İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə48/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   44   45   46   47   48   49   50   51   ...   88

 r   itetliyinin seçilməsi bu əmtəələrin geniş müxtəlifliyinə imkanlar verir və nəticədə
hər əmtəə markası özünəməxsus fərqli xüsusiyyətlərə malik olur: sürətli idman
maşınları, iri tutumlu ailəvi maşınlar, qənaətçil maşınlar və s.
Yenilik, mövcud bazarın ayrı-ayrı seqmentlərə bölünməsi nəticəsində baş verir.
Yenilikçi müəssisənin nisbətən kiçik bazar seqmentində bazar payı böyük ola bilər.
Belə halda yeni məhsula müəyyən intervalda yüksək qiymət qoymaq imkanı yaranır.
Yeni məhsul xüsusi tələbatlara istiqamətləndiyi üçün standart məhsulun təmin et-
mədiyi alıcıları özünə cəlb edir. Məhsulun diferensiasiyası yüksək alıcılıq qabiliyyəti
olan  alıcılar  qrupuna  çıxmağa  imkan  verir. Yeni  məhsullara  görə  daha  çox  pul
ödəməyə  hazır  olan  alıcılara  ya  yüksək  gəlirli  istehlakçılar,  ya  da  müəyyən
səbəblərdən standart məhsulu qəbul etməyən alıcılar aid edilir.
5. ƏDV üzrə mövcud praktikanın innovasiya mexanizminə təsiri
Hesab olunur ki, ƏDV iqtisadi artıma, kapitalın təmərküzləşməsinə və yığımın
stimullaşdırılmasına digər vergi növlərindən daha çox təsir göstərir. ƏDV-nin iqti-
sadiyyatın müxtəlif sahələrinə təsiri fərqlidir. Müəssisənin məcmu xərclərində ma-
terial xərclərinin və digər təşkilatların gördüyü işlərə və göstərdikləri xidmətlərə
görə  ödədiyi  məbləğlərin  xüsusi  çəkisi  artdıqca  onların  təmin  etdikləri  vergi
ödənişləri azalır (əvəzləşdirmə mexanizminin köməyi ilə). Əmək tutumu və ümumi
gəlirlərində xalis məhsulun xüsusi çəkisi böyük olan sahələr isə daha çox ƏDV
hesablamalı  olurlar.  Digər  tərəfdən,  ƏDV-yə  görə  ödənilən  vergilərin  əvə z -
ləşdirilməsi prosesinin müddəti müxtəlif sahələrdə xeyli fərqlənir. Texnoloji dövr-
lərin müxtəlifliyi nəticəsində yaranan belə fərqlər sahibkarlar üçün qeyri-bərabər
iqtisadi şəraitin yaranmasına gətirir. Dövriyyə vəsaitlərinin dövretmə sürətinin böyük
olduğu topdansatış ticarət müəssisələrində əvəzləşdirmə müddətinin saatlar və ya
günlərlə ölçülə bildiyi halda uzunmüddətli texnoloji proseslərə malik olan istehsal
sahələrində belə əvəzləşdirmə xeyli vaxt aparır. Topdansatış ticarətçilər hər hesabat
dövründə (bir ay) ödədikləri ƏDV-ni tam əvəzləşdirmək imkanına malik olur və
ƏDV kimi ödənilmiş dövriyyə vəsaitlərini geri qaytara bilirlər. Sənaye sahələrində
uzun müddətli istehsl tsikllərinin mövcudluğu isə ödənilmiş ƏDV məbləğlərinin
qaytarılması müddətini artırmaqla əlavə dövriyyə vəsaitlərinə tələbat yaradır. Bu
proses bazara daxil olma mərhələsində olan yeni məhsuların istehsalçıları üçün daha
böyük çətinliklər yaradır. Belə ki, həmin mərhələdə yeni məhsulların qiyməti yüksək,
tələbat isə az olur.
Əksər ölkələrdə sığorta və bank sektoru ƏDV-dən azad olunur. Vergi Məcəlləsinin
13.2.9-cu maddəsində göstərilir ki, qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq  ƏDV
məqsədləri üçün mal hesab olunmur. Qeyri-maddi aktivlər anlayışı Vergi Məcəl-
ləsinin 13.2.9-cu maddəsində belə müəyyən edilir: “intellektual, o cümlədən ticarət
nişanları,  digər  sənaye  mülkiyyəti  obyektləri,  habelə  müvafiq  qanunvericiliklə
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
111


müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi
tanınan digər analoji hüquqlar”.
Azərbaycan Respublikasının “Patent haqqında” Qanununda edilmiş dəyişiklik-
lərdə “sənaye mülkiyyəti obyektləri” anlayışı  müvafiq olaraq  "ixtira, faydalı model
və sənaye nümunələri" sözləri ilə əvəz edilmişdir. Müvafiq dəyişikliklər Azərbaycan
Respublikasının  “Dövlət  rüsumu  haqqında”  Qanununda  da  öz  əksini  tapmışdır.
Deməli, innovasiya fəaliyəti üçün mühüm əhəmiyyət kəsb edən ixtiraların, faydalı
model və sənaye nümunələrinin satışı üzrə dövriyyələr ƏDV məqsədləri üçün mal
hesab olunmur.
Vergi Məcəlləsinin 165.1.3 və 168.1.5-maddələrinə görə ixtiralara, faydalı model
və  sənaye  nümunələrinə  verilən  patentlərin  mülkiyyətə  verilməsi  və  ya  güzəşt
edilməsi “sıfır” dərəcə ilə vergiyə cəlb olunur. Bu müddəa patentlərə tələbatın sti -
mullaşdırılmasına dəstək verməklə innovativ müəssiələr üçün əlverişli şərait yaradır.
İnnovasiyalı iqtisadi sistemə keçid üçün belə qeyri-maddi aktivlərin təqdim edilməsi
üzrə əməliyyatların da “sıfır” dərəcə ilə ƏDV-yə cəlb edilməsi daha məqsədəuyğun
olardı.
Əvəzləşdirilən vergi məbləği hesablanmış vergi məbləğindən artıq olduqda, büdcə
ilə münasibətlər Vergi Məcəlləsinin 179-cu maddəsi ilə tənzimlənir. Bu maddədə
qeyd olunur ki, dövriyyəsinin azı 50 faizi “sıfır” dərəcə ilə vergiyə cəlb olunan vergi
ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən
artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 45
gün ərzində qaytarılır.
Digər vergi ödəyiciləri üçün - əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü
ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti 3 aya keçirilir və
bu ayların ödəmələrinə aid edilir, artıq ödəmənin hər hansı qalığı isə bu 3 ay bit-
dikdən sonra vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində büdcədən qaytarılır.
Deməli vergi tutulan dövriyyəsinin 50%-dən çoxu standart dərəcələrlə vergiyə cəlb
olunan və ahəngdar fəaliyyət göstərən müəssisələr ödədikləri ƏDV-ni təxminən 135
gündən sonra geri qaytara bilirlər.
Göründüyü kimi, ƏDV üzrə ödənişlər daxili bazarda fəaliyyət göstərən istehsal
müəssisələrini əlavə dövriyyə vəsaitlərini cəlb etməyə vadar edir. Bu isə yerli məh-
sulların maya dəyərinin artmasına və rəqabət qabiliyyətinin azalmasına, inflyasiya
proseslərinin sürətlənməsinə şərait yaradır. Büdcə gəlirlərinin təmin edilməsi üçün
müəssisələrin dövriyyə vəsaitlərinin bir hissəsinin məcburi formada istehsaldan kə-
narlaşdırılması faktı ƏDV-nin istehsalçıya münasibətdə neytral olmadığını göstərir.
İstehsalçının pul vəsaitlərinin daim istehsaldan kənarlaşdırılması dolayı verginin
təbiətinə ziddir.
İxraca “sıfır” dərəcənin tətbiqi milli iqtisadiyyatın inkişafı üçün böyük əhəmiyyət
kəsb edir. Lakin qeyd olunmalıdır ki, bu güzəşt xammal ixracatçıları üçün daha əlve -
rişli  iqtisadi  mühiti  yaradır.  Belə  ki,  xammal  hasilatı  və  ixracı  ilə  məşğul  olan
İ.Seyfullayev. İqtisadiyyatın tənzimlənməsində xüsusi vergi rejimlərinin əhəmiyyəti 
112


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə