İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə47/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   43   44   45   46   47   48   49   50   ...   88

AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
109
ki, onların iri istehsal həcmlərinə bölüşdürülməsi nisbətən uzunmüddətli dövrləri
əhatə edən proses kimi xarakterizə olunur. Bu proses şirkətlərin fəaliyyətinin uzun-
müddətli dövrlərində - onun ölçülərinin artması prosesində təzahür olunur. Bu proses
nəticəsində istehsal olunmuş məhsul vahidinə məsrəflərin azalması baş vermiş, iri
şirkətlərin rəqabət qabiliyyətləri yüksəlmiş və onların fəaliyyəti daxili bazarların
sərhədlərini aşaraq  beynəlxalq səviyyəyə keçmişdir [10].
Yaradılmış səmərəli menecment sistemi, idarəetmə və istehsal texnologiyaları,
satış şəbəkələri, korporativ mədəniyyət və başqa idarəetmə elementləri şirkətin
ölçülərinin böyüməsi ilə mütənasib xərcləri tələb etmir. Beləliklə, istehsal həcmi art-
dıqca A.Çendlerin göstərdiyi istiqamətlərdə - istehsal, satış şəbəkəsi və menecment
- investisiya məbləğlərinin məhsul vahidinə düşən hissəsi azalmağa başlayır [10].
Göstərilənlər müasir iri müəssisələrin xarakterik portretini əks etdirir. Faktlar
göstərir ki, iri müəssisələr daim maksimal mənfəəti əldə etməyə istiqamətlənirlər və
bu eqoist məqsədə uğurla nail olurlar. Qazanılan müvəffəqiyyət bazara kobud təz -
yiqlə deyil, kütləvi alıcıların tələbatlarının səmərəli ödənilməsi hesabına əldə olunur.
Əmək tutumu böyük olan sahələrdə istehsal təcrübəsi artdıqca məsrəflərin azal-
ması  meyilləri  müşahidə  olunur.  Xərclərin  belə  azalması  işçilərin  ixtisaslaşma
səviyyəsinin yüksəlməsi, daha yaxşı istehsal proseslərinin tətbiqi, istehsal olunan
məhsulun istehsal nöqteyi-nəzərdən təkmilləşdirilməsi və digər amillərlə bağlıdır.
Ötən əsrin 60-cı illərində Boston Consultinq Group şirkəti bir çox məhsul kate-
qoriyalarının tədqiqi əsasında xərclərin azalmasını izah edən «Təcrübə Qanunu»nu
müəyyən etmişlər [7]. «daimi pul vahidi ilə ölçülən və əlavə dəyərin yaradılması
üçün  məhsul  vahidinə  düşən  xərclər  istehsal  həcminin  hər  ikiqat  artımında
müəyyən faiz qədər azalır»
Bu qanunun əhəmiyyəti ondan ibarətdir ki, o müəssisələrə həm özlərinin, həm
də rəqiblərin xərclərinin təkamülünü proqnozlaşdırmağa imkan verir. Bu qanunun
adında işlənən «təcrübə» termini məhsulun istehsal olunduğu dövrün müddəti ilə
deyil, istehsal olunan məhsulların miqdarı ilə bağlıdır.
Təcrübə qanunu empirik qanun olaraq ayrı-ayrı iqtisadi hadisələr üzrə aparılan
müşahidələr əsasında müəyyən edilmişdir. Aydındır ki, istehsal xərcləri öz-özünə
azala  bilməz.    Təcrübə  qanunu  yalnız  xərclərin  azalması  imkanının  olduğunu
göstərir. Bu imkanlardan istifadə isə tamamilə ayrı məsələdir.
Təcrübə qanunu yalnız məhsulun istehsalı və satışı prosesində əlavə edilmiş
dəyərin yaradılmasına çəkilən xərcləri əhatə edir. Təcrübə qanununa görə xərclərin
azalma mənbələri aşağıdakılardır [7,8]:
 əl əməyinin səmərəliliyinin artımı (eyni əməliyyatı təkrarən yerinə yetirən işçi
həmin əməliyyatın icrasına sərf olunan vaxtın və resursların azalması yollarını
tapır və səmərələşdirici təkliflərlə çıxış edir);
 işlərin növləri və yerinə yetirilmə metodları üzrə ixtisaslaşma;
 yeni istehsal proseslərinin tətbiqi (texnoloji yeniliklər istehsal xərclərinin azal-


İ.Seyfullayev. İqtisadiyyatın tənzimlənməsində xüsusi vergi rejimlərinin əhəmiyyəti 
110
ması üçün əsas mənbələrdən hesab olunur);
 avadanlıqdan səmərəli istifadə (təcrübə artdıqca  avdanlıqlardan daha yaxşı
istifadə edilməsi üzrə yeni ideyalar yaranır və avadanlıqların saxlanması və
istismarı xərclərinin azalması üçün imkanlar açılır);
 resurslardan səmərəli istifadə (təcrübə artdıqca resurslardan qənaətli və ra-
sional istifadə üzrə ideyalar yaranır, daha ucuz iqtisadi ehtiyatlardan istifadə
imkanları üzə çıxarılır);
 məhsulun təkmilləşdirilməsi (müəssisə tələbatın parametrlərini daha yaxşı
öyrənməklə məhsulun lazımsız xassələrini ləğv etmək və lazımlı xassələrini
təkmilləşdirməklə resurslara qənaətə və xərclərin azalmasına nail ola bilər).
Qeyd olunan qənaət mənbələri müəssisənin idarə edə bildiyi mənbələrdir. Həmin
mənbələrdən tam və səmərəli istifadə müəssisədə məhsuldarlığın artmasına gətirir. 
Praktikada «miqyas» effekti ilə «təcrübə» effektini fərqləndirmək çox çətin olur.
Bu iki effekt arasındakı əsas fərqlər aşağıdakılardır:
 miqyas effekti müəssisənin ölçülərinin artımı ilə şərtlənir, təcrübə effekti isə
zaman keçdikcə üzə çıxır;
 «miqyas» effekti istənilən halda özünü biruzə verir. Müəssisənin daimi xər-
clərinin daha çox miqdarda məhsul arasında bölüşdürülməsi məhsul vahidinə
məsrəflərin azalmasına gətirir. «Təcrübə» effekti isə xərclərin azaldılması
imkanlarını üzə çıxarır. 
 təcrübə qanunu iri istehsalın səmərəli olduğu bazarlarda və əlavə  dəyərin
ümumi məsrəflərdə xüsusi çəkisinin böyük olduğu sahələrdə özünü daha yaxşı
doğruldur. 
Mövcud məhsulla rəqabətdə yeniliyin yeganə şansı alıcı üçün daha böyük fay-
danın təmin edə bilməsi ola bilər. İnnovasiyalar istehsalın səmərəliliyini yüksəltməyə
imkan verdiyi kimi, istehlakın səmərəliliyini də yüksəltməyə geniş imkan verir. Bir
məhsulun həm istehsal, həm də istehlak səmərəliliyi üzrə rəqabət üstünlüyünə malik
olması demək olar ki, mümkün deyil. İstehsal səmərəliliyi üzrə üstünlük adətən stan-
dartlaşdırılmış kütləvi məhsullara, istehlak üzrə üstünlük isə istehlakın daha yüksək
səmərəliliyini təmin edən yeni məhsullara məxsus olur.
İstehlak səmərəliliyinin aşağı olduğu bazar seqmentlərində yeni məhsul istehsal
edən müəssisələrin inkişafı üçün obyektiv şərait yaranır. Bu zaman yeni məhsulun
«istehlak dəyəri» o dərəcədə yüksək olmalıdır ki, (standartlaşdırılmış məhsula nis-
bətən) alıcı həmin məhsula görə daha yüksək qiyməti ödəməyə razı olsun (yəni stan-
dart məhsuldan imtina ilə bağlı əlavə məsrəflərin əvəzini yeni məhsuldan aldığı
səmərə ilə artıqlaması ilə ödəyə bilsin).
İstehlak dəyərinin artımı ilə bağlı olan innovasiyaların əsas obyekti əlbəttə ki,
keyfiyyət səviyyəsi ilə bağlıdır. «Tarazlıq» prinsipinə görə bütün göstəricilər bir
məhsulda maksimal səviyyədə təmin oluna bilməzlər (bəzi istehlak göstəriciləri bir-
birinin  əksidir).  Buna  görə  də  əmtəənin  istehlak  xassələrinin  alıcı  üçün  prio        -


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə