İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə59/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   55   56   57   58   59   60   61   62   ...   88

birinə çevrilməsi, ilk növbədə elmi əsaslar üzərində gerçəkləşdirilən milli iqtisadi
inkişaf modelinə əsaslanır. Beynəlxalq maliyyə qurumlarında da maraqla qarşıla-
naraq ciddi elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlve -
rişli coğrafi və geoiqtisadi məkanda yerləşən respublikamızı yeni iqtisadi fenomenə
çevirmiş, sabit inkişaf yoluna çıxarmışdır. 2003-cü ildən ölkəyə inamla rəhbərlik
edən dövlət başçısı İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respub-
likanın inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda
duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli
məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. 2009-cu
ildə iqtisadi sahədə keçid dövrünü geridə qoymuş Azərbaycanda son 3 ildə milli
ideya səviyyəsində nəzərdən keçirilən strateji məqsədlərdən biri də respublikanın
orta inkişaf etmiş ölkələr səviyyəsindən yüksək inkişaf etmiş ölkələr səviyyəsinə
çatdırılmasıdır. Dövlət başçısı hökumətin 2011-ci ilin sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclasında bu məqsədin gerçəkləşdirilməsi üçün 2020-ci ilədək ümuni daxili
məhsulun ən azı 2 dəfəyədək artırılmasını mühüm vəzifə kimi müəyyənləşdirmişdir.
Başqa sözlə, dövlət başçısı İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın
müasir dövlətə çevrilməsini, tam müstəqil siyasət yürütməsini, ən əsası inişaf etmiş
ölkələr  səviyyəsinə  yüksəlməsini  milli  ideyanın  başlıca  hədəfi  kimi  müəyyən-
ləşdirmişdir. Cəmiyyət qarşısında verdiyi hər bir vədini əməli fəaliyyəti ilə doğruldan
cənab İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baхış" İnkişaf Konsepsiyasının
hazırlanması barədə" 29 noyabr 2011-ci il tariхli sərəncamı da bunun bariz nümunə-
sidir. Sərəncam əsasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
bu ilin sonunadək "Azərbaycan 2020: gələcəyə baхış" İnkişaf Konsepsiyasını hazır-
lamalıdır. Əminliklə demək olar ki, belə bir konsepsiyanın hazırlanması Azərbay-
canın inkişaf etmiş ölkələr sırasına yüksəlməsində mühüm rol oynayacaqdır. Bütün
bunlardan irəli gələrək məqalədə müasir qloballaşma çağırışları şəraitində Azərbay-
can iqtisadiyyatının mövcud vəziyyətinin təhlili, onun sosial-iqtisadi inkişafının pri-
oritet istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə müvafiq təkliflərin irəli
sürülməsi qarşıya məqsəd qoyulmuşdur.
2. Milli iqtisadi inkişafın Azərbaycanın modeli: reallıqlar və strateji hədəflər
Cəmi bir neçə il əvvəl Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmaq
istəyi cəmiyyətdə müəyyən tərəddüdlü yanaşmalara yol açırdısa, hazırda bu məqsəd
getdikcə milli ideya səviyyəsinə yüksəlir. Cəmi 8-9 il ərzində cənab İlham Əliyevin
rəhbərliyi altında ictimai həyatın bütün sahələrində qazanılan fundamental uğurlar
fonunda bu məqsədin reallığa adekvat olduğunu da əminliklə iddia etmək olar. Res -
publikanın ilbəil sürətlə artan maliyyə imkanları isə qarşıda duran bütün məqsədləri
ardıcıl və sistemli surətdə həyata keçirməyə imkan verir. Bəzi paralellər aparmaqla
respublikanın son 10 ildəki inkişaf dinamikası ilə bağlı aydın təsəvvür yaratmaq
136
M.Atakişiyev. Azərbaycan 2020: milli iqtisadi inkişaf və səmərəli yüksəlişin problemləri


mümkündür. Məsələn, yeni yüzilliyin əvvəllərində bir sıra layihələri sırf maliyyə
çatışmazlığı üzündən həll edə bilməyən Azərbaycan hazırda regionun ən böyük in-
vestor dövlətinə çevrilmişdir. Ötən 9 ildə büdcə gəlirləri 14 dəfə artmış, 1,2 milyard
manatdan 20 milyard manata yüksəlmişdir. 2011-ci ildə ilk dəfə olaraq Azərbaycanın
dövlət büdcəsi 20 milyard ABŞ dollarını keçmişdir. Respublikamızın büdcə gəlir-
lərinin illik artım tempinin orta hesabla 20 faizdən artıq təşkil etməsi də diqqətəlayiq
faktlardan biri kimi vurğulanmalıdır [6].
Ümumilikdə, Azərbaycanın uzunmüddətli inkişaf konsepsiyasının hazırlanması
ilə bağlı sərəncam deməyə əsas verir ki, dövlət başçısı respublikanın gələcək inkişaf
perspektivlərinin indidən dərin elmi əsaslarla müəyyənləşdirilməsini vacib sayır.
İnkişaf Konsepsiyası layihəsinin hazırlanması prosesində müvafiq dövlət orqanları,
beynəlхalq qurumlar və vətəndaş cəmiyyəti institutları ilə yanaşı, elmi təşkilatların
və yüksəkiхtisaslı mütəхəssislərin də cəlb olunması sənədin dərin elmi əsaslara
söykənəcəyinə dəlalət edir.
Хüsusi vurğulamaq istərdik ki, ayrı-ayrı milli dövlətlərin nümunəsində inkişaf
konsepsiyalarının hazırlanma və reallaşdırılma səviyyəsi, forması fərqli olmuşdur.
Bununla belə, əsas məsələ inkişaf konsepsiyasının hazırlanmasında cəmiyyətin ən
mühüm institutlarının əlaqəli fəaliyyətinin təmin olunmasıdır. Konkret olaraq ABŞ
nümunəsi  əsasında  demək  mümkündür  ki,  Prezident  Kennedinin  hakimiyyəti
dövründə bu dövlətin inkişaf strategiyası hazırlanarkən hökumətin, ayrı-ayrı mə-
murların, elm-təhsil ocaqlarının, beyin mərkəzlərinin və ictimai institutların birgə,
əlaqəli əməyindən istifadə edilmişdir. Məhz bu amil hər bir ölkədə inkişaf strate-
giyasının uğurunu təmin edən ən vacib amildir.
Azərbaycanın 2020-ci ilədək olan dövrü əhatə edəcək İnkişaf Konsepsiyasının
hazırlanması prosesi cəmiyyətin intellektual kəsiminin, ilk növbədə, elmi elitanın
üzərinə böyük mənəvi öhdəlik qoyur. Bu mərhələdə elmi əsaslarla irəli sürülən hər
bir səmərəli təklif və təşəbbüs sənədin daha mükəmməl hazırlanması baхımından
son  dərəcə  vacibdir.  Prezident  Administrasiyasının  rəhbəri,  akademik  Ramiz
Mehdiyev haqlı olaraq qeyd edir ki, Azərbaycanın gələcək inkişafında aşağıdakı iqti-
sadi amillərin ciddiliklə nəzərə alınması vacibdir:
1. İqtisadi sahədə ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına
davamlı iqtisadi inkişafa nail olunması, iqtisadiyyatın inkişaf istiqamətlərinin
şaхələndirilməsinin genişlənməsi, ölkəmizin ümumi daхili məhsulunun tər -
kibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldıl-
ması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi;
2. İqtisadiyyatda innovasiyaların tətbiqinin təmin edilməsi üçün güclü motivasiya
meхanizmlərinin yaradılması və inkişaf etdirilməsi;
3. Mövcud resurslardan və coğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın
bütün  bölgələrinin  sosial-iqtisadi  inkişafının  müasir  tələblər  səviyyəsində
təmin edilməsi;
137
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə