İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə55/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   51   52   53   54   55   56   57   58   ...   88

mahiyyəti, proletar dövlətçiliyi özünü büruzə verir. İlk növbədə yoxsul təsərrüfatlar,
yəni təsərrüfatların 48%-i vergilərdən tamamilə azad edilir. Bir qədər kasıb ortabab
təsərrüfatlar isə ötən il ilə müqayisədə daha az vergi ödəməlidirlər. Əgər gəlirlərinə
görə götürsək gəlirləri 200-300 manat olan qrup ötən il 7 manat 60 qəpik vergi
verirdisə, bu ilə həmin verginin məbləği 6 manat 65 qəpik müəyyənləşdirilmişdir.
Daha sonra gəlirləri 250 manatdan 400 manata qədər olanlara baxaq. Belə təsərrü-
fatlar üçün ötən il 21 manat 30 qəpik bu il isə 22 manat 37 qəpik vergi verilməsi
nəzərdə tutulub. Əgər daha imkanlı təsərrüfatlara, gəlirləri 400 manatdan 900 manata
qədər olanlara baxsaq ötən il həmin təsərrüfatlar orta hesabla 56 manat 77 qəpik, bu
il 81 manat 17 qəpik vergi ödəməlidirlər. Nəhayət ən imkanlı təsərrüfatlar, gəlirləri
900 manatdan yuxarı olan təsərrüfatların orta hesabla ötən il 245 manat 38 qəpik,
bu il isə 332 manat 64 qəpik vergi ödəməsi nəzərdə tutulmuşdur.
Beləliklə, vergilərdə ağırlıq varlı təsərrüfatların üzərinə düşür. Konkret olaraq,
təsərrüfatların  48-%i  -  yoxsul  təsərrüfatlar  vergilərdən  azad  edilir,  ortabablar
vergilərin  50,2%-ni  ödəyir,  imkanlı  təsərrüfatlar  isə  (təsərrüfatların  7,2%-i)
vergilərin 45,4%-ni ödəyir. Daha sonra vergilərdə yeni qaydalara diqqət yetirilir. Bu
ondan ibarətdir ki,  ötən illərdə vergi qaydalarından əhalinin imkanlı təbəqələri yarar-
lana bilmişdilərsə, bu il vergi qaydalarından əhalinin yoxsul təbəqələri yararlan-
mışdır. Burada, həmçinin, vergi qaydalarında fərdi yanaşmanın da tətbiq olunduğu
qeyd olunur. Fərdi yanaşmanın əsasən zəhmətsiz gəlir əldə edən istismarçı təsərrü-
fatlara yönəldiyi bildirilirdi. Belə təsərrüfatların bütün Azərbaycanda 3% olduğu,
Cəbrayıl qəzasında 16, Lənkəran qəzasında 960 bu cür təsərrüfatın olduğu, orta
hesabla bu təsərrüfatlardan 282 manat, bəzi qəzalarda isə 570 manata qədər vergi
yığılması nəzərdə tutulurdu. Daha sonra vergilərin həcmi barədə məlumat verilirdi.
Xalq Maliyyə Komissarlığının hesablamalarına görə vergilərin həcmi təxmini olaraq
6,5 milyon manat həcmində hesablanılmışdır. Bu isə ötən il ilə müqayisədə 70%
çoxdur. Q.Musabəyov öz çıxışında dedi ki, ən əhəmiyyətli məsələ odur ki, vergilər
Azərbaycan kəndlisinin üzərinə ağır yük kimi düşməsin, bununla ortabablara ciddi
zərbə vurulmasın və kənd təsərrüfatının inkişafının artım tempi ləngiməsin. Bu
vergilər ilk baxışdan göründüyü kimi o qədərdə ağır deyil. Bu il dövlət büdcəsi 35
milyon manat, yerli büdcə 60 milyon, kənd təsərrüfatı vergiləri isə 6,5 milyon man-
atdır. Bu rəqəm bir o qədərdə böyük rəqəm deyil. Şəhərin vergi mükəlləfiyyətləri
kənddəki  vergilərdən  2-3  dəfə  çoxdur.  Kəndlilərin  xalis  gəlirlərindən  alınan
vergilərin həcmi ilbəil azaldılır. Əgər 1924/25-ci təsərrüfat ilində kəndlilərdən xalis
gəlirlərinin 9%-i alınırdısa, bu il 6,5%-i alınır. Əgər biz müharibədən əvvəlki göstəri-
cilərlə müqayisə etsək onda görərik ki, bu göstəricilərin 60%-i qədərdir. Biz qey-
diyyatlar aparılarkən vergidən yayınma hallarının qarşısını almalıyıq. Bizə mane
olurlar. Bəzən kəndlilərin vergi öhdəlikləri düzgün müəyyənləşdirilmir. Bu isə onları
narazı salır. Məsələn, Gəncə qəzasında gəlirləri 30 manatdan 500 manata qədər olan-
lar, Ağdamda isə bütün gəlirləri 750 manatdan yuxarı olanlar üçün fərdi vergi öhdə-
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
127


likləri müəyyənləşdirilmişdir. Elə təsərrüfatlar var ki, burada vergiləri 7 dəfə artırılır.
Göyçay qəzasında Lək dairəsi üçün ötən il 16.000 manat, sonra 208.000 manat (bəzi
azaldılmalardan sonra verginin həcmi 60.000 manata qədər azaldıldı) vergi öhdəliyi
müəyyənləşdirilmişdi. Burada daha çox ortabab zərər görə bilər. Yerli vergi orqan-
larının işçiləri vergi normaları ilə kifayət qədər tanış deyillər, mürəkkəb vergi qay-
daları sistemindən başları çıxmır. Açıq desək, hətta SSRİ Maliyyə Komissarlığı
qarmaqarışıqlıq  yaradır,  bir-birinə  zidd  təlimatlar  göndərir.  Belə  bir  mürəkkəb
vəziyyətdə biz, həqiqətən, narazılıq yarada bilərik. Mənim şəxsi fikrimə görə, bu il
kənd təsərrüfatı vergisinin həcmi 5 milyon manatdan çox olmamalı idi. Yerdə qalan
1,5 milyonu aşağıdakı kimi paylaşdırmaq lazım idi: 500.000 manat hər cür endirim
və imtiyazlıların öhdəsinə, 1 milyon isə ehtiyat kimi qeyri-dəqiqliklərin aradan
qaldırılması kimi saxlanılmalı idi. Biz vergi siyasətini elə həyata keçirməliyik ki, bu
siyasət fəhlə-kəndli ittifaqını gücləndirsin.
Daha  sonra  Q.Musabəyovun  məruzəsi  ətrafında  çıxışlar  oldu.  Çıxış  edənlər
vergilərin artırılmasının ortabab təsərrüfatların üzərində ağır bir yük olacağından
ehtiyat etdiklərini bildirdilər. Bəziləri, hətta, fərdi vergiləri qeyri-məqsədəuyğun
hesab edərək bunun həmin təsərrüfatları müflis edəcəyini bildirdilər. Çıxış edən ses-
siya iştirakçısı Əsəd Qarayev dedi ki, vergilərin 1,5 milyon manat azaldılması ancaq
yoxsul və ortabab təsərrüfatlara aid edilməlidir. İmkanlı təsərrüfatlar isə, vergi qay-
dalarına görə, vergi öhdəliklərini yerinə yetirməlidirlər. Alman kolonistləri adından
digər sessiya iştirakçısı Bek
4
çıxış edərək vergilərin kolonistlər üzərində ağır yük
olduğunu dedi. Sessiya iştirakçısı Tahirov
5
heyvandarlıq və qoyunçuluq təsərrüfat-
larının  vergi mükəlləfiyyətlərinin qeydiyyat aparılarkən həddən çox şişirdildiyini
qeyd etdi. Teymur Əliyev qeydiyyat aparılarkən ortabab təsərrüfatların vergilərinin
qanunvericiliyə zidd olaraq şişirdildiyini, vergi yükünün ağırlığının ortababların
çiyninə  düşdüyünü  dedi.  O,  həmçinin  fərdi  vergilər  müəyyən  edilərkən  qeyri
dəqiqliyə  yol  verildiyinə  də  diqqət  çəkdi.  Bir  çox  hallarda  vergi  imtiyazları  və
güzəştlərinə əməl olunmur. Nümunə kimi Nuxa qəzasında belə halların müşahidə
olunduğu qeyd olunurdu.
Sessiyada Q.Musabəyov yekun sözü ilə çıxış etdi. O, çıxışında kəndlilərin daha
ədalətli və siyasi cəhətdən daha düzgün vergi öhdəliklərinin müəyyən olunmasının
vacibliyindən danışdı. Yerlərdə maliyyə komissarlığının vergi aparatını mürəkkəb
vergi  situasiyası  şəraitində  dəqiq  olmağa  çağırdı.  Vergi  mükəlləfiyyətlərinin
müəyyənləşdirilməsində bütün səhvlərin aradan qaldırılmasının vacibliyi xüsusi
olaraq  qeyd  olundu.  Q.Musabəyov  vergilərin  həcmlərinin  müəyyən  olunması
məsələsinə bir daha yenidən baxılması təklifi ilə razı olduğunu dedi və çox hallarda
vergilər ötən il ilə müqayisədə vergilərdən 100% artıq həcmdə müəyyən olunub.
4
Sessiya iştirakçıları Əsəd Qarayev və Bekin kimliyi və vəzifələri haqqında həmin illərdə nəşr edilən dövrü mətbuat və arxiv
sənədlərində dəqiq məlumatlar yoxdur.
5
Yusif Tahirov-Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun direktoru, 1936-cı ildə mayın 22-də Az.SSR XKS-nin Fərmanına
əsasən Azərbaycan SSR Xalq Torpaq Komissarlığı yanında Şuranın üzvü.
128
S.Səməndərov. XX əsrin 20-30-cu illərində Azərbaycanda vergi məsələlərinin ictimai-siyasi və iqtisadi fikirdə...


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə