İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə54/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   50   51   52   53   54   55   56   57   ...   88

AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
125
materialları cəlb edir. Qeyd etmək lazımdır ki, sessiyanın materialları “Бакинский
рабочий” qəzetində 1928-ci ildə mayın 29-da çıxan № 131-də işıqlandırılmışdır.
Dərc olunmuş materialın sərlövhəsində qeyd olunurdu ki, Azərbaycan SSR-də kənd-
təsərrüfatı  vergisinin  tətbiq  olunduğu  kəndlilərin  xalis  gəliri  milyon  manatlarla
ölçülür. Kəndlilərdən alınan verginin məbləği 3.336.000 manat olmuşdur. Yeni vergi
qaydaları əhalinin az gəlirli hissəsini vergilərdən azad etməklə vergilərin ağırlığını
ortababların çiyninə qoyur, yeni vergi qaydaları sinfi yanaşmanın təzahürüdür. Ses-
siyada Azərbaycan SSR Xalq Maliyyə Komissarı Teymur Əliyev kənd təsərrüfatı
vergisi haqqında çıxışlar etdi. Çıxışda qeyd olunurdu ki, 1927/28-ci təsərrüfat ilində
vergi  mükəlləfiyyətli  obyektlərin  müəyyənləşməsi  yerli  idarəetmə  orqanları
tərəfindən qəza vergi aparatının işçiləri də cəlb olunmaqla həyata keçirilmiş və öz
müsbət nəticəsini vermişdir. Cari ildə kəndlilərin vergi mükəlləfiyyətinə cəlb edilən
xalis gəliri 63.609.000  manat olmuşdur, halbuki, bu göstərici 1926/27-ci təsərrüfat
ilində  58.000.000  manat  olmuşdur.  1926-19/27-ci  təsərrüfat  ili  ilə  müqayisədə
kəndlilərin  gəlirləri  9%  artmışdır.  Lakin  faktiki  olaraq  qeydə  alınmış  və  vergi
öhdəçiliyinə cəlb olunmuş gəlirin həcmi respublikada 1927/28-ci təsərrüfat ilində
14%  artmışdır.  Kənd  təsərrüfatının  ayrı-ayrı  sahələri  üzrə  xalis  gəlir  aşağıdakı
kimidir: tarlaçılıqda - 44,72%, çəmən və otlaq sahələri üzrə - 2,98%, xüsusi sahələr
üzrə 21,05%, heyvandarlıqda 27,63%, qeyri torpaq sahələrindən gələn gəlirlər -
3,62% olmuşdur. İri heyvandarlıq təsərrüfatları istisna olmaqla bütün bu təsərrüfat-
lardan ötən il ilə müqayisədə 8% az vəsait yığılmışdır. Cari ildə yığılan vəsaitlərdəki
artım bir tərəfdən kəndli təsərrüfatlarının nisbətən daha rentabelli olması, digər
tərəfdən isə vergi ödəyicilərinin öhdəliklərinin daha dəqiq müəyyən olunması ilə
əlaqədardır. Lakin 1927/28-ci təsərrüfat ilində də kənd-təsərrüfatı vergilərinin yığıl-
ması  kampaniyasında  müəyyən  nöqsanlar  olmuşdur.  Bu  isə  birinci  növbədə
kəndlilərin gəlir mənbələrinin düzgün qeydiyyata alınmaması ilə əlaqədardır. Daha
varlı  təsərrüfatlarda  gəlirlərin  məbləği  gizlədilir.  1927/28-ci  təsərrüfat  ilində
kəndlilərdən 3.780.000 manat vergi yığılmış, ötən il müqayisədə dövlət büdcəsinə
11,1% artıq vəsait daxil olmuşdur. Bu isə birinci növbədə gizli gəlirlərin müəyyən-
ləşdirilməsi nəticəsində mümkün olmuşdur. 1925/26-cı təsərrüfat ilində əhalinin az
təminatlı (kasıb) hissəsinin 26%-i, 1926/27-ci təsərrüfat ilində 38%-i, 1927/28-ci
təsərrüfat ilində isə 43%-i vergilərdən azad olunmuşdur. Qızıl ordu əsgərləri və əlil-
lərində vergi güzəştləri 1926/27-ci təsərrüfat ilində 322.000 manat, 1927/28-ci təsər-
rüfat ilində 477.000 manat olmuşdur. Mayın 1-nə olan məlumata görə bütün imtiyazlı
əhali üçün vergi güzəştlərinin və endirimlərinin ümumi məbləği  8.336.484 manat
olmuşdur. Mayın 1-nə kimi müəyyən olunmuş vergilərin 95,63% yığılmışdır. Vergi
ödəyicilərinin əsas kütləsini adabaşına 30 manatdan 80 manata qədər gəlir düşən,
bütün təsərrüfatların 44,42%-ni, bütün vergi mükəlləfiyyətlilərin 57%-ni təşkil edir.
Həmin kütlə vergilərin 50,26%-ni ödəyir. Daha imkanlı təbəqəyə gəldikdə isə bütün
təsərrüfatların 7,22%-i və bütün gəlirin 18,57%-i, bütün vergilərin 45-46%-i onların


öhdəsinə düşür. Vergilərdən azad edilən  geniş kəndli təsərrüfatlarının payına isə
gəlirlərin 24%-i düşür.
Azərbaycanda orta hesabla gəlir vergisi gəlirlərin 6,14%-ni, bütünlükdə istehsal
gücü nəzərə alınmaqla 1,09%-dən - 19,30% -arasında dəyişir. SSRİ Mərkəzi İcraiyyə
Komitəsinin  üçüncü  sessiyasında  təsdiq  edilən  qanuna  görə  kənd-təsərrüfatı
vergilərinin həcmi gəlirlərin 25%-dən artıq olmamalıdır. Lakin qanunun bu müddəası
ortabablara, imkanlı əhaliyə aid edilmirdi. 1928-1929-cu təsərrüfat ilində kənd-təsər-
rüfatı vergisindən azad edilənlər 47-48%-qədər yüksəlmiş, əlavə vergi endirim-
lərindən  yaralananlar  2%  olmuşdur.  Daha  sonra  Teymur  Əliyev  məruzəsində
bildirirdi ki, vergi işinin daha yaxşı təşkil olunması üçün Qəza Maliyyə Şöbəsinin
və Qəza İcraiyyə Komitəsinin təlimatçılarının işindən yararlanmaq lazımdır [3, №
131, 1928]. Bu çıxış sovet vergi siyasətinin sinfi məzmununun və bu istiqamətdə
həyata keçirilən tədbirlərin daha da şiddətlənməsindən xəbər verir. Bir tərəfdə heç
nəyi olmayıb və bundan imtiyaz kimi yararlanan geniş  kütlələr, digər tərəfdə isə
müəyyən qabiliyyət və səyləri hesabına artıq sabit gəlir gətirən, nizamla çalışan təsər-
rüfat yaratmış, iqtisadi, siyasi və hüquqi xarakterli təzyiqlərlə üzləşənlər diqqəti cəlb
edir və bütün “sosial öhdəliklərin” ağırlıqlarının məhz onların çiyinlərinə düşməsi
təbii ki, anormal iqtisadi təzahürlər kimi qiymətləndirilməlidir.
Kənd  təsərrüfatı  vergisi  bir  daha Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsinin
(AzMİK) IV sessiyasının oktyabrın 9-da keçirilən axşam iclasında gündəmə gəldi.
Sessiya ilə əlaqədar “Бакинский рабочий” qəzetində dərc edilən materialda yazılırdı
ki, cari ildə kənd-təsərrüfatı vergisi 6,5 milyon manat olmuşdur və müharibədən
əvvəlki vergilərin 60%-ni təşkil edir. Azərbaycan Xalq Komissarları Sovetinin sədri
Q.Musabəyov sessiyada kənd təsərrüfatı vergisi ilə əlaqədar çıxış etdi. O, çıxışında
bildirdi ki, vergilərin yığılması qaydaları sinfi yanaşma baxımından müəyyən olun-
muş, burada yoxsul kəndlilər tamamilə vergidən azad olunmuşdur. Vergilərin 45%-
i  ortabab  və  daha  varlı  kəndlilərin  üzərinə  düşür,  yığılan  vergilərin  həcmi
müharibədən əvvəl yığılan vergilərin 60%-i qədər olmuşdur [3, №249, 1928].
Ümumiyyətlə AzMİK-in IV sessiyasında Q.Musabəyovun kənd təsərrüfatı vergisi
ilə əlaqədar geniş məruzəsində 1) vergilərin ümumi siyasi tərəfləri, 2) vergilərin
strukturu, 3) vergilərdə yenilik, 4) vergilərin həcmi barədə məlumatlar öz əksini tap-
mışdı. Məruzəçi vergilərin ümumi siyasi tərəfləri barəsində danışarkən qeyd etdi ki,
bu məsələ bizim təsərrüfat cəbhəsindəki çətinliklərimizlə əlaqədardır və indi daha
çox əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı vergisi taxılın vaxtında, möhtəkirlərin
əlinə düşmədən daxil olmasına imkan yaradar. Məhz bu vergi proletar dövlətinin
kənddə  sosialist  dəyişikliklərini  etməsi  üçün  əhəmiyyətli  vasitədir.  Daha  sonra
vergiqoymada sinfi yanaşmanın məzmununu şərh edərək bildirilirdi ki, bu vergi yox-
sul ortabab kəndli təsərrüfatlarının, kollektiv sektorun güclənməsində iqtisadi va-
sitədir.
Sonra vergilərin strukturu barədə deyilirdi ki, burada dövlət siyasətinin sinfi
126
S.Səməndərov. XX əsrin 20-30-cu illərində Azərbaycanda vergi məsələlərinin ictimai-siyasi və iqtisadi fikirdə...


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə