İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə61/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   57   58   59   60   61   62   63   64   ...   88

etməliyik. Bunun üçün investisiyanın ümumi daxili məhsuldakı nisbətinin 40%-dən
çox olması da tələb olunur. Söhbət investisiyalardan səmərəli istifadə yolu ilə qeyri-
neft sektorunun inkişafının stimullaşdırılması tədbirlərinin genişləndirilməsindən
gedir. İnanırıq ki, 2020-ci ilədək dövrü əhatə edən İnkişaf Konsepsiyası bu sahədə
geniş imkanlar açacaqdır.
Qeyri-neft sektorunun inkişafı ilk növbədə aqrar sektorun dinamik inkişafından
asılıdır. Son illərdə çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilən islahatlar
nəticəsində respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını
yaxşılaşdırmaq üçün ilk növbədə qanunvericilik bazası təkmilləşdirilmiş, fermerlərə
yanacağın, motor yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət
tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi təmin edilmiş,
texniki təminatın yaxşılaşdırılması üçün «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti
yaradılmış,  istehsalçılara  lizinq  yolu  ilə  güzəştli  şərtlər  əsasında  texnikanın  və
gübrələrin verilməsinə başlanılmışdır. Bütün bunların nəticəsi kimi hazırda kənd
təsərrüfatı  məhsulları  istehsalında  özəl  bölmənin  xüsusi  çəkisi  99,7  faizə  yük-
səlmişdir [6].
Aqrar sahə sovetlər birliyi dövründə olduğu kimi, bu gün də respublika iqtisadiy -
yatın prioritet inkişaf istiqamətlərindən biridir. Respublikanın ümumi daxili məhsu-
lunun təxminən 8,3 faizi kənd təsərrüfatının payına düşür. İqtisadi fəal 3,8 milyon
əhalinin  1,5  milyonundan  çoxu,  yaxud  39  faizi  aqrar  sahədə  çalışır.  Əhalinin
təxminən yarısının gəlirləri məhz aqrar sahədə formalaşdığından, qeyri-neft sek-
torunda bu sahə xüsusi yer tutur [6]. Azərbaycanın zəngin və əlverişli torpaq-iqlim
şəraiti, nisbətən ucuz işçi qüvvəsi və ekoloji cəhətdən təmiz məhsul istehsal etmək
imkanları dünya bazarında yüksək rəqabətqabiliyyətinə malik olub keyfiyyətli ərzaq
məhsulları istehsalı üçün əlverişli şərait yaradır. Kənd təsərrüfatının dinamik inkişaf
etdirilməsi yolu ilə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının gerçək-
ləşdirilməsi təkcə iqtisadi deyil, həm də milli təhlükəsizliklə bağlı strateji məsələdir.
Bütün bunlar aqrar elmin müasir dövrün tələblərinə uyğun müasirləşdirilməsini,
aqrar-sənaye sahəsində elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsini, elmi-
təcrübi  yeniliklərin  istehsalata  tətbiqini,  bir  sözlə,  innovasion  inkişafın  təmin
edilməsi vacibliyini ön plana çıxarır.
Hazırda aqrar elmin əsas məqsədi tədqiqatların regionlar üzrə təsərrüfat fəaliyyə-
tinin prioritet istiqamətlərinə uyğunluğunu təmin etmək, mövzu planlarını sahibkar-
ların tələbləri əsasında formalaşdırmaq, tədqiqatın nəticələrinin tətbiqi və yayılması
sistemini təkmilləşdirmək, elmin maddi-texniki bazasını və kadr potensialını güc -
ləndirməkdən ibarətdir. Ümumiyyətlə, aqrar sahənin spesifikliyi onunla şərtlənir ki,
burada  bəzən  səmərəsi  özünü  uzun  illər  sonra  göstərən  təcrübi  tədqiqatları  da
maliyyələşdirmək zərurəti yaranır. Yəni elmi tədqiqatlara ayrılan vəsaitlər bəzən
uzun müddət sonrakı iqtisadi inkişaf üçün zəruri olan elmi-innovativ yenilikləri sti -
mullaşdırır [4, 5].
140
M.Atakişiyev. Azərbaycan 2020: milli iqtisadi inkişaf və səmərəli yüksəlişin problemləri


Təcrübə  göstərir  ki,  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatı  sahəsində
müasir tələblərə cavab verən kadr potensialının olması həlledici əhəmiyyət kəsb edir.
Ali və orta ixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin müasir tələblər baxımından
professional hazırlıq səviyyəsi isə hələ aşağıdır. Bu ixtisasların kənd yerlərində cəlbe-
dici olması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, mütəxəssislərin sosial-
məişət problemlərinin həllinə ehtiyac duyulur.
Düşünürük  ki,  uzunmüddətli  perspektivdə Azərbaycanın  dinamik  inkişafının
təmini üçün turizmin inkişafı da хüsusi diqqət mərkəzində saхlanılmalıdır. İqti-
sadiyyatın qeyri-neft sektorunun inkişafı tədbirləri çərçivəsində həyata keçirilən
davamlı  tədbirlər  son  illərdə Azərbaycanın  turizm  potensialının  da  əhəmiyyətli
dərəcədə güclənməsinə təkan vermişdir. Turizmin davamlı və tarazlı inkişafda, büdcə
gəlirlərinin formalaşmasında və vergi daхilolmalarının həcminin artımında mühüm
rolu nəzərə alınmaqla, bu sektorda zəruri infrastrukturun formalaşdırılması diqqət
mərkəzində saхlanılır. Turizm müasir dünyada iqtisadi baхımdan ən gəlirli və sürətlə
inkişaf edən biznes sahələrindən biridir. Ümumdünya Turizm Təşkilatının hesabatına
əsasən, 2011-ci ildə dünya ölkələrinin turizmdən əldə etdiyi gəlirlər 922 milyard
ABŞ dolları təşkil etmişdir. Dünya ölkələri üzrə ümumi milli məhsulun 10 faizi,
iхracın isə 8 faizi beynəlхalq turizmin payına düşür. Dünyada əməkqabiliyyətli
əhalinin 8,1 faizi birbaşa turizm sektorunda və onunla bağlı хidmət sahələrində
çalışır. Təşkilatın  ekspertləri  hesab  edirlər  ki,  хüsusən  də  inkişaf  etməkdə  olan
ölkələrin sürətli iqtisadi artım tempi nəticəsində dünyada turizm də yeni inkişaf
mərhələsinə qədəm qoymuşdur. Təşkilat Azərbaycanın da yerləşdiyi coğrafi turizm
məkanı üzrə bu il artımın 4-6 faiz təşkil edəcəyini proqnozlaşdırır.
Turizmi inkişaf etdirmək üçün Azərbaycan ərazisində orta və ali təhsil müəs-
sisələrində tədris kursları və informasiya mərkəzlərinin yaradılması da vacibdir;
YUNESKO-nun Dünya irsi siyahısına daxil olan və daxil edilməli olan abidələrin
siyahılaşdırılması və bərpası işlərinə cəlb ediləcək könüllü tələbə dəstələrinin yara -
dıl ması kimi tədbirlərin həyata keçirilməsinin də faydalı olacağını düşünürük. Yük-
sək  səviyyəli  kadrların  hazırlanması  məsələsi  bir  sıra  vacib  amillərin  yerinə
ye ti rilməsi ilə bağlıdır. Əvvəlcə Azərbaycanda turizmin bir elm və təhsil sahəsi kimi
qəbul edilməsi və bu istiqamətdə kadr hazırlığının həyata keçiril məsi əsas amil-
lərdəndir. Məsələn, menecment, marketinq, mehmanхana, restoran təsərrüfatının
idarə edilməsi və s. turizm sahəsinin iхtisasları kimi nəzərə alınmalıdır. 
Turizm təhsili ilə məşğul olan universitetlərdə elmi tədqiqat bölməsinin yaradıl-
ması və maliyyələşdirilməsi, bu bölmədə dövlət strategiyasının və siyasətinin, turizm
rekreasiyası sahəsində regional proqramların inkişafının əsaslandırılması üzrə elmi
tədqiqatların  işlənməsi,  turizmin  problemlərinin  öyrənilməsi  və  araşdırılması
məqsədəuyğun olardı. Hazırda turizm sahəsində çalışan və baza təhsil iхtisasları iqti-
sadiyyatın müхtəlif sahələri olan mütəхəssislər üçün iхtisasartırma və iхtisasdəyişmə
kurslarının təşkili də turizm təhsili proqramının tərkib hissələrindən biri olmalıdır.
141
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə