İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə29/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   180

______________Milli Kitabxana_______________

etdiyi  sakit,  ləngərli  yerişi,  ümumi  siqləti,  təmkin  və dəyanəti ilə,  ağır-ağır

addımlayıb,  palıdı  dərmantinli,  hündür  qapının sağ-solunda  dayanmış Əziz

Mayılovla  katib  köməkçisinin  arasından  o  yana - kabinetinin  genişliyinə keçib

şapqasını  asdı,  kitelinin  döş  cibindən  köhnə,  qalın,  möhkəm  sümük  daraq

çıxarıb, seyrəlib yapıxmış çal saçlarını səliqə ilə arxaya daraya-daraya, ovucları

ilə gicgahlarının  dümağ  tüklərinin  yatımını  sığaya-sığaya,  stolunun  dalına

hərləndi,  oturmadan,  tünd  qırmızı  örtüyünün  və göyümtül  şüşənin  üstündə qara

üzlü,  gündəlik  iş  qovluğunu  açdı.  Böyük  formatlı,  yağlı-işıltılı kağızları

tələsmədən  aşıra-aşıra,  üç  vərəqdə - üç  siyahıda  adamların  ad  və familiyalarını

bircə-bircə gözdən keçirdi. Bu, sabah - avqustun iyirmi beşində başlanan pambıq

yığımı  kompaniyası  üçün  məsul  olan,  "üç  zonada  üç  operativ ştab"ın  siyahıları

idi.

Sultan  burada - kabinetdə də həmin  qəribə sükutla  dayanmış  adamların



üzlərinə baxmadan,  birinci  siyahını Əziz  Mayılova  verdi,  ikincini  Məleykə

Muradovaya,  üçüncünü  isə,  bu  il  gözlənilmədən  irəli  çəkilib  təşkilat  şöbəsinin

müdiri təyin edilmiş Məsim Qudalıya  verdi. Üc ştabm  üçünün də üzvləri sabah

axşam  saat altıda burda - mərkəzi ştabda olmalı, zonalarda işin təşkili haqqında

hesabat  verməli,  dərhal  yerlərə qayıdıb,  sentyabr-oktyabr  aylarında  pambıq

yığımı  planının  ödənilməsi  və noyabrın  yeddisinə,  yəni  Oktyabr  inqilabının

ildönümünə qədər  mərkəzə raport  göndərilməsini  təmin  etməli  idilər;  Sov. İKP

MK-nın


1

göstərişi  və rayon  Bürosunun  qərarı belə idi.  Hər  şey  danışılmış,  bu

günə ancaq əlavə işçi  qüvvələrinin  səfərbərliyi  haqqında  təkliflərin  müzakirəsi

qalmışdı. Əmma  Sultan  bu  müzakirəni  təxirə salıb,  gecə saat  on  ikiyə -ştabın

növbədənkənar iclasına saxladı.

- Qurtardıq. Gedə bilərsiniz, - dedi.

Bununla  da  bu  gün  daha  heç  bir  işlə məşğul  olmayacağını  bildirib  qovluğu

örtdü,  müharibə illərində nikotindən  zəhərlənib  çox  pis  arıqladığına  görə o

vaxtdan  seyrək  çəkdiyi  papirosa - "Kazbek"ə əl  atdı,  gah  stolun  dalında,  gah

divanda  oturub,  gah  küncdə çəkic  kimi  taqqıldayan  və vaxtı  çatanda  zəng

vurmaq əvəzinə köksünü  ötürən  kəfkirli  saat,  gah da  küçənin  o  tərəfində,

qovaqların, çinarların hündür budaqlarında dolaşanların böyük kütlə qəhqəhəsinə

bənzəyən  qaqqıltılarına  qulaq  asa-asa,  səbrlə,  dözümlə,  qardaşı  oğlunun  yatıb

yuxudan doyma-

Sovetlər İttifaqı Kommunist Partiyasının mərkəzi Komitəsi.



______________Milli Kitabxana_______________

sını  gözlədi,  nəhayət,  kəfkirli  saat  dörd  dəfə köksünü ötürəndən  sonra,

dermantinli  qapını  açıb, bircə balanın  yanına  getmək  üçün  bütün  hiss  və

düşüncələrin üstündən qələm çəkib, qətiyyətlə kabinetdən çıxdı.

* * *

Mehmanxananın pillələrini  də qətiyyətlə,  birnəfəsə qalxdı.  Dar,  təkadamlıq



nömrənin  qapısını  aralayanda  isə,  qış  aylarından  qalma,  tünd  rəngli  pəncərə

pərdələri  örtülmüş  otağın alaqaranlığında  gördüyündən  təəccüblənib  ayaq

saxladı.

Çarpayı  boşdu.  Səməd  döşəmədə,  yalxı  döşəkağı  üstündə,  köynəkcək

yatmışdı.

Sultan,  bir əli  ürəyinin  üstündə,  hərəkətsiz  qaldı,  o  biri əli  boğazında,

boynunda gəzdi. Birdən-birə nəfəsi daralmışdı, gözləri toranlamışdı.

Əmirlərdə bu  lap  köhnə irsi  azardı:  şeyx  oğullarını  fədailərin  cənubdakı

gizlin məskənlərinə, "hümmət"çi oğullarını bu taya göndərmək üçün yol ayrıcına

qədər ötürüb, orada - ayrıcda tək qalanda Məhəmməd Əmir də bu cür birdən-birə

tor  görərdi. "Əylənin.  Gözüm  seçmir  dünyanı.  Gözləyin  bir  az", - deyib,  bir əli

ürəyinin  üstündə,  o  biri əli  boynunda,  dayanıb,  boğaz,  boyun  damarlarını

əzişdirib, birdən də gözlərini açardı, "Hə, di gedin. Əmma bir gün də unutmayın

ki, mən ayrılığa dözənlərdən deyiləm", - deyərdi.

Dörd  oğulun  dördü  də yaxşı  bilirdi  ki,  onlar  Ulu  Bağ ƏsƏlMən

nəslindəndilər. Min  yeddi yüz doxsan  yeddinci ilin qışında  bir gəzərgi Monax -

casus  Peterburqa,  Çar  Pavelin  oğlu,  polis  rəisi  və vəliəhd  I  Aleksandra  depeş

göndərmişdi:  "Zdes  na  Muqani  obyavilsa  nekto  Solomon,  poçitayemıy  vsem

zdeşnim narodom, kotorıy İran i Tursiyu derjit pod svoyey vlastyu".

1

Bu depeşin



surətini Ünlə eşidəndən sonra Ulu Bağ Muğandakı saysız-hesabsız AğEy - "Əxi"

icmalarının  bir  qismini Ərdəbilə,  ikinci  qismini  isə Təbrizlə İrəvan  çökəyi

aralarına dağıtmış və bütün icma üzvlərinə əlaqə saxlamağı, görüşməyi qadağan

etmişdi.  Buna  görə də təbiətcə zərif,  köyrək,  qohumcanlı UluBağlılar,  o

cümlədən, Məhəmməd Əmirin adı ilə adlanan Əmirlilərdən çoxu

"Burada Muğanda yerli xalqın çox hörmət bəslədiyi kim isə bir Solomon peyda olub, İranı və

Türkiyəni öz hakimiyyəti altında saxlayır..."



______________Milli Kitabxana_______________

qəribliyə, ayrılığa dözməyib xəstələndilər. Sultan da belələrindəndi. Odur ki, əlli

beş  yaşlı  oğulsuz,  uşaqsız  Sultan  da  eynilə atası  Məhəmməd Əmir  kimi  bir

vəziyyət  keçirib,  dar  nömrədə,  "Bircə balanın"  üç  addımlığında  öz-özünə

"Əylən,  gözlə bir  az", - dedi  və bu  bir  az  vaxt ərzində necə qeyri-adi  gərginlik

hesabına  toxdadığını  o  qədər  də dərk etmədən,  tünd  rəngli  pərdədən  süzülən

tutqun  işıqda  Bircə balanı  yenidən  görüb,  yaxınlaşıb  böyründə çöməldi,  cod,

nahamvar döşəmə taxtası dizlərini əzə-əzə, tamaşaya durdu.

Səməd  sağ  yanağını  biləyinə söykəyib  üzü  üstə yatmışdı.  Qıçının  birini  düz

uzadıb, o birisini qurbağasayağı, qarnına  yığmışdı. Bu "qurbağa  yatışını" görər-

görməz  Sultan  nəinki  fikir və qayğılarını,  elə bil əzablarını  da  bütüncə unutdu,

sarsıntılar, işgəncələr əvəzinə, sinəsi hüznlə doldu: Mədəd də həmişə bu cür, üzü

üstə, qıçını qarnına yığıb qurbağa-sayağı yatardı. Uşaqlıqda iki qardaş bir yorğan

altında  yatanda,  aralarında  dava  düşərdi.  "Dizin  böyrümü  deşir,  uzatsana

sınmışını!" - deyib  Sultan  dümsükləyib  Mədədi  oyadanda,  Mədəd  mızıldanıb

qıçını uzadardı, əmma mürgüləyəndə yenə yığardı. Sultan bir də dümsükləyəndə

isə Mədəd  hirslənib  kiçik  qardaşının üstünə atılardı,  gecənin  yarısında  köhnə,

hündür  taxtdan  döşəməyə dığırlanana  qədər  süpürləşərdilər.  Küsüşüb  hərəsi

döşəyin  bir  küncünə çəkilərdi.  Səhərə yaxın evin  havası  soyuyanda  isə

qucaqlaşıb, bir-birini nəfəsləri ilə isidərdilər.

Qırx-qırx beş ilin uzaqlığındakı "qardaş" adında dünya, həsrətdən, yanğıdan,

qəhərdən ibarət o tay, Azərbaycan adında dünya ilə birləşib Sultanın boğazından

yapışdı.  Sultan  nə vaxtsa,  hardasa  qardaşına  və qardaşı  ilə birlikdə o  taya,

Məhəmməd Əmirə,  Ağ Əmirə,  Boz Əmirə xəyanət  etmişdi,  bu  dumanlı,

anlaşılmaz xəyanətə görə,  hakimi  və müttəhimi  də özü  olan  gizlin  bir

məhkəmədə boğulmağa məhkum edilmişdi. Hökm elə indi, bu dar nömrədə icra

oluna bilərdi. Əmma Bircə bala onu xilas elədi: Səmədin pələng biləyi kimi enli

biləklərinə,  möhkəm əzələli  çiyinlərinə,  burulub  gərili  qalmış  boynuna  göz

gəzdirdikcə Sultanın nəfəsi  genişləndi,  təqsirkarlıq,  həsrət  və yanğı əvəzində,

qəlbinə kədər qarışıq qürur doldurdu: Mədəd dünyasını dəyişməmişdi, haraya isə

uzaq səfərə çıxmış və möcüzə ilə cavanlaşıb qayıtmışdı.

Sultan  barmaqlarının titrədiyini  görə-görə, əlini  onun  bir  az  arxaya  yatımlı,

geniş  alnında, əvvəlki  Mədədin  saçından  ancaq  dalğaları  ilə fərqlənən  saçında,

boynunda, kürəyində gəzdirdi.

Səməd ağır yatmışdı. Oyanmırdı.



Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə