İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə37/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   33   34   35   36   37   38   39   40   ...   88

AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
85
sahələrində texnologiyanın yeniləşdirilməsinə, büdcənin balanslaşdırılmasına iqti-
sadi təsir göstərilməsini təmin edir. İqtisadiyyatın dinamik inkişafının tənzimləyicisi
kimi vergi mexanizmi çıxış edir.
Vergilərin idarə edilməsi vergi intizamına əməl edilməsinə, istehsalın inkişafının
stimullaşdırılmasına  yönəldilir.  Vergi  stimulları  vergi  güzəştləri  və  vergi
sanksiyalarından ibarətdir.
Vergi nəzarəti hüquqi və fiziki şəxslərin ödədikləri vergilərin dövlət büdcəsinə
vaxtında daxil olmasını, düzgün hesablanmasını təmin edir. Vergi sistemi sahibkar-
lıqda azad rəqabət üçün məhdudiyyətlər yaratmamalı və sahibkarlıq fəaliyyətinə in-
vestisiya qoyuluşları üçün əlverişli şərait yaradılmasını təmin etməlidir [7, 9].
Hər bir dövlət özünün maraqları və mənafelərinin olması dövlətin ictimai həyatın
bütün fəaliyyət dairələrinə müdaxiləsini zəruri edir. Lakin bu müdaxilənin özünün
də müəyyən həddi olmalıdır. Əgər iqtisadiyyat həddən artıq dövlət tərəfindən inhi -
sara alınarsa, bu zaman istər fərdlərin, istərsə də təsərrüfat subyektlərinin məsuliyyət
hissi azalır, onların daha yüksək nəticələr əldə etməyə marağı olmur. Çünki dövlət
hər kəsin əməyini eyni səviyyədə ədalətli və düzgün qiymətləndirmək iqtidarında
deyil.
3. Güclü investisiya axını üçün biznes yönümlü iqtisadi mühitdə
vergilərin rolu
İlk əvvəl iqtisadi inkişafda birbaşa  xarici investisiyaların rolunu, əlverişli biznes
və investisiya mühitinin əhəmiyyətini,  əlverişsiz biznes mühitinin mənfi nəticələrini
nəzərdən keçirək.
Əlverişli biznes və investisiya mühitinin əhəmiyyəti. Hər bir ölkənin biznes və
investisiya mühitinin vəziyyəti həmin ölkənin xarici investisiyalar cəlb etmək və
kiçik  və  orta  müəssisələri  inkişaf  etdirmək  qabiliyyətini  müəyyən  edən  başlıca
amildir.  Transmilli  müəssisələr  sağlam  biznes  mühitinə  malik,  yəni  xərclərin,
yubandırmaların və riskin minimum səviyyədə olduğu ölkələrə investisiya yatırmağı
üstün tuturlar. Bundan əlavə, kiçik və orta müəssisələrin inkişaf etmək şansı müxtəlif
vergi və tənzimləmələrlə yüklənməmiş bir mühitdə daha yüksəkdir. Səmərəli in-
vestisiya mühiti hər bir ölkənin öz iqtisadi inkişafına təkan vermək strategiyasının
zəruri dayağıdır. Öz növbəsində, bu strategiya əməyin daha məhsuldar olması və
kasıb insanların daha yüksək gəlir əldə etməsi üçün imkanlar yaradır.
Əlverişsiz biznes mühitinin mənfi nəticələri. İnvestorlar öz investisiyalarının
qabaqcadan görülə bilən və məqsədəuyğun gəlir gətirməsinə çalışırlar. Rəqabətə-
davamlı gəlir əldə etmək üçün hər bir investor üç əsas maneə: xərclər, ləngitmələr
və risk ilə üz-üzə gəlməməyə çalışır. Əgər vergilər, ödənişlər, cərimələr və xidmətlərə
(hüquqşünaslar, mühasiblər, məsləhətçilər və s.) tələbatın artması kimi səbəblərdən
yaranan qeyri-qənaətbəxş investisiya mühiti nəticəsində investisiya əməliyyatının


dəyəri artırsa, əmək, nəqliyyat və enerji xərcləri rəqabətədavamlı olsa belə, investor
digər  variantları  nəzərdən  keçirməyə  başlayacaq.  Eyni  zamanda,  əgər  sistemin
doğurduğu  əngəllər  mənfəət  əldə  edilməsinə  başlanması  prosesini  əhəmiyyətli
dərəcədə  ləngidirsə,  investorlar  rəqabətədavamlı  xərclərə  baxmayaraq  in-
vestisiyalarını başqa yerlərə yatırmaq üçün yollar axtara bilərlər.
Nəhayət, hətta ilkin xərclərin və ləngitmələrin olmadığı hallarda belə, investor
gəlir  əldə  edilməsinə  mənfi  təsir  göstərə  bilən  siyasi  aksiyaların  baş  verməsi,
mülkiyyətin müsadirəsi və ya qanunvericilikdə dəyişiklik edilməsi ilə əlaqədar nara-
hatlıq keçirirsə, risk ehtimalını minimuma endirmək üçün hər hansı digər bir yerdə
nisbətən az cəlbedici gəlir variantını qəbul edə bilər.
Birbaşa xarici investisiyaların əhəmiyyəti. Bu günkü qloballaşan dünyada inkişaf
etməkdə olan və keçid dövrünü yaşayan iqtisadiyyatlarda iqtisadi artım və iş yer-
lərinin yaradılması iki əsas amildən asılıdır: birbaşa xarici investisiyalar, kiçik və
orta müəssisələrin  inkişafı.
Birbaşa  xarici  investisiyalar  inkişaf  etməkdə  olan  ölkələrdə  xarici  maliy -
yələşdirmənin ən böyük mənbəyidir. Birbaşa xarici investisiyalar əsas kapitalın for-
malaşmasını sürətləndirə və ödəniş balansının normallaşmasına kömək edə bilər.
Birbaşa xarici investisiyaların məşğulluğu inkişaf etdirmək, məhsuldarlığı artırmaq,
bacarıq və texnologiyaları ötürmək, ixracı genişləndirmək və dünyanın inkişaf et-
məkdə olan ölkələrinin uzunmüddətli iqtisadi inkişafına kömək etmək potensialı
vardır. Bundan başqa, inkişaf etməkdə olan ölkələr xarici investisiyaları həqiqətən
də cəlb edir.
Elmi müzakirələr nəticəsində meydana çıxan dəyişməz bir fikir odur ki, birbaşa
xarici investisiyaların artımı ilə iqtisadi inkişaf daim bir-birini müşayiət edir. Birbaşa
xarici investisiyalara mənfəət və ya kreditlər vasitəsilə toplanan investisiya kapi-
talının mövcudluğu təsir göstərir. Öz növbəsində, həmin mənfəətə və ya kreditlərə
inkişaf  amili  də  daxil  olmaqla  ölkədəki  iqtisadi  şəraitlər  təsir  göstərir.  Tələb
tərəfindən çıxış etdikdə, inkişaf edən xarici bazarlar transmilli korporasiyaları daha
çox investisiyalar yatırmağa yönəldir, zəif bazarlar isə əksinə, bu investisiya yatırım-
larına maneçilik törədir. Son iyirmi il ərzində qlobal birbaşa xarici investisiyalar
partlayışları yüksək iqtisadi inkişaf dövrlərində, birbaşa xarici investisiyaların azal-
ması isə tənəzzül və ya asta inkişaf dövrlərində baş vermişdir. İnvestisiyaları cəlb
etmək  üçün  makroiqtisadi  özülün  qoyulması  və  əlverişli  investisiya  mühitinin
dəstəklənməsi böyük əhəmiyyət kəsb edir.
Şəffaf, sadə və ayrı-seçkiliyə yol verməyən vergi siyasətləri investorlar üçün
cəlbedicidir, çünki formal şəkildə aşağı vergi dərəcələrinin mürəkkəb toplusu ilə
müqayisədə bu siyasətlər sahibkarlara öz xərclərini və potensial gəlirlərini daha asan-
lıqla proqnozlaşdırmaq imkanı verir.
Xarici investorlar üçün xüsusi vergi güzəştlərinin tətbiqi rəqabəti təhrif edə və
yerli şirkətlərin maliyyə sağlamlığına xələl yetirə bilər. İxracat üzərinə qoyulmuş
P.Rzayev. Biznes mühitinin formalaşmasında vergi mexanizmlərinin rolu
86


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə