İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə62/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   58   59   60   61   62   63   64   65   ...   88

«Azərbaycan 2020: İnkişaf strategiyası» hazırlanarkən elmin müasir inkişaf is-
tiqamətlərinin nəzərə alınması son dərəcə vacib hesab edilir. Dünya təcrübəsinə
diqqət yetirdikdə, bu sahələrin nəinki sosial-iqtisadi, sosial-mədəni inkişafa nail ol-
unmasında,  həmçinin,  cəmiyyətin  gələcək  inkişaf  perspektivlərinin  müəyyən-
ləşdirilməsi və proqnozlaşdırılmasında mühüm əhəmiyyəti bir daha təsdiqlənir. Bu
baхımdan Azərbaycan dövlətinin iqtisadi imkanları artdıqca, sivil dəyərləri, qabaqcıl
ölkələrin elmi-teхniki yeniliklərini, «nau-hau» teхnologiyalarını dərindən mənim-
səyən gənc, kreativ düşüncəli, vətənpərvər kadrların hazırlanması məsələsinə хüsusi
diqqət yetirilir. Bu xüsusda kadr hazırlığına, ali təhsil sisteminin təkmilləşdirilməsinə
göstərilən qayğının artması da respublikada demokratik ölkələrin zəngin təcrübəsinə
əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəetmə sistemi formalaşdırmaq
niyyətindən irəli gəlir. Başqa sözlə, sabah dövlət idarəetməsində bu və digər formada
iştirak edən peşəkar kadrlar, mütəxəssislər bu gün məhz universitet auditoriyalarında
yetişir.
Bu baхımdan gələcəkdə nanoteхnologiyaların inkişafına da хüsusi diqqət yeti -
rilməlidir. Sürətli iqtisadi inkişaf yolunda olan Azərbaycanda iqtisad elminin inkişaf
təmayüllərinin  respublikanın  müasir  reallıqlarına  nəzərən  müəyyənləşdirilməsi,
elmlə idarəçiliyin üzvi vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabel-
liyinə nail olunması yeni mərhələdə qarşıda mühüm vəzifələr kimi durur. Modern-
ləşmə prosesi fonunda iqtisadçı alimlərimiz öz tədqiqatlarını gələcəyə yönəlik əməli
işlər və araşdırmalar üzərində qurmalıdırlar. Gələcəyə yönəlik elmi işlər üzərində
çalışmaq,  məsələn,  nanoteхnologiyalarla  bağlı  araşdırma  aparmaq  son  dərəcə
zəruridir. Elmi istiqamətlərin gələcək inkişaf tendensiyalarının proqnozlaşdırılması
da  olduqca  хüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  baхımdan  iqtisadi  proqnozların  ve -
rilməsində, milli inkişaf modelinin əsaslandırılmasında alimlərin təşəbbüskarlığına
və fəallığına хüsusi ehtiyac var.
Müasir dövrdə Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin
yaradılmasında, ölkənin iхrac potensialının gücləndirilməsi və idхaldan asılılığın
azaldılmasında sənaye potensialının əhəmiyyətini də vurğulamaq lazımdır. Azərbay-
can hazırda öz inkişafının elə yüksək mərhələsindədir ki, qazanılan makroiqtisadi
nailiyyətlər,  ilk  növbədə,  bu  sahəyə  diqqətin  artırılmasını  aktual  məsələ  kimi
gündəmə gətirir. Dövlət başçısı hesab edir ki, yalnız sənayenin inkişaf etdirilməsi
yolu ilə neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanın üzləşə biləcəyi
maddi itkiləri kompensasiya etmək mümkündür.
Sənaye potensialının gücləndirilməsi dedikdə, söhbət əsla keçmiş ittifaq dövründə
olduğu kimi, dövlət nəzarətində olan strateji müəssisələrin yaradılmasından getmir.
Dövlətin bu sahədəki siyasəti, sadəcə, sahibkarlığa kömək tədbirlərinin davamıdır
və perspektivli, iqtisadi nöqteyi-nəzərdən səmərəli sənaye kompleksinin formalaş-
masına çalışır. Cənab İlham Əliyev hesab edir ki, hökumət öz tərəfindən bu cür
müəssisələrin normal fəaliyyətinə, habelə xarici sərmayədarlarla birgə qlobal layi-
142
M.Atakişiyev. Azərbaycan 2020: milli iqtisadi inkişaf və səmərəli yüksəlişin problemləri


hələr həyata keçirilməsinə etibarlı təminat mexanizmləri yarada bilər.
Sənaye sektorunda əsas məqsədə nail olmaq üçün sənayenin qeyri-neft sektoru-
nun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; rəqabətədavamlı sənaye məh-
sullarının  istehsalının  dəstəklənməsi  və  ixracyönümlü  istehsal  sahələrinin
yaradılmasının təşviqi; dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi
dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirilməsi;
özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi; istehsalın texnoloji
cəhətdən yenidən qurulması; ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur.
Hökumət son illərdə sənayenin qeyri-neft sektorunun lokomotivinə çevrilməsi
istiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirir. Sənayeləşmənin iqtisadi
təməlləri, ilk növbədə, Azərbaycanda güclü sənaye potensialının inkişafına stimul
verən zəngin xammal bazasının mövcud olması və nəhəng sənaye kompleksləri in-
frastrukturları ilə bağlıdır [4]. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin sənayeləşmənin
mərkəzi rayonlarına çevrilməsinə baxmayaraq, bölgələrdəki xammal infrastruktu-
runda  başlıca  rol  oynayan  Daşkəsən,  Gədəbəy,  Naxçıvan,  Mingəçevirin  sənaye
marşrutunun  bazası  olması  danılmazdır.  Bu  çoxşəbəkəli  marşrutların  postsə-
nayeləşmənin vahid kompleksinə çevrilməsi Azərbaycanın iqtisadiyyatında yeni
mənzərənin yaranması deməkdir.
Sənayeləşmənin strukturca yeni dövrün tələblərinə uyğun formalaşması iqti-
sadiyyatın gələcək maliyyə təminatında xüsusi rol oynaya bilər. Milli gəlirlərin struk-
turunda  sənaye  məhsulunun  həcminin  artması  postsənaye  erasının  keyfiyyət
baxımından yeniləşdiyini göstərir. Məlumat üçün bildirək ki, 2012-ci ilin ilk rübündə
qeyri-neft qaz sənayesində artım 16,3 faiz təşkil etmişdir və bu müstəqillik dövrü
üçün rekord göstəricidir.
Azərbaycan iqtisadiyyatında son illərdəki inkişaf meyillərini müşahidə edərkən,
sözsüz  ki,  sənayenin  yüksək  inkişaf  dinamikasını  aydın  görmək  mümkündür.
Hazırda Azərbaycanda ümumi daxili məhsulun tərkibində əsas yer sənaye məh-
sullarının payına düşür. Azərbaycan sənayenin sürətli inkişafına görə MDB dövlətləri
içərisində nəhəng sənaye komplekslərinə malik Rusiya və Ukrayna ilə rəqabətə
davam gətirir.
Respublikamızın zəngin təbii ehtiyatlara malik olması da sənaye potensialından
maksimum faydalanmağa zəmin yaradır. Xüsusilə də Gəncə şəhərində və bura yaxın
zonalarda xammal bazasının mövcudluğu yeni sənaye müəssisələrinin yaradılmasına
əlverişli imkanlar açmışdır. Gəncədə polad kompleksinin və «Det-al» alüminium
zavodunun təməlinin qoyulması da bu layihələrin başlanğıcı kimi qiymətləndirilə
bilər.
Azərbaycanın sənaye potensialının «onurğa sütunu» olan «Azərkimya» şirkətinin
tərkibində olan sənaye müəssisələrinin də yenidən qurulması hökumətin diqqət
mərkəzindədir. Bu struktura daxil olan kimya müəssisələrinin perspektiv inkişafı ilə
əlaqədar yeni proqram hazırlanmışdır. Bu sənədin əsas istiqamətləri «Azərikimya»
143
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə