İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə45/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   41   42   43   44   45   46   47   48   ...   88

Əsas materiallara bir istehsal dövründə tamamilə istifadə olunan xammal, yarım-
fabrikatlar, alınmış məmulatlar aid edilir. Hasilat sənayesində belə xərclər olmur,
emal müəssisələri isə belə məhsulların alıcıları rolunda çıxış edirlər. Əsas materiallar
istehsal olunmuş məhsulun tərkibinə daxil olur və onların dəyəri həmin malların
dəyərinə tam şəkildə köçürülür. Köməkçi materiallar istehsal olunmuş məhsulların
tərkibinə daxil olmasalar da, bir istehsal dövründə tam istehlak edilirlər. Köməkçi
materiallara ehtiyat hissələri, yağlayıcı materiallar, sıxılmış hava və texniki su, az
qiymətli və tez aşınan tərtibatlar, alətlər və cihazlar, kağız və elektron informasiya
daşıyıcıları, digər belə predmetlər aid edilir.
Bəzi iqtisadi tədqiqatlarda transaksiya xərclərini də (reklam, konfranslar, sərgilər,
təsərrüfat müqavilələrinin bağlanması üçün danışıqların və axtarışların aparılması
və s.) köməkçi material xərclərinin tərkibinə, bəzilərində isə sair xərclər qrupuna
daxil edirlər. Hansı qrupa aid edilmələrindən asılı olmayaraq bu xərclər müəssisələrin
göstərilmiş xidmətlərə, görülmüş işlərə və alınmış köməkçi materiallara görə tərəf-
daşlarına ödədikləri məbləğlərlə ifadə olunur və əsasən ƏDV tətbiq olunan əməliy -
yatların dəyərinə daxil edilir.
Enerji xərcləri istehsal prosesində tam istifadə olunur və əmək alətlərinin - əsas
vəsaitlərin fəaliyyətinin təmin olunması üçün alınır. Onların dəyəri tamamilə istehsal
olunmuş məhsulun dəyərinə keçir.
İstehsalçı müəssisələr qeyd olunan iqtisadi resursların alınması zamanı ödənilən
ƏDV-ni müvafiq elektron hesab-fakturalar üzrə əvəzləşdirmək hüququna malikdir.
Əmək haqqı xərcləri müəssisəyə əmək müqaviləsi ilə muzdlu işçi kimi xidmət
göstərən insanlara əmək fəaliyyətinə görə ödənilən vəsaitdən və bu ödənişlərlə bağlı
reallaşdırılan məcburi ödənişlərdən (dövlət sosial müdafiə fonduna ayırmalar, pen-
siya  fonduna  ayırmalar)  ibarətdir.  Vergi  Məcəlləsinin  13.2.11-ci  maddəsində
göstərilir ki, işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi ƏDV məqsədləri üçün
xidmət hesab olunmur, yəni belə xidmət növünə görə ƏDV tutulmur. Lakin, əmək
haqqı xərcləri ümumi məhsulun və əlavə dəyərin tərkibinə daxil olaraq ƏDV tutulan
əməliyyatın dəyərində iştirak edir.
Amortizasiya ayırmaları yeganə xərc növüdür ki, müəssisə tərəfindən heç kimə
ödənilmir və məhsulun maya dəyərinə daxil edilərək müəssisənin sərəncamında
qalır. Mahiyyətinə görə əsas vəsaitlərin təkrar və genişləndirilmiş istehsalını təmin
etməli olan bu vəsaitlər mənfəət vergisindən azad olunur (gəlirdən çıxılan xərclərə
aid edilməklə). Amma amortizasiya ayırmaları ƏDV tutulan əməliyyatın dəyərinə
daxil edilir. Eyni zamanda, heç bir tərəfdaşa ödənilmədiyi üçün amortizasiya ayır-
malarına ƏDV üzrə elektron vergi hesab fakturalarını almaq mümkün deyil (əvəz -
ləşdirilməsi imkanı itirilir). Doğrudur, amortizasiya olunan əsas vəsaitlərin alınması
zamanı belə hesab-fakturalar verilir və həmin məbləğlərin əvəzləşdirilməsi Vergi
Məcəlləsində təyin edilmiş əvəzləşdirmə mexanizmi üzrə (hesabat dövrü (ay) və
sonrakı 3 ay ərzində) həyata keçirilə bilər. Lakin müəssisə 10-12 il və daha çox müd-
105
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.


dəti əhatə edən amortizasiya dövrü ərzində amortizasiya ayırmalarına görə ƏDV-ni
hesablamalı olur.
Müəssisənin mənfəəti həm vergi tutulan dövriyyənin (hesabat dövrü üzrə ümumi
məhsulun), həm də əlavə dəyərin tərkibinə daxil olduğu üçün vergitutmaya iki dəfə
cəlb olunur: mənfəətdən vergini müəssisə, həmin məbləğdən ƏDV-ni isə alıcı ödəyir.
Qeyd olunanları nəzərə alaraq müəssisədə yaradılmış əlavə dəyər göstəricisini
aşağıdakı kimi müəyyən edə bilərik:
və ya
Beləliklə, müəssisədə əlavə edilmiş dəyəri ümumi halda əmək haqqı, amortizasiya
ayırmaları və mənfəətin cəmi kimi müəyyən etmək olar.
Qeyd olunan komponentlərin hər biri rəqabət üstünlüyünün mənbələri kimi qəbul
oluna bilər. Məhsul vahidinə düşən əlavə dəyərin azaldılması isə həm məhsulun
maya dəyərinin, həm də alıcı tərəfindən ödənilən ƏDV-nin azalmasına gətirməklə
rəqabətdə əhəmiyyətli üstünlüyün əldə edilməsinə imkan verir.
4. ƏDV-nin innovasiyaların rəqabət qabiliyyətinə təsiri
İqtisadi ədəbiyyatda texnoloji və institutsional innovasiyalar anlayışlarından tez-
tez istifadə olunur. İnstitutsional innovasiyalar dedikdə,  iqtisadi fəaliyyətə təsir
göstərən formal və qeyri-formal institutlarda, onların fəaliyyət mühitində dəyişik-
liklər  nəzərdə  tutulur.  Texnoloji  innovasiyalar  dedikdə  isə,  istehsal  texnologi -
yalarında, məhsullarda, tələbatın ödənilməsi texnologiyalarında, istehsalın texniki
elementlərində, təşkil və idarə etmə metodlarında yeniliklər nəzərdə tutulur [6,7,8].
Avstriya mənşəli amerikalı iqtisadçı Y.A.Şumpeter (1883-1950) yenilikləri 5 əsas
kateqoriyaya bölmüşdü [9, s. 159]:
1. Yeniliyin  yaradılması:  istehlakçılara  məlum  olmayan  yeni  nemətin  və  ya
mövcud nemətlərin yeni keyfiyyətinin yaradılması;
2. Yeniliyin tətbiqi: istehsalda əvvəllər məlum olmayan metodun (üsulun) və ya
mövcud nemətin yeni istifadə üsulunun tətbiqi;
3. Yeni  satış  bazarının  (ölkənin  sənaye  sahəsinin  təmsil  olunmadığı  bazar  –
bazarın əvvəllər mövcudluğundan asılı olmayaraq) mənimsənilməsi;
4. Yeni xammal mənbəyinin və ya yarımfabrikatların (əvvəllər mövcud olub-ol-
mamasından, istifadəsinin mümkünsüzlüyündən və ya yeni yaradılmasından
asılı olmayaraq ilk dəfə istifadə olunan) istifadəsi;
5. Yenidən təşkilin həyata keçirilməsi: nümunə üçün, trestin yaradılması ilə in-
hisar mövqeyinin əldə edilməsi və ya başqa inhisarın mövqeyinin sarsıdılması.
Y.Şumpeterin təsnifatından göründüyü kimi, texnoloji yeniliklər istehsal xərc -
lərinin  azaldılması,  istehsalçılar  üçün  yeni  iqtisadi  imkanların  açılması  və  is-
tehlakçılar üçün daha yüksək dəyərin yaradılması ilə əlaqədardır. 
106
İ.Seyfullayev. İqtisadiyyatın tənzimlənməsində xüsusi vergi rejimlərinin əhəmiyyəti 


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə