İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə53/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   49   50   51   52   53   54   55   56   ...   88

(o, cümlədən vergi siyasətinin) həyata keçirilməsinin praktiki məsələlərinin həlli
baxımından dəyişikliklərin edilməsinə ehtiyac vardır. Bu baxımdan 1926-cı ildə
qəbul olunmuş qanunlara müəyyən dəyişikliklər edildi. Burada iki əsas dəyişiklik
edilmişdir. Birincisi zəhmətlə məşğul olmayan əhali qrupunun vergilərinin artırıl-
ması, ikincisi fəhlə və qulluqçuların yeni vergi öhdəlikləri qaydalarının müəyyən-
ləşdirilməsi. Əhalinin qeyri zəhmətkeş qruplarının vergi öhdəliklərinin artırılması
onların tədricən sənaye-ticarət sferasından sıxışdırılmasına xidmət edir. Burada
vergilərin artırılması daha çox gəlirləri 2.400 manatdan yuxarı olanlara aid edilmiş,
daha yüksək gəlirləri olanlardan mütərəqqi gəlir vergisinin tutulması nəzərdə tutul-
muşdur. Orta hesabla əhalinin bu qrupu üçün gəlir vergisi gəlirlərinin 12-13%-ni,
ən iri vergi ödəyiciləri üçün isə 20% təşkil edir. Bundan əlavə həmin şəxslərdən ailə
vəziyyətinə görə vergitutmalarda bəzi güzəştlər aradan qaldırılmışdır. Məsələn, vergi
ödəyicisinin  himayəsində  olan  ailə  üzvlərinin  sayına  görə  vergilərin  həcminin
azaldılması ləğv edilmişdir. M.Ronval hesab edirdi ki, yeni vergi prosedurlarında
fəhlə və qulluqçuların  ailə üzvlərinin tərkibinə görə imtiyazları ilə yanaşı (vergi
ödəyicisinin himayəsində 3 nəfər varsa vergilərin həcmi 25%, 4 nəfərdirsə vergilərin
üçdə bir hissəsi alınmır), zəhmətkeşlərin maraqlarını daha çox ifadə edən bir sıra
digər güzəştlər var. Məsələn, dərc olunmuş materialda bildirilirdi ki, əvvəllər fəhlə
və qulluqçulardan əvvəlki illərin gəlirlərindən də gəlir vergisinin tutulması nəzərdə
tutulurdu. Bu hal normal hesab edilə bilməz. Çünki bu zaman gəlir vergisi faktiki
olaraq əməkhaqlarından yüksək dərəcələrlə  tutulur. Yeni əsasnaməyə görə fəhlə və
qulluqçulardan vergilər ancaq onların aylıq gəlirlərinə müvafiq tutulur. Bu isə o
deməkdir ki, əgər fəhlə və qulluqçuların gəlirlərinin vergidən azad hissəsi nəzərdə
tutulmuş məbləğlərdən  yuxarı deyilsə onda bu gəlirlərdən vergi tutulmur. Fəh-
lələrdən tutulan vergi normaları aşağıdakı kimi müəyyən edilmişdi. 85-100 manat
əməkhaqqı olan fəhlələr 50 qəpik və üstəgəl 85 manatdan çox olan əməkhaqlarının
1%-i həcmində vergi verməli idilər. 100 manatdan 150 manata qədər əməkhaqqı
alanlar 65 qəpik üstəgəl 100 manatdan yuxarı gəlirin 1,3%-ni, 150 manatdan 200
manata qədər əməkhaqqı alanlar 1 manat 30 qəpik və üstəgəl 150 manatdan yuxarı
gəlirin 2%-ni, 200 manatdan 250 manata qədər əməkhaqlarından 2 manat 30 qəpik,
üstəgəl 200 manatdan yuxarı gəlirin 2,8%-ni, 250 manatdan 330 manata qədər əmək -
haqları alanlar 3 manat 70 qəpik, üstəgəl 250 manatdan yuxarı gəlir üçün 3%, 330
manatdan 410 manata qədər gəlir üçün 5 manat 10 qəpik, üstəgəl 330 manatdan
yuxarı gəlirin 3,5%-i, 410 manatdan 500 manata qədər gəlirdən 8 manat 90 qəpik,
üstəgəl 410 manatdan yuxarı gəlirin 5,5%-i, 500 manatdan 585 manata qədər əmək-
haqlarından 13 manat 85 qəpik, üstəgəl 500 manatdan yuxarı gəlirin 8,5%-i, 585
manatdan 670 manata qədər əməkhaqları üçün 21 manat 8 qəpik, üstəgəl 585 ma -
natdan yuxarı gəlirin 11,5%-i gəlir vergisi kimi tutulurdu. Bir neçə yerdə çalışanlar
birinci zonada 100 manata qədər, ikinci zonada 90 manata qədər, üçüncü zonada 80
manata qədər, dördüncü zonada 75 manata qədər əməkhaqları vergidən azad ol-
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
123


unurdu.  Məqalədə vergi siyasətinin bütünlükdə sinfi mahiyyət daşıdığı kapitalist
sektorunun sıxışdırılmasına  xidmət etdiyi xüsusi olaraq qeyd olunurdu [3, №.20,
1928].
Bundan sonra 1928-сi ildə aprelin 2-də  «Бакинский рабочий» qəzetində “Xü-
susi mülkiyyətçi vergi verməmək üçün nə edir?” sərlövhəsi ilə dərc edilən məqalədə
(müəlliflər - A.Perelmitr və İ.Boqdanov
3
)səslənən fikirlərə diqqətin yönəldilməsi
yerinə düşərdi. Məqalə Azərbaycan SSR-in Cinayət Məcəlləsinin 91-ci maddəsi ilə
başlanılır:  “Vergilərin məbləğindən asılı olmayaraq ödənilməməsi üçün qanunla
məsuliyyətə cəlb edilmə nəzərdə tutulub...” Daha sonra məqalədə yazılırdı ki, müx-
təlif adlarla ticarət edən tüccarlar xüsusi mülkiyyətçilərin əmtəələri ilə ticarət edərək
aldıqları komissionlar müqabilində nəinki onların gəlirlərini gizlədir, həmçinin on-
ların kooperativlərinə daxil olmaqla digər ticarət müəssisələrindən daha əlverişli
şəraitdə olmasına imkan yaradırlar. Nümunə üçün qeyd edək ki, Mərkəzi Fəhlə Ko-
operasiyası  (Централная  Рабочая  Кооперация)  mağazası  100  manata  satdığı
dolabın gəlirinin 2%-ni və yerli xüsusiyyətlərə görə bir o qədər də vəsaitin əlavə ol-
unması ilə gəlir vergisi kimi ödəyir. Komissionerlər 100 manata satılmış dolabdan
10-12 manat komission haqqı alır, alınmış komissionun 4%-i dəyərində, yəni 40
qəpik və üstə gəl yerli xüsusiyyətlərə görə bir o qədər də vəsaitin əlavə olunması ilə
80 qəpik gəlir vergisi ödəyirlər. Bu isə Mərkəzi Fəhlə Kooperasiyası mağazasında
satışlardan ödənilən vergidən 5 dəfə azdır. “Kum”, “Univermaq” və digər mağa -
zalarda nə qədər komission əmtəələri satılır və komissionerlərin ciblərinə nə qədər
vəsait daxil olur? Bunu heç kim bilmir. Maliyyə müfəttişləri tərəfindən vergi fırıl-
daqlarının üstü açılmış, komissionerlərə əldə etmiş gəlirlər müqabilində ödəyəcəkləri
vergilərin məbləğini göstərən xəbərdarlıq vərəqələri təqdim olunmuşdur. Hiylə baş
tutmadı; komissionerlərdən biri - Montin küçəsi №15-də “Kommuntorq” da ticarət
edən tüccar qanunun tələblərindən qaçmaq üçün (ola bilsin ki, digərləri də onun
hərəkətlərini təkrar etsinlər) fevral ayının əvvəllərində mağazasını bağladı. Bununla
da o, ödəməli olacağı verginin ancaq 25-30%-nin ödənilməsinə nail olmuşdur. Bütün
bunlar qanuna zidd deyil və hiyləgər sahibkar bundan yararlanmışdır. Bizim komis-
sioner öz mənfəətindən əl çəkmək niyyətində deyil və o, ticarət edə bilmək üçün
«Şəhər və Kəndli İttifaqı Cəmiyyəti» kimi ictimai təşkilatlarda tərəfdar axtarır.
Mağaza bağlanır, yenidən başqa adla öz işini davam etdirir. Mağazanın köhnə və
təzə  sahibkarları  əlbir  olub  vergi  təhlükəsindən  asanlıqla  yayınmış  olurlar.  Bir
maraqlı məsələdə odur ki, baxmayaraq ki, mağaza artıq iki aydır bağlanıb, lakin iki
aydır ki, köhnə sahibkar maliyyə şöbəsinə icarə haqqını ödəyir. Sual yaranır, nə
üçün? Kim bunun səbəbini deyə bilər? Bəlkə 2-ci rayonun maliyyə müfəttişi, bəlkə
Bakı prokuroru Cinayət Məcəlləsinin 91-ci və 17-ci maddələrinin köməkliyi ilə
məsələyə çözüm gətirər .[3, №.76, 1928]
Daha sonra diqqəti Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin III sessiyasının

A.Perelmitr və İ.Boqdanov haqqında həmin illərdə nəşr edilən dövrü mətbuat və arxiv sənədlərində dəqiq məlumatlar yoxdur.
S.Səməndərov. XX əsrin 20-30-cu illərində Azərbaycanda vergi məsələlərinin ictimai-siyasi və iqtisadi fikirdə...
124


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə