  o  vaxtkı  qara  "Emadin"ində kəndləri  gəzə-gəzə hər  yerdə cəmaatı

təbrik eyləyə-eyləyə, axırda yorğun-üzgün gəlib qardaşının evində oturanda, yəni

çardağın altındakı  hadisədən təxminən beş-altı ay  sonra sədr Mədəd, nəhayət, o

şüşəyə diqqət yetirdi, tozunu silib, tıxacını çıxarıb, Sultan əmiyə bir stəkan çaxır

verdi və Sultan əmi ilk dəfə onda "məlhəm" dedi. "Çaxır deyil ki, məlhəmdi", -

dedi.  Sultan əminin  Tat  Seyidlə alverçi  Xeyrənin  işləri  ilə maraqlanmağı  da  o

gündən  başlandı  və Səmədə məlum  oldu  ki,  Sultan Əmirli  ilə Mədəd Əmirli  o

taydan nə vaxt gəliblərsə, Seyid kişi də elə o vaxtlar gəlib, Qurbanlıda dam tikib,

yurd  salıb.  Özü  də çaxırçı-zad  deyil,  üç  para  kənddə ən  mahir  rəncbər  və

bağdandır.  Alverçi  Xeyrə də alverçi-zad  deyil,  oğulları  gedəndən  sonra,  gün-

güzəran  ucbatından,  Qayım  Qudalının  iynə-sapını,  sancağını,  düyməsini  sata-

sata  alverçi  olub,  axırda  çaxır  satmağa  başlayanda  isə ilişib,  "gəzəyən  Şənbəni

evinə salan",  cavan-cavan  gəlinləri  el  içində xar  eləyən  murdar  zənən  kimi

tanınıb!.. Sədr Mədəd "o çardağın altına ayaq basdığı gecəyə lənət" deyirdi, ağı

qaradan  seçməmiş  qılınc  sıyıran  dətələb  ispalkomu,  yəni  Qurban əmini

pisləyirdi. "Elə mən də onun tayıyam!" - deyirdi. "Cəmaatın qəzəbi, kini yerdən-

göyə çıxıb.  Üç  kəndin  üçündə də qapılar  bağlanıb  üzünə o  bədbəxt  kişiynən  o

bədbəxt  arvadın!" - deyirdi.  "Batırmışıq  Seyidnən  Xeyrəni.  Heç  fələk  də xilas

eliyəmməz!" - deyirdi.

Sultan əmi  isə çox  asanca  xilas  elədi.  "Emadin"ini  birbaş  Qurbanlıya

sürdürüb,  Seyid  kişinin,  Xeyrə arvadın "damlarında",  yəni  töyləsayağı  yeraltı

qazmalarında  oldu,  ordan  kəndin  ortalığına  çıxıb  cəmaatı  yığdı.  "Nə Tat  Seyid

sizin  tanıdığınız  tatdı,  nə də alverçi  Xeyrə sizin  tanıdığınız  alverçidi", - dedi.

"Müharibədə həlak  olan  oğlanların  körpələrini  boya-başa  çatdırmaq  üçün

özlərini oda-közə vuran, qeyrətli nənə, babadı hər ikisi!" - dedi. Sultan əmi belə

deyəndə Seyid  kişi  "Emadin"in  bir  tərəfində ağlayırdı,  Xeyrə arvad  isə o  biri

tərəfində.  Maşının dal  oturacağında  oturub, əmisinə qulaq  asa-asa,  gah  Seyid

kişiyə,  gah  da  Xeyrə arvada  baxan  Səmədi  də qəhər  tutmuşdu,  Qurban əmi -

Qılınc Qurbanın səhvi və atasının bu səhvə uyduğuna görə necə yanıb-yaxılmağı

barədə nə isə demək istəyirdi, deyə bilmirdi. Çox çəkmədi ki, Sultan əmi Seyid

kişi ilə Xeyrə arvadı oğlanlı-qızlı nəvələri, cır-cındır şələ-şəltələri ilə



______________Milli Kitabxana_______________

birgə qara  damlardan  çıxarıb  aparıb,  birini  qonaq  evinə qarovulçu  və bufetçi

qoydu,  o  birini  raykomda  xidmətçi.  Və elə o  günü  anbar  məscidin  böyründə,

cökələrin  yaşıllığı  içində karvansarasayağı  tikilinin  içindən  köhnə barama

tərəcələrini  çıxartdırıb,  dörd  yerdən  böyük, işıqlı  pəncərə qoydurdu.  Seyid  kişi

ilə Xeyrə arvad  orda- yeni  evlərinin  qabağında  da  ağladılar.  Səməd  isə öz

sevincini, qürurunu bildirmək üçün ancaq o axşam əmisinin evində, bu zalda, bu

stolun arxasında, ömründə ilk dəfə çaxır içəndən sonra söz tapdı: "Mənim əmim

el  atasıdı!" - dedi.  Sultan əmi  çox  bərk  tutulub,  dolub,  qəhərli-qəhərli  uzun  bir

nitq  başladı:  "Nə elin  var  hələ,  Bircə bala,  nə də atası!..  Hissiyyatın  güclüdü,

gözəldi. Əmma  bir  vaxt  gələcək,  sınacaqsan.  Elimizin  Türk  deyiləni  də zülm

altındadı,  Tat,  Kürd  deyiləni  də.  Elm  öyrənəcəksən,  biləcəksən  ki,  zülm  altında

olanların  ataları da  zülm  altındadılar...  Kimlərdi  o  atalar,  hardadılar,  nə üçün

zülm  altındadılar?  Diqqətnən  dinlə!..  Az-az  iç  bu  məlhəmdən,  dinlə və

unutma!.."  Uzun  nitq  uzun  olduğu  qədər  də dumanlı  oldu,  Səmədin  yaddaşının

dərinliyinə gedib orda yatdı ki, bir də uzun illərdən sonra zülm altında olanların

zülm altında olan ataları Muğlar-Bağlar SafAğ Elmi sözləri ilə açılıb aydınlaşsın.

Məlhəm  çaxırın  təmi  isə "Mənim əmim  el  atasıdı"  sözlərilə bağlı  idi.  Bu  təm

Səmədin  qürurunun,  sevincinin,  fərəhinin  təmi  idi.  Həyəcanla  dolu,  uğultulu

sükut  içində əməlli  başlı  boğulduğu,  gözlərinin  qaraldığı  dəqiqədə qrafindən

başına  çəkdiyi  çaxır,  Səmədi  dünənki,  bugünkü  hadisələrin  burulğanından

çıxarıb,  vurğunu  olduğu  "el  atası"  Sultan Əmirliyə qovuşdurdu.  Bayaq  yolda

onlan  Mirqəzəbin  səpdiyi  toxumdan  bitib  rayonu  basmış  çesuyçalılara  nifrət

birləşdirmişdi, indi isə məhəbbət birləşdirdi. Və elə bu məhəbbət də Səmədi göl

dibində burulğandan qurtardı.

Babasından əmisinə və ona  keçən  irsi  xəstəlikdən  Səmədin  hələ xəbəri  yox

idi.  Boğazının  birdəncə genişlənib,  nəfəs  yolunun  açıldığını,  beynində ağrının

divardan  qopan  kərpic  kimi  qopub  düşdüyünü  və əlindəki  göyümtül  qrafindən

başqa şeylər görməyə başladığını hiss edib, bunun ardınca əmisinin qəhqəhəsini

eşidəndə,  avariya  günü  boz  kitelə necə sığınmışdısa,  indi  qəhqəhəyə də eləcə

sığındı, bu qəhqəhədən gülüş alıb güldü.

- "Məlhəm" nədi, əmi, möcüzədi bu, - dedi. - Verim sənə də?

- Yox,  yox!  Məlhəm  adamı  yıxır!  Sorxoşluqdan  qurtarmaq  olmur.  Debil

eləyir  adamı.  Mənimki  elə konyakdı... - Sultan  divarda  Stalinin  qara  lentlə

haşiyəli portretinin qabağından keçib stola yaxınlaşdı. - Konyak, azdan-çoxdan.



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə