İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə27/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   180

______________Milli Kitabxana_______________

Evdən  tezcə çıxıb  qaçmağa,  hətta  maşının yanında  müti əyilib  baş əyən  köhnə

dostu  Müslümdən,  oturacaqda  boynu  buruq  oturan  dərd-ələmli  Çürük  Aşıqdan

da  qaçıb  uzaqlaşmağa  tələsdi.  İndi  aydın olan  bircə bu  idi  ki, əmisi  maşın

göndərmişdisə,  üstəlik,  Müslüm  də hadisələrdə iştirak  edirdisə,  demək,  Sultan

onu  sərbəst  buraxmayacaqdı.  Buna  görə də evdən  çıxıb, ortayolla  üzüaşağı

gedib, yenə meşə yoluna buruldu.

* * *


Əmma  çox  uzaqlaşa  bilmədi.  Hələ Sudüşənə çatmamış, Əlləzoğlu  arxadan

özünü yetirib, pencəyinin ətəyindən yapışdı.

- Belə getmə!..  Aman  günüdü,  belə getmə,  dərdin  alım!..  Vay,  dağılan

çəpərim,  yıxılan  evim!  Azdımı  mənim  düşmənim,  sən  də bir  yandan  düşmən

olasan  mənə,  ay  oğul?!  Bədbəxt  eləmə məni,  belə getmə.  Məsəl  var,  gəlin

atdandı,  gör  kimin  qapısına  düşdü.  Başımın  tükü  sanı  belə şeylər  görmüşəm  bu

tərs-avand dünyada, dərdin alım. Sənin, mənim istəyimnən olsaydı hər şey, mən

bəxtiqara istərdimmi qapımdan gözü yaşlı getsin övladım?! Mən olmayım, sən ol

qız  atası,  bu  dünyanın  beş  yiyəsindən  birinin  elçiləri  maşın  sürsünlər  qapına,

başlasınlar  ki,  "Sultan Əmirli  vurulub  qızına",  "yox"  deyə bilərsənmi,  a  dərdin

alım?!  Nəkarayam  "yox"  deyim  mən  Sultan Əmirliyə?!  Özü  elə böyük  adam,

elçiləri özündən də böyük, necə "yox" desin Göbələk Məmiş?! Sən Sandan belim

bağlı  olsaydı,  bəlkə də söz  tutardı  dilim.  Mədədin  ölümü  düşdü  araya,  elçi

göndərmədin,  el  qaydasıynan,  üzükdən-zaddan  bir  şey  tullamadın üstümüzə.

Dərdliydin,  qanırdıq.  Bə sonra?!  İki  il  oxudun,  gəldin-getdin  bu kəndə,  sonra

genə iki il oxudun! Niyə özünnən aparmadın, niyə oxutmadın öz yanındaca?! O

da  məktəb  qurtarmışdı.  Sən  təki  oxumasa  da,  fəməl-yəməl  oxumuşdu.  Tay-

tuşunun hamısı getdi. Gözünün qabağında Çax-çux Xalıqın qızı da getdi, ikiillik

qurtardı,  diplom aldı əl  qalında,  sonra  gəlinlik  paltarı  geyindi,  xoşbəxt  oldu

Qudalı Məsimnən. Görmürdünmü sən belə-belə şeyləri, a dərdin alım? Nə qədər

gözlüyəcəydi səni mənim balam? Niyə gözlədirdin bu qədər?! Qılınc Qurban özü

əbləhdi,  bacısını da əbləh  elədi,  gözlətdi,  axırı  nə oldu?  Qırmızı  geyinərdi!

Şəstnən  gəlib  gedərdi  Qurbanlıdan  bura,  burdan  Qurbanlıya.  İndi  yasa  batıb,

oturub,  un  çuvalına  tay  olub  qalıb  qardaşının  evində. Əbləh-əbləh,  at  sürdü

qapıma bu yaz qardaşı, sən təki acı da-



______________Milli Kitabxana_______________

nışdı  o  da:  "Gör  neçə adamı  bədbəxt  eliyibsiniz..."  Mənəmmi  bədbəxt  eliyən?!

Nə günahı  var  bu  külbaş  Göbələyin,  a  dərdin  alım?!  Ağzım  allahdaydımı  ki,

Sultan Əmirli maşın göndərsin qapıma! Sənə "göyüm" demişdim mən, ona yox.

Sən  özün  göylük eləmədin,  atan  rəhmətə gedəndən  sonra  yeddicə il  gözlətdin

qızı, indi  niyə düşməntəki açırsan  mənim qapımı, dərdin alım,  niyə düşməntəki

gedirsən?! Niyə xoşbaxt olmasın, niyə saxlamasın mənim qızımı Sultan Əmirli?!

Əlin dəyməyib, ayağın toxunmayıb. Namusu üstündə, bu çöl-çəmənin şehli gül-

çiçəyi təki, tər-təmiz adnan vermişəm mən uşağımı, niyə xoşbaxt olmasın?! Özü

təki gülçiçək balalar qoyacaq o, Sultanın qucağına! Yaşının ölgün vaxtında oğul-

uşaq sahibi olacaq sənin əmin! İstəmirsənmi?! Yaxşı oğul tək özünü fikirləşməz,

dərdin  alım. Əmindi,  can-ciyərindi!  Boşamaz!  Yox!  Boşamaz!  Söz  çatdırsan,

yaxın olmuşuq  desən,  bilirsənmi  neylər?!  Mədədin  mauzerini  saxlayır  evində,

stolunun  siyirməsində...  Allah  göstərməsin!.. Əmini  də,  özünü  də,  bizi  də qana

salma,  dərdin  alım,  aman  günüdü!  Bir  qızdı,  elə bil  ölüb,  Öz əlinnən  qəbrə

sallayıbsan, torpaqlayıbsan üstünü... Çıx get Bakıya, dərdin alım, çıx get. Hənifə

xalana  da,  mənə də yazığın gəlsin.  Açığını deyirəm,  nə qədər  yazığam,  bir  o

qədər  də tərs  adamam  mən.  Sultana  söz  desən,  bilirsənmi  neylərəm?!  Nöyüdü

tökərəm,  kibriti  çəkərəm  o  boş  qalan Əmirli  mülkünə,  bir  kibrit  də çəkərəm

Əlləz  mülkünə,  çal-çəpərimnən  bir  yerdə özümü  də yandırram!  Sən  hədələdin,

qorxutdun məni, mən də belə qorxuduram səni, dərdin alım. Yandırram, vallah!

Eşidirsənmi?  Yandırram!  Düşmənləriniz  elə bir  şey  istəyirlər  allahdan.  Sultan

onsuz  da  dildə-dişdədi.  Bu  yanğınlar  da  bu  tərəfdən  dilə-dişə düşsə,  uçmazmı

arxan? Malsız-mülksüz, arxasız, köməksiz, tək bir gədə, neylərsən ondan sonra?

Sultansız,  kim  adam  sayar  səni?!  Belədi  məsələ,  dərdin  alım.  Odu  ki,  deyirəm,

düşməntəki  getmə.  Düşmən  deyiləm  mən  sənə.  Qohumam!  Bə nə?!  Qohumam,

özü də lap yaxınca! Qohumunu yad eləmə... Əyildim qabağında, ayağını yuyum

öz əlimnən,  hoppandın  qaçdın!  Xoşummu  gəlir  mənim  ayaq  yumaqdan?!

"Əyildim" deyirəm. Bu  yaşımda kiçildim  sənin qabağında, sən də gərək qiymət

verəsən  mənim  kiçilməyimə,  hoppanıb  qaçmıyasan!  Xızr  Abı  qanmaz  adamdı,

Allahlıq  iddiasındadı  kaftar!  Səni  də özü  təki  bədbəxt  eliyər  o,  sözünə baxsan.

Qaçma məndən, qaçma! Düşmən olma! Sultan oğul bilir səni özünə, "Bircə bala"

qoyub  adını.  Sultan  da  mənim  balamdı.  Balamın  balasısan  sən,  nəvəmsən!

Göyüm olmalıydın, fələk belə döndərdi, nəvəm oldun. Nəvə də baba-




______________Milli Kitabxana_______________

sına düşmən kəsilərmi, dərdin alım?! Qayıt gedək evə, qulluğunda duraq, başına

fırlanaq.  Qayıtmırsan,  onda  sırğa  elə,  as  qulağından  dediklərimi,  dilin-ağzın

özündə, fas-farağat çıx get Bakıya! Əmin elə orda da arxa olar, yaxşı qulluq, ev-

eşik,  hər  şey  düzəldər,  inşallah.  Nə qədər  çulu  cırıq  olsam  da,  mən  də əlimdən

gələni elərəm. Mal-qoyun yazdırram adına. Sənin adın olan yerdə Qılınc Qurban

heç yaxın da gəlməz çal-çəpərimə. Artırram mal-qoyununu, beşi on elərəm, onu

yüz elərəm, o boş qalan mülkdə bir cah-cəlal yaradaram ki, Qudalı Rəhimin cah-

cəlah yalan olar onun yanında! Belə xeyir verrəm mən sənə, dərdin alım. Adam

da xeyrindən qaçarmı?! Bir qız nəmənədi belə xeyrin qabağında?!.

Bu yolla gələndə çamadan Səmədi nə hala salmışdısa, Əlləzoğlu da eləcə bir

hala  saldı.  Qaranlıqda  təkərək  kimi  dığırlanıb  tövşüyə-tövşüyə,  xışıldaya-

xışıldaya ətəyindən, əl-qolundan yapışan bu ərdovdan, cindən, şeytandan heç cür

yaxa qurtara bilmədiyini hiss edəndə Səməd dayanmağa məcbur oldu, çamadanı

ağaca necə çırpmışdısa, yaxasından yapışıb onu da eləcə çırpdı.

Meşənin  gecə sükutunda,  dəyənək  dəymiş  it  zingiltisisayağı  uzun-uzadı

zingilti eşidildi. Qırxıq başından tökülüb üz-gözünə yayılan isti, çirişli qanı silə-

silə,  arvadını  haraylamaq əvəzinə, əməllicə zingildədiyini  başa  düşəndə

Əlləzoğlu bu it güzəranına dözməyib hönkürdü. Başı gicəlləndikcə yıxıla-yıxıla,

dizin-dizin sürünüb, özünü evə salıb, Hənifənin gözlərində dərdinin əlacsızlığını

görəndə Əlləzoğlunun  hönkürtüsü  sızıltıya,  göynərtiyə çevrildi.  Çallaşmış,

durub-toxtamış  kişi əvəzin  elə bil  kimsəsiz,  sahibsiz,  yetim  uşaq,  başdan-ayağa

qan  içində,  kandardaca  oturub  büzüşdü.  Gülgəz  Sultan Əmirlinin  həyətində,

manqalın  yanında  necə çarəsiz  sızıldayıb  göynəmişdisə,  indi  atası  da  eləcə

sızıldayıb göynəyirdi...

6

Bircə balanın  kəndə getdiyini,  orada Əlləzoğlunun  başını  yarıb  şəhərə



qayıtdığını  eşidəndə

Sultan  bu  xəbəri  zahirən  sakit  qarşıladı.  Səhərin

alatoranında,  papaq əvəzinə başında  bir  topa  çit  bozara-bozara  özünü  yataq

otağına  salıb,  göyünü-kürəkənini  dümsüyləyib  oyadıb: - Qardaşoğlun  dəli-

divanədi!  Çarə,  dərdin  alım! - deyəndən  sonra Əlləzoğlu  pırpız qaşların  altında

durğun gözlərə baxa-baxa qalıb, bu sakitlikdən heç nə anlamadı.




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə