İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə


partiya üzvlərindən və bitərəflərdən ərzaq müfəttişlərinin



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə51/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   47   48   49   50   51   52   53   54   ...   88

4. İki həftə müddətində partiya üzvlərindən və bitərəflərdən ərzaq müfəttişlərinin
səfərbər olunması;
5. Ərzaq kompaniyaları barədə təbliğat işinə başlanılması, bunun üçün isə MK-
nın təbliğat şöbəsinin rəhbərliyi altında Xalq Maarif Komissarlığının və Xalq
Ərzaq  Komissarlığının  da  nümayəndələri  də  daxil  olmaqla  komissiyanın
yaradılması;
6. Xalq  Ərzaq  Komissarlığının  respublikanın  qəzalarında  səlahiyyətli  nü-
mayəndələri  kimi  10  nəfər  məsul  işçinin  komissarlığın  sərəncamına
göndərilməsi;
7. Xalq Komissarları Sovetinin 1 ay müddətində ərzaq vergisi ilə əlaqədar qa-
nunvericilik sənədlərinin dərc etdirməsi nəzərdə tutulurdu.
Diqqəti cəlb edən digər tarixi sənəd kimi AK(b)P-nin 1923-cü il martın 12-16-
da keçirilən V qurultayında vergi siyasəti ilə əlaqədar məruzənin tezisləri göstərilə
bilər. Qeyd etmək lazımdır ki, qurultayı giriş sözü ilə Azərbaycan Kommunist Par-
tiyasının Mərkəzi Komitəsinin katibi S.M.Kirov açmışdır və təbiidir ki, çıxışda sovet
hakimiyyətinin  həyata  keçirdiyi  siyasətin  bütün  istiqamətlərinin  dəstəklənildiyi
bildirilirdi. Qurultayda  Kommunist Partiyasının Vergi siyasəti ilə əlaqədar məruzə
də dinlənildi. Sözügedən məruzənin tezislərində qeyd olunurdu:
 sovet dövlətinin xalq təsərrüfatının əmtəə əsasları üzərində təşkil olunması,
bunun nəticəsində xüsusi ticarət və sənaye kapitalının mövcudluğu, kənddə
azad iqtisadi proseslərin (ərzaq vergisinə keçid) bərqərar olması, kapitalist
yığımı və kapitalist mülkiyyətinin mövcudluğu dövlətin idarə olunması ehti -
yacları üçün yuxarıda adları çəkilən mülkiyyət kateqoriyalarının gəlirlərindən
müəyyən hissənin ayrılmasını tələb edir;
 eyni zamanda adları çəkilən iqtisadi faktorlar Sovet hakimiyyətini ümum-
dövlət və yerli (lokal) vergi sisteminin yaradılmasını tələb edir və vergi sistemi
sovet dövlətinin əlində yığım və gəlirlərinin bölüşdürülməsinin sinfi yanaşma
baxımından tənzimlənməsi vasitəsi kimi çıxış edir;
 kəndli  təsərrüfatının  və  sənayenin  əmtəə  xarakterliliyi,  ölkədə  əmtəə
dövriyyəsinin artması, bazar faktorunun təsirinin güclənməsi müvafiq olaraq
pul dövriyyəsinin də əhəmiyyətini yüksəldir. Dayanıqlı pul vahidləri və əmtəə
qiymətlərinin sabitləşdirilməsi olmadan bütünlükdə xalq təsərrüfatını uğurla
inkişaf etdirmək mümkün deyil;
 dövlət qeyri normal pul dövriyyəsi şəraitində (pul nişanlarının qıtlığı və get-
dikcə qiymətdən düşməsi) müharibənin gətirdiyi dağıntılardan sonra sənaye
və kənd təsərrüfatının çiçəklənməsini, vergilər və digər gəlir mənbələri ol-
madığından, ucuzlaşmaqda olan və dəyərini itirməkdə olan dövriyyəyə bu-
raxılmış emissiyalar və bundan ayrılan vəsaitlər hesabına təmin etməyə çalışır;
 ümumdövlət və yerli səviyyələrdə quruculuq işləri vergi mükəlləfiyyətlərinin,
maliyyə  siyasətinin  əsasının  müəyyənləşdirilməsini  tələb  edir.  Bunun
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
119


nəticəsində isə dövlət emissiyalarını tam aradan qaldırar, əmtəələrin və pul
nişanlarının qiymətləri sabitləşər, dövlətin büdcə kəsiri aradan qaldırılar. Məhz
buna görə nizamlanmış və möhkəm vergi sisteminin yaradılması kənd təsər-
rüfatının və sənayenin həyati maraqları ilə diktə olunur;
 sovet hakimiyyətinin vergi proqramları təkcə dövlətin iqtisadi tələbatlarına
əsasən deyil, eyni zamanda sinfi və siyasi maraqlar da nəzərə alınmaqla hazır-
lanmalıdır. Şəhərdə vergi siyasəti proletar kütlələrinin maraqlarını nəzərə al-
malı, kənddə isə elə qurulmalıdır ki, fəhlə sinfi ilə kəndlilərin ittifaqına ziyan
vurmamalıdır. Yoxsul və ortabablar isə istismarçılara qarşı mübarizədə vergi
siyasətinə arxalanmalıdırlar;
 gəlirlərin artıq hissəsinin əhali arasında, kənd-təsərrüfatı, sənaye, nəqliyyat,
maarif və digər sahələr üzrə rasional bölgüsünün həyata keçirilməsi vasitəsi
kimi xalq təsərrüfatının dirçəldilməsi üçün maddi bazanın yaradılmasına xid-
mət edir, lakin vergilər həddən artıq çox olduqda əks təsir göstərər, yəni ba -
zarda əmtəə dövriyyəsinin azalmasına səbəb olar. Vergilər sistemsiz yığılarsa
və ayrı-ayrı sosial təbəqələrin imkanlarına uyğun müəyyən edilməzsə, kəndli
təsərrüfatlarında istehsal güclərinin zəifləməsinə gətirib çıxarar. Vergi siyasə -
tində vergi ödəyicilərinin ödəmə qabiliyyətli olması daim nəzərə alınmalıdır;
 ancaq dövlət və yerli vergi sistemi yenidən qurulmalı və yaxşılaşdırılmalıdır.
Çünki, ərzaq vergisindən, trudqujnaloqdan
1
dövlət büdcəsinə kifayət qədər və-
sait daxil olmur. Çoxlu sayda birbaşa dövlət və yerli vergilər (xüsusi ilə kənd
yerlərində),  vergi  ödəyicilərinin  təsərrüfat  qeydiyyatlarının  aparılmaması,
vergi planının olmaması, kənd-təsərrüfatında ilin məhsuldarlıq göstəricilərinin
nəzərə alınmaması (kənd yerlərində vergilər kənd təsərrüfatı məhsullarının re-
allaşdırılması vaxtı nəzərə alınmadan həyata keçirilir) vergi aparatının zəifliyi
və eyni zamanda saxlanılmasının  həddən çox vəsait tələb etməsi müşahidə
olunur;
 vergi aparatının zəif olduğu şəraitdə tam birbaşa vergilər sisteminin yaradıl-
masının qeyri mümkünlüyünü nəzərə alaraq, dolayısı ilə alınan vergiləri saxla-
maq  lazımdır.  Vergilərin  yığılması  aparatını  hər  vasitə  ilə  gücləndirməli,
partiya öz qarşısında birbaşa vergi sisteminin (əmlak, gəlir vergisi) tam yaradıl-
masını  və  fəaliyyət  göstərməsini  məqsəd  kimi  qoymalıdır.  Bu  isə  öz
növbəsində  əmtəə  təsərrüfatının  inkişafı  şəraitində  yeni  yaranmış  bur-
juaziyanın, xırda burjuaziyanın vergilərə cəlb olunmasına şərait yaradacaq;
 şəhərdə  və  kənddə  vergilərin  sayının  çoxluğu  haqlı  narazılığa,  xüsusi  ilə
kəndlilərin narazılığına də  səbəb olur. Kəndlilər minimal sayda dövlət və yerli
vergilərin alınmasına cəlb olunmalıdırlar. Kənd təsərrüfatı üzərinə düşən bir-
başa  vergilər:  vahid  kənd  təsərrüfatı  vergisi,  həyətbaşı  və  ya  pul  vergisi,
1
Əmək və yük daşınması mükəlləfiyyəti, əhalinin məcburi qaydada dövlətin ehtiyacları üçün müəyyən işlərin yerinə yetir-
ilməsi, eyni zamanda  yük daşıyan araba və digər vasitələri olanlar dövlət ehtiyacları üçün müəyyən yüklərin daşınılması
öhdəlikləri var idi. [6, 43-cü cild, s 325].
S.Səməndərov. XX əsrin 20-30-cu illərində Azərbaycanda vergi məsələlərinin ictimai-siyasi və iqtisadi fikirdə...
120


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə