İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə49/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   45   46   47   48   49   50   51   52   ...   88

113
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
sahibkarlar əldə etdikləri xammala görə ƏDV ödəmir (təbiətdən alındığı üçün), ƏDV
tətbiq olunan əməliyyatları isə əsasən əsas vəsaitlərin və enerji daşıyıcılarının alın-
ması,  müxtəlif  xarakterli  iş  və  xidmətlərin  ödənilməsi  ilə  bağlı  olur.  Hasilat
sahələrinin ixracı məbləğcə istehsal resurslarının alınmasına çəkilən xərclərdən ki-
fayət qədər böyük olduğu üçün büdcədən geri qaytarılmalı olan ƏDV məbləğlərinin
həcmi artır. 
Digər tərəfdən, hasilat sahələrində ödənilən ƏDV-nin məbləği onların dövriyyə
vəsaitləri ilə müqayisədə bir qayda olaraq xeyli az olur. Qeyd olunanlardan belə
nəticəyə gəlmək olar ki, ƏDV-nin tətbiqi hasilat və texnoloji proseslərinin müddəti
çox qısa olan sahələrin (ticarət, xidmət və s.) inkişafı üçün daha əlverişli iqtisadi
zəmin yaradır.  Bu isə öz növbəsində investisiyaların həmin sahələrə daha çox meyl-
lənməsinə və uzunmüddətli istehsal dövrlərinə malik olan sahələrin məhdudlaşdırıl-
masına şərait yaradır.
6. Nəticə
Açıq, qeyri-xətti və mürəkkəb sistem olan bazar iqtisadiyyatı daim tarazlığa doğru
meyillənir. Lakin onun təbiəti, daxili və kənar amillərin müxtəlif istiqamətə və gücə
malik olan impulsları iqtisadi sistemin tarazlıq vəziyyətinin aniliyini - qısa müd-
dətliliyini şərtləndirir. 
İqtisadi  sistemin  rəqabət  (təbii  seçmə)  mexanizmi,    köhnə  ilə  yeninin  daimi
mübarizəsi kimi təzahür olunan daxili ziddiyyətləri onun tarazlıq vəziyyətini inkar
edir. Bu mexanizmlərin mövcudluğu iqtisadi sistemin daimi mütəhərrikliyini, də -
yişkənliyini şərtləndirir, onların yoxluğu isə iqtisadi sistemin keyfiyyətcə dəyişməs-
inə və qapalı sistemə çevrilməsinə gətirir.
Mövcud məhsulların istehsalının təsərrüfat mexanizmi maya dəyərini minimuma
gətirməklə  alıcıların  ödədikləri  ƏDV  məbləğlərini  də  azaldır.  Həyat  dövrünün
“bazara daxil olma” mərhələsində olan yeni məhsulların istehsalında isə nə “miqyas
effekti”ndən, həm də “təcrübə effekti”ndən istifadə imkanları mövcud deyil. Qeyd
olunan səbəblər yeni məhsulların maya dəyərinin, qiymətinin və alıcının ödəməli
olduğu ƏDV məbləğinin mövcud məhsulların müvafiq göstəricilərindən yüksək-
liyini şərtləndirir və yeni məhsulun köhnə üzərində üstünlüyünü məhdudlaşdırır.
Beləliklə, ƏDV bazarda köhnə ilə yeninin mübarizəsində yeniliyə əlavə maneələr
yaradır.
Aparılan  tədqiqatlardan  belə  nəticəyə  gəlmək  olar  ki,  innovasiya  ilə  bağlı
fəaliyyətin  vergitutma  baxımından  digər  iqtisadi  fəaliyyət  növlərindən
fərqləndirilməsi zəruridir və bu fəaliyyətdə ƏDV üzrə “sıfır” dərəcənin tətbiqi ye-
niliyin dəstəklənməsi üçün daha səmərəli güzəşt hesab oluna bilər.


114
İ.Seyfullayev. İqtisadiyyatın tənzimlənməsində xüsusi vergi rejimlərinin əhəmiyyəti 
Ədəbiyyat siyahısı:
1. Ясин Е. “Институциональные ограничения модернизации, или прижи-
вется ли демократия в России?”. “Вопросы экономики”, №11, 2012, с. 5]
(Y.Yasin “Modernizasiyanın institutsional məhdudiyyətləri, və ya Rusiyada
demokratiya yaşaya biləcəkmi?” “İqtisadiyyat məsələləri” j-lı, №11, səh.5)
2. Сидорова Н.И. “Специфика и функции НДС”. “Финансы”, №2, 2008, с.
36-41 (Sidorova N.İ. “ƏDV-nin xüsusiyyətləri və funksiyaları”, “Maliyyə”
№2, 2008, s. 36-41)
3. Məmmədov F.Ə. və başqaları. Vergilər və Vergitutma. Ali məktəblər üçün dərs-
lik. Bakı: 2010, 512 s 
4. Kəlbiyev, Y.A., R.B.Məhərrəmov, P.Q.Rzayev “Xarici ölkələrin vergi sistemi”,
Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2011, 554 s.
5. Орлов A. “НДС и воспроизводственный процесс”. “Вопросы экономики”
№7, 2011, с. 129-140 (Orlov A. “ƏDV və təkrar istehsal prosesi”, “İqti-
sadiyyat sualları” №7, 2011, s. 129-140
6. Мусаев А.Ф. “Особенности налоговой политики при стимулировании ин-
новационной деятельности” “Azərbaycanın vergi jurnalı” №1, 2012, s. 61-
70.  (İnnovasiya  fəaliyyətinin  stimullaşdırılmasın  da  vergi  sisyasətinin
xüsusiyyətləri).
7. Ламбен Ж.Ж. “Стратегический маркетинг. Европейская перспектива”, С-
Пб, Наука, 1996, 589 стр. (J.J.Lamben “Strateji marketinq. Avropa perspek-
tivi” S-Pb, Nauka, 1996, 589 s).
8. Seyfullayev İ.Z. “Marketinq”, Bakı, “Təhsil-NPM”, 2011, 404 s.
9. Шумпетер Й.А. “Теория экономического развития” М.: Прогресс, 1982,
401 с. (Şumpeter Y.A.“İqtisadi inkişaf nəzəriyyəsi” M.:Proqress.1982, 401 s.).
10. Chandler Alfred D. “Scope and Scale. Dynamics of Industrial Capitalism”.
(with the assistance of Takashi Hikino) First Harvard University Press paper-
back edition, 1994, 736 p.


115
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
Сейфуллаев Ильгар Зульфигар оглы
доцент, доктор философии по экономике
Учебный центр Министерства по налогам
Анализ влияния НДС на инновационную деятельность предприятий
Аннотация
Цель исследования - анализ влияния НДС на инновационные процессы.
Методология исследования - системный и ситуационный подход, сравни-
тельный анализ и обобщения.
Выводы исследования - определена характеристика влияния НДС на новые
и старые товары в конкурентной борьбе между ними.
Ограничения исследования - ограниченность информации о практике соз-
дания инноваций в существующих условиях налогообложения по НДС.
Практическая значимость исследования - возможность использования в ка-
честве научного источника при подготовке регулирующих мер по стимулиро-
ванию инновационной деятельности. 
Оригинальность и научная новизна исследования - проблема рассмотрена
через призму конкурентного механизма экономической системы и изучен ме-
ханизм влияния НДС на процессы создания инноваций. 
Ключевые слова: инновации, добавленная стоимость, конкурентные пре-
имущества.


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə