İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə56/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   52   53   54   55   56   57   58   59   ...   88

129
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
Məsələnin həlli ilə əlaqədar Bəyanatın hazırlanması üçün 21 nəfərdən ibarət komis-
siya seçildi [3, №250, 1928].
Göründüyü kimi, həyata keçirilən vergi siyasətində sinfi yanaşma, əslində, Azər-
baycanın kəndli əhalisinə mövcud rejim tərəfindən təzyiqlərin daha da artması kimi
qiymətləndirilə bilər. Heç də təsadüfi deyil ki, müvafiq dəyərləndirmələr mühacir
ədəbiyyatında  səslənməkdə  idi.  Bu  xüsusda  Azərbaycan  siyasi  mühacirətinin
görkəmli nümayəndəsi Məhəmməd Əmin Rəsulzadənin 1930-cu ildə “Горцы Кав-
каза” jurnalının №19-20 nömrəsində “Qafqazın Birliyi şüarı altında” başlığı ilə dərc
edilən məqaləsindəki fikirləri diqqəti cəlb edir. Burada yazılırdı ki, qolçomaqların
Azərbaycanda və bütünlükdə Qafqazda məhv edilməsi əhalinin əsas kütləsinin məhv
edilməsi deməkdir. Azərbaycanda əhalinin 60%-ı qolçomaq kimi ittiham edilənlərdir.
Heyvandarlıq da kollektivləşdirilmişdir. Qafqazda heç zaman torpaqdan istifadənin
icma forması olmamışdır. Bu rus həyatına xas hadisədir. Eyni zamanda eksperi-
mentlər sovet məmurları tərəfindən həyata keçirilmiş, bu məmurların 70%-i azər-
baycanlı  deyil.  Azərbaycanda  inqilab  zorla,  qırmızı  ordu  tərəfindən  həyata
keçirilmişdir. Kəndlilərin kolxoz əleyhinə mübarizəsi nəinki antisovet, həmçinin
işğal əleyhinə olmuşdur. Üsyançılar nəinki kollektivləşmənin ləğvini, eyni zamanda
milli hakimiyyətin bərpa olunmasını istəyirdilər [4, s. 21]
Daha sonra diqqəti 1931-ci ildə “Vahid kənd-təsərrüfatı vergisinin Azərbaycanda
aparılması haqqında” Az.SSR XKS-nin 22 aprel tarixli №562 nömrəli tarixli qərarı
qəbul etməsi faktı cəlb edir [5, №91, 1931]. 
Az.SSR  XKS-nin  sədri  D.Bünyadzadənin  və Az.SSR  XKS-nin  İşlər  müdiri
A.Sadıxovun imzası ilə XKS-nin 1931-ci il 30 iyun tarixli qərarı verildi. Qərarda
nəzərdə tutulurdu ki, iyulun 10-dan gec olmayaraq vergi obyektlərinin qeydi və
qolçomaq təsərrüfatları aşkara çıxarılmalıdır [5, №151, 1931]. Bu zaman dövrü mət-
buatda dərc edilən məlumatlarda bəyan edilirdi ki, vergi mütləq toplanılmalıdır, sinfi
düşmənlərə güzəştə gedənlər ağır cəzalandırılacaqlar [5, №188, 1931].
XX  əsrin  30-cu  illərdə  respublikada  maliyyə-büdcə  məsələləri  ilə  əlaqədar
diqqətəlayiq dəyərləndirmələr 1931-ci ildə fevral ayında Azərbaycanın VII Sovetlər
qurultayında  Xalq  Maliyyə  Komissarı  Əli  Məhəmmədov  tərəfindən  edilmişdir.
Çıxışda  maliyyə  orqanlarının  işinin  yaxşılaşdırılması,  qənaət  rejiminin  dərin-
ləşdirilməsinin vacibliyi fikri əsaslandırılırdı. Burada bütün təşkilatlara dövlət gəlir-
lərinin artırılması, istehsalat məxariclərinin maliyyə istehsalat planlarına əsasən
tutulması, çervonun və sosialist maliyyəsinin möhkəmləndirilməsi tapşırılırdı. Bunun
üçün isə birinci növbədə maliyyə vəsaitlərinin toplanılması işinin yaxşılaşdırılması
fikri əsaslandırılırdı. Çıxışda göstərilirdi ki, maliyyə vəsaitlərinin toplanılması bütün
respublikada 42,3%, sığorta planları 32,3%, kənd təsərrüfatı krediti ssudası 23,8%,
istehsalat kooperasiyasına verilmiş avans və əmanət pullar 22,6%, mənzil kooperativ
şirkətləri paraları 20%, kənd təsərrüfatı vergisi 11,7%, kolxozlar daxilində ehtiyat
para 7,1%, III sənayeləşdirmə istiqrazı 3,5% yerinə yetirilmişdir. Kənd təsərrüfatı


vergisi  olaraq  qolçomaq  təsərrüfatlarından  alınacaq  birdəfəlik  vergi  planı  6,5%
(1.200 min toplanılmalıdır) kəndli vergi planı 11,5% yerinə yetirilib. Pambıq üzrə
bağlaşma avansı 22,6%, çəltik avansı 10,4%, digər bitkilər üzrə 2,9% və ümu-
miyyətlə avansların toplanılması 14,2% yerinə yetirilib. Əli Məhəmmədov təklif
edirdi ki, qüvvələr təcili səfərbərliyə alınmalı, maliyyə işlərinin möhkəmləndirilməsi
qərarı sağçı oportunistlərin  ümidlərinə  nəhayət verilməlidir [5, №38, 1931].
Bundan sonra  M.Petrovskinin dövrü mətbuatda dərc edilən materialları diqqəti
cəlb edir.1931-ci ildə avqustun 12-də M.Petrovskinin dəyərləndirmələrində yazılırdı
ki, iyul ayında maliyyə vəsaitlərini səfərbərliyə almaqda böyük kəsir yaranıb. İyul
ayında icbarı vergilər 31%, könüllü vergilər 16% yerinə yetirilib. Dövlət vergiləri
üzrə  birinci  dekadada  536.000  m.,  2-ci  dekadada  562.000  m,  3-cü  dekadada
1.047000 m. vergilər toplansa da, alverçilərdən alınacaqlar toplanılmayıb. Bakı
maliyyə şöbəsi möhkəmləndirilməyib. Əmanət kassaları üzrə işlər bərbaddır. Ko-
operasiyanın pay toplanılması işində səhlənkarlıq var. Kustar sənaye kooperasiyaları
üzrə pay toplanışı işi 19,2%, kənd təsərrüfatı  kooperasiyası üzrə 9,4%, mənzil inşaat
kooperasiyası üzrə 11,6% yerinə yetirilib [5, №183, 1931].
“Kommunist”  qəzetinin  sözügedən  nömrəsində  N.Əhmədov
6
dəyərləndir -
mələrində yazırdı ki, avqust ayında kəsirin doldurulması mütləq yerinə yetirilməlidir.
O, bu işin inzibati üsullarla həyata keçirilməsini təklif edirdi [5, №183, 1931].
Daha sonra diqqəti SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sove-
tinin 1937-ci il 21 mart qərarı cəlb edir. Qərarda kənd sovetlərinin pul, sığorta və
natural ödənişlərinin yığılması səlahiyyətləri ləğv edilirdi. Müvafiq olaraq iyul ayının
1-dən  vergi  və  sığorta  ödənişlərinin  yığılması  yerli  maliyyə  şöbələrinə  həvalə
edilirdi. Burada həmçinin SSRİ Maliyyə Komissarlığının SSRİ XKS-yə təqdim et-
diyi “Vergi və sığorta inspektor və müfəttişləri haqqında” əsasnamədə təsdiq ol-
unurdu.
Yeni Əsasnamənin Vergi və maliyyə müfəttişləri haqqında qaydalarını əks etdirən
müddəalara görə hər rayon (şəhər) maliyyə şöbəsində baş vergi müfəttişinin rəhbər-
lik etdiyi vergi müfəttişliyi yaradılırdı. Baş vergi müfəttişi, sahə vergi müfəttişi və
onun köməkçisi vəzifələrinə siyasi və peşə hazırlığı sovet hakimiyyətinin tələblərinə
uyğun olan şəxslər təyin olunurdu. Baş vergi müfəttişi vəzifəsinə orta və ali təhsili
olan və bir il vergi müfəttişi köməkçisi kimi nöqsansız çalışanlar, həmçinin SSRİ
Xalq Maliyyə Komissarlığının təsdiq etdiyi xüsusi fənlər üzrə hazırlıqlı şəxslər təyin
olunurdular. Orta təhsili olmayan  şəxslər, lakin iki ildən az olmayaraq  müfəttiş
köməkçisi kimi çalışanlar müvafiq sınaqlardan sonra bu vəzifəyə təyin olunurdular.
Baş vergi müfəttişlərinə rayon (şəhər) hüdudlarında vergi işinə rəhbərlik, məsələn
vergi ödənişlərinin tam və düzgün uçotunun aparılması, gəlirlərin mənbəyi və həcmi,
dövlət və yerli vergilərinin ödənişi və yığılması, vergi ödəyicilərinin şikayətləri üzrə
işlərə baxılması daxil edilirdi. Sahə vergi müfəttişlərinə vergi ödəyicilərinin bilava-
6
N.Əhmədov haqqında tarixi materiallardan heç bir məlumat əldə edilməmişdir.
130
S.Səməndərov. XX əsrin 20-30-cu illərində Azərbaycanda vergi məsələlərinin ictimai-siyasi və iqtisadi fikirdə...


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə